Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-30/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli e-2-2(121)-2211/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - "xxxx" MMC) (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 11.082,22 manat, dövlət büdcəsinə 3.145.569,33 manat məbləğində (o cümlədən, vergilər üzrə 237412,88 manat, faizlər üzrə 2.907.856,42 manat, maliyyə sanksiyası üzrə 300 manat), İcbari Tibbi Sığorta Fonduna 4.609,2 manat, Dövlət Sosial Müdafiə Fonduna 6.706.15,47 manat olmaqla, ümumilikdə 3831876,22 manat borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun xx.xx.2023-cü il tarixə İşsizlikdən Sığorta Fonduna 11.082,22 manat, dövlət büdcəsinə 3.145.569,33 manat məbləğində (o cümlədən, vergilər üzrə 237412,88 manat, faizlər üzrə 2.907.856,42 manat, maliyyə sanksiyası üzrə 300 manat), İcbari Tibbi Sığorta Fonduna 4.609,2 manat, Dövlət Sosial Müdafiə Fonduna 6.706.15,47 manat olmaqla, ümumilikdə 3.831.876,22 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə maraqlı şəxsə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi olan maraqlı şəxs yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi vergi ödəyicisi olan "xxxx" MMC-nin vergi və digər ödənişlər üzrə yaranmış cəmi 3831876,22 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli e-2-2(121)- 2211/2023 saylı saylı qətnaməsi ilə ərizə təmin olunaraq vergi ödəyicisi olan "xxxx" MMCnin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 11.082,22 manat, dövlət büdcəsinə 3.145.569,33 manat məbləğində (o cümlədən, vergilər üzrə 237412,88 manat, faizlər üzrə 2.907.856,42 manat, maliyyə sanksiyası üzrə 300 manat), İcbari Tibbi Sığorta Fonduna 4.609,2 manat, Dövlət Sosial Müdafiə Fonduna 6.706.15,47 manat olmaqla, ümumilikdə 3.831.876,22 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1972 -ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququnun vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması və Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunması və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun barəsində ərizəyə baxılan zaman vəsatətlərini nəzərə alınmamış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tələb etdiyi vergi borcunun araşdırılması üçün müddət tələb etdiyi və həmin vergi borcunun vaxtının keçməsini nəzərə almadan, qanunsuz olaraq onun konstitusion hüququnu məhdudlaşdırmışdır. Təqdim etdiyi sübutlar araşdırılmamışdır. Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin xx.xx.2023-cü il tarixində Cəmiyyətə daxil olmuş məktubu ilə Cəmiyyətin vaxtı ötmüş vergi borclarının silinməsinə dair xx.xx.2023-cü il tarixli **********813100 nömrəli müraciəti üzrə əlavə araşdırma müddəti “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən uzadılması müəyyən edilir. Belə olan halda ərizəçi İdarə Cəmiyyətinin vergi borcunun olub-olmamasını hələ dəqiqləşdirməmişdir. Göründüyü kimi, onun ölkədən çıxışına müvəqqəti məhdudiyyətin qoyulmasını tələb edən ərizəçinin ərizədə qeyd etdiyi vergi borcunun olub-olmaması hələ (qeyri-müəyyənlik) araşdırılır. Bununla yanaşı, "xxxx" MMC tərəfindən vergi borclarının silinməsi ilə bağlı aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməyə müraciət edilmiş və icraata qəbul edilmişdir. Bu da onu göstərir ki, ərizəçi İdarənin vergi borcu müəyyən edilənə kimi hazırkı mübahisəli ərizəni geri götürməli və tam aydınlaşdırdıqdan sonra müraciət etməli idi. Qeyd olunan hallara, məhkəmə diqqət etməmiş, hərtərəfli araşdırmamış və əsassız məhkəmə aktı qəbul edərək hüququnu məhdudlaşdırmışdır. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə baxışı zamanı ərizəçi İdarə "xxxx" MMC-nin müraciətinə əsasən vergi borclarını şəxsi vərəqədə azaltmışdır. Ərizəçi Dövlət Vergi Xidmətinin 2 saylıƏrazi Vergilər Baş İdarəsinin ərizəsində qeyd olunan vergi borclarının müddəti keçmişdir. "xxxx" MMC-nin İşsizlikdən Sığorta Fonduna borcu 11.082,22 manat, dövlət büdcəsinə borcu 3.145.569,33 manat məbləğində (o cümlədən, vergilər üzrə 237412,88 manat, faizlər üzrə 2.907.856,42 manat, maliyyə sanksiyası üzrə 300 manat), İcbari Tibbi Sığorta Fonduna borcu 4.609,2 manat, Dövlət Sosial Müdafiə Fonduna borcu 670.615,47 manat təşkil edir. Vergi ödəyicinin vergi öhdəliyi düzgün göstərilməmişdir. Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin xx.xx.2023-cü il tarixində Cəmiyyətə daxil olmuş məktubu ilə Cəmiyyətin vaxtı ötmüş vergi borclarının silinməsinə dair xx.xx.2023-cü il tarixli **********813100 nömrəli müraciəti üzrə əlavə araşdırma müddəti “Vətəndaşların müraciəti haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən uzadılmışdır. Ərizəçi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicisi "xxxx" MMC vergi öhdəliyinin həcminə dair araşdırma nöqteyi-nəzərdən müvafiq araşdırma aparmamışdır. Fakt ondan ibarətdir ki, Vergi ödəyicinin vergi borcu məhkəmə baxışı zamanı Ərizəçi İdarə tərəfindən azaldılmışdır. Buna baxmayaraq, məhkəmə ərizəçi İdarəyə müvafiq sorğu verərək, öhdəliyin həcmi və ya mövcudluğunu dəqiqləşdirməli olduğu halda aydınlaşdırmamışdır. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Onun tərəfindən məhkəməyə Vergi ödəyicisinin Şəxsi vərəqəsi təqdim edilmişdir. İş materiallarından göründüyü tələb olunan verginin müddəti keçmiş, ötürülmüşdür. Vergi ödəyicisinin Şəxsi vərəqəsindən vergi borcunun azaldılması buna sübutdur. Normanın əsasını təşkil edən müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi düzgün tətbiq edilməmişdir. Çünki müəyyən edilmiş müddət ötürülmüş və maddi normanın tələbinə görə vergi borcu silinməlidir. Bununla bağlı müraciəti ərizəçi İdarədə araşdırılır. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Ərizəçi İdarənin vergi ödəyicinin vergi borcunun olub-olmaması, vaxtı keçib-keçməməsini aydınlaşdırdığı halda dayandırmalı olduğu halda dayandırmamışdır. Prosessual hüquq normasının tələbini pozmuşdur. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış ərizəçinin səlahiyyətli nümayəndəsi və maraqlı şəxs məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən ərizəçinin səlahiyyətli nümayəndəsinin və maraqlı şəxsin iştirakları olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də, məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli e-2-2(121)- 2211/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Habelə MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan Maraqlı şəxs ərizəsinə əlavə edilmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsindən əldə edilmiş Çıxarışlardan görünür ki, o, hazırda "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) rəhbər vəzifəsindən azad edilmişdir və yeni rəhbər X6 təyin edilmişdir. Hər iki hüquqi şəxsin yeni rəhbər dəyişikliyi ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi ergilər Baş İdarəsində qeydə alınmışdır. O, rəhbər olmadığı təqdirdə onun konstitusion hüquqlarını məhdudlaşdırmaq, azadlıq və sərbəst hərəkət etmək hüququna maneə törətmək yolverilməzdir. Onun, həmçinin “Beynəlxalq dərəcəli hakim” olmağını nəzərə alaraq X1 təcrübəli idman hakimi kimi iştirakı məhdudlaşır. İşdə olan Maraqlı şəxs məxsus ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixli əmrlə həmin tarixdə "xxxx" MMC-yə direktor vəzifəsinə qəbul olunmuş, daha sonra direktor Rasim Orucovun xx.xx.2023-cü il tarixli əmri ilə həmin tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində əsasən (öz xahişi ilə) vəzifəsinə xitam verilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 355-7.3-cü maddəsinin tələbinə görə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən tam hüquqlu məhkəmə olaraq işin tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İşsizlikdən Sığorta Fonduna 11.082,22 manat, dövlət büdcəsinə 3.145.569,33 manat məbləğində (o cümlədən, vergilər üzrə 237412,88 manat, faizlər üzrə 2.907.856,42 manat, maliyyə sanksiyası üzrə 300 manat), İcbari Tibbi Sığorta Fonduna 4.609,2 manat, Dövlət Sosial Müdafiə Fonduna 6.706.15,47 manat olmaqla, ümumilikdə 3831876,22 manat borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsindən əldə edilmiş Çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi hazırda (14 dekabr 2023-cü ildən) X4r. Eyni zamanda, iş materiallarında olan ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, direktor Rasim Orucovun xx.xx.2023-cü il tarixli əmri ilə həmin tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində əsasən Maraqlı şəxs (öz xahişi ilə) vəzifəsinə xitam verilmişdir. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, artıq “AAAF-İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri başqa bir şəxsdir və Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması onun konstitusion hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndində əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Beləliklə, kollegiya hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli e-2- 2(121)-2211/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Qətetdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli e-2-2(121)- 2211/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-30/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-30/2024
28.02.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver