Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-95/2023 17.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "Polad- S” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2-2(121)-349/2023 saylı qətnaməsindən (hakim E.Abdullayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Polad-S” MMC-dən icra edilməmiş öhdəliyə görə 369 204,43 (üç yüz altmış doqquz min iki yüz dörd manat 43 qəpik) manat məbləğində əsas borc və 1.755.795 (bir milyon yeddi yüz əlli beş min yeddi yüz doxsan beş) manat məbləğində cərimə, 1853 manat ödənilmiş dövlət rüsumu, cəmi 2.126.852,43 (iki milyon yüz iyirmi altı min səkkiz yüz əlli iki manat 43 qəpik) manat pulun alınıb iddiaçı "Azərbaycan Dəmir Yolları” QSC-yə ödəniməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinin metal satışı, vaqon təmiri və yükdaşıma xidmətləri ilə bağlı əməliyyatların aparılması zamanı xx.xx.2022-ci il tarixinə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti qarşısında metal satışı üzrə 310 775,53 (üç yüz on min yeddi yüz yetmiş beş manat 53 qəpik) manat, vaqon təmiri üzrə 58 102,50 (əlli səkkiz min yüz iki manat 50 qəpik) manat və yükdaşıma xidmətləri üzrə 326,40 (üç yüz iyirmi altı manat 40 qəpik) manat olmaqla, cəmi 369 204,43 (üç yüz altmış doqquz min iki yüz dörd manat 43 qəpik) manat məbləğində borc öhdəliyi yaranmışdır. Metal satışı üzrə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (Satıcı) ilə "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyəti (Alıcı) arasında xx.xx.2020-ci il tarixli, hüq.539 nömrəli, xx.xx.2018-ci il tarixli, hüq.137 nömrəli, xx.xx.2018ci il tarixli, hüq.507 nömrəli, xx.xx.2018-ci il tarixli, hüq.680 nömrəli və xx.xx.2018-ci il tarixli, hüq.801 nömrəli alqı-satqı müqavilələri imzalanmışdır. Həmin müqavilələr üzrə metal satışına görə alıcı "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinin Satıcı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti qarşısında 310.775,53 (üç yüz on min yeddi yüz yetmiş beş manat 53 qəpik) manat məbləğində borc öhdəliyi yaranmışdır. Bildiririk ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Polad- S” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixinə 234.823,48 (iki yüz otuz dörd min səkkiz yüz iyirmi üç manat 48 qəpik) manat borc öhdəliyinin təşkil etməsi barədə xx.xx.2020-ci il tarixində üzləşmə aktı imzalanmışdır. Bundan başqa, Satıcı ADY ilə Alıcı "Polad-S” MMC arasında xx.xx.2018-ci il tarixli hüq.680 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.507 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.801 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.137 nömrəli, xx.xx.2017ci il tarixli hüq.515 nömrəli, xx.xx.2017-ci il tarixli hüq.653 nömrəli, xx.xx.2020-ci il tarixli hüq.539 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.08 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.392 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.801 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.845 nömrəli, xx.xx.2019-cu il tarixli hüq.339 nömrəli, metal qırıntısının alqı-satqısı müqavilələri imzalanmışdır. Həmin müqavilələr üzrə yaranmış borc öhdəliyinin icrası cavabdeh "Polad- S” MMC tərəfindən gecikdirilməklə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1). Məcəlləyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər (maddə 421.2). Əgər Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur (maddə 598.2). "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 3.4-cü yarımbəndinə əsasən dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. xx.xx.2018-ci il tarixli hüq.137 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.392 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.08 nömrəli, xx.xx.2017-ci il tarixli hüq.653 nömrəli, xx.xx.2017-ci il tarixli hüq.515 nömrəli, xx.xx.2020-ci il tarixli hüq.539 nömrəli müqavilələrin 5.2-ci, xx.xx.2019-cu il tarixli hüq.339 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.845 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.801 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.507 nömrəli və xx.xx.2018-ci il tarixli hüq.680 nömrəli müqavilələrin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, Alıcı hər bir gecikdirilmiş gün üçün Satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. "Polad-S” MMC tərəfindən müqavilələr üzrə öhdəliklər vaxtında icra edilməməsi səbəbindən 1 755 795,0(bir milyon yeddi yüz əlli beş min yeddi yüz doxsan beş) manat əlavə olaraq penya hesablanmışdır. Beləliklə, cavabdeh "Polad-S” MMC üzərinə düşən öhdəlikləri icra etməmiş və borclu olduğu metalın dəyərini, vaqon təmirinin və yükdaşıma xidmətlərinin dəyərini bugünədək ödəməyərək "Azərbaycan Dəmir Yolları” QSC-nin hüquqlarını kobud şəkildə pozmuşdur. Tələbin icrası üçün cavabdehə xx.xx.2022-ci il tarixində pretenziya məktubu ünvanlansa da, pretenziyada göstərilən tələb indiyədək təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək cavabdehə satılmış metalın bir tonunun qiymətinin 220 manat olduğunu, cavabdehə metalın təmiz çəkisinə uyğun metal satıldığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2-2(121)-349/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətindən 369.204,43 manat məbləğində əsas borc, 50.000 manat məbləğində cərimə borcu və 1.853 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 421.057,43 (dörd yüz iyirmi bir min əlli yeddi manat qırx üç qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını və iddianın cərimə hissəsində tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli hüq.137 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.392 nömrəli, xx.xx.2018ci il tarixli hüq.08 nömrəli, xx.xx.2017-ci il tarixli hüq.653 nömrəli, xx.xx.2017-ci il tarixli hüq.515 nömrəli, xx.xx.2020-ci il tarixli hüq.539 nömrəli müqavilələrin 5.2-ci, xx.xx.2019-cu il tarixli hüq.339 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.845 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.801 nömrəli, xx.xx.2018-ci il tarixli hüq.507 nömrəli və xx.xx.2018-ci il tarixli hüq.680 nömrəli müqavilələrin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, Alıcı yəni Cavabdeh MMC hər bir gecikdirilmiş gün üçün Satıcıya, yəni ADY-yə ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. Bildirirlər ki, Cavabdeh MMC tərəfindən müqavilələr üzrə öhdəliklər vaxtında icra edilməməsi səbəbindən 1 755 795,0 (bir milyon yeddi yüz əlli beş min yeddi yüz doxsan beş) manat əlavə olaraq penya hesablanmışdır. Qeyd edilən müqavilələr üzrə tərəflər öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə cərimənin hansı qaydada hesablanması məsələsini razılaşdırmışdır. Mülki Prosessual Məcəllənin müvafiq maddəsində də qeyd edilir ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Tərəflər isə haqlı olaraq, müqavilə əsasında öhdəliyin yerinə yetirilmədiyi təqdirdə müəssisələrə dəyəcək ziyanı əvvəlcədən ehtimal edərək və hər iki müəssisəni bu haldan sığortalamaq məqsədi ilə cərimə miqdarının bu cür hesablanmasında razılığa gəlmişlər. Lakin məhkəmə tərəflərin öz razılığı ilə qəbul etdiyi və bunun əsasında hesablanmış cərimə məbləğini nəzərə almadan, ödənilməli olan cərimə miqdarını 50 000 manat müəyyən etmişdir. Hesab edirlər ki, məhkəmənin cərimənin hesablanması hissəsində gəldiyi nəticə əsassız və qanunvericiliyə ziddir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin cərimə borcunun tutulmasına dair hissədə tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak etməmişdir. Kollegiya işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın cərimə məbləğinə dair hissədə tam təmin edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, cərimə məbləğinin müəyyən olunmasına dair hissədə apellyasiya şikayətinin dəlilləri həddində yохlanılmasını düzgün hеsab еdir. Kommerisiya işinə tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 15 noyabr 2018-ci il tarixli, hüq.801 saylı alqı-satqı müqaviləsindən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 340.250 (üç yüz qırx min, iki yüz əlli) manat təşkil edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 26 noyabr 2018-ci il tarixli, hüq.845 saylı alqı-satqı müqaviləsindən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 37.600 (otuz yeddi min, altı yüz) manat təşkil edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 25 may 2018-ci il tarixli, hüq.392 saylı alqı-satqı müqaviləsindən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1 -ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş balansdan silinmiş əsas vəsait hesab edilməyən çən vaqonun çələrindən ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 50 (əlli) ədəd çən vaqonun çənidir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 16 yanvar 2018-ci il tarixli, hüq.08 saylı alqı-satqı müqaviləsindən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 5000 (beş min) ton qara metaldan - 3%-dək itki nəzərə alınmaqla ibarətdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 23 noyabr 2017-ci il tarixli, hüq.653 saylı alqı-satqı müqaviləsindən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 2000 (iki min) ton təkər cütləri oxla, 1 (bir) ton mis qırıntılarından, 50 (əlli) ədəd çən vaqonun çənindən ibarətdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 29 sentyabr 2017-ci il tarixli, hüq.515 saylı alqı-satqı müqaviləsindən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 5000 (beş min) ton qara metaldan - 3%-dək itki nəzərə alınmaqla, 2000 (iki min) ton təkər cütləri oxla - faizsiz, 50 (əlli) ton latunb qırıntılarından - faizsiz ibarətdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 12 iyul 2018-ci il tarixli, hüq.507 saylı alqı-satqı müqaviləsindən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 232.500 (iki yüz otuz iki min, beş yüz) manat təşkil edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 04 oktyabr 2018-ci il tarixli, hüq.680 saylı alqı-satqı müqaviləsindən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 300.000 (üç yüz min) manat təşkil edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 16 mart 2018-ci il tarixli, hüq.137 saylı alqı-satqı müqaviləsindən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından və təkər cütlərindən ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 2000 (iki min) ton qara metaldan - 3%-dək itki nəzərə alınmaqla, 2000 (iki min) ton təkər cütləri oxla ibarətdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 17 may 2019-cu il tarixli, hüq.339 saylı alqı-satqı müqaviləsindən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 692.500 (altı yüz doxsan iki min, beş yüz) manat təşkil edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir. İş materiallarında olan 24 avqust 2020-ci il tarixli, hüq.539 saylı alqı-satqı müqaviləsindən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya təhvil verməyi, alıcı isə malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəyib malı qəbul edməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, mal müqabilində müqavilə üzrə satıcıya ümumi məbləğ tətbiq edilən qanunvericiliyə əsasən ƏDV və digər xərclər daxil olmaqla Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə №1-də göstərilənlərə uyğun olaraq 1.100.000 (bir milyon yüz min) manat təşkil edir. Həmin müqaviləyə edilmiş 1 saylı Əlavədən görünür ki, tərəflər qara metalın 1 tonunun qiymətinin 220 manat olması barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 83,040 ton təmiz çəkili metal "Polad-S” MMC-yə təhvil verilmişdir. Həmin akt "Polad-S” MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 83,350 ton təmiz çəkili metal "Polad-S” MMC-yə təhvil verilmişdir. Həmin akt "Polad-S” MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 1036,471 ton təmiz çəkili metal "Polad-S” MMC- yə təhvil verilmişdir. Həmin akt "Polad-S” MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 131,300 ton təmiz çəkili metal "Polad-S” MMC-yə təhvil verilmişdir. Həmin akt "Polad-S” MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 82,670 ton təmiz çəkili metal "Polad-S” MMC-yə təhvil verilmişdir. Həmin akt "Polad-S” MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 109,120 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 319,75 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 138,710 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, hüq.539 saylı müqaviləyə əsasən 70,10 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.801 saylı müqaviləyə əsasən 53,65 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 30,500 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 24,300 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 77,900 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 7,760 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 10,640 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 24,450 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.507 saylı müqaviləyə əsasən 47,200 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC- nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.08 saylı və xx.xx.2018-ci il tarixli, hüq.137 saylı müqavilələrə əsasən 143,500 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.08 saylı və xx.xx.2018-ci il tarixli, hüq.137 saylı müqavilələrə əsasən 114,600 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.08 saylı və xx.xx.2018-ci il tarixli, hüq.137 saylı müqavilələrə əsasən 120,100 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.08 saylı və xx.xx.2018-ci il tarixli, hüq.137 saylı müqavilələrə əsasən 128,050 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.08 saylı və xx.xx.2018-ci il tarixli, hüq.137 saylı müqavilələrə əsasən 277,450 ton təmiz çəkili metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.680 saylı müqaviləyə əsasən 237,85 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.680 saylı müqaviləyə əsasən 96,20 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.680 saylı müqaviləyə əsasən 61,05 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, hüq.680 saylı müqaviləyə əsasən 110,80 ton təkrar qara metal Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan EBAV seriyalı, 230356 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 14.957,80 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAT seriyalı, 306856 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 68.235,20 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAS seriyalı, 826668 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 23.288,12 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAS seriyalı, 887392 nömrəli, xx.xx.2020-ci il tarixli electron qaimədən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinə 29.600,78 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAR seriyalı, 835432 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinə 17.635,20 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAR seriyalı, 834908 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinə 28.010,40 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAQ seriyalı, 340534 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinə 217.080,46 manat məbləğində qara metal təqdim edilmişdir. İş materiallarında olan EBAD seriyalı, 651185 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinə 68.560,95 manat məbləğində vaqonların əsaslı və depo təmiri xidməti təqdim edilmişdir. İş materiallarında olan EBAA seriyalı, 069433 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinə 67,96 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İş materiallarında olan EAAY seriyalı, 507392 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinə 113,28 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İş materiallarında olan EAAX seriyalı, 072569 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinə 22,65 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İş materiallarında olan EAAV seriyalı, 749517 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinə 45,31 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İş materiallarında olan EAAP seriyalı, 274882 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinə 90,52 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İş materiallarında olan EAAO seriyalı, 429883 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimədən görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Polad-S” Məhdud Məsuliyyətli Cəmiyyətinə 45,31 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İş materiallarında olan 09 oktyabr 2020-ci il tarixli "Üzləşdirmə Aktı”nın surətindən görünür ki, "Azərbaycan Dəmir Yolları” QSC ilə "Polad-S” MMC arasında metal satışı, vaqon təmiri və yük daşıma üzrə xx.xx.2020-ci il tarixinə üzləşmə aparılmış və "Polad-S” MMC tərəfindən "Azərbaycan Dəmir Yolları” QSC-yə yük daşıması üzrə 336,40 manat, vaqon təmiri üzrə 58.102,50 manat və metal satışı üzrə 161.233,78 manat olmaqla, ümumilikdə ödənilməmiş ƏDV daxil 234.823,48 manat məbləğində qalıq borcu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 154865 saylı arayışdan görünür ki, xx.xx.2018-xx.xx.2022-ci illər ərzində "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən "Polad- S” MMC-yə göstərilmiş yük daşıma, vaqon təmiri və metal satışı xidmətlərinə görə yaranan debitor borc 369.204,43 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin tutulan cərimə məbləği hissədə dəyişdirilməsi üçün qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi 1.755.795 (bir milyon yeddi yüz əlli beş min yeddi yüz doxsan beş) manat məbləğində cərimə məbləğini 50000 manat məbləğinədək azaltmaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə məbləği hissədə artırılmaqla dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı "Azərbaycan Dəmir Yolları” QSC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2-2(121)-349/2023 saylı qətnaməsi- cavabdehdən 50.000 manat məbləğində cərimə borcunun tutulmasına dair hissədə dəyişdirilməli, "Polad- S” MMC-dən "Azərbaycan Dəmir Yolları” QSC-nin xeyrinə tutulmalı olan cərimənin məbləği 75 000 ( yetmiş beş min) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı "Azərbaycan Dəmir Yolları” QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2-2(121)-349/2023 saylı qətnaməsi- cavabdehdən 50.000 manat məbləğində cərimə borcunun tutulmasına dair hissədə dəyişdirilsin. "Polad- S” MMC-dən "Azərbaycan Dəmir Yolları” QSC-nin xeyrinə tutulmalı olan cərimənin məbləği 75 000 (yetmiş beş min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində elektron qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron qaydada kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-95/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-95/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver