Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-207/2024 23.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2-2(121)- 2378/2022 nömrəli qərardadından (hakim Zaur Abbasov) Maraqlı şəxs tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-2378/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan xx.xx.1985-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Maraqlı şəxs (FİN:xxxxxxx) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2378/2022 saylı qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)- 2378/2022 saylı qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Maraqlı şəxs şikayət və müddətin bərpasına dair ərizə verərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2378/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini mümkün hesab etməklə, baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2378/2022 nömrəli qərardadı ilə, Maraqlı şəxs tərəfindən verilmiş şikayət və müddətin bərpasına dair ərizə kommersiya mübahisələrinə dair işlər üzrə məhkəmə sənədlərinin, o cümlədən şikayət və ərizələrin elektron qaydada tərtib və təqdim olunmasına dair mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığına görə geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə elektron qaydada şikayət ərizəsi verərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il, e-2-2(121)- 2378/2022 nömrəli qərardadının ləğv edilməsini, məhkəmələrin hüquqi mövqeyi əsasında müddətin bərpası barədə ərizəni nəzərə almaqla, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini mümkün hesab etməklə, baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2-2(121)-2378/2022 saylı qətnaməsi ilə Vergi orqanının ərizəsi təmin edilmiş, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 403.216,52 manat məbləğində vergi borcunun və İşsizlikdən Sığorta Fonduna olan 31,62 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan - xx.xx.1985-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Maraqlı şəxs (FİN:xxxxxxx) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Maraqlı şəxs kimi Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-2378/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişəm. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-154/2024 qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cüil tarixli, 2-2(106)-154/2024 saylı qərardadın ləğv edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2-2(121)-2378/2022 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin hazırda mübahisələndirilən qərardadı ilə məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-2378/2022 saylı qətnaməsindən maraqlı şəxs kimi verdiyim apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra tərəfimdən Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 2378/2022 saylı qərardadının ləğv edilməsini və eləcə də məhkəmələrin hüquqi mövqeyi əsasında müddətin bərpası barədə ərizəni nəzərə almaqla, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətini mümkün hesab etməklə, baxılması üçün apellyasiya instansiyas ıməhkəməsinə göndərilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin hazırda mübahisələndirilən qərardadı ilə məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 2378/2022 saylı qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(121)-2378/2022 saylı qərardadından vermiş olduğu şikayət və müddətin bərpasına dair ərizə geri qaytarılmışdır. Hesab edir ki, məhkəmə maraqlı şəxs olaraq onun şikayətini və müddətin bərpasına dair vermiş olduğu ərizəni geri qaytarmaqla, məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmış, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Məhkəmə mübahisələndirilən qərardadında qeyd edir ki, şikayət elektron kabinetə yüklənsə də, elektron imza ilə deyil, adi qaydada imzalanaraq məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, məhkəmənin gəlmiş olduğu nəticə əsassızdır. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunundan da göründüyü kimi sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir. Göründüyü kimi Elektron Məhkəmə Sistemində tərəfindən göndərilmiş olan sənədlər öz əksini tapmışdır. Bu da, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəlarına əsasən tərəfindən göndərilmiş hesab edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası, qərardaddan verilmiş şikayətə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan, yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qərardaddan şikayət və müddətin bərpasına dair ərizə kommersiya mübahisələrinə dair işlər üzrə məhkəmə sənədlərinin, o cümlədən şikayət və ərizələrin elektron qaydada tərtib və təqdim olunmasına dair mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığına görə geri qaytarılmalıdır. Belə ki, Şirvan Kommersiya Məhkəməsində "Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğuna görə kommersiya işləri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, maraqlı şəxs tərəfindən verilmiş şikayət elektron kabinetə yüklənsə də, elektron imza ilə deyil, adi qaydada imzalanaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi "Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, "Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Məhkəmə hesab edir ki, qərardaddan verilmiş şikayətin geri qaytarılması halı qanunvericilikdə birbaşa nəzərdə tutulmadığından hazırkı işə Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən həmin Məcəllənin analoji münasibətləri tənzimləyən 363.1.5-ci maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən, "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə Kollegiyası hesab edir ki, maraqlı şəxsin şikayətinin dəlilləri əsaslı deyil və buna görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən də, Məhkəmə Kollegiyası hesab edir ki, Maraqlı şəxs tərəfindən şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2024cü il tarixli, e-2-2(121)-2378/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Maraqlı şəxs tərəfindən şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2-2(121)- 2378/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-207/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-207/2024
23.11.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver