Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-46/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X3 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-2(121)-1622/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin (hakim Z.Abbasov) xx.xx.2024-cü il tarixli 2- 2(121)-1622/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh xx.xx.2023-cü il tarixli 2-3-317 nömrəli müqavilə üzrə 72428,54 manat məbləğində borc və ödənilmiş 382,47 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 72.811,01 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh Şiraslan oğlunun qeyd edilən qətnamədən vermiş olduğu apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1622/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti və digər sənədlər qanunvericilklə nəzərdə tutulmuş tələblərə əməl olunması üçün aidiyyati üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1622/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş 2 saylı Əlavəyə uyğun verilmədiyindən şikayət Azərbaycan Respublikası MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Cavabdeh Şiraslan oğlunun nümayəndəsi və vəkili X4 xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1622/2024 nömrəli qətnaməsindən elektron qaydada apellyasiya şikayəti vermiş və eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 97493,36 manat dəyərində borcun və 382,47 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1622/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli 2-3-317 nömrəli müqavilə üzrə 72428,54 manat məbləğində borc və ödənilmiş 382,47 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 72.811,01 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1622/2024 saylı qətnaməsindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1622/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Şirvan Kommersiya Məhkəməsinin qərardadına əsasən qeyd edilən nöqsanlar aradan qaldırılmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-1622/2024 saylı Qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 1622/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh Şiraslan oğlunun ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti və şikayətin verilməsi üçün ödənilmiş 154 manat məbləğində dövlət rüsumu (qəbz № **********) Cavabdeh Şiraslan oğluna geri qaytarılmışdır. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)- 1622/2024 saylı Qərardadından apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-1622/2024 saylı Qərardadının ləöv edilərək xx.xx.2024-cü il tarixli qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-1622/2024 saylı Qərardadı ilə cavabdeh tərəfindən apellyasiya şikayətinin forma və məzmun tələbinə əməl edilmədiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)- 1622/2024 saylı Qərardadından yenidən apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-1622/2024 saylı Qərardadının ləğv olunmasını və xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. İşdə olan sifarişli poçt göndərişlərinin surətlərindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1622/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh Şiraslan oğluna rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh Şiraslan oğlunun qətnamədən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qanunvericilklə nəzərdə tutulmuş tələblərə əməl olunması üçün aidiyyatı üzrə X1 göndərmişdir. Həmin apellyasiya şikayətinin geri qaytarılması haqqında Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)- 1622/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə Cavabdeh Şiraslan oğlunun “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Hazırki apellyasiya şikayəti və müddətin bərpasına dair elektron ərizə isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1622/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh Şiraslan oğluna münasibətdə qətnaməni rəsmi qaydada aldığı xx.xx.2024-cü il tarixdən etibarən başlamışdır. Cavabdeh Şiraslan oğlu tərəfindən ilk apellyasiya şikayəti, şikayətin verilməsi üçün nəzərdə tutulmuş 1 ay ərzində verilmişdir, lakin həmin şikayət prosessual normalara uyğun olmadığına görə geri qaytarılmışdır. Şikayətin geri qaytarılması haqqında qərardad xx.xx.2024-cü il tarixdə Cavabdeh Şiraslan oğlunun “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Bununla da, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1622/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin axımı həmin tarixdən davam etməyə başlamışdır. Cavabdeh Şiraslan oğlu tərəfindən hazırki apellyasiya şikayəti və müddətin bərpasına dair elektron ərizə isə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur. Beləliklə müəyyən olunur ki, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət Cavabdeh Şiraslan oğlu tərəfindən ötürülmüşdür. prosessual müddətin bərpasına dair ərizənin məzmunundan göründüyü kimi ərizəçi apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti hansı üzürlü səbəbdən ötürməsinə aydınlıq gətirməmiş, ərizəsində hər hansı bir üzürlü hesab edilə biləcək səbəb göstərməmiş və yaxudda bunlara dair müvafiq üzrlu hallarla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-1622/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. İş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişlərinin surətlərindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1622/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh Şiraslan oğluna rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh Şiraslan oğlu tərəfindən ilk apellyasiya şikayəti, şikayətin verilməsi üçün nəzərdə tutulmuş 1 ay ərzində verilmişdir, lakin həmin şikayət prosessual normalara uyğun olmadığına görə geri qaytarılmışdır. Şikayətin geri qaytarılması haqqında qərardad xx.xx.2024-cü il tarixdə Cavabdeh Şiraslan oğlunun “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Bununla da, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1622/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin axımı həmin tarixdən davam etməyə başlamışdır. Cavabdeh Şiraslan oğlu tərəfindən hazırki apellyasiya şikayəti və müddətin bərpasına dair elektron ərizə isə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur. Beləliklə müəyyən olunur ki, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət Cavabdeh Şiraslan oğlu tərəfindən ötürülmüşdür. prosessual müddətin bərpasına dair ərizənin məzmunundan göründüyü kimi ərizəçi apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti hansı üzürlü səbəbdən ötürməsinə aydınlıq gətirməmiş, ərizəsində hər hansı bir üzürlü hesab edilə biləcək səbəb göstərməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunvericiliyin məzmunundan görünür ki, qanunvericilikdə hazırkı qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-2(121)-1622/2024 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-46/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-46/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver