Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-203/2025 01.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-26/2025 nömrəli qərardadından (hakim Zaur Abbasov) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, kollegiya müəyyənetdi: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-26/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı pul və s. tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanan 13 sentyabr 2023-cü il tarixli təchizat müqaviləsi üzrə öhdəliklərin İddiaçı tərəfindən tam icra olunmuş hesab edilməsi, Cavabdehndən malların anbarda saxlanmasına görə 3663,90 manat məbləğində icarə haqqı məbləği və ödənilmiş 400 manat mediasiya xərci olmaqla, ümumilikdə 4063,9 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 56,64 manat məbləğində dövlət rüsumunun Cavabdehnə aid edilməsi və Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh adından çıxış edən Vəkil3 xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-2(121)-26/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-26/2025-saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-26/2025 nömrəli qətnaməsindən Cavabdeh adından çıxış edən Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 80 manat məbləğində dövlət rüsumu (qəbz № **********32) geri qaytarılmışdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil3 şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)- 26/2025 nömrəli ləğv edilməsini, əks təqdirdə bu şikayəti baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 yanvar 2004-cü il tarixli, 581 nömrəli Qanunla təsdiq edilən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın preambulasına əsasən X2 iştirakçısı olan dövlətlər -bu Konvensiyanın iştirakçıları (bundan sonra Razılığa gələn Tərəflər adlanacaq.) həmin konvensiyanın 124-cü maddəsinə əsasən Azərbaycan Respublikası da iştirakçı dövlətdir. Həmin konvensiyanın 43-cü maddəsi etibarnamənin forması və müddəti onun verildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Bu cür etibarnamə ərazisində istifadə ediləcək Razılığa gələn Tərəfin dilinə, yaxud rus dilinə notarial qaydada təsdiqlənmiş tərcümə ilə birlikdə Razılığa gələn digər Tərəflərin ərazilərində hər hansı bir xüsusi təsdiq etmədən tətbiq ediləcəkdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının dövlət dili hesab edilən Azərbaycan dilində tərtib edilmiş etibarnamə səlahiyyətverci sənəd kimi qəbul edilməmiş və buna əsaslanmaqla apellyasiya şikayəti qaytarılmışdır. Lakin konvensiyanın göstərilən normalarından da aydın olur ki, Azərbaycan Respublikası da Razılığa gələn dövlət hesab edilir və onun dövlət dilində də tərcümə edilmiş sənəd digər dövlətlərə münasibətdə səlahiyyətverici əqd hesab olunur. Göründüyü kimi, məhkəmə tərəfindən sözügedən məsələdə yanlışlığa yol verilmiş və norma yanlış şərh edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-26/2025 saylı qərardadı ilə Cavabdeh adından çıxış edən Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-26\2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Birinci instansiya Məhkəməsi qeyd etmişdir ki, elektron apellyasiya şikayəti Cavabdeh adından Vəkil3 tərəfindən imzalanmışdır. Lakin Vəkil3 nümayəndə qismində apellyasiya şikayətini imzalamaq səlahiyyətini müəyyən edən xarici elementli mübahisələrə dair işlər üzrə nəzərdə tutulmuş forma və məzmunda tərtib olunmuş etibarnamə şikayətə əlavə edilməmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində X2 Dövlət Başçıları Şurasının iclasında imzalanmış “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 43-cü maddəsinə əsasən etibarnamənin forması və müddəti onun verildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Bu cür etibarnamə ərazisində istifadə ediləcək Razılığa gələn Tərəfin dilinə, yaxud rus dilinə notarial qaydada təsdiqlənmiş tərcümə ilə birlikdə Razılığa gələn digər Tərəflərin ərazilərində hər hansı bir xüsusi təsdiq tələb etmədən tətbiq ediləcəkdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi üçün kommersiya işi birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən doğru qənaətə gəlməmişdir. Belə ki, 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində X2 Dövlət Başçıları Şurasının iclasında imzalanmış “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 43-cü maddəsinə əsasən etibarnamənin forması və müddəti onun verildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Bundan başqa Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli, 16/2023-saylı Qərarının; 4.9-cu bəndinə əsasən Sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrdə də müvafiq qaydaların müəyyən edilməsi mümkündür. Belə ki, 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində X2 Dövlət Başçıları Şurasının iclasında imzalanmış “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 43-cü maddəsinə əsasən etibarnamənin forması və müddəti onun verildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Bu cür etibarnamə ərazisində istifadə ediləcək Razılığa gələn Tərəfin dilinə, yaxud rus dilinə notarial qaydada təsdiqlənmiş tərcümə ilə birlikdə Razılığa gələn digər Tərəflərin ərazilərində hər hansı bir xüsusi təsdiq tələb etmədən tətbiq ediləcəkdir. 4.10-cu bənddə göstərilir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələbi baxımından etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Bu baxımdan, etibarnamə onun verildiyi ölkənin hüququ ilə tələb olunan formaya uyğun verilmişsə etibarlı hesab edilməlidir. Göründüyü kimi 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində X2 Dövlət Başçıları Şurasının iclasında imzalanmış “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 43-cü maddəsi və Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli, 16/2023-saylı Qərarının 4.9-cü bəndi etibarnamənin forması və müddətinin onun verildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilməsini vurğulamışdır. Həmçinin yuxarıda bəhs edilən Plenum qərarının 4.10-cu bənddə göstərilir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələbi baxımından etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Bu baxımdan, etibarnamə onun verildiyi ölkənin hüququ ilə tələb olunan formaya uyğun verilmişsə etibarlı hesab edilməlidir. Göründüyü kimi Azərbaycan Respublikası bəhs olunan Konvensiyaya əsasən Razılığa gələn Tərəflərdən biridir. Həmçinin mübahisələndirilən etibarnamə Rusiya Federasiyasının hüququ ilə müəyyən olunur və onun qanunvericiliyinə uyğundur. Həmçinin həmin etibarnamənin forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğundur. (bax: Rusiya Federasiyası Mülki Məcəlləsinin 185-ci və Mülki Prosessual Məcələsinin 53cü maddələri). Yəni, hazırda mübahisə predmeti olan etibarnamə ərazisində istifadə ediləcək Razılığa gələn Tərəfin – Azərbaycan Respublikasının dilində verilmiş və həmin etibarnamə Cavabdeh icra orqanının rəhbəri tərəfindən MMC-nin möhürü vurulmaqla təsdiqlənmişdir. Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli, 16/2023-saylı Qərarında xarici elementli mübahisələrdə xarici ölkələrdə verilmiş rəsmi sənədlərə dair tələblər də öz əksini tapmışdır. Belə ki, həmin Qərarın 4.2-ci bəndinə görə Beynəlxalq hüququn ümumi prinsiplərinə görə hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul leqallaşdırılması. Həmin Qərarın 4.3-cü bəndində qeyd edilir ki, Xarici elementli mübahisələrdə apostil edilməsi tələb olunan rəsmi sənədlərin dairəsi, Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixində tərəfdar çıxdığı “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyası (bundan sonra – mətndə Konvensiya) ilə müəyyən edilmişdir. Sənədlərin apostil edilməsi həmin Konvensiyaya üzv olan dövlətlərdə verilmiş sənədi imzalamış şəxsin imzasının, habelə lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini, bu şəxsin kim qisimdə çıxış etdiyini təsdiq edir. Etibarnaməyə vurulmuş möhür və ştampın həqiqiliyi isə Kommersiya işinə əlavə edilmiş (səh. 72-81) Hüquqi şəxslərin vahid dövlət reyestrindən Çıxarşla təsdiq edilir. Belə ki, həmin çıxarışdan müəyyən olunur ki, Cavabdeh adından etibarnaməsiz fəaliyyət göstərmək hüququna malik olan şəxs (baş direktor) X1. Etibarnamə də məhz möhürlə təsdiqlənmiş və baş direktor X3 tərəfindən imzalanmışdır. Şərh edilənlərə əsasən mübahisəli etibarnamə, onun verildiyi ölkənin hüququ ilə tələb olunan formaya uyğun verildiyindən, eyni zamanda həmin etibarnamə Azərbaycan Respublikası qanunvericiliyinə də uyğun olduğundan etibarlı hesab edilməlidir. Bundan başqa Kollegiya müəyyən etmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən, şikayətin məzmununda eyni zamanda apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası da məhkəmədən xahiş edilmişdir. Buna görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə də hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, Kollegiya hesab etmişdir ki, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025cü il tarixli, e-2-2(121)-26/2025 nömrəli qərardadı ləğv edilməli, iş üzrə sonrakı prosessual hərəkətlər (müddətin bərpasına dair ərizəyə baxılması üçün) yerinə yetirilməsi üçün kommersiya işi birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Cavabdeh nümayəndəsi (vəkili) Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(121)-26/2025 nömrəli qərardadı ləğv edilsin və iş üzrə sonrakı prosessual hərəkətlər (müddətin bərpasına dair ərizəyə baxılması üçün) yerinə yetirilməsi üçün kommersiya işi birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-203/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-203/2025
01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver