Məhkəmə qərarları › İş №2-2(106)-45/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-45/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-45/2024 27.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli e-2-2(121)-1269/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 7045,07 manat, hesablanmış cəriməyə görə 859,50 manat və ödənilmiş mediasiya xərcinə görə 100 manat olmaqla, ümumilikdə 8004,57 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-1269/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli e-2-2(121)- 1269/2023 saylı qətnaməsi ilə (hakim Zaur Abbasov) iddianın qismən təmin edilməsi, Cavabdeh 7.045,07 manat məbləğində əsas borc, 100 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 7145,07 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 90,45 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı və Cavabdeh arasında bağlanmış 22 284 360 saylı 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 14,6 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 20219,99 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə, cavabdeh tərəfindən 13174,92 manat dəyərində 16798,29 kq xam-pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 7045,07 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən “MKT-Beyləqan” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 faizi məbləğində cərimə də ödəməlidir ki, onun da ümumi məbləği 859,50 manat təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, tərəflər arasında hər hansı alqısatqı müqaviləsi yox, müəyyən bir ərazi daxilində pambıq əkmək, həmin ərazidən yığılmış pambığı müqavilə tərəfinə (sifarişçiyə) satılması razılışdırılır. Bu münasibət təbiətcə alqısatqı yox, daha çox öhdəlik münasibətlərinə uyğundur və həmin münasibətləri tənzimləyən normalar tətbiq olunmalıdır. Məhkəmə ancaq müqavilədə nəzərdə tutulmuş həcmdə xam pambığın istehsal edilməyinə istinad edərək müqavilə şərtlərinin pozulması qənaətinə gəlmişdir. Halbuki, işin müəyyən edilmiş hallarından da görünür ki, o məhsul istehsalı ilə bağlı verilmiş avans məbləği təyinatından kənar xərcləməmiş (xərcləyə də bilməz, çünki həmin avans məbləğ onun adına yazılsa da, faktiki olaraq görülən işlər şirkətin (iddiaçının) özünə məxsus texnikalar vasitəsi ilə yerinə yetirilməklə, həmin işlərin dəyəri avans olaraq onun adıma yazılır) işin faktiki halından müəyyən olunur ki, o pambıq əkini ilə bağlı bütün tələblərə əməl etmiş, lakin yaranmış şəraitdə o nəzərdə tutlmuş həcmdə pambıq əldə edə bilməmişdir. O, yaranmış şərait barədə dərhal sifarişçiyə (iddiaçıya) vaxtında məlumat vermiş, həmin ərazidə onların nümayəndələri olmuş, eyni zamanda əraziyə sığorta təşkilatının nümayəndəsi gəlmiş və akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin normada göstərilən heç bir pozuntunun törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, məhsulun olmaması bu normanın göstərişinə görə onun risq dairəsinə daxil olan öhdəliyi deyildir. Bu normaların məzmunundan da göründüyü kimi, onun həmin öhdəliklərin pozulmasında (verilmiş avans məbləğin düzgün xərclənməməsi, məhsul istehsalına biganə yanaşmağı, məhsulu başqa yerə satmağı və s.) heç bir təqsiri sübuta yetməmişdir. Məhkəmə onun təqsirinin sübuta yetməməsini qətnaməsində əsaslandırmışdır. Lakin təqsiri olmadığı halda sonda, baş vermiş forsmajor halına görə onun mülki məsuliyyətli olmağı qənaətinə gəlmiş, nəticədə ziddiyətli qətnamə qəbul etmişdir. İddiaçı tərəf onun öhdəliyi pozmasına əsas olan heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə isə bu normanın tələlərinə uyğun olaraq sübutları qiymətləndirib qərar qəbul etməli olmasına baxmayaraq heç bir sübuta istinad etmədən, ümumi sözlərdən istifadə etməklə iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir ki, bu halda mülki-prosessual qanunvericiliyin tələblərinin pozulması deməkdir. İddiaçı müqavilə öhdəliyinin pozulmasına istinad edərək iddia qaldırsa da, bu halla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmiş, müqavilənin şərtlərinin onun tərəfindən qəsdən pozulmasını bildirmiş, Şirvan Kommersiya Məhkəməsi iddiaçının bu mülahizəsi ilə razılaşmış, lakin qətnamədə hansı hallara əsasən bu nəticəyə gəldiyini əsaslandırmamışdır ki, bu halda Məhkəmə qətnaməsi haqqında mülki prosessual qanunvericiliyin tələblərinin pozulması deməkdir. Şirvan Kommersiya Məhkəməsi iddiaçının alqı-satqıya dair heç bir sübut təqdim edə bilməməsinə baxmayaraq, iddiaçının subyektiv fikirlərini əsas tutub iddianı qismən təmin etmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi həmin 14.6 ha torrpaq sahəsində pambıq əkini aparılmış, normaya uyğun bitiş alınmış, sonrakı müddətlərdə su qıtlığının olduğunu iddiaçı şirkət bilmiş, suyun olmadığı və artıq məhsulun əldə edilməsinin risq altında olduğunu bilərək avans verməkdə maraqlı olmuş, öz səhlənkarlıqları ucbatından həmin borcun şişməsinə şərait yaratmışlar. Belə ki, su qıtlığının yaranması səbəbindən artıq həmin sahədə normal bitiş olmayacağını şirkətin nümayəndələri bilirdi. Belə olan halda, onlar ora əlavə vəsaitin ayrılmasını dayandırmalı idilər. Onlar öz mənafeləri üçün avansı buraxmış, su olacağı halda məhsul, olmayacağı halda isə pullarını tələb edəcəkdilər. Məhkəmə həmin ərazidə (ümumiyyətlə zonada) su qıtlığının olduğunu bildikləri halda, avans verilməsinin davam etdirilməsinin səbəbini araşdırmamış, ancaq müqavilə şərtlərinə istinad edərək qətnamə çıxarmışdır ki, bu da məhkəmənin bütün faktiki halları aydınlaşdırmamasına dəlalət edir. Yaranmış münasibətlərə alqı-satqı münasibətlərini tənzimləyən normaları tətbiq edən məhkəmə nəzərə almamışdır ki, müqavilədə konkret olaraq hər hansı bir əşyanın alqısatqısından yox, istehsal ediləcək məhsulun sifarişçiyə satılmasından söhbət gedir. Müqavilənin məzmunundan göründüyü kimi sifarişçi (iddiaçı) istehsalçıya (cavabdehə) avans məbləği ona görə buraxır ki, istehsalçı (cavabdeh) istehsal etdiyi məhsulu məhz ona satsın, başqa bir şəxsə deyil. Müqavilənin bu şərtlərindən də tərəflər arasında alqı-satqı yox, daha çox podrat (işin görülməsi) münasibətinin olması daha aşkardır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar sübuta yetməmişdir. Belə ki, müqavilədə nəzərdə tutlmuş həcmdə xam pambığın istehsal edilməməsində onun təqsiri sübuta yetməmişdir. İşin hallarından da məlumdur ki, quraqlıq olmasından və həmin ərazidə növbəti suvarmanın aparıla bilməməsindən sonrakı vəziyyətlə şirkətin (iddiaçının) xəbəri olmuş, nümayəndəsi (aqronomu) ərazidə olmuş, yaranmış şəraitin onun təqsiri səbəbindən baş vermədiyinin şahidi olmuşlar. O pambıq səpinin vaxtında və optimal şəraitdə aparılmasını, onun suvarılmasını, bitiş alınmasını və ilkin becərmənin aparılmasını öz üzərinə düşən hissəsində icra etmiş, lakin yaranmış sonrakı vəziyyətdə onun heç bir təqsiri olmamış, lakin o yenə də bununla bağlı aidiyyəti orqanlara suyun verilməsi ilə bağlı müraciətlərini etmişdir. Lakin suyun vaxtında verilməməsi nəticəsində pambığın inkişafında geriləmə olmuş, bu səbəbdən məhsuldarlıq aşağı düşmüş, o, müqavilədə nəzərdə tutulmuş öhdəliyi icra edə bilməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, aprel ayında pambıq əkmiş, su problemləri ilə rastlaşmışdır. Həmin pambıq əkini üçün nəzərdə tutulan yeri iddiaçıdan götürərək orada pambıq əkini ilə məşğul olmuşdur. O, 4 ha ərazini öz kəndində icarəyə götürmüş, texniki qaydalara riayət etməklə həmin ərazidə pambıq əkmişdir. Onun sığortası var, lakin hazırkı məsələdə iddiaçı günahkardır. Dövlət hər ay ona 260 manat məbləğdə pul verir. İddiaçının nümayəndəsi əkin sahəsinə gəlmiş və həmin yerə baxış keçirilmişdir. Ümumilikdə, ordan 2 ton 957 kq pambıq məhsulu əldə etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehin sığortası var və şəxsi sığortasına dəymiş ziyanla bağlı aidiyyəti orqana müraciət edə bilər. İddiaçının onunla bağladığı müqavilə şərtlərindəki xidmətlər aqro-texniki xidmətlərdən ibarətdir. Həmin müqavilədə şəxsi su ilə təchiz etmək, həmin ərazinin su ilə təmin edilməsi ilə bağlı öhdəlik götürülməmişdir. Qeyd edir ki, cavabdeh onlara nəzərdə tutulan qaydada pambığı təhvil verməmiş, borcu yaranmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli e-2-2(121)-1269/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş mteriallarında olan İddiaçı “MKT Beyləqan” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22284360 nömrəli “2022-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair müqaviləyə əlavə olaraq tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 17012570 nömrəli, 17012569 və 17012568 nömrəli; xx.xx.2022-ci il tarixli 17014545 nömrəli, 17014471 nömrəli; xx.xx.2022-ci il tarixli 17011154 nömrəli; xx.xx.2022-ci il tarixli, 17015405 nömrəli; xx.xx.2022-ci il tarixli 17012756 nömrəli; xx.xx.2022-ci il tarixli 17014018 nömrəli və 17014000 nömrəli iş aktları üzrə İddiaçı “MKT Beyləqan” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh sahəsinə müvafiq xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 346102 nömrəli; xx.xx.2022-ci il tarixli 346112 nömrəli; xx.xx.2022-ci il tarixli 346131 nömrəli; xx.xx.2022-ci il tarixli 346253 nömrəli, 346254 nömrəli; xx.xx.2022-ci il tarixli 346377 nömrəli; xx.xx.2022-ci il tarixli 350020 nömrəli, 350021 nömrəli, 350022 nömrəli; xx.xx.2022-ci il tarixli 350857 nömrəli, 350858 nömrəli; xx.xx.2022-ci il tarixli 350887 nömrəli pambıq qəbul qəbzlərinə əsasən Cavabdeh tərəfindən "xxxx" MMC-yə 13.174,93 manat məbləğində xam pambıq təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli və 17004479 nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli 17014132 nömrəli; xx.xx.2022-ci il tarixli 17014220 nömrəli və 17014221 nömrəli; xx.xx.2022-ci il tarixli 17014910 nömrəli; xx.xx.2022-ci il tarixli 17015039 nömrəli, 17015038 nömrəli və 17015037 nömrəli; xx.xx.2022-ci il tarixli 17014911 nömrəli; xx.xx.2022-ci il tarixli 17005298 nömrəli; xx.xx.2022-ci il tarixli 17012757 nömrəli və 17012758 nömrəli; xx.xx.2022-ci il tarixli 17012699 nömrəli; xx.xx.2022-ci il tarixli 17013429 nömrəli və 17013522 nömrəli; xx.xx.2022-ci il tarixli 17004689 nömrəli; xx.xx.2022-ci il tarixli 17004807 nömrəli, 17004875 nömrəli, 17004990 nömrəli; xx.xx.2022-ci il tarixli 17004791 nömrəli; xx.xx.2022-ci il tarixli, 17009241 nömrəli; xx.xx.2022-ci il tarixli 17010730 nömrəli və 17010663 nömrəli; xx.xx.2022-ci il tarixli 17010884 nömrəli, 17010883 nömrəli və 17010858 nömrəli; xx.xx.2022-ci il tarixli, 17010531 nömrəli; xx.xx.2022-ci il tarixli 17009240 nömrəli; xx.xx.2022-ci il tarixli 17018119 nömrəli; xx.xx.2022-ci il tarixli 17005552 nömrəli; xx.xx.2022-ci il tarixli 17020246 nömrəli qaimələrə əsasən Cavabdeh zəruri vəsaitlər verilmişdir. İş materiallarında olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, 22 284 360 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Cavabdeh aid sahəyə müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, mallar verilmiş, həmçinin nağd pul vəsaiti verilmişdir. Həmin cədvələ əsasən ümumilikdə iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətin, görülən işlərin və ödənilən nağd vəsaitin ümumi dəyəri 20219,99 manat olmuş, cavabdeh tərəfindən iddiaçıya isə 13174,91 manat dəyərində xammal və pul ödənilmişdir. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı tərəfindən 22 284 360 nömrəli müqaviləyə əsasən Cavabdeh 859,50 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “elektron qaimə”nin surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 100 manat vəsait ödəmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı, uzlaşmırsa əsassız hesab edilir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı və Cavabdeh arasında bağlanmış 22284360 saylı 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 14,6 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 20219,99 manat dəyərində zəruri vəsaitlər verilmiş və müxtəlif xidmətlər göstərilmişdir. Lakin cavabdeh tərəfindən 13174,92 manat dəyərində 16798,29 kq xam-pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuş və iddiaçının 7045,07 manat əsas borcu yaranmışdır. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Belə ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterlidir və məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərin tam əsassız olduğu qənaətinə gəlir. MM-in 389 və 399-cu maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilməsi üzrə iddiaçı tərəfindən məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli e-2-2(121)-1269/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli e-2-2(121)- 1269/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar