Məhkəmə qərarları › İş №2-2(106)-75/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-75/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-75/2024 18.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Fehruz oğlu sədrliyi ilə, X6 və Mayılov Samir İlham oğlundan ibarət tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması və s. tələbinə dair və iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair birləşdirilmiş kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e-2-2(121)-49/2024 saylı qətnaməsindən (hakim Elşən Abdullayev) birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnə təbii qazdan istifadə ilə bağlı yaranmış 13.849,09 manat məbləğində borcun və mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “X16 Məsuliyyətli Cəmiyyəti ilə “İddiaçı arasında bağlanmış AMX-0618/20 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Kürdəmir rayon, Pirili kəndi ərazisində yerləşən Qlobal Aqro MMC-yə təbii qaz verilmiş bununla bağlı **********00002 hesab nömrəsi verilmişdir. Cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinin qaz xətti üzərində ELSTER tipli G-650 markalı qaz sayğacı quraşdırlmış və hesabat sözügedən qaz sayğacının göstəricisi əsasında aparılmışdır. Lakin cavabdeh tərəfindən istifadə edilmiş təbii qazın dəyərini tam ödəməmiş və nəticədə 13849.09 manat təbii qazdan istifadə ilə bağlı borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı tərəfimizdən dəfələrlə cavabdehə xəbərdarlıq məktubları göndərilsədə heç bir nəticəsi olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-1840/2023 saylı qərardadı ilə, cavabdeh "Qlobal Agro” MMC-nin nümayəndəsi X2 iş üzrə icraatın dayandırılması barədə vəsatətinin təmin edilməsi, iddiaçı "Azəriqaz” İstehsalat Birliyinin cavabdeh "Qlobal Agro” MMC-nə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması və s. tələbinə dair e-2-2(121)-1840/2023 saylı iş üzrə icraat hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "Qlobal Agro” MMC-nin cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı "borcun silinməsi” tələbinə dair e-2-2(113)-4766/2023 saylı kommersiya mübahisəsi ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtarana və iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır. İddiaçı "Qlobal Agro” MMC cavabdeh Azəriqaz” İstehsalat Birliyinə qarşı xx.xx.2023cü il tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 13.849,09 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4766/2023 saylı qərardadı ilə, Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı "borcun silinməsi” tələbinə dair e-2-2(113)-4766/2023 saylı iş, "Azəriqaz” İstehsalat Birliyinin "Qlobal Agro” MMC-nə qarşı "borcun tutulması” tələbinə dair e-2-2(121)- 1840/2023 saylı işlə bir icraatda birləşdirilməsi və baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2-2(121)- 1840/2023 saylı qərardadı ilə, məhkəmənin icraatında olan iddiaçı "Azəriqaz” İstehsalat Birliyinin cavabdeh "Qlobal Agro” MMC-nə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair və "Qlobal Agro” MMC-nin cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair işlərə e-2-2(121)- 1840/2023 nömrə ilə bir icraatda baxılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iştirak edən "Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, "Azəriqaz” İstehsalat Birliyinin cavabdeh "Qlobal Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması və s." tələbinə dair iddiasının təmin edilməsini, "Qlobal Agro” MMC-nin iddiasına etiraz edərək həmin iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e-2-2(121)-49/2024 saylı qətnaməsi ilə iddiaçı "Azəriqaz” İstehsalat Birliyinin cavabdeh "Qlobal Agro” MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh "Qlobal Agro” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 1.053,09 manat və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 1.253,09 (bir min iki yüz əlli üç manat, doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi, İddiaçı cavabdeh "Qlobal Agro” MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddiasının 12.796 manat borcun cavabdehdən tutulması hissəsində təmin edilməməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı tərəfindən hesablanmış 12.796 manat məbləğində borcun Cavabdeh MMC-nin abonent hesabından (abonent kodu: **********00002) silinməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası 1.053,09 manat borcun İddiaçı tərəfindən silinməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək, şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci iş üzrə iddianın tam təmin edilməsi, ikinci iş üzrə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, "xxxx" MMC İddiaçı Ağsu X11 İdarəsinin Kürdəmir Xidmət Sahəsinin qeyri-əhali abonenti olmaqla **********0002 nömrəli hesabla qeydiyyata alınmış müvafiq qaydada təbii qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının qanununa əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışa əsasən Qlobal Aqro MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yoxlama aparılmışdır. Yoxlama zamanı Qlobal Aqro MMC-də nöqsanlar aşkar edilmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmiş və müəsisədə 12796 manat məbləğində qazdan istifadə halı aşkar edlərək abonent hesablarına daxil edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı İB tərəfindən təqdim edilmiş saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər iddianın təmin edilməsi üçün tutarlı əsaslar olduğu halda İddiaçı iddia tələbini heç bir əsas olmadığı halda təmin etməyərək ,Qlobal Aqro MMC-nin iddasın qismən təmin etməklə qətnamə çıxarmışdır ki,bu da hesab edirik ki. əsassızdır. İddiaçı İstehsalat Biliyi tərəfindən iddiaçının hesabında yaranmıış borcun qanuni hesablanması halını təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Verilən suallara cavabında göstərmişdir ki, İddiaçı İB tərəfindən "Qlobal Agro” MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən” KY221778338 nömrəli çıxarış alınmışdır. Sözügedən çıxarışda yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2022 -xx.xx.2022 qeyd edilmiş və yoxlamanın təyin edilməsi üçün əsas, sayğac göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və ya sayğac göstəricisnin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Çıxarışa əsasən, yoxlayıcı şəxs qismində "Azəriqaz” İB-nin X17 İstismar İdarəsinin İstehlakçılara X13 Şöbəsinin rəisi X4 göstərilmişdir. Çıxarışa əsasən yoxlamanın keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt çıxarış üzrə yoxlama səlahiyyəti verilmiş şəxsin iştirakı olmadan tamamilə başqa şəxslər tərəfindən, yəni İddiaçı İB-nin digər əməkdaşları tərəfindən yoxlama həyata keçirilmişdir. "Qlobal Agro” MMC-yə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Lakin "Qlobal Agro” MMC məhkəməyə ərizə ünvanlayaraq İddiaçı İB-nin vermiş olduğu apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda birinci iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci iddianın təmin, ikinci iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçınə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1 -ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1 -ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011 -ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: -1.1-ci bəndinə görə, bu Əsasnamə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. -1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. -1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. -5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. "Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1999-cu il tarixli, 87 saylı qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, İddiaçı İB-nin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararkən aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Cavabdeh MMCnin 13.849,09 manat borcu yaranmışdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC barəsində xx.xx.2022-ci il tarixində akt tərtib edilmişdir. İş materiallarında olan X14 İstismar İdarəsinin Cavabdeh MMC- yə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh MMC-yə təbii qazdan istifadəyə görə yaranmış 13.849,09 manat məbləğində borcunun 3 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı tərəfindən 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11-140/24 nömrəli məktubda qeyd edilmişdir ki, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi və sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi ilə bağlı məlumata əsasən İddiaçı İB-nin xx.xx.2022-ci il tarixli müraciətinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestri”ndə adıçəkilən sahibkara münasibətdə xx.xx.2022- ci il tarixdən başlayaraq 3 iş günü müddətinə avtomatlaşdırılmış qaydada plandankənar yoxlama eydiyyata alınmışdır. İş materiallarında olan Energetika Nazirliyinin Enerji X1 Kürdəmir Filialının mütəxəssisi X8 tərəfindən tərtib edilmiş rəydən görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən” KY221778338 nömrən çıxarış alınmışdır. Sözügedən çıxarışda yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2022-xx.xx.2022 qeyd edilmiş və yoxlamanın təyin edilməsi üçün əsas, sayğac göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və ya sayğac göstəricisnin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Çıxarışa əsasən, yoxlayıcı şəxs qismində İddiaçı İB-nin X17 İstismar İdarəsinin İstehlakçılara X13 Şöbəsinin rəisi X4 göstərilmişdir. Çıxarışa əsasən yoxlamanın keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt çıxarış üzrə yoxlama səlahiyyəti verilmiş şəxsin iştirakı olmadan tamamilə başqa şəxslər tərəfindən tərtib edilmiş və aktda sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qanunsun qoşulma və sayğaca müdaxilə halı ilə bağlı hər hansı fakt öz əksini tapmamış, bununla da sahibkarlıq subyektində aparılmış yoxlama zamanı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Həmçinin, araşdırmam materiallarında olan Ağsu RQİİ-nin xx.xx.2024-cü il tarixli, 14-2-2-12/2-79/2024 nömrəli məktubundan görünür ki, qeyd olunan obyektə çıxarış üzrə yoxlama predmetinə aidiyyəti olmayan sahələrdə qanunsuz yoxlamalar aparılmış, sahibkarlıq subyektinə məxsus Elster tipli, G-650 markalı qaz sayğacı laboratoriyaya göndərilmədən, habelə sayğaca müdaxilə halının aşkar olunması barədə laboratoriya rəyi olmadan, yalnız sayğacın arxiv yaddaşında xx.xx.2022- ci ildən xx.xx.2022-ci ilə qədər 28 gün ərzində 517 saat olmaqla təbii qazın qeyd edilmədiyi göstərilərək, qanunsuz və əsassız hesabat (517 saat x 15.4=7962 m3, 7962/28 gün x 180= 51184 m3) aparılmış və nəticədə istehlakçının abonent hesabına 12796,0 manat məbləğində vəsait daxil edilmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən, Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1 -ci, 20.2-ci və 34.1 -ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). "Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İddialar bir icraatda birləşdirilərək, birgə baxılmışdır. Birinci instansiya məhkəməsi həm birinci həm də ikinci iddianı qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, "Qlobal Aqro” MMC ilə "Azəriqaz” İstehsalat Birliyi ilə arasında 01 fevral 2020-ci il tarixli, AMX-0618/20 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır. "Azəriqaz” İstehsalat Birliyi tərəfindən "Qlobal Agro” MMC barəsində xx.xx.2022- ci il tarixində akt tərtib edilmişdir. Nəticədə "Azəriqaz” İstehsalat Birliyi tərəfindən ”Qlobal Aqro” MMC-yə 13849.09 manat məbləğində borc hesablanılmışdır. "Qlobal Aqro” MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq həmin obyektdə "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılmış yoxlamanın "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Həmçinin birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "Azəriqaz” İB tərəfindən "Qlobal Agro” MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən” KY221778338 nömrən çıxarış alınmışdır. Sözügedən çıxarışda yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2022 - xx.xx.2022 qeyd edilmiş və yoxlamanın təyin edilməsi üçün əsas, sayğac göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və ya sayğac göstəricisnin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Çıxarışa əsasən, yoxlayıcı şəxs qismində "Azəriqaz” İB-nin X17 İstismar İdarəsinin İstehlakçılara X13 Şöbəsinin rəisi X4 göstərilmişdir. Çıxarışa əsasən yoxlamanın keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt çıxarış üzrə yoxlama səlahiyyəti verilmiş şəxsin iştirakı olmadan tamamilə başqa şəxslər tərəfindən tərtib edilmiş və aktda sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qanunsun qoşulma və sayğaca müdaxilə halı ilə bağlı hər hansı fakt öz əksini tapmamış, bununla da sahibkarlıq subyektində aparılmış yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Həmçinin, araşdırmam materiallarında olan Ağsu RQİİ-nin xx.xx.2024-cü il tarixli, 14-2-2-12/2-79/2024 nömrəli məktubundan görünür ki, qeyd olunan obyektə çıxarış üzrə yoxlama predmetinə aidiyyəti olmayan sahələrdə qanunsuz yoxlamalar aparılmış, sahibkarlıq subyektinə məxsus Elster tipli, G-650 markalı qaz sayğacı laboratoriyaya göndərilmədən, habelə sayğaca müdaxilə halının aşkar olunması barədə laboratoriya rəyi olmadan, yalnız sayğacın arxiv yaddaşında xx.xx.2022ci ildən xx.xx.2022-ci ilə qədər 28 gün ərzində 517 saat olmaqla təbii qazın qeyd edilmədiyi göstərilərək, qanunsuz və əsassız hesabat (517 saat x 15.4=7962 m3, 7962/28 gün x 180= 51184 m3) aparılmış və nəticədə istehlakçının abonent hesabına 12796,0 manat məbləğində vəsait daxil edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, "Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2022-ci il tarixdə aparılan yoxlama qanunsuz olduğundan iddiaçı "Qlobal Agro” MMC-nin cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış 13.849,09 manat borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilməli, "Azəriqaz” İstehsalat Birliyi hesablanmış 12.796 manat məbləğində borc "Qlobal Agro” MMC-nin abonent hesabından silinməlidir. Məhkəmə, həmçinin iddiaçı "Azəriqaz” İstehsalat Birliyinin cavabdeh "Qlobal Agro” MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış 13.849,09 manat məbləğində borcun tutulması tələbinə dair iddiasını araşdıraraq müəyyən etmişdir ki, "Azəriqaz” İstehsalat Birliyi ilə "Qlobal Agro” MMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "Azəriqaz” İstehsalat Birliyi üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin "Qlobal Agro” MMC müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmişdir. İddiaçı tələb etdiyi 13.849,09 manat məbləğində borcun 12.796 manat hissəsi qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilmiş akt əsasında hesablanmışdır. Belə olduğu halda həmin akt əsasında hesablanmış 12.796 manat Cavabdeh MMC-nin abonent hesabından silinməli olduğundan İddiaçı iddiası 1.053,09 manat hissədə (13.849,09 - 12.796 = 1.053,09) təmin edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və apellyasiya şikayətinə münasibət bildirərək, qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri formal mülahizələrdir. İddiaçı apellyasiya şikayətində qeyd etdiklərini sübut edə biləcək, müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, "Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti 10000 manatdan çoxdur və bu da prosessual qanunvericiliyə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilməsini nəzərdə tutur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e-2-2(121)-49/2024 saylı qətnaməsi İddiaçı İB-nin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar