Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-41/2025 12.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borc tələbinə üzrə Şirvan Kommersiya Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli e-2-2(121)-2493/2024 saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı “borc” tələbinə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, əsas borc üzrə 60466,24 manat pulun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 faiz hesablanmaqla 3023 manat pulun, hüquqi yardıma görə ödənilmiş 320 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 282 manat vəsaitin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ********** saylı VÖEN əsasında fərdi sahibkar kimi fəaliyyət göstərir. Cavabdehlə 20 oktyabr 2022-ci il tarixdə 17 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcı və satıcı arasında qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən malların cavabdehə verilməsi və müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh tərəfindən malın dəyərinin müqavilə imzalandıqdan sonra 1 iş günü ərzində ödənilməsi barədə öhdəlik götürülmüşdür. Həmin müqavilə əsasında xx.xx.2022-ci il tarixli, 226235 saylı elektron qaiməyə əsasən 17214 manat, xx.xx.2022-ci il tarixli, 709513 saylı elektron qaiməyə əsasən 26516,4 manat, xx.xx.2022-ci il tarixli, 280095 saylı elektron qaiməyə əsasən 26145,9 manat, xx.xx.2022-ci il tarixli, 984944 saylı elektron qaiməyə əsasən 843,6 manat, xx.xx.2022-ci il tarixli, 148838 saylı elektron qaiməyə əsasən 32304,8 manat, xx.xx.2023-cü il tarixli, 1977 saylı elektron qaiməyə əsasən 19948 manat, xx.xx.2023-cü il tarixli, 846532 saylı elektron qaiməyə əsasən 2585 manat, xx.xx.2023-cü il tarixli, 297765 saylı elektron qaiməyə əsasən 6106,75 manat, xx.xx.2023-cü il tarixli, 659818 saylı elektron qaiməyə əsasən 12170,55 manat, xx.xx.2023-cü il tarixli, 858026 saylı elektron qaiməyə əsasən 8550 manat, xx.xx.2023-cü il tarixli, 987221 saylı elektron qaiməyə əsasən 5897 manat, xx.xx.2023-cü il tarixli, 359622 saylı elektron qaiməyə əsasən 7224,6 manat, xx.xx.2023- cü il tarixli, 364253 saylı elektron qaiməyə əsasən 8607 manat, xx.xx.2023-cü il tarixli, 501574 saylı elektron qaiməyə əsasən 5096 manat, xx.xx.2023-cü il tarixli, 768316 saylı elektron qaiməyə əsasən 5947,95 manat, xx.xx.2023-cü il tarixli, 197232 saylı elektron qaiməyə əsasən 9247,95 manat, xx.xx.2023-cü il tarixli, 448324 saylı elektron qaiməyə əsasən 3828 manat, xx.xx.2023-cü il tarixli, 767134 saylı elektron qaiməyə əsasən 5700 manat, xx.xx.2023-cü il tarixli, 768477 saylı elektron qaiməyə əsasən 5386,5 manat, xx.xx.2023-cü il tarixli, 529553 saylı elektron qaiməyə əsasən 5700 manat, xx.xx.2023-cü il tarixli, 530129 saylı elektron qaiməyə əsasən 5386,5 manat, xx.xx.2023-cü il tarixli, 530606 saylı elektron qaiməyə əsasən 22002 manat, xx.xx.2023-cü il tarixli, 532087 saylı elektron qaiməyə əsasən 11326,2 manat, xx.xx.2023-cü il tarixli, 274711 saylı elektron qaiməyə əsasən 9333,75 manat olmaqla yağların satışı həyata keçirilmiş, lakin cavabdeh müqavilənin şərtlərinə əsasən yerinə yetirməli olduğu öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, cavabdeh tərəfindən müəyyən ödənişlər edilsə də, 60466,24 manat pul hazırki tarixədək ödənilməmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış “Qarşılıqlı borcların üzləşdirilməsi barəsində” xx.xx.2024-cü il tarixli aktda həm iddiaçının, həm də cavabdehin hesabatına əsasən qalıq borc miqdarının 60466,24 manat olması müəyyən edilmiş və cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilsə də, heç bir nəticəsi olmamış və 60466.24 manat pul ödənilməmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsində (tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyası) təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bu baxımdan, cavabdehin pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə faiz məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Belə ki, cavabeh tərəfindən əsas borc olan 60466,24 manat pula illik beş faiz olmaqla 3023 manat pul tutulmalıdır. Əlavə olaraq hüquqi yardımın göstərilməsi üçün vəkillə bağlanmış müqaviləyə əsasən 300 manat ödəniş edilmişdir ki, həmin pul da məhkəmə xərci sayılaraq cavabdehdən tutulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli e-2-2(121)-2493/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 60466,24 manat məbləğində borc, 3023 manat məbləğində əsas borca hesablanmış illik 5 faiz olmaqla, cəmi 63489,24 manat məbləğində pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 300 manat xərcin və 282 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddianın təmin olunan hissədə ləğv olunması və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normaları pozulmuş və qətnamə işin həqiqi hallarına uyğun olmamış və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi heç bir prosessual hüquq normasını tətbiq etməmişdir. Birinci instansiyası məhkəməsinin nəticəsi qanunsuz və əsassızdır. Bundan başqa, qətnamədən göründüyü kimi, birinci instansiyası məhkəməsi tərəfindən borc məbləğinin dəqiq müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair qərardad qəbul edilməmişdir. Qətnamədə faiz borcunun tutulması hissəsində iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri faiz borcunun tutulması hissəsində işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəflə aralarında borcların qarşılıqlı üzləşdirməsini aparmışlar, verdiyi mallara görə cavabdeh 60466 manat borcunun qaldığını öz möhürü ilə təsdiq etmişdir. Cavabdeh təşkilat iki ildən artıqdır ki, bir manat olsun borcundan ödəniş etmir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır, bunun üzürlü səbəbləri barədə qabaqcadan hər hansı bir formada məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ididanın təmin olunan hissədə ləğv edilərək, tam rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. Satıcı (iddiaçı) İddiaçı ilə alıcı (cavabdeh) Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarix aşağıdakı məzmunda “alqı-satqı” müqaviləsi bağlanmışdır: Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı tapşırır, satıcı isə bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən malmaterialların verilməsini öhdəsinə götürür; Müqavilənin 1.2-ci bəndinə əsasən mal-materialların miqdarı və qiymətləri protokolda razılaşdırılır; Müqavilənin 2.1-ci bəndinə əsasən alıcı malın 100% dəyərini müqavilə imzalandıqdan sonra 1 ay iş günü ərzində ödəyir; Müqavilənin 2.2-ci bəndinə əsasən mal-materialların dəyər ödənildikdən sonra 2 iş günü ərzində alıcı tərəfindən qəbul edilir. xx.xx.2022-ci il tarixli 226235 saylı elektron qaiməyə əsasən 17214 manat, xx.xx.2022ci il tarixli 709513 saylı elektron qaiməyə əsasən 26516,4 manat, xx.xx.2022-ci il tarixli, 280095 saylı elektron qaiməyə əsasən 26145,9 manat, xx.xx.2022-ci il tarixli, 984944 saylı elektron qaiməyə əsasən 843,6 manat, xx.xx.2022-ci il tarixli, 148838 saylı elektron qaiməyə əsasən 32304,8 manat, xx.xx.2023-cü il tarixli, 1977 saylı elektron qaiməyə əsasən 19948 manat, xx.xx.2023-cü il tarixli, 846532 saylı elektron qaiməyə əsasən 2585 manat, xx.xx.2023-cü il tarixli, 297765 saylı elektron qaiməyə əsasən 6106,75 manat, xx.xx.2023-cü il tarixli, 659818 saylı elektron qaiməyə əsasən 12170,55 manat, xx.xx.2023-cü il tarixli, 858026 saylı elektron qaiməyə əsasən 8550 manat, xx.xx.2023-cü il tarixli, 987221 saylı elektron qaiməyə əsasən 5897 manat, xx.xx.2023-cü il tarixli, 359622 saylı elektron qaiməyə əsasən 7224,6 manat, xx.xx.2023- cü il tarixli, 364253 saylı elektron qaiməyə əsasən 8607 manat, xx.xx.2023-cü il tarixli, 501574 saylı elektron qaiməyə əsasən 5096 manat, xx.xx.2023-cü il tarixli, 768316 saylı elektron qaiməyə əsasən 5947,95 manat, xx.xx.2023-cü il tarixli, 197232 saylı elektron qaiməyə əsasən 9247,95 manat, xx.xx.2023-cü il tarixli, 448324 saylı elektron qaiməyə əsasən 3828 manat, xx.xx.2023-cü il tarixli, 767134 saylı elektron qaiməyə əsasən 5700 manat, xx.xx.2023-cü il tarixli, 768477 saylı elektron qaiməyə əsasən 5386,5 manat, xx.xx.2023cü il tarixli, 529553 saylı elektron qaiməyə əsasən 5700 manat, xx.xx.2023-cü il tarixli, 530129 saylı elektron qaiməyə əsasən 5386,5 manat, xx.xx.2023-cü il tarixli, 530606 saylı elektron qaiməyə əsasən 22002 manat, xx.xx.2023-cü il tarixli, 532087 saylı elektron qaiməyə əsasən 11326,2 manat, xx.xx.2023-cü il tarixli, 274711 saylı elektron qaiməyə əsasən 9333,75 manat olmaqla, ümumilikdə 263068.45 manat (iki yüz altmış üç min altmış səkkiz manat 45 qəpik) dəyərində bitki yağı və jmıx satmışdır. Cavabdeh MMC-nin firma blankı üzərində tərəflər arasında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “qarşılıqlı borcların üzləşdirilməsi barəsində” aktdan görünür ki, tərəflər Cavabdeh MMC-nin borc qalığının 60466,24 manat təşkil etdiyini razılaşdırmışlar. “Qarşılıqlı borcların üzləşdirilməsi barəsində” akt İddiaçı, Cavabdeh MMC-nin icraçı direktoru Elçin Həsənov və mühasibi Toğrul Sadıqov tərəfindən imzalanaraq, möhürlərlə təsdiq edilmişdir. Xəbərdarlıq məktubun surətindən görünür ki, alqı-satqısı müqavilə(lər)sinə əsasən cavabdehə borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə 20 oktyabr 2022-ci il tarixdə tarixdə bağlamış olduğu “alğı-satqı” müqaviləsi üzrə almış olduğu malların qarşılıqlı üzləşmə aktına əsasən razılaşdırılmış qalıq dəyərini ödəmək öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehə qarşı irəli sürdüyü öhdəliklərinin icrasından ibarət tələbi yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tam əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik cavabdeh tərəfindən icra edilmədiyindən, kreditor (iddiaçı) gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Odur ki, iddia Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 faiz hesablanmaqla tələb olunan 3023 manat pulun tutulması hissədə də, əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olmaqla, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli e-2-2(121)-2493/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2-2(106)-41/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-41/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver