Məhkəmə qərarları › İş №2-2(106)-50/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-50/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-50/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər – X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı (MMC-nin) Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-95/2024 nömrəli qərardadından Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı "Nazim 1001” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 966 manat borcun və mediasiya üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq iddiaçı "Nazim 1001” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2-2(121)95/2024 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı "Nazim 1001” Məhdud Məsuliyyətli Cəmiyyəti adından Nümayəndə şikayət vermiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(121)-95/2024 nömrəli qərardadı ilə şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə geri qaytarılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı "Nazim 1001” Məhdud Məsuliyyətli Cəmiyyəti adından Nümayəndə şikayət vermiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə geri qaytarılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərardadından iddiaçı "Nazim 1001” Məhdud Məsuliyyətli Cəmiyyəti adından Nümayəndə şikayət vermiş, Şirvan Kommersiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərardadından Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməyərək, 30 yanvar 2024-cü il tarixli qərardaddan verilmiş şikayətlə birlikdə iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Hazırda apellyasiya instansiyası məhkəməsi tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərardadından verilmiş şikayətə baxılır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi etirazı geri qaytararkən doğru qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı "Nazim 1001” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nümayəndə verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə, sonuncunun həmin hüquqi şəxsi onun işçisi qismində deyil, məhz vəkil qismində məhkəmədə təmsil etməsi üçün nəzərdə tutulmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iş üzrə iddiaçı "Nazim 1001” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Nümayəndə arasında əmək münasibətləri, əmək müqaviləsinin bağlandığı xx.xx.2023-cü il tarixdən etibarən yaranmışdır. Bununla da, iddiaçı "Nazim 1001” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nümayəndə verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə, onların arasında əmək münasibətlərinin yarandığı tarixdən əvvəl tərtib olunduğuna görə, həmin etibarnamənin vəkilə verilmiş səlahiyyətlərə aid olduğu və buna görə də etibarnamədə Nümayəndə iş yeri Bakı şəhəri 17 saylı Vəkil Bürosu kimi qeyd olunduğu müəyyən edilir. Şərh olunduğu kimi, bu halda isə Nümayəndə səlahiyyətli şəxs hesab edilməsi üçün etibarnamə ilə yanaşı, iddiaçı ilə onun arasında hüquqi yardım göstərilməsinə dair müqavilənin bağlandığını təsdiq edən vəkil orderinin mövcud olması mütləq şərtdir. Beləliklə məhkəmə bu nəticəyə gəlmişdir ki, hazırkı şikayət ərizəsi səlahiyyətsiz şəxs tərəfindən imzalandığına görə geri qaytarılmalıdır. Şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadından şikayət verən zaman, şikayətinə Nümayəndə İddiaçı MMC-də işləməsi ilə bağlı arayış əlavə etsə də, həmin arayışda əmək müqaviləsinin bitmə tarixi xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Tərəflər arasında əmək münasibətləri daha sonra davam etsə belə, bununla bağlı zəruri arayışı təqdim etmək vəzifəsi şikayəti verən tərəfin üzərinə düşür. Həmin tərəf buna dair zəruri arayışı hazırkı 12 fevral 2024-cü il tarixli qərardaddan verdiyi şikayətinə əlavə etsə də, 30 yanvar 2024-cü il tarixli qərardaddan şikayətə həmin arayışın əlavə edilməsi zəruri idi. Eyni zamanda şikayəti verən tərəf əmək müqaviləsi məlumatlarının yenilənməsi barədə tədbirlər görə, sistemdə müqavilə müddətinin uzadılmasını təmin edə bilərdi. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-95/2024 nömrəli qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar