Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-266/2025 23.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1679/2025 nömrəli qərardadından İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, kollegiya müəyyənetdi: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1679/2025 nömrəli məhkəmə əmri ilə, xx.xx.1963-cü il təvəllüdlü, Saatlı rayonu, Əbil kəndində qeydiyyatda olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********) borclu Cavabdeh (Ş/V AZE ********, FİN: xxxxxxx) xx.xx.2023-cü il tarixli 270 saylı 2023-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqavilə üzrə 2034 manat əsas, 101,7 manat cərimə, cəmi 2135,7 manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun, ümumilikdə 2235 (iki min iki yüz otuz beş) manat 70 (yetmiş) qəpik pul vəsaiti tutularaq, hüquqi ünvanı Saatlı rayonu, Qıraqlı kəndində olan kreditor İddiaçı MMC-yə (VÖEN: **********) ödənilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1679/2025 nömrəli məhkəmə əmrinə qarşı etiraz vermiş və eyni zamanda məhkəmə əmrinə etiraz verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1679/2025 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1679/2025 nömrəli qərardadından şikayət vermişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1679/2025 nömrəli qərardadı ilə Cavabdeh şikayəti təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1679/2025 nömrəli qərardadının ləğv edilməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-1679/2025 nömrəli məhkəmə əmrinə etiraz verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-1679/2025 nömrəli məhkəmə əmrinin ləğv edilməsi, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə iddia icraatı qaydasında baxılması və iş üzrə məhkəmə hazırlıq iclasının keçirilməsi 21 oktyabr 2025-ci il tarixə, saat 14:45-ə təyin edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron qaydada şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-1679/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1679/2025 nömrəli məhkəmə əmrindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair borclu Cavabdeh ərizəsinə həmin məhkəmədə 02 sentyabr 2025-ci il tarixdə baxılmışdır. Məhkəmə Cavabdeh ərizəsini təmin etməmiş və məhkəmə əmrinə qarşı verilmiş etirazı geri qaytarmışdır. Məhkəmə 02 sentyabr 2025-ci il tarixli e-2-2(121)-1679/2025 saylı qərardadını belə əsaslandırmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1679/2025 nömrəli məhkəmə əmrinə qarşı etiraz vermə müddəti Cavabdeh münasibətdə məhkəmə əmrini rəsmi qaydada alındığı xx.xx.2025-ci il tarixdən etibarən başlamış, həmin müddət xx.xx.2025-ci il tarixdə bitmiş, borclu Cavabdeh tərəfindən əmrə qarşı etiraz və müddətin bərpasına dair elektron ərizə isə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Beləliklə müəyyən olunur ki, əmrə etiraz verilməsi üçün nəzərdə tutulmuş müddət Cavabdeh tərəfindən 3 aydan çox müddətdə ötürülmüşdür. Prosessual müddətin bərpasına dair ərizənin məzmunundan göründüyü kimi Cavabdeh əmrə etiraz verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürdüyünü məhkəmə əmrinin surətini xx.xx.2025-ci il tarixdə aldığı, lakin hüquqi savadsızlığı səbəbindən əmrə qarşı etirazı gec verdiyi ilə əsaslandırmışıdr. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-1679/2025 nömrəli məhkəmə əmrini rəsmi qaydada xx.xx.2025-ci il tarixdə almışdır, xx.xx.2025-ci il tarixdə isə onun ərizəsinə əsasən adı çəkilən əmrin surəti ona təkrarən təqdim olunmuşdur. Digər tərəfdən isə məhkəmə əmrinin nəticə hissəsində əmrdən alındığı gündən 10 gün müddətində əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz verilə biləcəyi izah olunmuşdur. Bu izahın məzmununun anlaşılması isə hüquqi savad tələb etmədiyindən, Cavabdeh bu barədə dəlili əsaslı hesab edilə bilməz. Borclu Cavabdeh xx.xx.2025-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-1679/2025 nömrəli qərardadından şikayət vermişdir. Məhkəmə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1679/2025 nömrəli qərardadı ləğv etmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)- 1679/2025 nömrəli məhkəmə əmrinə etiraz verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etmişdir. Məhkəmə bu dəfə hesab etmişdir ki, borclu Cavabdeh hüquqi savadsızlığı nəticəsində məhkəmə əmrinə qarşı etiraz vermə ilə bağlı prosessual tələbi düzgün anlamaması qəbul ediləndir. Yuxarıda qeyd olunalarla bağlı İddiaçı MMC vurğulayır ki, Şirvan Kommersiya Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli e-2-2(121)- 1679/2025 saylı qərardadı ilə 18 sentyabr 2025-ci il tarixli e-2-2(121)-1679/2025 saylı qərardadı biribirinə zidd olaraq çıxarılmışdır. Belə ki, 02 sentyabr 2025-ci il tarixli e-2- 2(121)-1679/2025 saylı qərardadın əsaslandırma hissəsində məhkəmə göstərir ki, xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-1679/2025 nömrəli məhkəmə əmrinin nəticə hissəsində əmrdən alındığı gündən 10 gün müddətində əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz verilə biləcəyi izah olunmuşdur, bu izahın məzmununun anlaşılması isə hüquqi savad tələb etmir. 18 sentyabr 2025-ci il tarixli e-2-2(121)-1679/2025 saylı qərdadda isə məhkəmə göstərir ki, borclu Cavabdeh hüquqi savadsızlığı nəticəsində onun məhkəmə əmrinə qarşı etiraz vermə ilə bağlı prosessual tələbi düzgün anlamaması qəbul ediləndir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1679/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin nümayəndəsi verilmiş şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1679/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda həmin qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Birinci instansiya məhkəməsi şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. 275.2-ci maddəsinə əsasən, bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. 280-ci maddəsinə əsasən, məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. 283-cü maddəsinə əsasən, borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. 284.1-ci maddəsinə əsasən, məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sadalanan prosessual hüquq normalarının tələblərindən göründüyü kimi, prosessual qanunvericilik bəzi aşkar tələblər üzrə işlərə sadələşdirilmiş qaydada əmr icraatı formasında baxılmasını mümkün hesab edir. Əmr icraatında baxılan işlərin digər sadələşdirilmiş icraat qaydasında baxılan işlərdən əsas fərqi, həmin işlərə tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan baxılması, çıxarılan əmrin icra sənədi qüvvəsində olması, məhkəmə əmrindən şikayət imkanının nəzərdə tutulmaması, yalnız borclunun verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilməsinin mümkün hesab edilməsi təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, borclunun verilmiş tələbə və ya onun hissəsinə qarşı etirazı hüquqi mahiyyəti etibarı ilə məhkəmə aktından şikayəti deyil, verilmiş tələblə tam və ya qismən razı olmaması, buna görə də tələbə çəkişmə prinsipinə əməl edilməklə iddia icraatı qaydasında baxılmasının zəruri olması barədə məhkəməni xəbərdar etməsini ehtiva edir. Qeyd olunmalıdır ki, əmrə qarşı etirazı almış məhkəmə etirazın dəlillərini araşdırmadan, yalnız etirazın verilməsi faktı ilə kifayətlənərək qəbul etdiyi əmri ləğv edib tələbə iddia icraatı qaydasında baxılması haqqında qərar qəbul etməlidir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə əmrinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş əsas tələblərdən birini təşkil edən kreditorun tələbinin aşkar olması halını müəyyən etmək üçün kreditor tərəfindən təqdim olunmuş sənədlərin təhlili kifayət edirsə də, borclu tərəfindən əmrə qarşı hər hansı bir əsaslandırma edilmədən yalnız etiraz ərizəsinin verilməsi ilə həmin aşkarlılıq halı aradan qalxmış olur. Buna görə də, qanunvericilik belə halda işin iddia icraatında tam və hərtərəfli araşdırılmasını əmredici qaydada müəyyən etmişdir. Məhkəmə hesab etmişdir ki, borclu tərəfindən məhkəmə əmrinə qarşı verilmiş etiraz öz mahiyyətinə görə həm də, barəsində məhkəmə əmri çıxarılmış borclunun məhkəmə müdafiəsi hüququndan səmərəli istifadəsinin realizə edilməsi ilə xarakterizə olunmalıdır. Belə ki, məhz etiraz vasitəsi ilə borclu ona qarşı irəli sürülmüş tələbin əsaslılığının ətraflı araşdırılmasına nail ola bilir. Təsadüfi deyil ki, MPM-nin 283-cü maddəsinin 2021-ci il 9 iyul tarixli, 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyasında borclunun etirazının prosessual baxımdan iddia ərizəsinə bərabər tutulması qeyd olunmuşdur. Məhkəmə, həmçinin qeyd etməyi zəruri saymışdır ki, şəxsin məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ əsas insan hüquqlarından biri kimi Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdaş çıxdığı bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin çoxsaylı qərarlarında formalaşdırdığı hüquqi mövqe də bundan ibarətdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiə mexanizmi olan ədalət mühakiməsini nəzərdə tutur.” Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə məhkəmə əmrinə etiraza dair bir əsas tələb nəzərdə tutulmuşdur. Belə ki, əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılması üçün borclu tərəfindən etirazın vaxtında (əmrin alındığı gündən 10 gün müddətində) verilməsi tələb olunur. Prosessual müddətlərə dair ümumi qaydaya əsasən isə, nəzərdə tutulmuş müddətlərin ötürülməsi prosessual hərəkətləri etmək hüququnun keçirilməsinə səbəb olur. Lakin, qanunvericilikdə ötürülmüş prosessual müddətlərin bərpa edilməsi institutu da nəzərdə tutulmuşdur ki, bu qayda məhkəmə əmrinə etirazın verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına da şamil edilir. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericilikdə məhkəmə aktlarından şikayət verilməsi, o cümlədən məhkəmə əmrinə qarşı etirazın verilməsi üçün nəzərdə tutulmuş müddətlərin bərpası ilə bağlı üzürlü səbəblərin qəti siyahısı və ya konkret hallar göstərilməmişdir. Bu kimi hallarla bağlı hər bir iş üzrə həmin işin halları nəzərə alınmaqla müddətin buraxılmasının səbəbləri qiymətləndirilərək qərar qəbul edilməlidir. Bu zaman nəzərə alınmalı olan mühüm amillərdən birini, hər bir şəxsin məhkəmə müdafiəsi hüququnu səmərəli şəkildə realizə edə bilməsinə şərait yaradılması təşkil etməlidir. Məhkəmə müdafiəsi institutunun ən mühüm komponentlərindən biri isə məhkəməyə təkrar müraciət etmək hüququdur. Məhkəmə, şikayətdə qeyd olunan Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş “qanunu bilməmək məsuliyyətdən azad etmir” müddəasının hazırki işə tətbiqi ilə əlaqədar qeyd etmişdir ki, əvvəla Konstitusiyanın bir normasında nəzərdə tutulmuş qayda, Konstitusiyanın digər norması ilə təminat altına alınmış hüququ məhdudlaşdıran müddəa kimi təfsir oluna bilməz. Digər tərəfdən nəzərə alınmalıdır ki, Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsi təyinatı və hüquqi mahiyyəti etibarı ilə daha çox, əməlin cinayət və ya inzibati məsuliyyətə səbəb olmasını müəyyən edən normaların apriori hər kəs tərəfindən bilinməsi hipotezinə dayanır. Digər tərəfdən qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olması, 71-ci maddəsinin V hissəsi ilə isə Konstitusiyanın heç bir müddəasının insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilinməməsi təsbit edilmişdir. Məhkəmə yekun olaraq qeyd etmişdir ki, müddətin bərpasına dair məsələ borclunun xeyrinə həll edilərkən yuxarıda şərh olunanlar və baxılan iş üzrə borclunun hüquq və vəzifələri arasında ədalətli balansın təmin edilməsi rəhbər tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin: 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.6-cı maddəsinə əssasən, prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən, borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Şikayətin dəlilləri formal mülahizələrdən ibarətdir və iddiaçının hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1679/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-266/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-266/2025
23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver