Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-252/2025 30.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı pul tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisə. Şirvan şəhəri, 30 oktyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X1, (sədrlik edən, məruzəçi) X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, e-2-2(121)- 1479/2025 saylı qətnaməsindən (hakim. Zaur Abbasov) Cavabdeh1 MMC-nin nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-ci il tarixli, A/17/11/U-23 saylı alqı-satqı müqaviləsi üzrə yaranan 26901,37 manat əsas və 8000 manat dəbbə pulu olmaqla, cəmi 34901,37 manat pulun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilən 195 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən mağazasından elektrik avadanlıqları, digər inşaat materialları almışdır. Həmin məhsulların dəyəri olan 26901,37 manat məbləğində borc ödənilməmiş qalmışdır. xx.xx.2023-cü il tarixində tərəflər arasında bağlanmış A/17/11/U23 saylı “alqı-satqı” müqaviləsinə əsasən tərəflər arasında mülki münasibətlər yaranmışdır. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün tərəflərindən xx.xx.2024-cü il tarixində Elektron Qaimə göndərilərək borc tələb edilmişdir. Qeyd edilən borcun cavabdeh tərəfindən qısa müddətdə tam ödənilməsi üçün tərəflərindən eyni zamanda xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubları həm poçt vasitəsi ilə həm də elektron qaydada göndərilmişdir. Borcun ödənilməsinə dair Cavabdeh1 MMC-yə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək borcun qısa müddətdə ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Əks halda müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi xəbərdarlıqda göstərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, A/17/11/U-23 saylı alqı-satqı müqaviləsinin 11.4-cü bəndinə əsasən "xxxx" MMC-nin direktoru Cavabdeh2 bu müqaviləni alıcı və satıcı ilə bərabər imzalayaraq qəbul edir ki, Alıcı müqavilə üzrə öhdəliklərini Satıcı tərəfindən verilmiş yazılı xəbərdarlıqlara baxmayaraq icra etməsə və ya onu icra etmək iqtidarında olmasa, direktor alıcının bu müqavilə üzrə öhdəliklərinin icrasını öz üzərinə götürəcəkdir və bu öhdəliklərin icrasına görə özü əmlak və qeyri-əmlak hüquqları ilə məsuliyyət daşıyacaqdır. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə təqdim etdiyi etirazda bildirmişdir ki, iş materiallarından göründüyü kimi, iddia tələbinin əsası olan A/17/11/U-23 saylı alğı-satqı müqaviləsi məhz "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanmışdır. Buna baxmayaraq, iddiaçı tərəfindən həm "xxxx" MMC, həm də şirkətin direktoru Cavabdeh2 cavabdeh olaraq göstərilmişdir. Həmçinin, müqavilə üzrə yarandığı iddia olunan borcun "xxxx" MMC ilə Cavabdeh2 müştərək qaydada tutulması xahiş edilmişdir. Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq MMC-nin direktoru MMC-nin öhdəliklərinə görə şəxsi məsuliyyət daşımamaqdadır. Lakin iddiaçı "xxxx" MMC tərəfindən şirkətin direktoru Cavabdeh2 da cavabdeh olaraq göstərilmişdir. Belə olan halda, Cavabdeh2 hüquqları pozulmaqdadır. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 152-ci maddəsinə uyğun olaraq iddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul edilməsi xahiş olunur. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə təqdim etdiyi etirazda Cavabdeh2 iş üzrə cavabdeh statusundan çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən onların mövqeyini öyrənmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, e-2-2(121)-1479/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən xx.xx.2023-ci il tarixli, A/17/11/U-23 nömrəli müqavilə üzrə 26901,37 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə borcu və ödənilmiş 172,2 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 27573,57 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi, ddianın qalan hissədə təmin edilməməsi və iddiaçı tərəfindən artıq ödənilmiş 22,8 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 MMC-nin nümayəndəsi Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsullar müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamışdır. Buna görə də, layihənin icrası ləngimələrlə üzləşmiş, layihənin icrasında növbəti mərhələlərə keçid vaxtında mümkün olmamışdır. Bununla da, zəncirvari şəkildə ümumi layihənin icrasında, təhvil verilməli olduğu tarixdə, layihə üzrə çalışan işçilərin əmək haqları olmaqla bir çox məsələlərdə problemlər yaranmışdır. Cavabdeh1 MMC tərəfindən icra olunan layihənin gecikmələrlə üzləşməsi şirkətin maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Göründüyü kimi, İddiaçıMMC tərəfindən müqavilə öhdəlikləri qüsurlu icra olunmuşdur, bununla da Cavabdeh1 MMC-yə zərər dəymişdir. Bu səbəbdən Cavabdeh1 MMC ilə İddiaçı MMC arasında şifahi danışıqlar aparılmış və müqavilə üzrə ödənilməli olan vəsait dəymiş zərərə mütənasib olaraq azaldılması təklif edilmişdir. Lakin Cavabdeh1 MMC-yə İddiaçı MMC-nin təqsiri nəticəsində dəymiş zərərə baxmayaraq tam ödənişi tələb etməkdədir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı MMC məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti Cavabdeh1 MMC-yə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2021-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2017-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, A/17/11/U-23 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşması protokolu”nda göstərilən mal materialları (bundan sonra müqavilədə “Mallar” kimi qeyd ediləcəkdir) alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib almağı və onun dəyərini ödəməyi öhdəsinə götürür. 11.4-cü bəndinə əsasən, Alıcı Cavabdeh1 direktoru Cavabdeh2 bu müqaviləni alıcı və satıcı ilə bərabər imzalayaraq qəbul edir ki, Alıcı müqavilə üzrə öhdəliklərini Satıcı tərəfindən verilmiş yazılı xəbərdarlıqlara baxmayaraq icra etməsə və ya onu icra etmək iqtidarında olmasa, direktor alıcının bu müqavilə üzrə öhdəliklərinin icrasını öz üzərinə götürəcəkdir və bu öhdəliklərin icrasına görə özü əmlak və qeyri-əmlak hüquqları ilə məsuliyyət daşıyacaqdır. 11.5-ci bəndinə əsasən, Alıcının borcları müvafiq qaimə fakturalar və ya borcların qarşılıqlı üzləşmə aktları ilə müəyyən ediləcəkdir və bu sənədlər onlarda göstərilən borcların mübahisəsiz ödənişi üçün əsas sayılacaqdır. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024- cü il tarixli “Malların təhvil-qəbul aktı”na əsasən 9019,4 manat məbləğində, 17881,97 manat məbləğində mallar (cəmi: 26901,37 manat) İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 761671 saylı və xx.xx.2024-cü il tarixli, 221743 saylı elektron qaimə-fakturalara əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nə təhvil verilmiş malların ümumi dəyəri 26901,37 manat təşkil edir. İş materiallarında olan hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2025ci il tarixli “Borcların üzləşdirilməsi aktı”ndan görünür ki, tərəflər həmin aktı tərtib edərək Cavabdeh1 xx.xx.2025-ci il tarixə İddiaçı MMC-nə 26901,37 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında imzalanmış olan xx.xx.2023-cü il tarixli, A/17/11/U-23 saylı alqısatqı müqaviləsi əsasən Cavabdeh1 MMC-nin əsas borcu 26901,37 manat, cərimə borcu 8000 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xəbərdarlıq bildirişinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli, A/17/11/U-23 saylı kredit müqaviləsinə əsasən yaranmış 26901,37 manat borcun 7 iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 MMC xəbərdarlıq edilmişdir. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən Cavabdeh1 MMC narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlilləri İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsulların müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamasından, buna görə də layihənin icrası ləngimələrlə üzləşilməsindən, layihənin icrasında növbəti mərhələlərə keçid vaxtında mümkün olmamasından, bununla da, zəncirvari şəkildə ümumi layihənin icrasında, təhvil verilməli olduğu tarixdə, layihə üzrə çalışan işçilərin əmək haqları olmaqla bir çox məsələlərdə problemlərin yaranmasından ibarət olmuşdur. Cavabdehin layihənin gecikmələrlə üzləşməsi şirkətin maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Göründüyü kimi, İddiaçıMMC tərəfindən müqavilə öhdəlikləri qüsurlu icra olunmuşdur, bununla da Cavabdeh1 MMC-yə zərər dəymişdir. Bu səbəbdən Cavabdeh1 MMC ilə İddiaçı MMC arasında şifahi danışıqlar aparılmış və müqavilə üzrə ödənilməli olan vəsait dəymiş zərərə mütənasib olaraq azaldılması təklif edilmişdir. Lakin Cavabdeh1 MMC-yə İddiaçı MMC-nin təqsiri nəticəsində dəymiş zərərə baxmayaraq tam ödənişi tələb etmişdir. Qeyd edilənlər apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Cavabdeh1 MMC apellyasiya şikayətində iddiaçı tərəfin müqaviləyə əsasən onlara təhvil verilməli olan məhsulları razılaşdırılmış tarixlərdə çatdırılmamasını, layihənin icrasının ləngimələrlə üzləşilməsinə, layihə üzrə çalışan işçilərin əmək haqları olmaqla bir çox məsələlərdə problemlərin yaranmasına səbəb olmasını və cavabdehin layihənin gecikmələrlə üzləşməsi şirkətin maddi ziyana məruz qalmasına əsas verməsini qeyd etsə də qeyd etdiyi dəlillərlə bağlı Kollegiyaya hər hansı mötəbər sübut təqdim etməmişdir. Kollegiya işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlmişdir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi və təhvil verilmiş malların ümumi dəyərinin 26901,37 manat məbləğində olması, Cavabdeh1 xx.xx.2025-ci il tarixə İddiaçı MMC-nə 26901,37 manat məbləğində borcunun olması işin mübahisəsiz hallarını təşkil edir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli EBDX 221743 nömrəli elektron qaimədən görünür ki, həmin qaimə üzrə cavabdehlərə 17881.97 manat, xx.xx.2024-cü il tarixli EBDW 761671 nömrəli elektron qaimə üzrə isə 9019.40 manat mal təhvil verilmişdir. 17881.97 + 9019.40 = 26901,37 manat olması müəyyən olunur. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, e-2-2(121)-1479/2025 saylı qətnaməsi Cavabdeh1 MMC-nin nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-252/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-252/2025
30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver