Məhkəmə qərarları › İş №2-2(106)-51/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-51/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-51/2023 20.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommesiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2-2(121)-717/2023 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyənetdi: İddiaçı Cavabdeh Şirkətinə qarşı cavabdehdən 37.125 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommesiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2-2(121)-717/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili X3 şikayət ərizəsi ilə Şirvan Kommesiya Məhkəməsinə müraciət edərək, Şirvan Kommesiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2-2(121)- 717/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Şirvan Kommersiya Məhkəməsində “BRF SA” şirkətinə qarşı pul tələbinə dair iddia qaldırmışdır. Həmin Məhkəmənin hakimi tərəfindən 13 mart 2023-cü il tarixli, e-2-2(121)-717/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tərtib olunarkən guya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun tərtib olunmamışdır. Qərardadın 4-cü abzasında qeyd olunmuşdur ki, iddia məhkəməyə yazılışəkildə verilir və onu imzalayan şəxsin səlahiyyəti olmalıdır. Məhkəmə bunu qeyd etməklə bildirir ki, iddiaçı MPM-in 149.1-ci maddəsinin tələblərini pozmuşdur. Əvvəla məhkəmənin nəzərinə çatdırım ki, bu MPM-in10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yəni kommersiya işində iddia ərizəsini yazılı formada deyil elektron formada göndərmək heç də MPM-in 149.1-ci maddəsinin tələblərinin pozulması demək deyil. Bundan başqa Elektron Məhkəmə Portalımda yerləşdirdiyim sənədlərin növü qrafasında 5-ci sırada iddia ərizəsi yerləşir. Həmin iddia ərizəsini İddiaçı MMC-nin qanuni nümayəndəsi X4 imzalamış və hüquqi şəxsin dairəvi möhürü ilə möhürlənmişdir. Belə olan halda necə olur ki, məhkəmə deyir ki, iddia ərizəsini səlahiyyətli şəxs imzalamalıdır. Həmin iddia ərizəsinin elektron məhkəmə vasitəsilə Şirvan Kommersiya Məhkəməsinə yerləşdirilməsi səlahiyyəti də vəkilə verilmiş xx.xx.2022-ci il tarixlietibarnamə ilə təsdiq olunur ki, o da əlavə olunmuş sənədlərin ən birincisidir. Daha sonra məhkəmə bildirir ki, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı (149.2.1) və sairə qeydlər (149.2.2) olunmalıdır. Əlavə etdiyim iddia ərizəsinə baxdıqda məhkəmənin adı, iddiaçının və cavabdehin rekvizitləri hamısı düzgün formada əlavə olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasında hər hansı filial və ya nümayəndəlik açmadığı üçün onun ölkəmizdə VÖEN-i yoxdur. Belə olan halda bəs nə üçün məhkəmə qərardadında qeyd edir ki, iddiaçı 149.2.1-ci 149.2.2-ci maddələrnin də tələblərini pozmuşdur?! Daha sonra məhkəmə qərardadında qeyd edir ki, MPM-in 149.2.3-cü maddə pozulmuşdur Həmin maddə üzrə; iddianın predmeti – alqı-satqı müqaviləsi üzrə pul tələbidir. iddianın qiyməti – 37125 ABŞ dollarıdır. iddiaçının tələbi – pul tələbidir. tələbin əsası kimi istinad etdiyi fakt alqı-satqı müqaviləsidir və həmin müqavilə üzrə bank köçürmələri barədə qəbzlərdir. Yəni yuxarıda qeyd olunanlar iddia ərizəsində də qeyd olunduğu haldı məhkəmə niyə qeyd edir ki, MPMin 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur?! Məhkəmə qərardadında qeyd edir ki, iddiaçı 149.2.4- cü maddəsinin tələblərini pozmuşdur. Yəni pretenziya qaydasına əməl olunmamışdır. Çox, həm də çox hörmətli məhkəmənin diqqətinə çatdırım ki, iddia verərkən əlavə olunmuş sənədlərin siyahısında 3-cü yerdə pretenziya və çatdırılma barədə sənəd dayanır. Cavabdehlə iddiaçı arasında alqı-satqı müqaviləsi ingilis dilində olduğu üçün pretenziya da ingilis dilində tərtib olunaraq cavabdehin mail ünvanına göndərilmişdir. Maildən çıxarışda da görünür ki, pretenziya cavabdehin elektron poçtuna çatmışdır. Belə olan halda nəyə görə məhkəmə hesab edir ki, iddiaçı pretenziya qaydasına əməl etməmişdir. Ən maraqlısı isə odur ki, məhkəmənin MPM-in 149.2.4-1-ci maddəsi ilə bağlı mövqeyidir. Yəni əlavə etdiyim sənədlərin 14-cü sırasında mediasiyadan keçmə barədə arayışdır. Bundan başqa guya iddiaçı MPM-in149.2.5.-ci maddəsinin tələblərini pozaraq iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısını qeyd etməmişdir. Sadəcə iddia ərizəsinin sonuncu səhifəsinə baxmaq kifayət edir ki, “Qoşma” hissəsində əlavə edilən sənədlərin siyahsını görək. MPM-in 149.4-cü maddəsinin isə ümumiyyətlə bu iddiaya aidiyyəti olmadığı halda məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin maddənin tələblərini pozmuşdur. Yəni yuxarıda qeyd olunanlara əsasən görünən odur ki, MPM-in 149-cu maddəsində nəzərdə tutulmuş bütün hallara iddiaçı tərəfindən əməl olunmasına baxmayaraq, məhkəmə demişdir ki,əməl olunmayıb. Məhkəmə qərardadın 5-ci abzasında hazırki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə də cavab vermir dedikdə nəyi nəzərdə tutur anlaşılan deyildir. Bu azmış kimi məhkəmə qərardadın 6-cı abzasında yenidən qeyd edir ki, pretenziya qaydasına əməl olunmamışdır. Əgər məhkəmə ölkə ərazisində fəaliyyət göstərən hüquqi şəxslərin mübahisələri zamanı pretenziyanın Vergilər Nazirliyinin saytında olan şəxsi hesablarına göndərilməsini nəzərdə tutursa, bir daha qeyd edirəm ki, cavabdeh Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçməmiş, yəni nə nümayəndəliyi, nə də filialı vardır. İddiaçının hüquqları kobud şəkildə pozulduğu üçün konstitutsion hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi şikayəti və mülki işi nəzərdən keçirərək hesab etmişdir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 noyabr 2022-ci il tarixli, 2411-400 nömrəliödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı 5 saylı Mediasiya təşkilatına 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiyaya dair xərc ödənildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunur. Odur ki, Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2-2(121)-717/2023 saylıqərardadı dövlət rüsumunun ödənilməsi hissəsində ləğv etmişdir. Şirvan Kommesiya Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2-2(121)-717/2023 saylı qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2-2(121)- 717/2023 saylı qərardadının “dövlət rüsumunun ödənilməsi hissəsində” ləğv edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2-2(121)-717/2023 saylı qərardadı qalan hissələrdə dəyişdirilmədən saxlanılması və həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayət təmin edilmədən, Şirvan Kommesiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2-2(121)-717/2023 saylı qərardadı ləğv edilməmiş hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Şirvan Kommesiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2-2(121)-717/2023 saylı qərardadı (ləğv edilməmiş hissədə) dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar