Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-59/2023 04.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin ləğvi və zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2(121)-98/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq MÜƏYYƏNETDİ: Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(121)-98/2023 saylı qətnaməsi ilə (hakim Namidar Misirzadə) ilkin iddianın qismən təmin edilməsi, xx-xx/2019 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 6 saylı Spesifikasiya üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 12672,50 ABŞ dolları məbləğində və 7 saylı Spesifikasiya üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 27102 ABŞ dolları məbləğində, cəmi 39774,50 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilməsi, 300 manat məbləğdə mediasiya xərci və 500 manat məbləğində hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş xərcin Cavabdeh MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilməsi, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, Cavabdeh MMCnin "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və zərərin ödənilməsi barəsində qarşılıqlı iddiasının rədd edilməsi, 200 manat məbləğində dövlət rüsumun Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(121)-98/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(121)-98/2023 saylı qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılaraq ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı 21 dekabr 2019-cu il tarixli xx-xx/2019 saylı müqaviləyə əsasən Cavabdeh MMC-dən ümumilikdə 39774,5 ABŞ dolları məbləğində əsas borcun (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, xx-xx/2019 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 6 saylı Spesifikasiya görə xx.xx.2021-ci il tarixdən 12672,5 ABŞ dolları və 7 saylı Spesifikasiya görə xx.xx.2021-ci il tarixdən 27102 ABŞ dolları ödənilməmiş borca görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi qəbul olunan tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə məhkəmə tərəfindən faiz məbləğinin (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) hesablanaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 400 manat rüsum və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 850 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 21 dekabr 2019-cu il tarixdə “satıcı” adlandırılacaq "xxxx" MMC (Ukrayna, Dnepr şəhəri) nizamnamə əsasında fəaliyyət göstərən baş dirketoru X11 şəxsində bir tərəfdən və digər tərəfdən sonradan “alıcı” adlandırılacaq Cavabdeh MMC-yə nizamnamə əsasında fəaliyyət göstərən direktor X9 şəxsində (ünvan: Azərbaycan, Cəbrayıl rayonu Xudaverdili kəndi) aşağıdakılar haqqında hazırki xx-xx/2019 saylı 21 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsini bağladılar. Müqavilənin 1.1-ci bəndinə əsasən “satıcı” malı “İnkoterms 2010” qaydalarına müvafiq olaraq hazırki müqaviləyə spesifikasiyalarda qeyd edilən FCA-Ukrayna, Dnepr şəhəri İva Ezau küçəsi 15 şərtlərində satır, “alıcı” isə onu qəbul edir və onun üçün ödənişi həyata keçirir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “satıcı” malları bu müqavilənin ayrılmaz hissəsi olan (müqavilənin 2.1-ci bəndi) Spesifikasiyalarında göstərilən çeşiddə, miqdarda və qiymətlərlə tədarük edir. Adıçəkilən müqavilənin 3.3-cü bəndinə görə göndərmə məntəqəsində - Dnepr şəhərində malın gömrük bəyannaməsinin rəsmiləşdirildiyi tarix tədarük tarixi hesab olunur. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən müqavilənin məbləği 500000 ABŞ dollarıdır. "xxxx" MMC müqavilənin şərtlərini yerinə yetirərək, 21 dekabr 2019-cu ildən xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-yə ümumi dəyəri 184364,5 ABŞ dolları dəyərində malları tədarük etmişdir. Bu günə qədər “alıcı” təhvil verilən mallara görə vəsait ödəməyib, ödənilməmiş malların ümumi məbləği 39774,5 ABŞ dolları təşkil edir. Belə ki, 25 avqust 2021-ci il tarixli 6 nömrəli Spesifikasiyaya uyğun olaraq mallara görə qismən 39660 ABŞ dolları məbləği ödənilmişdir. Belə ki, 6 nömrəli Spesifikasiyaya görə borc 12672,5 ABŞ dollar təşkil edir və 7 saylı Spesifikasiyaya üzrə borc - 27102 ABŞ dollar təşkil edir. 20 iyun 2022-ci il tarixdə tərəflər xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddətə qarşılıqlı hesablaşma aktı imzalamışlar. Onun məzmununa uyğun olaraq, xx.xx.2022 tarixinə borcun ödənilməsi barədə razılığa gəlmişlər. Cavabdeh MMC tərəfində "xxxx" MMC-nin xeyrinə 39774,5 ABŞ dolları borc məbləği ödənilməlidir. Belə ki, yuxarıda qeyd olunan maddəyə əsasən xx-xx/2019 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə, 6 saylı Spesifikasiya əsasən xx.xx.2021-ci il tarixdən və 7 saylı Spesifikasiya əsasən xx.xx.2021-ci il tarixdən hesablanmaqla müqavilə üzrə ödənilməmiş borcun (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi qəbul olunan tarixə olan Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə məhkəmə tərəfindən hesablanaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məqsədə müvafiqdir. xx.xx.2022-ci il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankı bank uçot dərəcəsini 8 faiz müəyyən etmişdir. xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə pretenziya poçt və Cavabdeh MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətində olan elektron kabinetinə göndərilmişdir. "xxxx" MMC bu tələblə bağlı xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifi poçt və Cavabdeh MMCnin Azərbaycan Respublikası İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətində olan elektron kabinetinə göndərmişdir. xx.xx.2022-ci il tarixdə məcburi mediasiya sessiyasının keçirilməsi məqsədilə Mediasiya Şurasına müraciət edilmişdir. Beləliklə, mediator Tural Şahbazov vasitəsi ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞB/6-6269 nömrəli arayış qəbul edilmişdir. Cavabdeh MMC "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 21-12\2019 saylı 21 dekabr 2019-cu il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi və dəymiş zərər üçün 20000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq, iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 21 dekabr 2019-cu il tarixdə bağlanmış 21-12\2019 saylı müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh MMC-ilə alqı-satqı müqaviləsi bağlayaraq satıcı malı “İnkoterms 2010” qaydalarına əsasən hazırkı müqaviləyə Spesifikasiyalada qeyd edilmiş FCA-Ukrayna, Dnepr şəhəri İvan Ezao küçəsi 15 şərtlərində satır, alıcı isə onu qəbul edir və onun üçün ödənişi həyata keçirir. Tərəflər arasında bağlanmış müqavilənin 9-cu maddəsinin 5-ci bəndinə əsasən alıcının tələbinə əsasən satıcı su təchizatı və isitmə sistemləri üçün çox təbəqəli metal plastik borular “SENATOR PEX-AL-PEX” 16x2.o, “VİP SENATOR PEX- AL-PEX 16x2, “SENATOR PEX EVOH” 16x2, çox təbəqəli polimetr boruları digər alıcılara “SENATOR” adı ilə tədarük edə bilməz. Lakin məhkəmə iclasında "xxxx" MMC-nin 6 nömrəli “Spesifikasiya” üzrə ödənilməyən 12672,5 ABŞ dolları məbləğində pulun X10 tərəfindən ödənildiyini qeyd etmişdilər. X10 ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə A-3-22 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmeti satıcı malı “İnkoterms 2010” qaydalarına müvafiq olaraq hazırkı müqaviləyə Spesifikasiyalarda qeyd edilən “CPT” satır, alıcı isə onu Azərbaycan, Bakı şəhərində qəbul edir və onun üçün ödənişləri həyata keçirir. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı "xxxx" MMC tərəfindən istehsal edilmiş qüvvədə olan standartlara müvafiq malı tədarük edir və malın keyfiyyətini uyğunluq sertifikatına uyğun təsdiq edir. "xxxx" MMC və X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli A-3-22 saylı müqavilənin 9-cu maddəsinin 5-ci bəndinə əsasən alıcının tələbinə əsasən satıcı su təchizatı və isitmə sistemləri üçün çox təbəqəli metal plastik borular “SENATOR PEX-AL- PEX” 16x2.o, “VİP SENATOR PEX-AL-PEX” 16x2, “SENATOR PEX EVOH” 16x2, çox təbəqəli polimetr boruları digər alıcılara “SENATOR” adı ilə tədarük edə bilməz. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı "xxxx" MMC Cavabdeh MMC arasında bağlanmış müavilənin 9.5-ci maddəsinə əsasən o, “SENATOR PEX- AL-PEX” 16x2.o, “VİP SENATOR PEX-AL-PEX” 16x2, “SENATOR PEX EVOH” 16x2, çox təbəqəli polimetr boruları digər alıcılara “SENATOR” adı ilə tədarük edə bilməyəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, o, müqavilə şərtlərini yerinə yetirməyərək, X6 da məhz həmin marka adı altında olan məhsulları idxal edəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Bununla da, "xxxx" MMC Cavabdeh MMC arasında bağlanmış müqavilə üzrə yerinə yetirilməli olduğu öhdəliyi pozmuşdur. Eyni markanı başqa alıcıya satmaması barədə öhdəlik götürsə də, onu yerinə yetirməmiş, müqavilə üzrə yerinə yetirilməli olan öhdəlik pozulduğundan, müqavilə ləğv edilməli və "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə vurduğu zərəri ödəməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır və ilkin iddia rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Tərəflər arasında aparılan yazımalar “mail” vasitəsilə həyata keçirilmiş və həmin yazışmalara elektron qaydada məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən həmin sübutlar lazımi qaydada araşdırılmamışdır. Belə ki, yazışmalarda pulun ödənilməsinin vergi tərəfindən qoyulmuş məhdudiyyətə görə ödənilməsi mümkün olmadığından X10 ilə müqavilənin bağlanması həmin müqavilə üzrə də ödənişlərin hissə-hissə ödənilməsi öz əksini tapmışdır. Lakin bu sübuta nəzər salmadan iş üzrə ilkin iddia tələbini təmin etmişdir. Halbuki, həmin dövrdə bank üzərində sərəncamın olub-olmaması ilə bağlı sorğu verməli idi. İlkin iddia üzrə iddiaçı "xxxx" MMC Cavabdeh MMC arasında bağlanmış müavilənin 9.5-ci maddəsinə əsasən o, “SENATOR PEX- AL-PEX” 16x2.o, “VİP SENATOR PEX-AL-PEX 16x2, “SENATOR PEX EVOH” 16x2, çox təbəqəli polimetr boruları digər alıcılara “SENATOR” adı ilə tədarük edə bilməyəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, o müqavilə şərtlərini yerinə yetirməyərək, X6 da məhz həmin marka adı altında olan məhsulları idxal edəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Bununla da, "xxxx" MMC Cavabdeh MMC arasında bağlanmış müqavilə üzrə yerinə yetirilməli olduğu öhdəliyi pozmuşdur. X10 ilə iddiaçı arasında bağlanmış müqaviləni məhkəmə əsaslı hesab etdiyindən, Cavabdeh MMC-nin müqavilənin 9.5-ci bəndinə riayət edilmədiyindən, "xxxx" MMC tərəfindən müqavilə şərti kobud şəkildə pozulmuşdur. İddiaçı tərəf eyni markanı başqa alıcıya satmaması barədə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilə üzrə yerinə yetirilməli olan öhdəlik pozduğundan, qarşılıqlı iddia tələbi təmin edilməli "xxxx" MMC-ilə Cavabdeh MMC arasında bağlanmış 21 dekabr 2019-cu il tarixli xx-xx/2019 saylı müqavilə ləğv edilməlidir. Məhkəmə 7 nömrəli İ spesifikasiya ilə bağlı araşdırma aparakən, qeyd etmişdir ki, bu münasibətlər də şifahi danışıqlar vasitəsilə həll olunduğundan və qüsurlu mala görə ilkin iddia üzrə cavabdeh kifayət qədər ziyana düşdüyündən iddia tələbi təmin edilməməlidir. Məhkəmənin bu əsaslandırması tamamilə əsassızdır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən tərəflərin əsaslandığı müqaviləyə nəzər salmalı və müqavilə şərtinə əsasən mübahisənin tərəflər arasında danışqılar yolu ilə həll olunmasına əsaslanmalıdır. Cavabdeh tərərfındən mötəbər sübüt kimi malların defekti olması ilə bağlı protokol tərtib edilmiş və məhkəməyə təqdim olunmuş və malın qüsurlu olması ilə bağlı tərəflər arasında olan “mail” yazışmaları təqdim olunmuş iddiaçının özünün malın qüsurlu olması ilə bağlı yazışmaları da məhkəmə tərəfindən mötəbər sübut hesab olunmamışdır. Bundan başqa, qarşı tərəfdən təqdim olunmuş sənədlərin heç biri lazımi qaydada təsdiq olunmasa da, məhkəmə həmin sənədləri əsaslı hesab etmişdir. Təqdim olunan barışıq aktı kimi qeyd olunan sənəd qarşı tərəfin dilinə uyğun olaraq Ukrayna dilində tərtib olunmuş və orada “X” hərfi “Ç” hərfi kimi qeyd olunması cavabdehin səhvi ucbatından baş verməmişdir. Odur ki, qarşılıqlı iddianın dəlilləri birtərəfli qaydada araşdırılmışdır. Qeyd olunan hallara əsasən ilkin iddia tələbi müqavilə şərtlərinin pozulmasına və təqdim olunan tərəflər arasında bağlanmış müqaviləyə əsasən müqavilə üzrə mübahisələrin danışıqlar yolu ilə həll edilməsinə əsaslanaraq, eyni zamanda tərflər arasında aparılan mail yazışmalarını sübut olaraq qəbul edilərək qarşdıqlı iddia tələbi rədd edilərkən düzgün əsaslandırma aparılmamış, sübutlara,tərəflər arasında olan müqavilə şərtlərinə qiymət verilməmişdir. Belə ki, tərəflər arasında 21 dekabr 2019-cu il tarixdə bağlanmış 21-12\2019 saylı müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh MMC-ilə alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin 9-cu maddəsinin 5-ci bəndinə əsasən alıcının tələbinə əsasən satıcı su təchizatı və isitmə sistemləri üçün çox təbəqəli metal plastik borular “SENATOR PEX-AL-PEX” 16x2.o, “VİP SENATOR PEX-AL-PEX 16x2, SENATOR PEX EVOH” 16x2, çox təbəqəli polimetr boruları digər alıcılara “SENATOR” adı ilə tədarük edə bilməz. Lakin müqavilənin şərti ilkin iddia üzrə iddiaçı, tərəfindən pozulmuş və "xxxx" MMC ilə X12 arasında bağlanmış xx.xx.2022-ci il tarixdə A-3-22 saylı müqavilənin 9-cu maddəsinin 5-ci bəndinə əsasən alıcının tələbinə əsasən “satıcı su təchizatı və isitmə sistemləri üçün çox təbəqəli metal plastik borular “SENATOR PEX-AL-PEX” 16x2 o “VİP SENATOR PEX-AL-PEX” 16x2 “SENATOR PEX EVOH" 16x2, çoxtəbəqəli polimer boruları digər alıcılara “SENATOR” adı ilə tədarük edə bilməz” adı ilə başqa alıcı ilə müqaviləni eyni məzmunla bağlamışdır. Belə olduqda müqavilə şərti pozulduğundan həmin müqavilə ləğv edilməlidir. İddiaçı tərəfindən qüsurlu mal tədarük edilmiş bu barədə müqavilə şərtinə əsasən tərəflər arasında işgüzar adətə əsaslanan yazışmalar olmuş və “mail” yazışmasından da görünür ki, tərəf qüsurlu malı tədarük etdiyini qəbul etmişdir. Bütün bu hallar və ödənilən məbləğ məhkəmə tərəfindən lazımi qaydada araşdırılmamış və birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hüquqlarını pozan ədalətsiz bir qətnamə qəbul edilmişdir. Cavabdehin bank hesabı üzərində olan sərəncamın olub-olmaması ilə bağlı hər hansı sorğu verilməmişdir. Tərələr arasında təqdim olunan “mail” yazışmasına və X4 adının Ukrayna dilində Ç.Teymurov yazılması araşdırılmamış və onun başqa şəxs olması qənaətinə gəlinmişdir. Tərəflər arasıda müqavilə olmuş, müqavilə üzrə ödəniş həyata keçirilsə də, cavabdehin bank hesabı üzərində sərəncam olduğundan ödənişin ödənilməsi gecikdirilmiş və digər əməkdaşla müqavilə bağlanmış qeyd olunan 6 saylı spesifikasiya üzrə ödəniş həyata keçirilmiş, bu barədə iddiaçıya “mail” vasitəsilə yazılaraq məlumat verilmiş, daha sonra iddiaçı tərəfindən qüsurlu mallar tədarük edilmiş, bu barədə müqavilə şərtinə əsasən tərəflər öz aralarında yazışmalar vasitəsilə məlumat verilmiş, bundan başqa iddiaçı öz öhdəliyilə müqavilə şərtini pozmayacağını götürsə də, X10 ilə müqavilə bağlayaraq cavabdehin müqavilə şərtinin əleyhinə müqavilə bağlamışdır. X10 ilə bağlanmış müqavilənin 9-cu maddəsinin 5-ci bəndinə əsasən alıcının tələbinə əsasən satıcı su təchizatı və isitmə sistemləri üçün çox təbəqəli metal plastik borular “SENATOR PEX-AL-PEX” 16x2.o, “VİP SENATOR PEX-AL-PEX 16x2, “SENATOR PEX EVOH” 16x2, çoxtəbəqəli polimer boruları digər alıcılara “SENATOR” adı ilə təarük edə bilməz adlı müqavilə bağlamışdır. Halbuki, eyni şərt daxilində müqaviləni daha öncə yeni 2019-cu ildə Cavabdeh MMC ilə bağlanmışdır. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə şərti kobud şəkildə pozulmuşdur. "xxxx" MMC-nin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı öz şikayətini formal olaraq tərtib etmiş, birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti təqdim etmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli xx-xx-2019 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” malı “İnkoterms 2010” qaydalarına müvafiq olaraq hazırkı müqaviləyə Spesifikasiyalarda qeyd edilən FCA-Ukrayna, Dnepr şəhəri İvan Ezau küçəsi 15 şərtlərində satır, “Alıcı” isə onu qəbul edir və onun üçün ödənişi həyata keçirir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” malları bu müqavilənin ayrılmaz hissəsi olan (Müqavilənin 2.1-ci bəndi Spesifikasiyalarında göstərilən çeşiddə, miqdarda və qiymətlərlə tədarük edir). Həmin müqavilənin 3.3-cü bəndinə əsasən göndərmə məntəqəsində - Dnepr şəhərində malın gömrük bəyannaməsinin rəsmiləşdirildiyi tarix tədarük tarixi hesab olunur. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən müqavilənin məbləği 500,000,00 ABŞ dollarıdır (beş yüz min ABŞ dolları). Həmin müqavilənin 5.1-ci bəndinə əsasən hazırki nüqavilə ödəniş razılaşdırılmış tədarük həcm üçün “Satıcı”nın hesablaşma hesabına birbaşa bank köçürülməsi ilə ödənilir. Ödəmə şərtləri İnvoysda və Spesifikasiyada göstərilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən mal üçün ödəniş həyata keçiriləcəkdir - “Alıcı”nın özünün vəsaitlərinin hesabına. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən hesablaşmaların həyata keçirildiyi zaman tədarük tarixi 3.3-cü bənddə göstərilən tarix olacaqdır. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən qeyd olunan mübahisələrin danışıqlar yolu ilə həll edilməsinin mümkün olmadığı halda Tərəflərdən biri digər tərəfə yazılı iradlar göndərir, bu iradlara baxılmasının müddəti onların alındığı gündən etibarən 10 gün (iradın alındığı gün zərfin üzərindəki poçt ştempelinin tarixi hesab olunur) təşkil edir. Alınmış irada aşağıdakı cavablardan biri göndərilməlidir: irəli sürülmüş iradla tam və ya qismən razılaşma; həmin iraddan əsaslandırılmış tam və qismən imtina. 6 saylı və 7 saylı Spesifikasiyaların surətlərindən görünür ki, iddiaçı 6 saylı Spesifikasiyaya uyğun olaraq 52332,5 ABŞ dolları dəyərində, 7 saylı Spesifikasiyaya uyğun olaraq 27102 ABŞ dolları dəyərində malları cavabdehə satmışdır. İddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli (Malların defekt olması səbəbindən geri qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə) iclasının 1 saylı protokolunun surətində Sifarişçi tərəfindən irəli sürülən iddia tələbin qəbul olunması, Sifarişçiyə dəymiş 29105 manat məbləğində ziyanın (gömrük rüsumu, nəqliyyat xərcləri, malların boşaldılıb yığılması xərcləri) Cavabdeh MMC tərəfindən ödənilməsi, defekt malların Cavabdeh MMC-nin öz hesabına gömrük rüsumu, nəqliyyat xərcləri, malların yığılıb-boşaldılması xərclərini ödəməklə geri qaytarılması, “Senator” plastik boru kompozit d 25 mm malların defekt və istifadəyə yararsız olması ilə əlaqədar Cavabdeh MMC-yə dəymiş ziyanın ilkin məbləğinin 29105 manat təsdiq olunması, “Senator” markası altında ticarət fəaliyyəti göstərən Cavabdeh MMC-nin etiket nüfuzuna dəymiş mənəvi ziyanın miqdarının müəyyənləşdirilməsi, Cavabdeh MMC-nin “Malların defekt olması və dəymiş ziyanın müəyyənləşdirilməsi” barədə xx.xx.2022-ci il tarixli iclasının 1 saylı protokolundan irəli gələn tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş OX1 saylı xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının Cavabdeh MMC "xxxx" MMC-yə 12672,50 ABŞ dolları məbləğində pul vəsaiti guya ki, köçürmüşdür. Lakin, cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd edilən tarixdə guya ki, köçürmənin həyata keçirilməsinin mümkün olmadığını bildirmişdir. "xxxx" MMC ilə X10 arasında A-3- 22 saylı xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “Satıcı” malı “İnkoterms 2010” qaydalarına müvafiq olaraq hazırkı müqaviləyə Spesifikasiyalarda qeyd edilən “CPT” satır. “Alıcı” isə onu Azərbaycan, Bakı şəhərində qəbul edir və onun üçün ödənişi həyata keçirir. İddiaçı 1 saylı Spesifikasiyaya uyğun olaraq 39774,50 ABŞ dolları dəyərində malları X1. X10, xx.xx.2022-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 5800 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1872,5 ABŞ dolları olmaqla, cəmi 12672,5 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəməsini cavabdeh bildirmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə iclasına cavabdeh tərəfindən dəvət edilmiş və iş üzrə şahid qismində dindirilmiş X10 cavabdehin göstərilənlərin əksinə olaraq, “onunla "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmasını, 12672,5 ABŞ dolları məbləğində pul vəsaitinin onun adından "xxxx" MMC-yə göndərilməsini, lakin "xxxx" MMC tərəfindən malların göndərilməməsini, halbuki, "xxxx" MMC malları göndərməli olmasını” bildirmişdir. Onu da qeyd etmək lazımdır ki, X10 ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin hazırkı iş üzrə cavabdehlə bağlanan müqaviləyə heç bir aidiyyəti yoxdur. "xxxx" MMC ilə X10 ayrıca şəkildə müqavilə bağlamış və tərəflər biri-digəri qarşısında müqavilədən irəli gələn öhdəliklər götürmüşlər. Buna görə də, Xəqani Teymurovla bağlanmış müqavilə üzrə ödənilmiş pul vəsaiti məhz hazırkı iş üzrə cavabdehin borcuna görə ödənilmiş məbləğ kimi qiymətləndirilə bilməz. Bundan başqa, cavabdeh qeyd etmişdir ki, “7 saylı Spesifikasiya üzrə iddiaçı tərəfindən cavabdehə 27102 ABŞ dolları məbləğində mal göndərilmişdir. Eyni zamanda, 7 saylı Spesifikasiya üzrə iddiaçının göstərişinə əsasən onun göndərdiyi Qruzin Olenaya məxsus olan pasporta əsasən onun adına xx.xx.2022-ci il tarixdə X5 tərəfindən 1000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə X9 tərəfindən 1000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə X15 tərəfindən 500 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə X13 tərəfindən 1000 ABŞ dolları olaraq, ümumilikdə 3500 ABŞ dolları göndərmişdir. 7 saylı Spesifikasiya üzrə 27102 ABŞ dollarından 3500 ABŞ dolları məbləğində pul ödənilmişdir. Qalıq borc 23602 ABŞ dolları qalmışdır. Göndərilmiş malın 20000 metri, yəni 14000 ABŞ dolları dəyərində olan mal qüsurlu olmuşdur. Malın qüsurlu olmasını cavabdeh bildikdən sonra, bu barədə tərəflər arasında yazışmalar olmuş, müqavilə şərtlərinə əsasən hətta cavabdeh Ukrayna Respublikasına getmiş və ziyanın yarı hissədə bölünməsinə razılqıları olsa da, sonradan həmin mal cavabdeh tərəfindən idxal olunduqda ona təkrarən ziyan dəymiş və məcburi şəkildə 14000 dollarlıq maldan 11000 ABŞ dollarının ödənilməsini və ya silinməsini qarşı tərəfdən tələb etmişdir. Qarşı tərəf isə öz növbəsində danışıqlar yolu ilə razılığa gəlsə də, mail yazışmasında ödənilən 3500 ABŞ dollarını və 11000 ABŞ dolları ziyanı dolayı yolla qəbul etmiş, lakin cavabdehin borcu ödənildikdən sonra həmin hissəyə münasibət bildiricəyini yazmışdır. Qeyd etmişdir ki, əgər o, malın qüsurlu olduğu qəbul etsə, onun barəsində cinayət işi qaldırılar və vergi onu cərimə edər. Odur ki, bu hissəni aralarında tənzmilənməsini xahiş etmişdir. Qüsurlu maldan 6000 metr satılmamışdır. Qüsurlu mal X7 dəyərindən daha aşağı məbləğə satılsa da, borcu tam keyfiyyətsiz olduğundan Eldar Məmişov tərəfindən qəbul edilməmiş, cavabdeh təkrarən ziyana düşmüşdür. Tərəflərin arasında mail yazışmaları və “Whatsapp” vasitəsi ilə danışıqlar aparılmışdır. Cavabdeh öz növbəsində qüsurlu malla əlaqədar Eldar Məmişova idxal etdiyi malları geri qaytarmamışdır. Eldar Məmişova satılan mal üzrə 29105 manatın ABŞ dollarına ekvivalenti 17120 ABŞ dolları etmişdir. Göründüyü kimi, cavabdeh özü burada qazanc əldə etmək əvəzinə çox böyük məbləğdə ziyanla üzləşmişdir. Həmin qəbul etdiyi yarasız mal üçün 8659,01 manat dollara ekvivalenti 5093,54 ABŞ dolları məbləğində gömrük bəyannaməsinə əsasən pul ödənilmişdir. Lakin həmin malın satışını həyata keçirə bilmir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qüsurlu malın 6000 metri isə satılması və geri qaytarılması mümkün olmadığından cavabdehin anbarında qalmışdır. Göründüyü kimi, cavabdeh özü maddi ziyana düşmüşdür. Cavabdeh tərəfindən idxal olunan mal qüsurlu olduğundan o, 17120 ABŞ dolları məbləğində yəni 29105 manat məbləğində pulu Eldar Məmişova geri qaytarmışdır. Bundan başqa, anbarda 6000 metr yəni 4941 ABŞ dolları məbləğində qüsurlu mal mövcuddur. Bununla da, iddiaçı tərəfindən cavabdehə küllü miqdarda ziyan dəymişdir. Hətta, qüsurlu mal satdığına görə işgüzar nüfuzu bazar subyektləri arasında aşağı düşmüş və alıcılıq qabiliyyəti də zəifləmişdir. Cavabdeh yenə də ilkin iddiaya etirazını üçüncü şəxslər tərəfindən başqa şəxsə (iddiaçıya deyil) ödənilmiş pul vəsaitləri ilə əsassız, qanunsuz və uydurma olaraq əsaslandırmaq istəmişdir. Həmçinin, cavabdeh etirazında mal(lar)ın qüsurlu olmasına istinad etsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, yalnız cavabdehin özü tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli (Malların defekt olması səbəbindən geri qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə) iclasın 1 saylı protokoluna istinad etmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclasında barışıq aktının surətini məhkəməyə təqdim edərək, "xxxx" MMC ilə Cavabdeh MMC 2019cu ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi olan dövr üçün qarşılıqlı hesablaşmalar aparılaraq barışıq aktı tərtib edilməsinə, həmin aktda “X10”nun da adının qeyd olunmasına istinad etmişdir. Halbuki, barışıq aktının surətindən aşkar surətdə görünür ki, "xxxx" MMC ilə Cavabdeh MMC tərtib edilmiş barışıq aktında X10”nun adı deyil, başqa şəxs, yəni “Ç.A.Teymurov” göstərilmişdir. Həm də barışıq aktdında Ç.A.Teymurov Cavabdeh MMCnin direktoru kimi qeyd edilmişdir. Odur ki, cavabdehin göstərilən dəlilləri də əsassız, qanunsuz, ədalətsiz və qeyri obyektivdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, tərəflərin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallara düzgün hüquqi qiymət vermişdir. Göründüyü kimi, tərəflər arasında göndərmə müqaviləsi bağlanmış, mallar vaxtında təhvil verilmiş və cavabdehin heç bir göstərdiyi dəlilləri öz əksini tapmamışdır. Lakin, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflərin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallara düzgün hüquqi qiymət vermişdir. Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(121)-98/2023 saylı qətnaməsi qanuni, əsaslı və ədalətli olduğundan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalıdır. Belə ki, cavabdeh məhkəməyə təqdim etdiyi apellyasiya şikayətini qətnamənin icraya yönəlməməsi üçün formal olaraq tərtib etmiş, cavabdehə zərər dəyməsi, dəymiş zərərin 20000 manat yalan olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və təqdim edə də bilməzdi. Ona görə ki, bele bir şey yoxdur və ona görə də, zərər vurulmasını məhkəmədə sübut edə bilməmişdir, habelə onun ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilməmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi üçün əsas təşkil etmir və qarşılıqlı iddianında təmin olunmasına heç bir əsas yoxdur. "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etdiyi etirazda Cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi və Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(121)-98/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək və apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir ki, X10 12672 dollar pulu "xxxx" MMC-yə 3 dəfəyə göndərmişdir. O, Cavabdeh MMC-də sürücü işləyib, onun ödədiyi pullar Cavabdeh MMC-nin puludur. Lakin qarşı tərəf isə ödənişin Xəqani ilə iddiaçı arasında bağlanan müqavilə əsasında edildiyini qeyd etmişdir. Həmin 12672 dollar ödənilsə də mal cavabdeh təşkilata verilməmiş, heç Xəqaninin özü malı qəbul etməmişdir. Qeyd olunan pul Cavabdeh MMC tərəfindən iddiaçı təşkilatın rəhbərinə 4 dəfə, 3500 dollar olmaqla ödənilmişdir. xx.xx.2022-ci ildən sonra isə Alinaya ödənilmiş, qalan məbləğ isə “Kapital Bank “ ASC vasitəsilə ödənilmişdir. Qarşı tərəfin malın xarab olması ilə bağlı qeyd edilməlidir ki, bununla bağlı rəsmi məlumat verməli, malı qəbul etmişdisə, həmin gün malın xarab olub-olmamasına baxmalı idi. Lakin qarşı tərəf bir müddət keçdikdən sonra malın xarab olması ilə bağlı iddia qaldırmışdır. Onlar malı vermiş, qarşı tərəf pulun bir qismini ödəsə də, qalan hissəsinin qalmış, barışıq sazişi təklif edilsə də, qarşı tərəfin razılaşmamışdır. X16 pul ödənilmişdirsə, bununla bağlı sübut təqdim edilməli, elə bir əsas olarsa qarşı tərəfin Xəqani Teymurova qarşı iddia qaldırmaq hüququnun vardır. Digər məhkəmədə qarşılıqlı iddia qaldırdıqlarına görə qarşı tərəfə pretenziya göndərməyə ehtiyac olmamışdır. X10 ilə "xxxx" MMC arasında müqavilə vardır. Onların qarşı tərəfə 12000 dolları ödəmək imkanında olmadığını, rəhbərin ağır xəstə olduğunu və vaxt verilməsini, apellyasya şikayətinin təmin edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin nümayəndəsi Vəkil1 izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, 6 nömrəli spesifikasiya üzrə olan 52000 dollar pulun ödənilmədiyi təqdirdə, 7 nömrəli iş üzrə müqavilənin bağlanıla bildiyini, çünki müqavilədə o halın nəzərdə tutulmadığını bildirmişdir. Qeyd olunmuş malın bir qisminin xarab olduğunu, bir qismini isə qaytardıqlarını bildirmişdir. Həmçinin şirkətin borcu olduğu üçün heç bir şirkətin onlara mal verməməsi barədə sübut olduğunu, lazım gələrsə bu sübutları təqdim edə biləcəyini bildirdi. Qarşı tərəf izahatında onların ödəniş etmələrinə sərəncam qoyulduğuna görə başqa şəxs - X10 vasitəsi ilə ödəniş etdiklərini bildirdiyini, bu səbəbdən də, "xxxx" MMC-nin həmin şəxsə qarşı iddia qaldırmaq hüququnun olduğunu, 4 nömrəli tərəflər arasında əlavə razılaşmanın olmadığını bildirmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2-2(121)-98/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanmış xx-xx-2019 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Satıcı” malı “İnkoterms 2010” qaydalarına müvafiq olaraq hazırki müqaviləyə Spesifikasiyalarda qeyd edilən FCA-Ukrayna, Dnepr şəhəri İvan Ezau küçəsi 15 şərtlərində satır, “Alıcı” isə onu qəbul edir və onun üçün ödənişi həyata keçirir. İşdə olan 6 saylı və 7 saylı Spesifikasiyaların surətlərindən görünür ki, "xxxx" MMC 6 saylı Spesifikasiyaya uyğun olaraq 52332,5 ABŞ dolları dəyərində, 7 saylı Spesifikasiyaya uyğun olaraq 27102 ABŞ dolları dəyərində malları Cavabdeh MMC-yə satmışdır. İşdə olan Cavabdeh MMC-nin 03 sentyabr 2022-ci il tarixli (Malların defekt olması səbəbindən geri qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə) iclasının 1 saylı protokolunun surətindən görünür ki, Sifarişçi tərəfindən irəli sürülən iddia tələbin qəbul olunması, Sifarişçiyə dəymiş 29105 manat məbləğində ziyanın (gömrük rüsumu, nəqliyyat xərcləri, malların boşaldılıb yığılması xərcləri) Cavabdeh MMC tərəfindən ödənilməsi, defekt malların Cavabdeh MMC-nin öz hesabına gömrük rüsumu, nəqliyyat xərcləri, malların yığılıb başaldılması xərclərini ödəməklə geri qaytarılması, “Senator” plastik boru kompozit d 25 mm malların defekt və istifadəyə yararsız olması ilə əlaqədar Cavabdeh MMC-yə dəymiş ziyanın ilkin məbləğinin 29105 manat təsdiq olunması, “Senator” markası altında ticarət fəaliyyəti göstərən Cavabdeh MMC-nin etiket nüfuzuna dəymiş mənəvi ziyanın miqdarının müəyyənləşdirilməsi, Cavabdeh MMC-nin “Malların defekt olması və dəymiş ziyanın müəyyənləşdirilməsi” barədə 03 sentyabr 2022-ci il tarixli iclasının 1 saylı protokolundan irəli gələn tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan OX1 saylı 01 fevral 2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh MMC "xxxx" MMC-yə 12672,50 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüşdür. Lakin, cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd edilən tarixdə köçürmənin həyata keçirilməsinin mümkün olmadığını bildirmişdir. İşə əlavə olunan sənədlərdən görünür ki, "xxxx" MMC və X10 arasında A-3-22 saylı 18 fevral 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “Satıcı” malı “İnkoterms 2010” qaydalarına müvafiq olaraq hazırkı müqaviləyə Spesifikasiyalarda qeyd edilən “CPT” satır. “Alıcı” isə onu Azərbaycan, Bakı şəhərində qəbul edir və onun üçün ödənişi həyata keçirir. İşdə olan 1 saylı Spesifikasiyanın surətindən görünür ki, iddiaçı 1 saylı Spesifikasiyaya uyğun olaraq 39774,50 ABŞ dolları dəyərində malları X1. İşdən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 5800 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1872,5 ABŞ dolları olmaqla, cəmi 12672,5 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəmişdir. İşdə olan Barışıq aktının surətindən görünür ki, "xxxx" MMC (MMC-nin direktor A.İ.Qruzin) ilə Cavabdeh MMC (MMC-nin direktor Ç.A.Teymurov) 2019-cu ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi olan dövr üçün qarşılıqlı hesablaşmalar apararaq barışıq aktı tərtib etmişlər. İş materiallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ilə Cavabdeh MMC vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbayan Respublikası Dövlət Gömrük Komitəsinin 3-33/2- 002433/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində ixracatçı "xxxx" MMC tərəfindən idxalatçı Cavabdeh MMC-nin ünvanına göndərilən mallara dair sənədlərin surəti təqdim olunur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində X4 "xxxx" MMC-dən mal idxal etməsi barədə Dövlət Gömrük Komitəsinin X2 Sistemində məlumat qeydə alınmamışdır. İş üzrə şahid qismində dindirilmiş X10 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, tərəflərlə qanuni təmsilçiləri ilə heç bir qohumluq əlaqəsi yoxdur. Ancaq 2021-ci ilin sonlarına kimi Cavabdeh MMC-də sürücü işləmişdir. MMC-nin qanuni təmsilçisi Samirlə dostluq münasibətləri olduğundan, Samir ondan xahiş etmişdir ki, Ukranyada olan şirkətdən malların Azərbaycana göndərilməsi üçün onun adına müqavilə bağlanmasına zərurət yaranmışdır. Samirdən Cavabdeh MMC-nin adına nə üçün mal göndərilə bilmədiyini soruşduqda, Samir Cavabdeh MMC-nin hesablarına vergi orqanı tərəfindən sərəncam qoyulduğunu bildirmişdir. Bu məqsədlə, yəni malların göndərilməsi ilə bağlı onunla "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, 12672,5 ABŞ dolları məbləğində pul vəsaiti onun adından "xxxx" MMC-yə göndərilmiş, lakin "xxxx" MMC tərəfindən mallar göndərilməmişdir. Halbuki, "xxxx" MMC tərəfindən mallar göndərilməli idi. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki, həqiqi halları, tərəflərin izahatları, şahid ifadəsi - iş materiallarına əlavə edilən sənədlərə əsasən hesab etmişdir ki, tərəflər arasında bağlanmış 21 dekabr 2019-cu il tarixli xx-xx-2019 saylı müqaviləyə əsasən 6 saylı Spesifikasiyaya uyğun olaraq 52332,5 ABŞ dolları dəyərində, 7 saylı Spesifikasiyaya uyğun olaraq 27102 ABŞ dolları dəyərində mallar iddiaçı tərəfindən cavabdehə göndərilmiş, 6 saylı Spesifikasiya üzrə 39660 ABŞ dolları məbləğində cavabdeh tərəfindən ödəniş edilmişdir. Hazırda cavabdehin iddiaçıya 6 saylı Spesifikasiya üzrə 12672,50 ABŞ dolları məbləğində, 7 saylı Spesifikasiya üzrə isə 27102 ABŞ dolları məbləğində borcu qalmışdır. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, 6 saylı Spesifikasiyaya uyğun olaraq 52332,5 ABŞ dolları dəyərində, 7 saylı Spesifikasiyaya uyğun olaraq 27102 ABŞ dolları dəyərində mallar iddiaçı tərəfindən cavabdehə göndərilməsi və həmin malların cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi tərəflər arasında göndərmə müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri xarici valyuta ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Məhkəmə həmçinin ilkin iddianın “ödənilməmiş borca görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi qəbul olunan tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə məhkəmə tərəfindən faiz məbləğinin hesablanaraq tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, ilkin iddianın həmin hissəsi əsassızdır. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, ilkin iddia göstərilən hissədə rədd edilməlidir. Məhkəmə həmçinin ilkin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ilkin iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin ilkin iddiaya etirazının dəlillərini araşdıraraq hesab etmişdir ki, cavabdehin göstərilən dəlilləri əsassızdır. Belə ki, cavabdeh ilkin iddiaya etirazını “6 saylı Spesifikasiya üzrə tələb olunan 12672,50 ABŞ dolları məbləğində pul vəsaitinin tam şəkildə ödənilməsi, vergi orqanı tərəfindən cavabdehdə yoxlamalar aparılması, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bank hesabına sərəncam qoyulması, qeyd olunan məbləğin göndərilməsinin yalnız bank hesabı üzərindən mümkün olacağından, cavabdeh əvvəllər işçisi olmuş X6 qeyd olunan şirkətlə müqavilə bağlamasını xahiş etməsi, Xəqani Teymurovla müqavilənin bağlanması səbəbindən cavabdeh tərəfindən iddiaçıya ödənilməyən 12672,50 ABŞ dollarının ödənilməsini təmin etmək olması, iddiaçı ilə X10 arasında xx.xx.2022-ci il tarxidə A-3-22 saylı müqavilə bağlanması, müqavilə bağlandıqdan sonra X10 tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 5800 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 1872,50 ABŞ dolları məbləğində pul ödənilməsi, cavabdehin müqavilə üzrə və 6 nömrəli spesifikasiya üzrə ödənilməyən 12672,50 ABŞ dollarını özü ödəyə bilməsə də, məhz Xəqani Teymurovun bank hesabı vasitəsilə hissə-hissə ödəməsi, əgər belə olmasaydı, o zaman iddiaçı qəbul etdiyi avans üzrə X6 müqavilədə qeyd olunan malları göndərərdi, lakin, iddiaçı "xxxx" MMC tərəfindən X6 hər hansı mal göndərilməməsi, 6 saylı Spesifikasiya üzrə tələb olunan 12672,50 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh tərəfindən tam şəkildə ödənilməsi” ilə əsaslandırmışdır. Lakin, cavabdeh tərəfindən dəvət edilmiş və iş üzrə şahid qismində dindirilmiş X10 göstərilənlərin əksinə olaraq, “onunla "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmasını, 12672,5 ABŞ dolları məbləğində pul vəsaitinin onun adından "xxxx" MMC-yə göndərilməsini, lakin "xxxx" MMC tərəfindən malların göndərilməməsini, halbuki, "xxxx" MMC malları göndərməli olmasını” bildirmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəmə iclasında “X10 və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin hazırkı iş üzrə cavabdehlə bağlanan müqaviləyə heç bir aidiyyətinin olmamasını” göstərmişdir. Göründüyü kimi, "xxxx" MMC ilə X10 ayrıca şəkildə müqavilə bağlanmış və tərəflər biri digəri qarşısında müqavilədən irəli gələn öhdəliklər götürmüşlər. Buna görə də, Xəqani Teymurovla bağlanmış müqavilə üzrə ödənilmiş pul vəsaitinin məhz hazırkı iş üzrə cavabdehin borcuna görə ödənilmiş məbləğ kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, X10 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli müqavilə üzrə Xəqani Teymurovun (və ya "xxxx" MMC-nin) tələb(lər) irəli sürmək hüququ vardır. Cavabdeh yenə də ilkin iddiaya etirazını üçüncü şəxslər tərəfindən başqa şəxsə (iddiaçıya deyil) ödənilmiş pul vəsaitləri ilə əsaslandırmışdır. Həmçinin, cavabdeh etirazında mal(lar)ın qüsurlu olmasına istinad etsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, yalnız cavabdehin özü tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli (Malların defekt olması səbəbindən geri qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə) iclasın 1 saylı protokoluna istinad etmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclasında barışıq aktının surətini məhkəməyə təqdim edərək, "xxxx" MMC ilə Cavabdeh MMC 2019-cu ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi olan dövr üçün qarşılıqlı hesablaşmalar aparılaraq barışıq aktı tərtib edilməsinə, həmin aktda “X10”nun da adının qeyd olunmasına istinad etmişdir. Halbuki, barışıq aktının surətindən aşkar surətdə görünür ki, "xxxx" MMC ilə Cavabdeh MMC tərtib edilmiş barışıq aktında X10”nun adı deyil, başqa şəxs, yəni “Ç.A.Teymurov” göstərilmişdir. Həm də barışıq aktında Ç.A.Teymurov Cavabdeh MMC-nin direktoru kimi qeyd edilmişdir. Odur ki, cavabdehin göstərilən dəlilləri də əsassızdır. Məhkəmə qarşılıqlı iddianın dəlillərini araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Ona görə ki, məhkəmə araşdırılması zamanı qeyd edilən müqavilənin qanunvericilikdə nəzərdə tutulmuş ləğvinin əsasları müəyyən edilmədi. Belə olan halda, cavabdehin mövcud qarşılıqlı iddia tələbi “müqavilənin ləğv edilməsi” hisəsində əsassızdır. Göstərilən müqavilənin ləğv edilməsinin əsasları məhkəmə iclasında müəyyən edilmədiyindən, cavabdehin qarşılıqlı iddia tələbi “müqavilənin ləğv edilməsi” hissəsində əsassızdır. Buna görə də, qarşılıqlı iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddianın “dəymiş zərərin ödənilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə də, əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsinin məzmunundadan da göründüyü kimi, cavabdeh qarşılıqlı iddia tələbini ona zərər dəyməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh ona zərər dəyməsi, dəymiş zərərin 20000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbi əsassızdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun hüquqi qiymət verərək bildirir ki, birinci insitansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi və qarşılıqlı iddiasının rədd edilməsi qət edilmiş, qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verdiyi üçün qətnamə ilkin iddianın qismən təmin edilməsi hissədə yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və məhkəmədə müəyyən edilmiş faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, o zaman iddia tələbi əsaslı, əgər uzlaşmırsa əsassız hesab edilir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək, hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası Cavabdeh MMC-nin apellyasiya şikayətində vergi tərəfindən qoyulmuş məhdudiyyətə görə pulun ödənilməsi mümkün olmadığından X10 vasitəsi ilə ödənişlərin hissə-hissə ödənilməsi, müqavilə şərtlərinin pozularaq X6 da məhz həmin marka adı altında olan məhsulların idxal edəcəyi ilə bağlı öhdəlik götürülməsi, idxal edilmiş malın qüsurlu olması, təqdim olunan barışıq aktı kimi qeyd olunan sənədin qarşı tərəfin dilinə uyğun olaraq Ukrayna dilində tərtib olunması və orada “X” hərfinin “Ç” hərfi kimi qeyd olunmasının cavabdehin səhvi ucbatından baş verməməsi barədə dəlillərini formal mülahizə xarakterli dəlillər hesab edir. Məhkəmə kollegiyası, əlavə olaraq diqqətə çatdırır ki, iş materiallarına əsasən tərəflər arasında 20 iyun 2022-ci il tarixli Üzləşmə Aktına əsasən Cavabdeh MMC-nin "xxxx" MMCyə borcu 39774,50 ABŞ dolları məbləğ təşkil edir. Habelə Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş Ukrayna dilində olan akt daha əvvəlki tarixə olduğu üçün (14 iyun 2022) sonrakı tarixdə - 20 iyun 2022-ci ildə aparılmış Üzləşmə Aktı daha mötəbər sübut sayılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə dair bildirir ki, tərəflər arasında mövcud münasibətlərin yaranması əsasları işdəki sübutlarla təsdiqini tapır və onlar arasında işgüzar münasibətlərin real iradə ifadəsi əsasında baş tutması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya diqqətə çatdırır ki, MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddianın qismən təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir mötəbər sübutla öz təsdiqini tapmayan dəlillərini formal mülahizə hesab edir. Belə ki, apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2(121)-98/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli e-2(121)-98/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-59/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-59/2023
04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver