Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-88/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, ididaçı İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 6 fevral 2025-ci iltarixli e-2-2(121)-109/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 25966.38 manat məbləğində əsas borcun və 167.9 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən sifariş olunan mallar tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə iddiaçıya 25966.38 manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019- cu il tarixli, 05685 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçıya olan qalıq borcu 25966.38 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz etmiş və izahatında göstərmişdir ki, uzun illərdir ticarətlə məşğul olur, lakin son 3 ildir ağır şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün ticarətini davam etdirə bilməmişdir. İddiaçı şirkətlə aralarında uzun illərdir ki, ticarət əlaqələri vardır. Lakin xəstəliyi səbəbindən mağazanı özü işlədə bilməmiş və təxmini xatırlamalarına görə mağazanı keçirilmiş vergi yoxlamasından sonra 2022-ci ildə bağlamışdır. İşlədiyi dövrdə aldığı malların pulunu iddiaçıya nağd qaydada ödəmiş, iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsi, üzləşmə aktları və malların təhvil-qəbul aktlarındakı imzalar ona məxsus deyildir. Malların pulunu nağd qaydada ödəmiş, malların təhvil qəbulunda iştirak etməmişdir. Belə ki, malları işçisi Ehtiram qəbul etmişdir. Sonuncu ödənişi təxmini xatırlamasına görə 2 il əvvəl etmişdir. İddiaçı ilə 2002-ci ildən aralarında alqı-satqı müqaviləsi olmuşdur, ancaq son 3 ildir ki, iddiaçı ilə aralarında alqı-satqı münasibətləri davam etmir. Mağazanı təxminən 2022-ci ildə bağlanmışdır. Aralarında alqı-satqı müqaviləsi bağlanmışdır, lakin alqı-satqı müqaviləsinin məhz nə zaman bağlanmasını dəqiq xatırlamır. İşlədikləri dövr ərzində iddiaçı şirkət malı mağazaya təhvil verirdi, o isə malın pulunu ödəyirdi. İddiaçıya malın pulunu, öz bank hesabları vasitəsi ilə məhz iddiaçının bank hesabına ödəmişdir, ancaq nə vaxtdan bu qaydada işlədiklərini dəqiq deyə bilmir. 2022-ci ilin hansı ayından mağazanı işlətmədiyini dəqiq xatırlaya bilmir, ancaq təxmini xatırlamalarına görə 2022-ci ilin əvvəlindən mağazanı işlətmir. İddiaçı tərəfindən təqdim olunan alqı-satqı, üzləşmə aktları və elektron qaimələrdə olan imzaların heç biri onun tərəfindən icra olunmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 6 fevral 2025-ci il tarixli e-2-2(121)-109/2025 saylı qətnaməsi ilə iddia təmin olunaraq, 25966.38 manat məbləğində əsas borc və 167.90 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, qətnamə qəbul edilərkən iş üzrə təqdim edilmiş sübutlara obyektiv, düzgün qiymət verilməmiş, maddi və prossesual hüquq normaları pozulmuşdur. Məhkəmə qətnamədə qeyd etmişdir ki, məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə imzalanmasa da, cavabdeh məhkəmə iclasında verdiyi izahat zamanı işlədiyi dövrdə aldığı malların pulunu iddiaçıya nağd qaydada ödəməsi, iddiaçıya heç bir borcunun qalmaması, malların işçisi Ehtiram tərəfindən qəbul edilməsi, iddiaçı ilə aralarında alqı-satqı müqaviləsinin bağlanması, lakin alqı-satqı müqaviləsinin məhz nə zaman bağlanmasını dəqiq xatırlamaması, işlədikləri dövr ərzində iddiaçı şirkətin malı mağazaya təhvil verməsi, onun isə malın pulunu ödəməsi, iddiaçıya malın pulunu, öz bank hesabları vasitəsi ilə məhz iddiaçının bank hesabına ödəməsini bildirməsi tərəflər arasında müqavilə bağlanmasını göstərir. Ona görə ki, qeyd edilən müqavilə Cavabdeh tərəfindən imzalanmış olmasa belə, müqavilə cavabdehin qabaqcadan razılığı əsasında bağlandığından və cavabdeh tərəfindən sonradan bəyənildiyindən etibarlı sayılır. Məhkəmə müqavilənin Cavabdeh qabaqcadan razılığı əsasında bağlanmasını, müqavilənin sonradan cavabdeh tərəfindən bəyənildiyi qənaətinə hansı əsaslarla gəlməsini qətnamədə əsaslandırmamışdır. Əgər Cavabdeh müqavilənin bağlanmasına razılıq versəydi və sonradan onu bəyənsəydi, onda bunu məhkəmədə mübahisələndirməzdi. Bundan əlavə Mübadiz Panaliyev tərəfindən iddiaçı ilə alqısatqı həyata keçirilib, iddiaçı tərəfindən təqdim olunan malların dəyəri tam qaydada ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə tanış olduqdan sonra bəzi sənədlərdə olan imzaların Cavabdeh məxsus olmaması müəyyən edilmişdir. Qeyd olunan halla bağlı məhkəmənin qərardadı ilə xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 4/1956 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı MMC-nin iddiasının əsasını təşkil edən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindəki “Alıcı” yazısının yanındakı imzanın Cavabdeh tərəfindən icra olunmaması müəyyən edilmişdir. Lakin Məhkəmə qeyd olunan halı nəzərə almamış, tərəflər arasında faktiki müqavilə münasibətlərinin baş tutması əsası ilə iddia təmin edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında münasibətlər müqavilə əsasında həyata keçirilir. xx.xx.2019-cu il tarixli alqı-satqı Müqaviləsinin Cavabdeh tərəfindən imzalanmaması tərəflər arasında müqavilənin olmamasını, alqı-satqının faktiki münasibətlər əsasında həyata keçirilməsini nəzərə almamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Cavabdehin vəkili, eyni zamanda nümayəndəsi eyni vaxta təyin olunan başqa bir məhkəmə iclasında iştirakı ilə bağlı hazırki işin təxirə salınmasını xahiş etsə də, müraciətinə başqa məhkəmə iclasında iştirakına dair sübut əlavə etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın isə rəddini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materillarında olan sənədlərlə aşağıdakılar məyyən olunur: İddiaçı MMC ilə Cavabdeh arasında P08341 nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı haqqında müqavilə bağlanmışdır. Sənədlərin (malların təhvil-qəbul aktları, elektron qaimə-fakturalar və üzləşmə aktlarının) surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh mallar göndərilmiş və cavabdehin iddiaçıya 25966.38 manat məbləğində borcu vardır. İddiaçı MMC ilə Cavabdeh arasında aparılmış əməliyyatlar üzrə maliyyə arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 25966.38 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqısı müqavilə(lər)sinə əsasən Cavabdeh 25966.38 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhəməsində şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, əvvəllər iş üzrə Cavabdeh rəhbərlik etdiyi Şirvan şəhərində yerləşən “Dəniz” marketdə işləmişdir. Həmin marketdə rəsmi olaraq satıcı vəzifəsində işləsə də, firmalardan marketə gələn malları özü qəbul etmişdir. Ondan başqa heç kimin mal qəbul etmək səlahiyyəti olmamışdır. “Dəniz” marketdə 2016-cı ildən 2022-ci ilin axırına kimi işləmişdir. İddiaçı MMC-dən mallar gəldikcə, malların pullarını Mübariz müəllim nağd qaydada ödəyirdi. Cavabdeh mağazaya gələn malları özü şəxsən qəbul etməmişdir. Malların pulunu Mübariz müəllim şəxsən özü satış təmsilçilərinə ödəmişdir. xx.xx.2022-ci il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli aktlarda olan imza ona məxsusdur. xx.xx.2023-cü il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2023-cü il tarixli, ********** nömrəli malların təhvil-qəbul aktlarında olan imzalar onun tərəfindən icra olunmamışdır. Aktlarda qeyd olunan Elgün, Əli, Azad, Murad adlı şəxsləri tanıyır. Belə ki, onlar mağazanın satıcıları olmuşlar, lakin onların mal qəbul etmək səlahiyyətləri olmamışdır. Üzləşmə aktında olan imzaları tanımıram, Mübariz müəllim özü mal qəbul etməmişdir. Birinci instansiya məhkəməsinin tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/1956 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli “üzləşmə” aktlarında “Aktda göstərilən borc məbləğinin qalığını təsdiq edirəm” yazılarının qarşısındakı imzalar; xx.xx.2022-ci il tarixli ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; xx.xx.2022-ci il tarixli ********** saylı; ********** saylı; xx.xx.2023-cü il tarixli ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; xx.xx.2023-cü il tarixli ********** saylı “malların təhvil-qəbul” aktlarının kserosurətlərində “Təhvil aldı” qrafalarında əks olunmuş imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim olunmuş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində “Alıcı” yazısının yanındakı imza; xx.xx.2022-ci il tarixli ********** saylı; xx.xx.2022-ci il tarixli ********** saylı; xx.xx.2022-ci il tarixli ********** saylı; ********** saylı; xx.xx.2023-cü il tarixli ********** saylı “malların təhvil-qəbul” aktlarının kserosurətlərində “Təhvil aldı” qrafalarında əks olunmuş imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 127 manat məbləğində təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 409.4-cü maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. 355-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 356-cı maddəsinə əsasən, əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir; 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında xx.xx.2019-cu il tariхdə bağlanmış P08341 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində çıxış edən X1 qismində çıxış edən İddiaçı MMC qarşısında almış olduğu mallara görə, malların dəyərinin tam olaraq ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Bu iş materiallarına əlavə edilən elektron qaimə fakturalar, cavabdeh tərəfindən köçürmə yolu ilə edilən ödənişlər, tərəflər arasında aparılan üzləşmə aktları, üzləşmə aktlarındakı imzaların məhz cavabdeh tərəfindən icra olunmasını təsdiq edən ekspertizanın rəyi ilə təsdiqini tapır. Tərəflər arasında tərtib olunan sonuncu üzləşmə aktı 18 aprel 2023-cü il tarixinə təsadüf edir ki, həmin akta əsasən cavabdeh alınmış mallara görə iddiaçıya 26966.38 manat məbləğində borcunun qaldığını təsdiq etmişdir. Həmin tarixdən sonra iş materialları ilə cavabdeh tərəfindən ödəniş olunması müəyyən olunmur. Cavabdeh özü də, birinci instansiya məhkəməsində 2022-ci ilin əvvəllərindən mağazanı bağladığını, işlətmədiyini bildirmişdir. Kollegiya hesab edir ki, əşyanı təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud da dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 6 fevral 2025-ci iltarixli e-2-2(121)-109/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-88/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-88/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver