Məhkəmə qərarları › İş №2-2(106)-65/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-65/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-65/2024 16.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər t sədrliyi və məruzəsi ilə, yu və X2 ibarət məhkəmə tərkibində, İddiaçı "Xanoğlanoğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) cavabdeh "CRM Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC-yə) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-68/2024 saylı, 27 fevral 2024-cü il tarixli (hakim Elşən Abdullayev) qərardadından cavabdeh "CRM Construction” MMC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı "Xanoğlanoğlu İnşaat” MMC cavabdeh "CRM Construction” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh "CRM Construction” MMC-nin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, e-2-2(121)-68/2024 saylı işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qeyd edilən iddia üzrə məhkəmə tərəfindən ərazi aidiyyəti düzgün müəyyənləşdirilməmişdir. Belə ki, "CRM Construction” MMC hazırda Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, ev 32 ünvanındadır. Buna görə də hesab olunur ki, işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsində cavabdeh tərəf iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-68/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadı ilə cavabdeh "CRM Construction” MMC-nin nümayəndəsi X1 "işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə” ərizəsi rədd edilmişdir. Qərardaddan cavabdeh "CRM Construction” MMC-nin nümayəndəsi şikayətlə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 2(121)-68/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadının ləğv edilməsini, şikayətin təmin edilərək işin adiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "Xanoğlanoğlu İnşaat” MMC cavabdeh "CRM Construction” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "CRM Construction” MMC tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 56430,80 manatı, hüquqlarının bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 500 manat, mediyaiya xərcinə görə ödənilmiş 400 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərindən məhkəməyə vəsatət təqdim edilmiş, vəsatət onunla əsaslandırılmışdır ki, qeyd edilən iddia üzrə məhkəmə tərəfindən ərazi aidiyyəti düzgün müəyyənləşdirilməmişdir. Belə ki, "CRM Construction” MMC hazırda Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, ev 32 ünvanındadır. Buna görə də hesab olunur ki, işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Şirvan Kommersiya Məhkəməsinin 2(121)- 68/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin haqqında bəhs etdikləri qərardadı əsassızdır. Belə ki, məhkəmə cavabdehin hüquqi ünvanının hansı inzibati ərazidə qeydiyyatdan keçməsini araşdırmamışdır. Göründüyü kimi hazırkı iş üzrə Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 3çının da iddia ərizəsində qeyd olunduğu kimi ünvanı ünvan 4 qərardadla Mülki Prosessual Məcəllənin bu maddəsinin tələbləri pozulmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 2(121)-68/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadına əsasən hazırkı işə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Bu vəsatət onların yəni cavabdeh tərəfindən verilsə də hesab edir ki, bu məsələ ilə bağlı iddiaçının da fikri nəzərə alınmalı idi. Hər iki şirkət Bakı şəhərində yerləşdiyi, fəaliyyət göstərdiyi və hüquqi ünvanda qeydiyyatdan keçdiyi halda hazırkı işə Şirvan Kommersiya Məhkəməsində baxılması əsassızdır. Hazırkı işin Şirvan Kommersiya Məhkəməsində baxılması cavabdeh olaraq onlar üçün əlavə vaxt və maliyyə itkisinə səbəb olur. Ona görə də hesab edir ki, məhkəmənin qərardadında bu hal nəzərə alınmamışdır. Məhkəmə vəsatətə iddiaçının da fikrini nəzərə almalı idi. Hər iki tərəfin istəyinə uyğun qanunvericiliyin tələblərinə əsasən məsələyə qiymət verilməməsi işin hallarına uyğun deyildir. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından müəyyən edilir ki, iddiaçı "Xanoğlanoğlu İnşaat” MMC cavabdeh "CRM Construction” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən, cavabdeh "CRM Construction” MMC-nin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, e-2-2(121)-68/2024 saylı işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsi ərizəni təmin etməmiş və mövqeyini belə əsaslandırmışdır ki, "Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı "Xanoğlanoğlu İnşaat” MMC xx.xx.2023-cü il tarixində Şirvan Kommersiya Məhkəməsinə müraciət etdiyi tarixdə Cavabdeh MMC-nin hüquqi ünvanı İmişli şəhəri, X.Şuşinski, ev 34 olmuşdur. İşdə olan Cavabdeh MMC-nin dövlət reyestrindən çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixində "CRM Construction” MMC-nin məlumatlarında dəyişiklik edilərək həmin hüquqi şəxsin hazırkı ünvanı ünvan 7, X.Şuşinski, ev 34) kimi qeyd edilmişdir. Buna görə də, iddiaya iddianın verildiyi vaxtda olan cavabdehin hüquqi ünvanı üzrə baxılmalıdır. Hazırda cavabdeh tərəf Şirvan Kommersiya Məhkəməsinin ərizənin təmin edilməməsi barədə qərardadını mübahisələndirir. Şikayətin əsas dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi hazırda cavabehin hüquqi ünvanının Bakı şəhərində yerləşdiyini nəzərə almamış, həmçinin ərazi aidiyyəti ilə bağlı iddiaçı tərəfin münasibətini öyrənməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarında olan "Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı "Xanoğlanoğlu İnşaat” MMC xx.xx.2023-cü il tarixində Şirvan Kommersiya Məhkəməsinə müraciət etdiyi tarixdə cavabdeh "CRM Construction” MMC-nin hüquqi ünvanı İmişli şəhəri, X.Şuşinski, ev 34 olmuşdur. İşdə olan "CRM Construction” MMC-nin dövlət reyestrindən çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixində "CRM Construction” MMC-nin məlumatlarında dəyişiklik edilərək həmin hüquqi şəxsin hazırki ünvanı ünvan 7, X.Şuşinski, ev 34) kimi qeyd edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəf iddianı ərazi aidiyyətinə uyğun olaraq düzgün olaraq cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Şirvan Kommersiya Məhkəməsinə vermişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq işin aidiyyəti üzrə göndərilməsinə dair ərizəni təmin etməmişdir. Cavabdeh tərəfin şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı düzgün olaraq iddianı cavabdehin hüquqi ünvanı üzrə vermişdir. Cavabdehin sonradan hüquqi ünvanının dəyişməsi ərazi aidiyyətinin dəyişməsinə səbəb ola bilməz. Ümumiyyətlə iddiaçı tərəf mövqeyini bildirsə belə, qanunvericilikdə ərazi aidiyyətinin iddiaçının razılığı ilə dəyişdirilməsi nəzərdə tutulmamışdır. Belə ki, MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlı olmuşdur, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: "CRM Construction” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-68/2024 saylı, 27 fevral 2024-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar