Məhkəmə qərarları › İş №2-2(106)-31/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-31/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-31/2023 06.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı – iddia qiymətini təşkil edən 8.489,48 manat borcun, 1.413,50 manat cərimə, ümumilikdə 9.902,98 borcun; iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 manat pulun, 110 manat mediasiya xərcinin “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş. nin xeyrinə tutulması tələbinə dair iddiası ilə bağlı kommersiya mübahisəsi üzrə Açar sözlər: pul tələbi Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X5, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı – iddia qiymətini təşkil edən 8.489,48 manat borcun, 1.413,50 manat cərimə, ümumilikdə 9.902,98 borcun; iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 manat pulun, 110 manat mediasiya xərcinin “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş. nin xeyrinə tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2- 2(121)-2290/2022 saylı qətnaməsindən (hakim İ.Cabbarov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia qiymətini təşkil edən 8.489,48 manat borcunun, 1.413,50 manat cərimənin, ümumilikdə 9.902,98 borcun; iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 manat pulun, 110 manat mediasiya xərclərinin “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş. nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, "X11 Güc Sistemleri Sanayi Ve Ticaret A.S." nin Azarbaycan Respublikasindaki Nümayəndəliyi ilə Fərdi Sahibkar Cavabdeh arasında 12 mart 2019-cu il tarixli BM042/19 saylı Xidmət və ehtiyyat hissələrinin Alqı-Satqısı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında adları e-qaimədə qeyd edilən ehtiyat hissələrin alqı satqısı həyata keçirilmiş və təhvil verilmişdir. Elektron qaimələr üzrə cavabdeh tərəfindən müxtəlif tarixlərdə ödəniş edilmiş, lakin əsas borc məbləğini təşkil edən 8.489,48 manat borc bu günə kimi ödənilməmişdir.Tərəflər arasında imzalanmış müqavilənin 6.1-ci maddəsinə əsasən Sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyat hissələrinin dəyərini vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir. Sonuncu qaimə tarixindən bu günə kimi borcun gecikdirmə günü 333 gün olduğunu nəzərə alsaq, cavabdehin gecikmə cəriməsi 1.413,50 manat təşkil etməkdədir. Cavabdehə dəfələrlə borcun ödənilməsi xahiş edilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əmal edərək cavabdehə xx.xx.2022-ci il tarixdə mediasiya presesinin tətbiqi barədə təklif göndərilmiş və təklif cavabdeh tərəfindən qəbul edilmişdir. Daha sonra prosessual qaydalara əməl edilərək xx.xx.2022-ci il tarixdə Mediasiya Təşkilatına müraciət edilmişdir. xx.xx.2022-ci il tarixdə təyin edilmiş mediator tərəfindən Mediasiyaya dəvət məktubu göndərilmiş, xx.xx.2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında hər iki tərəfin iştirakı təmin edilmişdir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/2-01384 saylı X3 sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış təqdim edilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada 100 manat məbləğində mediasiyaya dair, 10 manat poçt və digər xərclər ödənilmişdir. Belə olan halda ödənilmiş mediasiya xərci də cavabdehdən tutulmalıdır. Cavabdeh iddiaçıya qarşı qarşılıqı iddia ərizəsi verərək, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən ekskavatorun mühərrikinin starterinin geri qaytarılması, 3 ədəd sınmış farsunkaların və kəsilmiş kabelin mümkünsə, təmir edilməsi, əks təqdirdə isə yenisi ilə əvəz edilməsi, iddia qiymətini təşkil edən 77.000 manat dəymiş maddi ziyanın, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 321 manat dövlət rüsumunu fərdi sahibkar Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının ərizədə qeyd etdiyi kimi təqdim olunmuş Elektron Qaimələr üzrə Cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Həmçinin göstərilən fakturalar üzrə heç bir ƏDV borcu yoxdur, tam şəkildə ödənilmişdir. Lakin iddiada tələb olunan əsas məbləğin ödənilməməsinə səbəb “Borusan Makina və GÜÇ sistemləri sanayi və ticarət A.Ş." Azərbaycan Nümayəndəliyinə cari ilin fevral ayında təmir üçün təhvil verilmiş CAT 330 markalı, ** BA *** Dövlət nömrə nişanlı ekskavatorun yalnız avqust ayının sonunda "guya" təmir olunaraq qaytarılarkən 3 ədəd farsunkasının sınmış, kabeli kəsilmiş vəziyyətdə olduğu, mühərrikin starterinin isə tamamilə aşkar olunmadığı, ümumiyyətlə texnika işə yararsız vəziyyətdə olduğu aşkar edilməsidir. Bu barədə akt tərtib olunmuşdur. Həmçinin təmir müddəti uzun zaman olduğundan sahibkar olaraq texnikanın uzun müddət işləməməsi səbəbindən xeyli maddi ziyana uğramışdır. Belə ki, hər ay icarə müqaviləsi üzrə 11.000 manat gəlir əldə etmək imkanı olduğunu nəzərə alarsaq, “Borusan Makina və GÜÇ sistemləri sanayi və ticarət A.Ş." Azərbaycan Nümayəndəliyi 7 ay boşdayanmaya görə 77.000 AZN ziyan vurmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-2290/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılması qərara alınmışdır. Cavabdeh iddiaçıya qarşı xx.xx.2022-ci il tarixində yenidən qarşılıqı iddia ərizəsi verərək, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən ekskavatorun mühərrikinin starterinin geri qaytarılması, 3 ədəd sınmış farsunkaların və kəsilmiş kabelin mümkünsə, təmir edilməsi, əks təqdirdə isə yenisi ilə əvəz edilməsi, iddia qiymətini təşkil edən 77.000 manat dəymiş maddi ziyanın, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 321 manat dövlət rüsumunu fərdi sahibkar Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının ərizədə qeyd etdiyi kimi təqdim olunmuş Elektron Qaimələr üzrə Cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Həmçinin göstərilən fakturalar üzrə heç bir ƏDV borcu yoxdur, tam şəkildə ödənilmişdir. Lakin iddiada tələb olunan əsas məbləğin ödənilməməsinə səbəb “Borusan Makina və GÜÇ sistemləri sanayi və ticarət A.Ş." Azərbaycan Nümayəndəliyinə cari ilin fevral ayında təmir üçün təhvil verilmiş CAT 330 markalı ** BA *** Dövlət nömrə nişanlı ekskavatorun yalnız avqust ayının sonunda "guya" təmir olunaraq qaytarılarkən 3 ədəd farsunkasının sınmış, kabeli kəsilmiş vəziyyətdə olduğu, mühərrikin starterinin isə tamamilə aşkar olunmadığı, ümumiyyətlə texnika işə yararsız vəziyyətdə olduğu aşkar edilməsidir. Bu barədə akt tərtib olunmuşdur. Həmçinin təmir müddəti uzun zaman olduğundan sahibkar olaraq texnikanın uzun müddət işləməməsi səbəbindən xeyli maddi ziyana uğramışdır. Belə ki, hər ay icarə müqaviləsi üzrə 11.000 manat gəlir əldə etmək imkanı olduğunu nəzərə alarsaq, “Borusan Makina və GÜÇ sistemləri sanayi və ticarət A.Ş." Azərbaycan Nümayəndəliyi 7 ay boşdayanmaya görə 77.000 AZN ziyan vurmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-2290/2022 saylı qərardadı qarşılıqlı iddia ərizəsinin geri qaytarılması və ödənilmiş 321 manat dövlət rüsumunun Cavabdeh qaytarılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinin xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o (onlar), məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Şirvan Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2-2(121)-2290/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8.489,48 manat borc, 140 manat cərimə borcu, ilkin mediasiya sessiaysında ödənilən 110 manat, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 manat və 30 manat məbləğində ödənilən dövlət rüsumu, cəmi 8.779,48 manat tutularaq İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, hakim qətnamənin əsaslandırılma hissəsində göstərmişdir ki, “Məhkəmə müəyyən etdi ki, hazirki işdə iddiaçının xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə Cavabdeh ehtiyat hissələrini verməsi qaiməfakturalara və cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiklərinə əsasən işin mübahisəsiz halını təşkil edir. Cavabdehin məhkəməyə göndərdiyi qarşılıqlı iddia ərizələrində “İddiaçının ərizədə qeyd etdiyi kimi təqdim olunmuş X7 Məlikov Sahmar tərəfindən müəyyən ödənişlər edilmişdir. Həmçinin göstərilən fakturalar üzrə heç bir ƏDV borcu yoxdur, tam şekilde ödenilmişdir. Lakin iddiada tələb olunan əsas məbləğin ödənilməməsinə səbəb “Borusan Makina və GÜÇ sistemləri sanayi və ticarət A.Ş." Azərbaycan Nümayəndəliyinə cari ilin fevral ayında təmir üçün təhvil verilmiş CAT 330 markali ** BA *** Dövlət nömrə nişanli ekskavatorun yalnız avqust ayının sonunda "guya" təmir olunaraq qaytarılarkən 3 ədəd farsunkasının sınmış, kabeli kəsilmiş vəziyyətdə olduğu, mühərrikin starterinin isə tamamilə aşkar olunmadığı, ümumiyyətlə texnika işə yararsız vəziyyətdə olduğu aşkar edilməsidir. Bu barədə akt tərtib olunmuşdur."qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh borcunun olduğunu etiraf edir, lakin onun ödənilməməsinin səbəbi kimi iddiaçının gördüyü işlərin qüsurlu olmasına istinad edir. Lakin bununla belə cavabdeh tərəfindən qeyd olunan hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmiş, iddiaçı tərəfindən ona texnika təhvil veriləndən sonra qeyd etdiyi məsələrlə bağli onun tərəfindən heç bir pretenziya irəli sürülməmişdir." Qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi xx.xx.2022-ci il tarixli Aktda da qarşı tərəfin ona təqdim etdiyi texnikanın yararsız vəziyyətdə olması öz təsdiqini tapmış və bu sənəd də, elektron məhkəmə sisteminə yerləşdirilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı təşkilatla çox isti münasibətləri olmuşdur. İddiaçı onun sahibliyində və istifadəsində olan ekskavator və digər texnikaları ehtiyyat hissələri ilə təmin etmişdir. Bununla bağlı onlar arasında müqavilə olmuşdur. Lakin cari ilin fevral ayında istifadəsində olan CAT 330 markalı, ** BA *** Dövlət nömrə nişanlı ekskavatorun 6 forsunkası işləmədiyindən iddiaçı onlara həmin sayda forsunka göndərmişdir. Lakin həmin forsunkalardan 3 ədədi işləsə də digər 3 ədədi qüsurlu çıxmışdır. Bu səbəbdən də onlar arasında narazılıq yaranmışdır. Bundan sonra forsunkalara görə ödənişlər etməmişdir. Hazırda qeyd edilən CAT 330 markalı, ** BA *** Dövlət nömrə nişanlı ekskavatoru satmışdır. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını kollegiyadan xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan 12 mart 2019-cu il tarixli, BM-042/19 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən satıcı alıcının təsdiq etdiyi sifarişlər əsasında və ya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 əsasən onun xüsusi texnikasına müvafiq texniki xidmət göstərməyi və eyni zamanda ehtiyat hissələri ilə təmin etməyi, sifarişçi isə bu xidmət və malların haqqını müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 6.1-ci yarımbəndinə əsasən, sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyat hissələrinin dəyərini vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli (EBBA seriyalı, 529269 nömrəli) elektron qaiməyə əsasən, 11.685,26 manat, xx.xx.2021-ci il tarixli (EBBC seriyalı, 351160 nömrəli) elektron qaiməyə əsasən, 735,85 manat, xx.xx.2021-ci il tarixli (EBBC seriyalı, 975986 nömrəli) elektron qaiməyə əsasən, 2.696,29 manat, xx.xx.2021-ci il tarixli (EBBD seriyalı, 845027 nömrəli) elektron qaiməyə əsasən, 505,19 manat dəyərində İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi alıcı Cavabdeh mallar göndərmişdir. İş materialında olan İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh ünvanlanmış məktubundan görünür ki, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və Cavabdeh arasında bağlanmış 12 mart 2019-ci il tarixli, BM-042/19 saylı xidmət və ehtiyat hissələrinin alqısatqı müqaviləsinə əsasən 8.489,48 manat borc yaranmış, sonuncu qaimə tarixindən bu günə kimi borcun gecikdirmə günü 333 güb olduğunu nəzərə alsaq, gecikmə cəriməsi 1.413,50 manat təşkil etmiş, yaranan borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə qanuna müvafiq tədbirlər görülməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan X3 sonra prosesin davam etdirilə bilməməsi barədə 25 avqust 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli iddia ərizəsinin verilməsinə görə İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş köçürmənin aparılması haqqında bildirişlərə əsasən, xx.xx.2021-ci il tarixdə 675 manat, xx.xx.2021-ci il tarixdə 180 manat, xx.xx.2021-ci il tarixdə 411,30 manat, xx.xx.2021-ci il tarixdə 112,25 manat, xx.xx.2021-ci il tarixdə 927,49 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 3.750 manat dəyərində Cavabdeh İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hesabına ödənişlər etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, e-16(121)-8/2022 nömrəli Şirvan Kommersiya Məhkəməsinin qərardadı ilə ərizəçi İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh fərdi Sahibkar Cavabdeh "xxxx" ASC-nin Binəqədi filialında bank hesablarında olan pul vəsaitlərinə, eyni zamanda digər bank hesablarında olan pul vəsaitləri üzərinə iddia tələbi həcmində (9902.98 manat) həbs qoyulmasına dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvəqqəti təminat tədbirinə dair ərizənin verilməsi üçün ərizəçi İddiaçı Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 10 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.Şirvan Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2-2(121)-2290/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar