Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-96/2024 25.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 1143/2024 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 131195,59 manat, İşsizlikdən Sığorta Fonduna olan 1527,34 manat, İcbari Tibbi Sığorta Fonduna 3381,06 manat olmaqla ümumilikdə 136103,99 manat məbləğində borc(ların)unun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 131195,59 manat məbləğində (o cümlədən, vergilər üzrə 55068,79 manat, faizlər üzrə 76006,8 manat, maliyyə sanksiyası üzrə 120 manat), işsizlikdən sığorta fonduna 1527,34 manat, Dövlət Sosial Müdafiə Fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 3381,06 manat olmaqla, ümumilikdə 136103,99 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********015900, xx.xx.2023cü il tarixli **********131700, xx.xx.2023-cü il tarixli **********833300, xx.xx.2023-cü il tarixli **********480900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1143/2024 saylı qətnaməsi ilə (hakim Namidar Misirzadə) ərizə təmin edilərək xx.xx.1980-ci il tarixdə Füzuli rayonu Bala Bəhmənli kəndində anadan olmuş və Füzuli rayonu, Bala Bəhmənli Ə/D, Bala Bəhmənli kəndində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, 100 manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin vergi borcuna görə bu işdə maraqlı şəxs olan Maraqlı şəxs ölkədən getmək hüququnu məhdudlaşdıran Şirvan Kommersiya Məhkəməsi ilk öncə həmin borcun hansı səbəbdən ödənilmədiyini, habelə bu tədbirin borcun tez bir zamanda ödənilməsi məqsədinə xidmət edib-etməyəcəyini araşdırmalıdır. İddiaçı onun əmlakını siyahıya ala və həmin əmlakın açıq hərracda satılması üçün məhkəməyə müraciət edə bilərdi. Qeyd olunan icra tədbirləri vergi borcunun ödənilməsini tam təmin edə bilər. Lakin iş materiallarında ərizəçinin bu tədbirləri görməsi barədə heç bir sübut yoxdur. Maraqlı şəxsin ölkədən çıxışının məhdudlaşdırılması vergi borcunun ödənilməsini təmin etmir, hətta borcun ödənilməsinə mane olur. Belə ki, Maraqlı şəxs hüquq şəxsin qanuni təmsilçisi kimi mütəmadi olaraq hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ölkədən kənara çıxmaq məcburiyyətindədir. Maraqlı şəxs ölkədən çıxışının məhdudlaşdırılması isə hüquqi şəxsin fəaliyyətinə mənfi təsir edə, gəlirlərinin azalmasına səbəb ola, bu isə öz növbəsində vergi borcunun ödənilməsini mümkünsüz edə bilər. Tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İş materiallarında olan “İcbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair” **********7 saylı bildirişdən görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü ilə icbari tibbi sığorta haqları üzrə 1,916,92 manat, faizlər üzrə 1,464,14 manat borcu vardır. İş materiallarında olan “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” **********2 saylı bildirişdən görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü ilə faizlər üzrə 1,672,28 manat borcu vardır. İş materiallarında olan “Vergi borcunun ödənilməsinə dair” **********8 saylı bildirişdən görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü ilə vergilər üzrə 216,118,13 manat, faizlər üzrə 80,963,61 manat borcu vardır. İş materiallarında olan “İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair” **********5 saylı bildirişdən görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü ilə işsizlikdən sığorta haqqı üzrə 1,407,16 manat, faizlər üzrə 169,43 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinin “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Xəbərdarlıqdan görünür ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə vergilər üzrə 251642,68 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 41485,48 manat, işsizlikdən sığorta haqqı üzrə 2329,23 manat, icbari tibbi sığorta haqları üzrə 6125,61 manat, cəmi 301583 manat borcunun olması haqqında məlumatlandırılmış, borcu ödəmədiyi halda məhkəməyə müaraciət ediləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsinin əsaslandırması: Məhkəmə hesab etmişdir ki, vergi ödəyicis(lər)i öhdəliy(klər)ini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiy(klər)indən, hesablanmış borcların ödənilməsini təmin etmək üçün ərizəçi - Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə və MPM-in 355- 5.1-ci maddəsinə müvafiq olaraq, on(ların)un (icra orqanının rəhbərinin) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsin ölkədən getməsi ilə borc(larının)unun ödənilməsinə maneələr yarana bilər, bu isə öz növbəsində borc(ların)un ödənilməsinin mümkünsüz olması və ya uzun müddət ödənilməmiş qalması ilə nəticələnə bilər. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, Maraqlı şəxs apellyasiya şikayətinin yuxarıda sadalanan bütün dəlilləri əsassız olmaqla, işin hallarından, apellyasiya şikayətinin məzmunundan da aydın göründüyü kimi, formal xarakter daşımaqla həqiqətə uyğun gəlmir və heç bir sübutla təsdiq edilmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1143/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1143/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-96/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-96/2024
25.06.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver