Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-89/2025 17.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ İş № 2-2(106)-89/25 Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi Şirvan şəhəri, 17 aprel 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X12, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin (hakim Zaur Abbasov) 11 fevral 2025-ci il tarixli, e-2-2(121)-325/2025 saylı qətnaməsindən cavabdeh Salyan Su X2 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 8100 məbləğində əsas borc, 1458 manat məbləğində olan 18% ƏDV və 810 manat penya olmaqla, cəmi 10368 manat pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan Melioservis İdarəsi (Alıcı) və İddiaçı MMC (Satıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Salyan Melioservis İdarəsinə aşağıdakı malların verilməsi nəzərdə tutulmuşdur: - Shantui-SD 16 markalı buldozerin mühərriki üçün sürətlər qutusunun təmir dəsti; - Shantui-SD 16 markalı buldozer üçün sürətlər qutusunun təmir dəsti; - qiyməti 5.00 manat olmaqla 630 litr Hidralik yağları. Həmin müqaviləyə əsasən İddiaçı MMC Salyan Melioservis İdarəsinə 6700 manat məbləğində Shantui-SD 16 markalı buldozer üçün sürətlər qutusunun təmir dəsti və 1400 manat məbləğində 280 litr hidravlika yağı, cəmi ƏDV daxil olmamaqla 8100 manat məbləğində mal verilmişdir. Malların təhvil verilməsi və təhvilalınması xx.xx.2024-cü il tarixli 01 saylı qaimə-faktura ilə təsdiqlənir. Salyan Melioservis İdarəsi və İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Razılaşma protokolunun 1-ci maddəsinə əsasən Satıcının xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə qalan malların verilməsi öhdəliyi dayandırılmış və qüvvədən düşmüşdür. Razılaşma protokolunun 2-ci maddəsinə görə artıq təhvil verilmiş malların dəyəri Salyan Melioservis İdarəsi tərəfindən üzləşmə aktına əsasən tam ödənilməlidir. Həmin protokolda, eyni zaman qeyd olunub ki, Alıcının malların keyfiyyəti ilə bağlı heç bir iddiası yoxdur. Protokol imzalandığı andan qüvvəyə minir və alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunur. Salyan Melioservis İdarəsi və İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdə imzalanmış üzləşmə aktına əsasən təsdiq olunub ki, Salyan Melioservis İdarəsi (VÖEN **********) alınmış ehtiyyat hissələri və sürtgü yağlarına görə xx.xx.2024-cü il tarixinə cəmi 8100 manat məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixlialqısatqı müqaviləsi və xx.xx.2024-cü il tarixli Razılaşma protokolu üzrə mallar Alıcıya tam verilmişdir. Lakin EBEB 695713 saylı xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturanın təqdim edilməsinə baxmayaraq üzləşmə aktında göstərilən borc Salyan Melioservis İdarəsi tərəfindən bu günə qədər ödənilməmişdir. Alqı-satqı müqaviləsinin 2.2-ci maddəsinə əsasən Alıcı müqavilə üzrə verilmiş malları tam qəbul etdikdən sonra təqdim olunmuş hesab və elektron qaiməyə uyğun olaraq ödəməlidir. Salyan Melioservis İdarəsinin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə görə bu günə olan borcu (ƏDV daxil olmamaqla) 8100 manatdır. Müqavilə üzrə 8100 manat əsas borcun 18% ƏDV-si 1458 manatdır. Alqı-satqı müqaviləsinin 4.4.4. maddəsinə görə vaxtında edilməyən və ya natamam edilən ödənişə görə Alıcı hər geçikdirilmiş gün üçün ödəniləcək məbləğdən 0,1 % dəyərində penya ödəməlidir. Penyanın dəyəri malların ümumi məbləğinin 10%-dən çox olmamalıdır. Penyanın məbləği iddia ərizəsi verilən gün üçün 810 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də onun mövqeyini müəyyən etmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, e-2-2(121)-325/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş və Cavabdehndən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 8100 manat məbləğində əsas borc, 1458 manat məbləğində ƏDV borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9608 manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilməsini qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Salyan Su X2 İdarəsi apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-325/2025 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə tam obyektiv və hər tərəfli araşdırma aparılaraq qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 05 aprel 2024-cü il tarixdə Salyan Melioservis İdarəsi Cavabdeh ilə birləşdirilmiş X13 Sistemlərinin İstismarı İdarəsi hesab edilmişdir. Qətnamə göstərilən borc Melioservisə aiddir. Bu borcun onlara heç bir aidiyyəti yoxdur. İddiaçı MMC ilə bütün sənədləşmə işləri Salyan Melioservis İdarəsi arasında olmuşdur. Cavabdeh ilə aralarında heç bir alqı-satqı müqaviləsi olmamışdır. Salyan Meloservis İdarəsi təsərrüfat hesablı idarə olmuşdur. Bu borc Salyan Meloservis İdarəsinin keçmiş rəisi Azər Nəcəfova aiddir. Hazırda qətnamədə qeyd edilən borcu X13 Sistemlərinin İstismarı İdarəsindən ( keçmiş adı Cavabdeh) tələb edirlər. Buna görə də Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etmiş, onun təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, İddiaçı MMC ilə alqı-satqı müqaviləsi Cavabdeh ilə deyil, Salyan Melioservis İdarəsi arasında bağlanmış və iddia ərizəsində göstərilən xidmətlər göstərilmişdir. İddiaçı ilə Cavabdeh aralarında hər hansı alqı-satqı müqaviləsi olmamışdır. Salyan Meloservis İdarəsi təsərrüfat hesablı idarə olmuşdur. Hazırkı borc Salyan Meloservis aiddir. Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin xx.xx.2024cü il tarixli əmri ilə Salyan Melioservis İdarəsi Cavabdehnə birləşdirildikdən sonra onlar Salyan Melioservis İdarəsinin hüquqi varisi olmuşlar. X11 İdarəsi onlara birləşdirilərkən onara aid olan hazırkı öhdəlikləri hər hansı Aktla onlara ötürülməmişdir. Buna görə hesab edirlər ki, onlar Salyan Melioservis İdarəsinin həmin öhdəliklərinə görə cavabdehlik daşıya bilməzlər. İddiaçı MMC-nin nümayəndəsi X1 iclası zamanı bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Salyan Melioservis İdarəsi ilə onlar arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Salyan Melioservis İdarəsinə aşağıdakı malların verilməsi nəzərdə tutulmuşdur: - Shantui-SD 16 markalı buldozerin mühərriki üçün sürətlər qutusunun təmir dəsti; - Shantui-SD 16 markalı buldozer üçün sürətlər qutusunun təmir dəsti; - qiyməti 5.00 manat olmaqla 630 litr Hidralik yağları. Həmin müqaviləyə əsasən İddiaçı MMC Salyan Melioservis İdarəsinə 6700 manat məbləğində Shantui-SD 16 markalı buldozer üçün sürətlər qutusunun təmir dəsti və 1400 manat məbləğində 280 litr hidravlika yağı, cəmi ƏDV daxil olmamaqla 8100 manat məbləğində mal verilmişdir. Lakin cavabdeh təşkilat həmin məhsulların dəyərini onlara ödəməmişlər. Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin xx.xx.2024-cü il tarixli əmri ilə Salyan Melioservis İdarəsi Cavabdehnə birləşdirildikdən və Cavabdeh Salyan Melioservis İdarəsinin hüquqi varisi olduqdan sonra iddianı hazırkı cavabdehlərə qarşı qaldırmışlar. Belə ki, Salyan Melioservis İdarəsinə məxsus bütün əmlaklar hazırkı cavabdehə keçdiyindən onlar da hazırkı iddiaya cavabdehlik daşıyırlar. Odur ki, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Qeyd olunan Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1 -ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1 -ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, Satıcı bu müqavilənin 1.2. bəndində göstərilən malları Alıcıya verməyi Alıcı isə mallara baxış keçirərək, onları qəbul etməyi və bu müqavilə ilə nəzərdə tutulan şərtlər əsasında ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Satılan mallar haqqında məlumat: - Shantui SD-16 markalı buldozerin mühərriki üçün təmir dəsti, qiyməti 9700 (doqquz min yeddi yüz) manat - Shantui SD-16 markalı buldozer üçün sürətlər qutusunun təmir dəsti, qiyməti 6700 (altı min yeddi yüz) manat. - Qidravlika yağlan 630 litr, qiyməti 5.00 (beş) manat 2.1-ci bəndinə əsasən, Müqavilənin ümumi məbləği 19550 [on doqquz min beş yüz əlli) manat təşkil edir. Məbləğə ƏDV daxil deyildir. İş materiallarında olan “İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əlavə olaraq, tərəflər arasında xx.xx.2024-cü il tarixli razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan qaimə-fakturalardan görünür ki, İddiaçı tərəfindən Cavabdehnə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ümumilkdə 8100 manat məbləğində ehtiyyat hissələri və sürtkü yağları təhvil verilmişdir. İş materiallarında olan “Üzləşmə aktı”ndan görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2024- cü il tarixinə 8100 manat borcunun olması tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü tarixli EBEB 695713 nömrəli elektron qaimənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş malların ümumi dəyəri ƏDV ilə birlikdə 9558 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 8100 manat məbləğində əsas borcun, 1458 manat məbləğində ƏDV-nin, 776,60 manat məbləğində cərimə borcunun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdehnə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə müəyyən olur ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Göründüyü kimi məhkəmə iddianı qismən təmin etmişdir. Qətnamədən cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili Cavabdeh Salyan Melioservis İdarəsinin öhdəliklərinə cavabdehlik daşımaması ilə bağlıdır. Kollegiya bununla bağlı qeyd edir ki, müəyyən edilir ki, Salyan Melioservis İdarəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Salyan Melioservis İdarəsinə aşağıdakı malların verilməsi nəzərdə tutulmuşdur: - Shantui-SD 16 markalı buldozerin mühərriki üçün sürətlər qutusunun təmir dəsti; - Shantui-SD 16 markalı buldozer üçün sürətlər qutusunun təmir dəsti; - qiyməti 5.00 manat olmaqla 630 litr Hidralik yağları. Həmin müqaviləyə əsasən İddiaçı MMC Salyan Melioservis İdarəsinə 6700 manat məbləğində Shantui-SD 16 markalı buldozer üçün sürətlər qutusunun təmir dəsti və 1400 manat məbləğində 280 litr hidravlika yağı, cəmi ƏDV daxil olmamaqla 8100 manat məbləğində mal verilmişdir. Lakin cavabdeh təşkilat həmin məhsulların dəyərini onlara ödəməmişlər. Bu hal işə əlavə edilmiş 03 aprel 2024-cü il tarixli “Üzləşmə Aktı” ilə öz təsdiqini tapır. Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin xx.xx.2024-cü il tarixli əmri ilə Salyan Melioservis İdarəsi Cavabdehnə birləşdirilmiş və bununla da Cavabdeh Salyan Melioservis İdarəsinin hüquqi varisi olmuşdur. Buna görə də iddiaçı hazırkı iddianı Cavabdehnə qarşı qaldırmışdır. Kollegiya hesab edir ki, Cavabdeh Salyan Melioservis İdarəsinin hüquqi varisi kimi çıxış etdiyindən o Salyan Melioservis İdarəsinin bütün öhdəlikləri üçün mülki hüquqi məsuliyyət və cavabdehlik daşıyır. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia üzrə mübahisələndirilən üzrə iddianın qiyməti 10000 manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar dövlət rüsumu cavabdeh tərəfin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Salyan Su X2 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, e-2-2(121)-325/2025 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-89/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-89/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver