Məhkəmə qərarları › İş №2-2(106)-187/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-187/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-187/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli e-2-2(121)-1017/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 3600 manat borc məbləğinin və 56 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, borclu ilə iddiaçı arasında əldə olunmuş xx.xx.2021-ci il tarixində şifahi razılaşmaya əsasən borcluya cəmi 10500 manat dəyərində tikinti materialları malları 1 ay müddətinə satılmışdır. Borclu aldığı malın dəyərindən qismən ödəniş etsə də, borclu qaldığı 3600 manatı bu günədək ödəməmişdir. Borcun könüllü olaraq qaytarılması barədə borcluya kreditor tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, o, borcunu indiyədək ödəməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, həmin məbləğin borcludan alınaraq kreditorun xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılması xahiş olunur. Cavabdeh iddiaçının əmisi oğludur. O, 2021-ci ildə nisyə olaraq iddiaçıdan 10500 manatlıq inşaat materialları götürərək qısa müddətdə ödəyəcəyinə söz versə də, iddiaçını aldatmış və min bir zülmlə ondan pulun bir hissəsini ala bilmişdir. Lakin hələ də, 3600 manat borcu qalmışdır. Qohumu olduğu üçün polisə şikayət etməmişdir ki, qohumluqda ayıb olar. Lakin o, hər dəfə iddiaçını aldararaq, bu günədək həmin puldan bir qəpikdə ödəməmişdir və uzun müddətli xarici ölkəyə köçmüşdür. Dəfələrlə pulu tələb etsə də o, müxtəlif bəhanələr gətirməklə yayınırdı. Sonradan Cavabdeh ümumiyyətlə imtina edərək borcunun olmadığını bildirmişdir. Odur ki, cavabdehlə aralarında olan telefon vatsap yazışmalarını qeydə almalı olmuşdur və əlavə olunmuş audio səs yazılarına əsasən cavabdehin iddiaçıya 3600 manat borclu olduğu təsdiqini tapmışdır. Belə ki, həmin sübutlara əsasən cavabdeh iddiaçıya 3600 (üç min altı yüz) manat borcunun olduğunu etiraf etmişdir. Həmin danışıqlar cavabdehə məxsus İsrail nömrəsi ilə (+972 52 ***-**** mobil nömrəsi) ilə aparılmışdır. Əlavə olunmuş sənədlərdən aydın olur ki, tərəflərin arasındakı münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Odur ki, məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin, cavbadehə verilmiş pretenziya da öz nəticəsini verməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə “iddia müddətinin tətbqinə dair” ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, iddia müddəti ötürülmüşdür. Belə ki, iddia ərizəsində göstərilir ki, guya iddiaçı 05 may 2021-ci il tarixdə 1 ay müddətinə cavabdehə 10500 manatlıq tikinti materialları vermişdir. Guya cavabdeh həmin malın qalıq dəyərini ödəmədiyinə görə onu məhkəməyə vermişdir. İddiaçı əvvəlcə Füzuli Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə aidiyyəti pozulduğuna görə ərizə baxılmamış saxlanılmışdır. 22 yanvar 2025-ci ildə yenidən məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaçıya heç bir şəkildə borcu yoxdur. Cavabdeh 20 ildən çoxdur ki, İsrail Respublikasında yaşayır. İddiaçı cavabdehin əmisi oğlu olsa da, onunla düşmənçilik edib üstünə şər atır. Cavabdeh malın verildiyi iddia edilən vaxtda ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. İlk dəfə bu məsələdən icra və probasiya şöbəsindən Azərbaycanda yaşayan qohumlarına 2024-cü ildə zəng gələrkən xəbəri olmuşdur. Bilmişdir ki, guya cavabdehin iddiaçıya 3600 manat borcunun olması barədə yazılı müqavilə əsasında Füzuli Rayon Məhkəməsi tərəfindən məhkəmə əmri çıxarılmışdır. Cavabdeh bunu biləndən sonra dərhal vəkillə müqavilə bağlayaraq məhkəmə əmrinə etiraz verərək əmrin ləğvinə nail olmuşdur. Füzuli Rayon Məhkəməsində işin icraatı zamanı iddiaçı məhkəməyə ərizə təqdim edərək əslində cavabdeh ilə aralarında müqavilə olmadığını, müqavilənin onun tərəfindən saxtalaşdırılaraq onun əvəzindən imza edərək cavabdehin borclu vəziyyətinə salınmasına nail olduğunu bildirmişdir. Cavabdeh dərhal Füzuli rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir və iddiaçı barəsində cinayət işi başlanmışdır. İstintaq zamanı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 05 may 2021-ci il tarixli müqavilədəki imza cavabdehə məxsus deyildir. Cavabdeh barəsində cinayət işi baxılması üçün Füzuli Rayon Məhkəməsinə gömdərilmişdir. Bundan başqa iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı 06 iyun 2021-ci il tarixdən başlamaqla 2024-cü ilin 6 iyununa qədər məhkəməyə iddia verə bilərdi. Əgər iddiaçı iddia etdiyi kimi 1 aylıq nisyə alqı-satqı müqaviləsi əsasında guya cavabdehə mal vermişdirsə, müqavilə münasibətlərinə əsasən 3 illik iddia müddəti tətbiq edilməlidir. İddiaçı xx.xx.2025-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinə təqdim etdiyi elektron ərizəsində Cavabdeh nümayəndəsinin “iddia müddətinin tətbqinə dair” ərizəsinə etiraz edərək bildirmişdir ki, əlavə olunmuş "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli çekin dublikatından aydın görünür ki, Cavabdeh yaşadığı İsrail ölkəsindən yerli adı Abramov Moshe olmaqla iddiaçının adına 500 (beş) yüz ABŞ dolları poçt vasitəsi ilə iddiaçıya olan borcundan ödəmişdir. Bu, cavabdehin iddiaçıya sonuncu ödənişi olmuş daha sonra o, ödəniş etməkdən yayınmışdır. Bundan sonra o, dəfələrlə istifadəsində olan vatsap nömrəsindən iddiaçıya səslər göndərməklə borcu ödəyəcəyini bildirsə də, vədinə əməl etməmişdir. Beləliklə iddiaçı həmin tarixlərdən sonra cavabdehin borcu ödəmədiyini görüb hüquqlarının pozulduğunu bilmişdir. Odur ki, Mülki Məcəllənin 373.1-ci maddəsində qeyd olunan 3 illik müddətin axımı müqavilənin bağlandığı vaxtdan deyil hüquqlarının pozulduğunu bildiyi vaxtdan hesablanmalıdır ki, bu da 3 illik müddətin ötürülmədiyini sübut edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə Şivan Kommersiya Məhkəməsinə təqdim etdiyi elektron ərizəsində bildirmişdir ki, iddia ərizəsi təmin oluna bilməz. Belə ki, iddiaçı cavabdehin onun əmisi oğlu olduğunu bildirmişdir. Yəni onlar əvvəl çox mehriban olmuşlar və cavabdehin hər bir halda iddiaçıya pul göndərməsi normal bir şeydir. İddiaçı iddia müddətinin axımını müqavilənin sonundan deyil, hüquqlarının pozulduğunu bildiyi andan hesablayır. Yəni iddia müddətinin əvvəlini 06 may 2022-ci il tarixdən hesablanmalı olduğunu bildirir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, tərəflər arasında heç bir müqavilə münasibəti olmamışdır. İddiaçı da bunu bildiyinə görə məhkəməyə əsassız varlanmaya dair iddia ərizəsi ilə müraciət etməli idi. Tərəflər arasında guya bağlandığı bildirilən əqd əhəmiyyətsiz əqddir. Bu halda iddiaçının 1 il ərzində məhkəməyə müraciət etmək hüququ vardır. Ümumiyyətlə cavabdeh iddiaçıdan nə göstərilən malları almışdır, nə də heç bir məbləğdə borcu yoxdur. Göstərilənlər nəzərə alınaraq iddia rədd edilməlidir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə Şivan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsinə etiraz etdiyini, cavabdehin xx.xx.2025-ci il tarixli ərizəsində xx.xx.2025-c il tarixli ərizəsindəki mövqedən fərqli olaraq, tərəflərin arasında heç bir müqavilənin bağlanmadığını daha sonra əqdin etibarsızlığı kimi daxili ziddiyyətli dəlillər gətirməklə formal mülahizələrlə iddia tələbinin müddətinin ötürüldüyü görüntüsünü yaratdığını, Cavabdeh (yerli adı Abramov Moshe) xx.xx.2022-ci il tarixdə İsraildən onun adına 500 (beş yüz) ABŞ dolları poçt vasitəsi ilə ona olan borcunu göndərdiyini, həmçinin vatsap səs yazılarında yerdə qalan borcunu ödəyəcəyinə dair vədlər verdiyini bildirmiş və Cavabdeh nümayəndəsinin müddətin tətbiqinə dair ərizələrinin rədd edilməsi və cavabdehdən onun xeyrimə 3100 manat borcun və 310 manat cərimə borcunun tutulması barədə qərar verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli e-2-2(121)-1017/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 3100 manat məbləğində borcun və 56 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 3156 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında iddiaçının kifayət qədər qanunsuz əməllərinə dair sübut təqdim edilsədə, məhkəmə iddiaçının iddiasını qanuni hesab edərək təmin etmişdir. İddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilsədə, iş materrillarında olan poçt qəbzinə istinad edilərək iddia müddətinin ötmədiyi qənaətinə gəlməklə məhkəmə səhf mövqeyə gəlmişdir. Halbuki istər ittiham aktında, istərsə də digər sənədlərdə işin halı başqadır. Apellyasiya şikayətinə əlavə edilmiş iddiaçı tərəfindən tərtib edilmiş saxta müqavilədən görünür ki, guya cavabdeh 5 may 2021-ci ildə 10500 manatlıq mal götürmüşdür. Bundan başqa möhürlə təqsidq edilmiş maliyyə arayışından görünür ki, guya cavabdeh 10500 manatın 7400 manatını öncədən ödənmiş 3600 manatı qalmışdır. Maliyyə arayışının tarixi müqavilənin tarixi ilə eynidir. Yəni iddiaçı özüdə etiraf edir ki, 5 may 2021-ci il tarixə cavabdehin 3600 manat borcu olmuşdur. 2022-ci ilin 16 mayında göndərilmiş 500 dollar pul o borca aidiyyatı belə olmamışdır. Çünki cavabdehin elə bir borc yoxdr. Elə borc olsaydı iddiaçı həmin 500 dolları qalıq 3600 manatdan çıxardı. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilə və maliyyə arayışında özü imza edərək etiraf emişdir ki, 5 may 2021-ci il tarixə 10500 manat borcun 7400 manatı həmin gün ödənilmişdir. Belə olan halda 16 may 2022-ci il tarixdə məhkəmənin 500 dolları borcdan ödəniş kimi sonuncu ödəniş kimi qəbul etməsi ilə yanaşsaq, borc məntiqlə azalmalı olduğu halda, yenə 3600 qədərində qalmışdır. Həqiqətdə isə elə bir borc olmamış və göndərilmiş borc iddiaçı və cavabdeh arasında 50-60 min dövriyyə vəsaitinin bir hissəsi olmşdur. Məhkəmə iddia müddətini tətbiq edərkən 500 dolların məhz həmin borcdan ödənilməsi qənaətinə gəlsədə, iş materillarında olan sübutlardan iddiaçı və cavabdeh arasında mövcud olan maliyyə dövriyyyəsinin olmasını göz ardı etmişdir. Yəni göndərilən pul iki əmioğlu arasında münasibətlərlə bağlı olmuş, belə bir borc mövcud olmamışdır. Bundan başqa məhkəmə öz qətnaməsində iddiaçının tələb etdiyi rəqəmlər arasında ziddiyət olmasına tənqidi yanaşaraq, iddianı qismən təmin etmişdir. Belə ki, əgər cavabdehin 5 may 2021-ci il tarixdə 3600 borc var idisə, məhkəmə əmrinin verilməsinə birdən birə 3100 manat tələb etmiş, sonradan isə kommersiya məhkəməsinə müraciət edərkən 3600 manat tələb etmişdir. Yəni cavabdehin iddiaçıya borcu olmadığı üçün iddiaçı əvvəlllər olan maliyyə dövrüyyəsi ilə əlaqədar olan səs yazılarını hazırki işə calayaraq tələbi absurd olaraq 3600 manat həcmində qoymuşdur. Bu xüssusatlar məhkəmənin diqqətini cəlb etməmişdir. Bundan başqa tərəflər arasında nisyə alqı satqı müqaviləsi bağlanılması qənatəinə gəlsədə, iş üzrə dindirilmiş şahidlər guya cavabdeh ərəfindən 3 dəfəyə həmin tikinti materillarını daşıtdırdığını qeyd etmişdir. Halbki iş materillarına əlavə edilmiş cavabdehə məxsus pasportun srəindən görünür ki, cavabdeh ümmiyyələ həmin dövrlər Azərbaycanda olmamışdır. Bu halda tərəflər arasında hansı müavilədən söhbət gedə bilər. Həmin mal əgər cavabdeh tərəfindən alınmışdısa kimin təmsilçiyi ilə alınması, borcun kimin tərəfindən ödənildiyi qətnamədən görünmür. İddiaçı cavabdehin İsraildə olduğunu etiraf etsədə malı hansı qaydada götürdüyünü bildirməmişdir, beləliklə də deyilənlər ümmiyyətlə elə bir sövdələşmənin olmadığından xəbər verir. Birinci instasiya məhkəməsi işi araşdırarkən hazırki maddi hüquq normalarına istinad etsədə, hesab edirik ki, həmin normaları səhf tətbiq etmişdir. Belə ki, hazırki iddia kommersiya iddiasıdır və tərəflər arasında əqdin bağlanması iradə ifadəsi mütləqlik xarekteri daşıyır. Cavabdehin iş materiallarında iradə ifadəsi göstərməklə gösərilən pulla bağlı hər hansı öhdəlik götürməsi sübut olunmur. Cavabdehin göstərilən müddət ərzində gösərilən malın alınması ilə balı hər hansı razılaşma ilə bağlı iddiayönümlü davaranışı görünmür. Belə ki, onun elə borcu olmamış, borcun guya olmasından icra məmuru qohumlarına məcbri icra ilə bağlı xəbərdalıq məktubu göndərikdə xəbəri olmuş və dərhal buna münasibət bildirmişdir. İddiaçının cinayətkar əməlləri üzə çıxmış və şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh göstərilən tarixdə ümumiyyətlə Azərbaycan Respublikasında olmamış, malın verildiyi pulun ödənildiyi tarixlə bağlı heç bir iştirakı və ya iradə ifadəsi olmamışdır. İş maerillarında yalnış adio səs yazısına isinad edilmiş, lakin həmin pulun hansı malın alışında göndərilməsi görünümür. Halbuki iddiaçı məhkəməyə tədim edilmiş itiham aktında və 2 ədəd məhkəmə hökmündə özü etiraf edibki, cavabdeh onunla 60 min manatadək dövriyyəsi olmuşdur. Məhkəmə həmin audio səs yazısını 60000-lik dövriyyənin bir hissəsi deyil, heç bir sübt olmadan məhz iddiaçının iddia ediyi mallların dəyəri kimi borc olduğuna istinad emişdir. Halbki nə belə bir razılaşma, nədə müqavilə mövcud olmamışdır. Məhkəmə iddiaçı arasında nisyə alqı satqı müqaviləsinin olması qənaətinə gəlsədə, həmin müəddəanın tətbiqi qanunsuzdur. Beləki, müqavilənin yazılı bağlanması mütləq idi. Belə ki, əgər fərz edilsə ki, elə bir müqavilə var idisə, o zaman malların keyfiyyətsiz olması halında mübahisə məhkəmə qayasında necə həll olnardı. Yəni nisyə allqı-satqı müqaviləsi yazılı bağlanmalı idi. Məhkəmə iddiaçının iddia ediyi absurd tələbə nisyə alqı-satqı hüquqi qiyməti verməklə səhfə yol vermişdir. Məhkəmə hazırki müqaviləyə şifahi balanmış müavilə xarekeri versədə, bu mövqe ilə razı deyillər. Belə ki, şifahi bağlanan müqavilədə iddiaçı ilə birlikdə cavabdehin də rəftarı şərtlənir. Cavabdehin isə elə bir müavilədən xəbəri olmamışdır. Birinci insansiya məhkəməsi işi araşdırarkən iş materillarına ittiham aktı əlavə edilməsinə baxmayaraq hakim iş üzrə məhkəmə hökmünün nəticəsi barədə heç bir araşdırma aparmamışdır. Halbuki həmin hökmlərdə işlə bağlı iddiaçının necə saxtakarlıqla cavabdehə borcu yükləmək istədiyini əslində əmisi oğluna heç 10500 manatlıq malın verilməsi demək olarki o hökmdə konkret hal kimi görünməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində İddiaçı ilə birgə ticarətlə məşğul olduğunu, Cavabdeh onlardan mütəmadi tikinti materialları aldığını, sonuncu dəfə 2021-ci ildə Mehmana ümumi dəyəri 10500 manat olan mal verdiklərini, malları Mehmana 2-3 dəfəyə çatdırdıqlarını, Mehmanın aldığı malların dəyərini hissə-hissə ödədiyini, yekun olaraq 3000 manatdan çox məbləğdə borcunun qaldığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində təxminən 2021-ci ildə idarə etdiyi yük maşını ilə Orxanın obyektindən 3 dəfə səfər etməklə tikinti mallarını Mehmana vermək üçün daşıdığını bildirmişdir. İş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2022-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda Füzuli rayonu, Bala Bəhmənli ünvanında qeydiyyatdadır. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)- 842/2024 nömrəli qərardadı ilə, ərizəçi İddiaçı borclu Cavabdeh qarşı borcludan 3100 manat əsas və 310 manat cərimə borcunun tutulması barədə əmr icraatı qaydasında ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair Füzuli Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 1(064)-19/2025 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı şəxsi maraqlarını təmin etmək məqsədilə, guya onunla əmisi oğlu Cavabdeh arasında öhdəlik münasibətlərinin yaranması ilə bağlı tərtib etdiyi “alıcı” qrafalarında özü və ya digər şəxs tərəfindən Cavabdeh əvəzindən imzanın, eləcə də adı və soyadına dair qeydlərin icra edilməsinə nail olduğuna görə saxta formada hazırlanmış 05 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi və ona dair ödəniş cədvəlini Cavabdeh qarşı əmr icraatı qaydasında verdiyi ərizəyə əlavə edib 13 dekabr 2023-cü il tarixdə Füzüli Rayon Məhkəməsinə təqdim etməklə, məhkəmə əmri haqqında ərizəni verən şəxs kreditor qismində işdə iştirak edən şəxs olduğu 2(064)-2356/2023 nömrəli mülki iş üzrə sübutları saxtalaşdırmışdır. Hökmə əsasən təqsirləndirilən şəxs İddiaçı verdiyi ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, həmçinin, ibtidai istintaq zamanı verdiyi ifadəsinin işin bütün faktiki halları ilə bağlı olan hissələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə ifadə vermiş, ona hər hansı məzmunda ifadə verməsi ilə bağlı qanunsuz təsir edilməmişdir. Vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, ünvan 1ində yerləşən, X2 (bundan sonra – Təyyar) məxsus mağazada tikinti materiallarının satışına nəzarət etmişdir. Təxminən 2019-2020-ci ildə əmisi oğlu Cavabdeh (bundan sonra - Mehman) onun da iştirakı və şahidliyi ilə Təyyarla şifahi qaydada əldə etdiyi razılaşmaya əsasən ferma inşa etdirmək məqsədilə sonuncuya məxsus mağazadan təxminən cəmi 50000 manat dəyərində tikinti materiallarını hər hansı sənəd tərtib edilmədən hissə-hissə nisyə qaydada təhvil almışdır. Mehman Təyyara bununla əlaqədar yaranmış borcunun 10500 manat hissəsini qaytarmadığına görə dəfələrlə onlar arasında mübahisə baş vermişdir. Həmin vaxt onunla Mehman arasında mehriban münasibət olduğuna və o, Mehmanla Təyyar arasında mübahisənin yaranmasını istəmədiyinə görə telefon danışığı zamanı İsrail Respublikasında olmuş Mehmandan Təyyara olan borcunu ödəməsini xahiş etmişdir. X3 borcundan ödəmiş, nəticədə Mehmanın Təyyara 6500 manat borcu qalmışdır. Mehman Təyyara həmin borcunu ödəmədiyinə görə yenə də onlar arasında mübahisə baş vermişdir. O, telefon danışığı zamanı İsrail Respublikasında olmuş Mehmandan Təyyarla işlədiyinə görə sonuncuya olan borcunu ödəməsini xahiş etmişdir. Mehman cavabında Təyyara olan borcunu üç aya ödəyə biləcəyini dediyinə görə o, bu barədə Təyyara demişdir. O, Mehman və Təyyarla şifahi qaydada razılaşdırdıqdan sonra Mehmanın Təyyara qalan 6500 manat borcunu üç aya ödəyəcəyi ilə bağlı sonuncu qarşısında zamin olmuşdur. Mehman Təyyara olan 6500 manat borcunu üç ay ərzində ödəmədiyinə görə təxminən 2019-2020-ci ildə o, həmin pulu Mehmanın əvəzindən Təyyara ödəmişdir. Mehman ona həmin pulun 3000 manat hissəsini ödəsə də, dəfələrlə tələb etməsinə baxmayaraq, 3500 manat hissəsini ödəməmişdir. Beləliklə, Mehmanın Təyyara borcu olmasa da, ona 3500 manat borcu olduğuna görə o, İsrail Respublikasında olmuş Mehmanla telefon danışığı zamanı müvafiq razılıq əldə etdikdən sonra sonuncuya 10500 manat dəyərində tikinti materiallarını nisyə qaydada satdığı barədə 05 may 2021-ci il tarixli müqavilə tərtib etmiş, özü həmin müqavilənin sonunda və ona dair ödəniş cədvəlində Mehmanın adı qarşısından imza etmiş, müqavilənin sonunda “Cavabdeh” sözünü yazmışdır. Həmin ərəfədə Mehmanla onun arasında normal münasibət olmuşdur. O, Mehmanın Təyyara göndərdiyi səs yazısında sonuncunun və onun pis işlərlə məşğul olduğunu deməsindən əsəbiləşdiyinə görə Mehmandan əvəzindən Təyyara ödədiyi pulun 3500 manat hissəsini qaytarmasını məhkəmə qaydasında tələb etməyi qərara almışdır. Buna görə də 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi və ona dair ödəniş cədvəlini saxta olmasını bilməsinə və Mehmanla münasibətlərinin pisləşməsinə baxmayaraq, sonuncunun razılığı ilə tərtib etməsi, nəticədə ona hər hansı problem yaratmayacağını ehtimal etdiyinə görə 13 dekabr 2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsinə Mehmana qarşı 3100 manat əsas və 310 manat cərimə borcunun ödənilməsi ilə bağlı əmr icraatı qaydasında verdiyi ərizəyə əlavə etməklə təqdim etmişdir. Həmin əməlindən səmimi peşimandır. Onun bu əməli törətməsi ilə bağlı Təyyarın hər hansı əlaqəsi və qabaqcadan məlumatı olmamışdır. Füzuli Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli məhkəmə əmri ilə ərizəsi təmin edilmiş, Mehmandan 3100 manat əsas və 310 manat cərimə borcunun tutulub ona ödənilməsi qərara alınmışdır. Füzuli Rayon Məhkəməsinin 23 aprel 2024cü il tarixli qərardadı ilə Mehmanın verdiyi etiraz təmin edilmiş, həmin məhkəmənin 14 dekabr 2023-cü il tarixli məhkəmə əmri ləğv edilmişdir. Həmin mülki iş üzrə keçirilmiş məhkəmə iclasında təqdim etdiyi yazılı ərizəsində 13 dekabr 2023-cü il tarixdə məhkəməyə əmr icraatı qaydasında verdiyi ərizəsinə əlavə etdiyi 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi və ona dair ödəniş cədvəlini saxtalaşdırmasını etiraf edib, Azərbaycan Respublikası MPM-in 204-cü maddəsinə əsasən iş üzrə sübutlar siyahısından çıxarılmasını və iddia tələbinin təqdim etdiyi, Mehmanın ona 3500 manat borcunun qalmasını və Təyyara olan borcunu ödəməsi üçün müəyyən məbləğlərdə pul göndərməsini etiraf etdiyi səs yazıları əsasında təmin edilməsini xahiş etmiş, bununla da iş üzrə törətdiyi əməlinin ictimai-təhlükəli nəticəsini aradan qaldırmışdır. Buna görə də iş üzrə əməlində Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin mövcud olmadığını hesab edir. Füzuli Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərardadı ilə onun ərizəsinə əsasən Mehmana qarşı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iddia ərizəsi ilə eyni məzmun təşkil edən iddia ərizəsi isə hazırda Şirvan Kommersiya Məhkəməsinin icraatındadır. Hökmə əsasən İsrail Respublikasında yaşaması səbəbindən Azərbaycan Respublikası CPM-in 51-2.1.2-ci maddəsinə əsasən videokonfrans əlaqə sistemi vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, həm Azərbaycan Respublikası, həm də İsrail Respublikasının vətəndaşıdır, İsrail Respublikasında yaşayır, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. X1 (bundan sonra – Təyyar) əvvəllər bir neçə dəfə aldığı tikinti materiallarının dəyərini sonuncuya çatdırması üçün əmisi oğlu İddiaçı (bundan sonra - Orxan) poçt vasitəsilə hissə-hissə göndərməklə tamamilə ödəmişdir. Sonuncunun məhkəməyə təqdim etdiyi, ona məxsus olan səs yazıları göstərdiyi hallarla bağlı olmuşdur. Buna görə də onun Təyyara borcu qalmamışdır. Həmin səs yazılarında o, Təyyara və ya Orxana borclu qalmasını deməmişdir. Bunlara baxmayaraq, Təyyar 2023-cü ilin təxminən iyul-avqust ayından başlayaraq dəfələrlə ondan istifadəsində olan mobil nömrəyə zəng edib guya borclu qaldığı 8000 manat məbləğində pulu qaytarmasını tələb etmiş, o, cavabında borcunun olmadığını deyəndə onu hədələmişdir. Eyni sözləri ona Orxan da demişdir. Onun Orxan da borcu, eləcə də sonuncu ilə arasında hər hansı müqavilə münasibəti olmamışdır. Buna görə də Orxanın məhkəməyə təqdim etdiyi, guya onunla bağladığı 05 may 2021-ci il tarixli müqavilə və ona dair ödəniş cədvəli saxtadır. Həmin sənədlərdə onun adı qarşısındakı imzaları və həmin müqavilənin sonunda qələmlə yazılmış “Cavabdeh” sözünü o, deyil, Orxan icra etmişdir. Sonuncu bu halı məhkəməyə və ibtidai istintaq orqanına verdiyi izahat və ifadələrində etiraf etmişdir. Orxan həmin sənədləri məhkəməyə Təyyarın təşkilatçılığı ilə təqdim etmişdir. Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru ona zəng edib Orxanın ona qarşı verdiyi, təmin edilmiş pul tələbi ilə bağlı qəbul edilmiş məhkəmə əmrini icra etməli olduğunu, bununla bağlı barəsində axtarış elan edilməsi barədə qərar qəbul edildiyini deyəndə həmin məhkəmə əmrindən məlumatlı olub Füzuli Rayon Məhkəməsinə etiraz vermiş, buna görə də 23 aprel 2024-cü il tarixli məhkəmə qərardadı ilə müvafiq məhkəmə əmri ləğv edilmişdir. O, Orxanla barışmamışdır. Göstərdiklərinə əsasən sonuncu barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və Təyyar barəsində qanuni tədbir görülməsini xahiş edir Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.2.1-ci maddəsində əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutlmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir, 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 və 601.2-ci maddələrinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarılmasından ibarət cavabdehin dəlilləri əsaslıdır. Belə ki, iddiaçı iddiasında gətirdiyi əsaslandırma ilə təqsirli bilinərək məhkum edildiyi hökmdə verdiyi ifadə arasında ziddiyyətlər vardır. Hazırki iş üzrə iddiaçı tələbini 2021-ci ildə nisyə olaraq cavabdehə 10500 manatlıq inşaat materiallarını satması, dəyərinin tam olaraq ödənilməməsi ilə əsaslandırsa da, hökm üzrə verdiyi ifadəsində cavabdehin onun iştirakı və şahidliyi ilə Təyyarla şifahi qaydada əldə etdiyi razılaşmaya əsasən ferma inşa etdirmək məqsədilə sonuncuya məxsus mağazadan təxminən cəmi 50000 manat dəyərində tikinti materiallarını hər hansı sənəd tərtib edilmədən hissə-hissə nisyə qaydada təhvil aldığını, cavabdehin Təyyara bununla əlaqədar yaranmış borcunun 10500 manat hissəsini qaytarmadığına görə dəfələrlə onlar arasında mübahisə baş verdiyini bildirmişdir. Cavabdeh isə iddiaçı ilə bilavasitə hər hansı müqavilə münasibətinin olmadığını, yalnız Təyyardan mal aldığını, aldığı malların pulunu isə əmisi oğlu olan İddiaçı vasitəsilə ödədiyini bildirmişdir. İddiaçı tərəfindən cavabdehlə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərinin yaranmasına, həmin müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsinə dair birinci instansiya məhkəməsinə mötəbər sübutlar təqdim edilməmiş, yuxardı qeyd olunan ziddiyyətli məqamlara aydınlıq gətirilməmişdir. Halbuki iddianın hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsinin əsaslarından biridir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini tapdığından təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 3600 manat təşkil edirki, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli e-2-2(121)-1017/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar