Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-28/2023 02.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, İddiaçı X12 Co.LTD-nin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, e-2- 2(121)-1020/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X12 Co.LTD-nin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 186.656,25 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1020/2021-saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək 186.656,25 (bir yüz səksən altı min altı yüz əlli altı dollar iyirmi beş sent) ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) Cavabdehndən tutularaq “X12 Co.LTD”-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanunvericiliyə uyğun olaraq tərəflərə, o cümlədən Cavabdehnə göndərilmiş və həmin qətnamə xx.xx.2021-ci il tarixdə Cavabdeh -“Balakişiyev M” tərəfindən qəbul edilmişdir. Həmin qətnamədən Cavabdeh direktoru Nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1020/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh və vəkili Vəkil2 Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)- 1020/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1020/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh direktoru Nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəsi Şirvan Kommersiya Məhkəməsinə daxil olmuşdur. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1020/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh direktoru və vəkili Vəkil2 Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1020/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1020/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh direktoru və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi Nümayəndə şikayət ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1020/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının qismən ləğv edilərək Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1020/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, e-2-2(121)- 1020/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət Şirvan Kommersiya Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, e-2-2(121)-1020/2021 saylı qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1020/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməlidir. Belə ki, həmin qərardadda xx.xx.2021-ci il tarixdə Cavabdehnə göndərilmiş poçt xəbərnaməsi imzalanmaqla Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1020/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinin qəbul edildiyi qeyd edilmişdir. Lakin, Cavabdeh qanuni təmsilçisi o olduğundan və həmin ərəfədə Bakı şəhəri, Cəlil Məməmdəquluzadə 108 ünvanında ev dustaqlığında olduğundan heç kim sözügedən qətnaməni ona verməmiş və mövcudluğu barəsində məlumatlandırmamışdır. Qeyd etmişdir ki, “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MlÜMK-ın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın.” Göründüyü kimi, hüquqi şəxsin hər hansı işçisinin qətnaməni alması ev dustaqlığında olan prosessual hüquqlara və vəzifələrə malik şəxsin qətnamə ilə tanış olmaq və həmin qətnamədən apellyasiya şikayəti vermək imkanının iradəsindan asılı olmamasına əsaslı səbəb yaradır ki, bu qanuni təmsilçinin, yəni mənim həmin qətnamədən yeganə şikayət verən şəxs olmağıma baxmayaraq, qətnamənin rəhbəri olduğum hüquqi şəxsə təqdim edildiyi zaman onun orda olmaq imkanı mövcud olmamışdır. Daha sonra Ağcabədi rayon icra və probasiya şöbəsi tərəfindən yuxarıda qeyd edilən qətnamənin icrası ilə bağlı ona bildiriş göndərilən zaman məlum oldu ki, qanuni təmsilçisi olduğu hüquqi şəxsin borcunu təsdiq edən qanuni qüvvəyə minmiş qətnamə vardır. O müvafiq icra şöbəsi tərəfindən məlumatlandırıldığı vaxt dərhal Şirvan Kommersiya Məhkəməsinə sözügedən qətnamənin ona göndərilməsi ilə bağlı müraciət etmişdir. Lakin üstündən 1 ilə yaxın keçməsinə baxmayaraq ona heç bir cavab gəlmədiyi üçün o şəxsən məhkəməyə yaxınlaşıb qətnaməni əldə etmişdir. Vaxtında onun müraciəti cavablandırılsaydı yəqinki 1 il sonra apellyasiya şikayəti verir kimi görünmənzdir. Lakin kifayət qədər qanuni əsaslar vardır ki, ədalətin tənzimlənməsi, hüququn məqsədinə nail olmaq üçün apellyasiya şikayəti vermək müddəti bərpa edilməlidir. Bununla yanaşı şikayətinə əlavə etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə istinadən qeyd edir ki, həbsdə saxlanılma müddəti 05 iyun 2020-ci il tarixindən 19 oktyabr 2021-ci il tarixinədək olduğundan, istintaq Bakı şəhərində aparıldığından həbsdə və ev dustaqlığında olduğu yerin Bakı şəhəri olması aydın göründüyündən, qanuni təmsilçisi (direktoru) olduğu hüquqi şəxsə aid Şirvan Kommersiya Məhkəməsi tərəfindən göndərilən sənədləri almaq ehtimalının mümkünsüz olduğundan və sözügedən məhkəmə qətnaməsi üzrə apellyasiya şikayəti verə biləcək yeganə prosessual hüquq və vəzifələrə malik şəxsin o olduğundan apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan müddətin üzürlü ötürülməsi nəzərə alınaraq bərpa edilməlidir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, e-2-2(121)-1020/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur». X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İş materiallarının 131-ci vərəqəsində olan xəbərnamədən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1020/2021-saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətini Cavabdeh adından “Balakişiyev” soyadlı şəxs 17 sentyabr 2021-ci il tarixdə imza etməklə almışdır. Həmçinin iş materiallarının 150-ci səhifəsində olan Qəbzdən görünür ki, Cavabdeh direktoru Nümayəndə xx.xx.2022-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-1020/2021-saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətini almışdır. Göründüyü kimi Cavabdeh direktoru Nümayəndə ev dustaqlığında olsa da Şirvan şəhərinə gələrək xx.xx.2022-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1020/2021-saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətini şəxsən almışdır. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticəsi olaraq qeyd edir ki, Cavabdeh direktoru Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1020/2021-saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən qətnaməni aldığı gündən 1 (bir) ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, buna riayət etməmiş və qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş, ötürülmüş müddətin bərpası ilə əlaqədar müraciəti məhkəməyə daxil olsa da buraxılmış müddətin bərpasına dair məhkəməyə hər hansı üzrlü səbəb gətirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-cü maddəsinə əsasən, iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın biləvasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, e-2-2(121)-1020/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1 apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2 kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3 kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4 iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5 bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1020/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh direktoru və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, e-2-2(121)- 1020/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahid İmanov Hakimlər: Tale Kərimov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-28/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-28/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver