Məhkəmə qərarları › İş №2-2(106)-211/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-211/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-211/2025 11.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1803/2025 nömrəli qərardadından (hakim Rəmzi Nəbiyev) İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər 10 iyul 2025-ci il tarixə təyin olunmuş məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmənin hazırlıq iclasına gəlməmişlər, gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutları məhkəməyə təqdim etməmişlər. Buna görə də Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1803/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1803/2025 saylı qərardadının ləğv olunması və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1803/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)- 1803/2025 saylı qərardadının ləğv olunması və iş üzrə icraatın təzələnməsinə dair İddiaçı MMC tərəfindən verilən vəsatətin (ərizə) təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı MMC şikayət ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1803/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsini icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı "borcu ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X2 Məhkəməsi tərəfindən 10 iyul 2025-ci il tarixindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilib. Qərardadın əsaslandırma hissəsindən qeyd edilib ki, tərəflərə məhkəmə baxışı iclasında iştirak etmələrinə dair tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilib. Lakin tərəflər məhkəmə iclasında iştirak etməmiş gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Qeyd edilən qərardad üzrə İddiaçı MMC tərəfindən ərizə təqdim edilərək, üzrə yenidən məhkəmə iclası vaxtının təyin edilməsi xahiş edilib. Yalnız 1 (bir) məhkəmə prosesi təyin edilib və iştirak edilməmə səbəbidə bildirilib. Elə səbəblər var ki, onun sübutlarını kağız üzərində təqdim etmək mümkün deyil. Qarabağda dövlət layihəsi ilə bağlı iştirak etmək mümkün olmamışdır. Lakin məhkəmə tərəfindən 21 iyul 2025-ci il tarixdə yenidən qərardad qəbul edilərək, sübut təqdim edilmədiyinə məlumat verilmədiyinə görə, ərizə təmin ediləmişdir. Layihə ilə bağlı görüləcək işlər anidən çıxdığına görə, bu mümkün olmamışdır. X4 MMC-yə qarşı qaldırılan iddia sadələşdirilmiş icraatda baxılmalıdır, lakin qarşı tərə məktubları aldığırı təsdiq etmir deyə, iş iddia icraatına keçirilmişdir. Yəni sadə bir işdə bu qədər işin uzanması məhkəmə yükünü artırılmasına gətirib çıxardır. Bir daha bildirilir ki, aprel ayından etibarən artıq 3 aydır ki, bir kiçik iddianın basılması prosesi gedir və onlar məhkəmənin ilk iclasına gəlməməklərinin səbəblərini də bildirmişlər. Bundan sonra bütün məhkəmə iclaslarında iştirak edəcəklərinə və məlumat verəcəklərinə təminat verirlər. Şirvan Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1803/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1803/2025 saylı, 21 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan İddiaçı MMC tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda İddiaçı MMC tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Birinci instansiya məhkəməsi şikayətin dəlillərini araşdıraraq hesab etmişdir ki, məhkəmənin e-2-2(121)- 1803/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Belə ki, iddiaçının “X1”ndə yaradılmış “elektron kabineti” vardır və onun məhkəməyə məlumat vermək üçün kifayət qədər zamanı olmuşdur. Buna görə də, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, həmin qərardadın ləğv edilməsinə dair şikayət təmin edilə bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlamaqla məsələyə düzgün hüquqi qiymət vermişdir və buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabineti olduğundan, onun həmin kabineti vasitəsilə istənilən vaxtı məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat almaq və məhkəmə iclasında iştirak edə bilməmə səbəbləri barədə qabaqcadan məlumat vermə imkanı olduğundan, iddiaçının vəsatətdə göstərdiyi səbəb üzrlü hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Qeyd edilən Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin ərizəsi üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən də, kollegiya hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Şikayətin dəlilləri formal mülahizələrdən ibarətdir və cavabdehin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Beləliklə, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(121)-1803/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar