Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-189/2024 14.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Cəlilabad Şərab-2” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc (5 %) tələbi. X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC-yə) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin (hakim Zaur Abbasov) 20 avqust 2024-cü il tarixli, e-2-2(121)-1507/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cəlilabad Şərab-2” ASC-dən İddiaçı xeyrinə 100.000 manat məbləğində əsas borcun, 12500 manat məbləğində faiz borcunun, 300 manat ödənilmiş hüquqi xidmət üçün və 402,80 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 113202,80 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və cavabdeh "xxxx" ASC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə bitki mühafizə dərmanları satılmışdır. 01 oktyabr 2021-ci il tarixli akt əsasında tərəflər arasında qarşılıqlı hesablaşma aparılmış və həmin tarixdə təhvil-təslim aktı tərtib edilmişdir. Cavabdeh həmin aktla təsdiq etmişdir ki, ümumilikdə 100.000 (bir yüz min) manat borcu vardır. Keçən müddət ərzində cavabdeh borcunu ödəməmişdir. Bununla bağlı, iddiaçı tərəfdən cavabdehə pretenziya göndərilmiş, lakin heç bir faydası olmamışdır. Bundan başqa cavabdehdən iddiaçının xeyrinə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün faiz tutulmalıdır. Nəzərə alınsa ki, cavabdeh 2021-ci ilin oktyabr ayından ödəməsini icra etmir, onda gecikmə dövrü 30 aya bərabərdir. İcra edilməyən əsas borcun (100.000 manat) illik 5 faizi 5.000 manat (100.000 manat x 5%), aylıq 5 faizi isə, 5.000 manat (5.000 manat : 12 ay), cəmi 416,66 manat təşkil edir. Göründüyü kimi, gecikdirilən 30 ay üçün hesablanmış illik 5 faiz məbləği 12.500 (416,66 manatı x 30 aya) manata bərabərdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2-2(121)-1507/2024 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 100.000 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə borcu, hüquqi xidmət üçün ödənilmiş 300 manat və dövlət rüsumu olaraq ödənilmiş 402,80 manat məbləğində pul olmaqla, cəmi 101.702,8 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən (təmin edilməyən hissədə) ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı ilə cavabdeh "xxxx"Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 iyul 2020-ci il tarixli, 107 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədən irəli gələn öhdəliyin icrası kimi tərtib edilmiş “Təhvil-təslim aktı”ndan görünür ki, tərəflər həmin aktı imza etməklə təsdiq etmişlər ki, xx.xx.2020-ci il tarixdə ümumi dəyəri 100 000 manat təşkil edən müxtəlif növ bitki mühafizə dərmanları İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. Qeyd edir ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə imzalanmış “Üzləşmə aktı”nın surətindən görünür ki, xx.xx.2021-ci il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borcu 100.000 manat təşkil edir. Hal-hazırda həmin borc 2 (iki) il, 7 (yeddi) aydır ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Hesab edir ki, iş üzrə cavabdeh tərəfindən iddiaçıya borclu olduğu pul qərəzli olaraq ödənilməməsi, həmin müddətdə bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında da artan İqtisadi artım nəzərə alınmamışdır. Ona görə ki, iddiaçıya cavabdehin təqsiri üzündən dəyən maddi ziyanın cərimə borcu düzgün olaraq nəzərə alınmamışdır. 100 000 manat borcun 2 (iki) il, 7 (yeddi) ay müddətində geri qaytarılmamsı real ziyanın dəyməsi açıq-aşkar görünür. Odur ki, iş üzrə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin real zərəri 12.500 manatdır və bu cərimə kimi iş üzrə cavabdeh tutularaq iddiaçıya verilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddiaçı və cavabdeh "xxxx" ASC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə bitki mühafizə dərmanları satılmışdır. 01 oktyabr 2021-ci il tarixli akt əsasında tərəflər arasında qarşılıqlı hesablaşma aparılmış və həmin tarixdə təhvil-təslim aktı tərtib edilərək borcun 100.000 (bir yüz min) manat olması müəyyən edilmişdir. Keçən müddət ərzində cavabdeh borcunu ödəməmişdir. Bundan başqa cavabdehdən iddiaçının xeyrinə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün faiz tutulmalıdır. Nəzərə alınsa ki, cavabdeh 2021-ci ilin oktyabr ayından ödəməsini icra etmir, onda gecikmə dövrü 30 aya bərabərdir. İcra edilməyən əsas borcun (100.000 manat) illik 5 faizi 5.000 manat (100.000 manat x 5%), aylıq 5 faizi isə, 5.000 manat (5.000 manat: 12 ay), cəmi 416,66 manat təşkil edir. Göründüyü kimi, gecikdirilən 30 ay üçün hesablanmış illik 5 faiz məbləği 12.500 (416,66 manatı x 30 aya) manata bərabərdir. Halhazırda 100 000 manat borcun 2 (iki) il, 7 (yeddi) ay müddətində geri qaytarılmamsı real ziyanın dəyməsi açıq-aşkar görünür. Belə olduğu halda iş üzrə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin real zərəri 12.500 manat təşkil edir ki, bu məbləğ də iş üzrə cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə qarşı izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayəti ilə razı deyildir. Birinci instansiya məhkəməsində də iştirak edərək iddia tələbini qəbul etməmişlər. Qeyd etmişdir ki, onlara məxsus müəssisənin torpaq sahələri yoxdur ki, iddiaçı təşkilatdan bitki dərmanları alsınlar. Qətnamənin onların elektron kabinetinə yüklənməsindən indi xəbər tutur. Qeyd etmişdir ki, Təhvil-təslim aktını "xxxx" ASC-nin əvvəlki direktoru X2, Üzləşmə aktını isə "xxxx" ASC-nin hazırkı rəhbəri İddiaçı imzalamışdır. Düşünür ki, gələcəkdə qətnamədən apellyasiya şikayəti verəcəklər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə tam təmin edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni, izahatı izahatını dinləyib, iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2005-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və halhazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, "Cəlilabad Şərab-2” Açıq Səhmdar Cəmiyyəti ********** qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2005-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ilə "Cəlilabad Şərab-2” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 iyul 2020-ci il tarixli, 107 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, "Satıcı” satdığı bitki mühafizə dərmanları (bundan sonra "Mal” adlandırılacaq) "Alıcının” mülkiyyətinə verməyi, "Alıcı” isə malı qəbul edib, malın haqqını bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən, Müqaviləyə əsasən “Alıcı” tərəfindən Malın dəyərinin ödənilməsi nəğd və ya köçürmə yolu ilə həyata keçirilir və pul vəsaitinin “Satıcı”nın sərəncamına verildiyi an və ya hesablaşma hesabına köçürüldüyü an ödəniş öhdəliyinin icra edilməsi anı hesab olunur. 3.5-ci bəndinə əsasən, müqavilənin şərtləri pozulduğu halda vurulan zərər və ya hesablanmış cərimə bu müqavilənin 2.2.4-cü bəndində göstərilmiş qaydada “Satıcı” tərəfindən ödənilmədikdə həmin məbləğ “Alıcı”ya təhvil verilmiş malın satılan hissəsindən mədaxil olunmuş vəsaitdən tutulacaqdır. İş materiallarında olan "Təhvil-təslim aktı”ndan görünür ki, tərəflər həmin aktı imza etməklə təsdiq etmişlər ki, xx.xx.2020-ci il tarixdə ümumi dəyəri 100000 manat təşkil edən müxtəlif növ bitki mühafizə dərmanları İddiaçı tərəfindən cavabdeh "Cəlilabad Şərab-2” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə "Cəlilabad Şərab-2” Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə imzalanmış "Üzləşmə aktı”nın surətindən görünür ki, xx.xx.2021-ci il tarixə "Cəlilabad Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin borcu 100000 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə "Cəlilabad Şərab-2” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 iyul 2020-ci il tarixli, 107 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 100000 manat borc və 12500 manat faiz borcunun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "Cəlilabad Şərab-2” Açıq Səhmdar Cəmiyyətinə xəbərdarlıq edilmişdir. Hazırda iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı hesab edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə bitki mühafizə dərmanları satmışdır. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən satılmış malların dəyəri satıldığı vaxtdan 30 gün ərzində ödənilməli idi. Lakin müqavilə üzrə dərmanların dəyəri bu günədək ödənilməmişdir. 01 oktyabr 2021-ci il tarixdə tərəflər arasında qarşılıqlı hesablaşma aparılmış və həmin tarixdə təhvil-təslim aktı tərtib edilərək borcun 100.000 (bir yüz min) manat məbləğində olması cavabdeh tərəfindən təsdiq edilmişdir. Keçən bu müddət ərzində cavabdeh borcunu ödəməmişdir. Bununla bağlı, iddiaçı tərəfdən cavabdehə pretenziya göndərilmiş, lakin yenə də heç bir ödəniş edilməmişdir. Buna görə də iddiaçı MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün ümumi məbləğin 5 faizi həcmində pulun tutulmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh 2021-ci ilin oktyabr ayından ödəməsini icra etmir. Müəyyən edilir ki, tərəflər arasında bitki dərmanlarının alqı-satqısı xx.xx.2020-ci il tarixdə bağlanmış və elə həmin tarixdə də 100 000 manat dəyərində dərmanlar cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh qeyd edilən pul məbləğinin 30 gün sonra ödəməli olduğu halda (xx.xx.2020-ci il) həmin pul məbləğini ödəməmişdir. Həmin tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtadək (xx.xx.2024-cü ilədək) hesablandıqda 3 il 8 ay keçmiş olur. Lakin iddiaçı müqavilə üzrə ödəmənin cavabdeh tərəfindən “Üzləşmə Akt”ının tərtib edildiyi xx.xx.2021-ci il tarixdən hesablanmalı olduğunu qeyd edərək bu müddətin 2 il 6 aya, yəni 30 aya bərabər olmasını qeyd etmişdir. İcra edilməyən əsas borcun (100.000 manat) illik 5 faizi 5.000 manat (100.000 manat x 5%), aylıq 5 faizi isə, 5.000 manat (5.000 manat : 12 ay), cəmi 416,66 manat təşkil edir. Göründüyü kimi, gecikdirilən 30 ay üçün hesablanmış illik 5 faiz məbləği 12.500 (416,66 manatı x 30 aya = 12 499.8 manat) manata bərabərdir. Kollegiya qeyd edir ki, “Üzləşmə akt”-nın tərtib edildiyi xx.xx.2021-ci il tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtadək yəni xx.xx.2024-cü ilədək hesablandıqda 2 il 7 ay 6 gün keçmiş olur ki, əsas borca görə illik 5%-i hesabladıqda bu rəqəm (416,66 manatı x 31 aya = 12 499.8 manat) 12 916.46 manat edir. Lakin iddiaçı iddia tələbində 12916.46 manat deyil, 12500 manat tələb etdiyindən kollegiya belə hesab etmişdir ki, iddiaçı 100000 manat əsas borcun bu günədək ödənilməməsi üçün illik 5%-i olan 12500 manatı tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqedən görünür ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından iddia tələbi mübahisələndirilən müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan faiz borcunun tutulması hissədə də, əsaslı olmuşdur. Buna görə də iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2-2(121)-1507/2024 saylı qətnaməsi cavabdeh "Cəlilabad Şərab-2” ASC-dən İddiaçı xeyrinə 12500 manat məbləğində faiz borcunun tutulmasının dair iddianın rədd edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq cavabdeh "xxxx" ASC-dən 12 500 (on iki min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2-2(121)-1507/2024 saylı qətnaməsi- cavabdeh "Cəlilabad Şərab-2” ASC-dən İddiaçı xeyrinə 12500 manat məbləğində faiz borcunun tutulmasının dair iddianın rədd edilməsinə dair hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh "xxxx" ASC-dən 12500 (on iki min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 201,40 (iki yüz bir manat qırx qəpik) manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-189/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-189/2024
14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver