Məhkəmə qərarları › İş №2-2(106)-99/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-99/2023

07.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-99/2023 07.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X1, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-2(121)-1322/2023 saylı qətnaməsindən (hakim Z.Abbasov) ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "ALOV Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 saylı Filialının dövlət büdcəsinə 2.983,43 manat məbləğində (o cümlədən, vergilər üzrə 2.712,4 manat, faizlər üzrə 271,03 manat), İcbari Tibbi Sığorta Fonduna 81,16 manat, Dövlət Sosial Müdafiə Fonduna 1.013,33 manat olmaqla, ümumilikdə 4.077,92 manat borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "ALOV Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 saylı Filialı öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 2.983,43 manat məbləğində (o cümlədən, vergilər üzrə 2.712,4 manat, faizlər üzrə 271,03 manat), İcbari Tibbi Sığorta Fonduna 81,16 manat, Dövlət Sosial Müdafiə Fonduna 1.013,33 manat olmaqla, ümumilikdə 4.077,92 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə maraqlı şəxsə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi olan maraqlı şəxs yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi, vergi ödəyicisi olan maraqlı şəxs "ALOV Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 saylı Filialının vergi və digər ödənişlər üzrə yaranmış cəmi 4.077,92 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Maraqlı şəxs iştirak etmədiyindən onun mövqeyi bəll olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-2(121)-1322/2023 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Məhkəmə Mülki Məcəlləyə istinad etməklə sözügedən idarəni hüquqi şəxs hesab etməməkdə haqlı olmamışdır. İş materiallarında da göründüyü kimi, "xxxx" MMC-nin 7 saylı filialının özünə aid VÖEN-lə fəaliyyət göstərir. "xxxx" MMC-nin 7 saylı filialının Əsasnaməsinin 2.1-ci bəndinə əsasən filialın üzərində Azərbaycan Respublikasının öz adı həkk olunmuş dəyirmi möhürü və müvafiq ştampları, bankda hesabları mövcuddur. Əsasnamənin 2.3-cü bəndinə əsasən filial Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən vergilər, rüsumlar və digər tədiyyələri özü ödəyib, hesabatı və bəyannamələri müvafiq qurumlara özü təqdim edir. Yəni, Əsasnaməsində də "xxxx" MMCnin 7 saylı filialının hüquqi şəxsə aid hüquqi elementlərinin olduğu açıq-aydın görünür. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış ərizəçi və maraqlı şəxs məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ərizəçiyə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3 və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Qeyd edilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 17.1.6-1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-2(121)-1322/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ərizə təmin edilməlidir. Belə ki, hüquqi şəxs haqqında məlumatdan görünür ki, "ALOV Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 saylı Filialına xx.xx.2017-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir. "ALOV Mühafizə” MMC-nin 7 saylı Filialının icra orqanının rəhbəri Maraqlı şəxsdur. O, xx.xx.1986-ci il tarixdə Azərbaycan Respublikası, Masallı rayonunda doğulmuşdur (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA3631282) və hazırda Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatdadır. Maraqlı şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, "ALOV Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 saylı Filialının dövlət büdcəsinə borcu 2.983,43 manat məbləğində (o cümlədən, vergilər üzrə 2.712,4 manat, faizlər üzrə 271,03 manat), İcbari Tibbi Sığorta Fonduna 81,16 manat, Dövlət Sosial Müdafiə Fonduna 1.013,33 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən "ALOV Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 saylı Filialına ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli bildirişlərin surətindən görünür ki, maraqlı şəxsə borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, ərizəçi tərəfindən qeyd olunan bildirişlər vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmişdir. İş materialları ilə müəyyən olunur ki, "xxxx" MMC-nin 7 saylı filialının özünə aid VÖENlə (**********) fəaliyyət göstərir. Apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC-nin 7 saylı filialının Əsasnaməsinin 2.1-ci bəndinə əsasən filialın üzərində Azərbaycan Respublikasının öz adı həkk olunmuş dəyirmi möhürü və müvafiq ştampları, bankda hesabları mövcuddur. Həmin Əsasnamənin 2.3-cü bəndinə əsasən filial Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən vergilər, rüsumlar və digər tədiyyələri özü ödəyib, hesabatı və bəyannamələri müvafiq qurumlara özü təqdim edir. Bundan başqa Əsasnamənin 4.1-ci maddəsinə əsasən Filialın idarə edilməsi "xxxx" MMC-nin təsisçisi tərəfindən təyin edilmiş direktor həyata keçirir. Direktor filialın bütün fəaliyyətinə görə məsuliyyət daşıyır. Həmçinin həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən Filialın direktoru "xxxx" MMC-nin təsisçisi tərəfindən ona verilmiş səlahiyyətlərini dəyişdirə və ya onlara əlavələr edə bilər. Göründüyü kimi Əsasnaməsində "xxxx" MMC-nin 7 saylı filialının hüquqi şəxsə aid hüquqi elementlərinin olduğu açıq-aydın görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsasdır. Bütün qeyd edilənlərə əsasən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-2(121)-1322/2023 saylı qətnaməsi ləğv edilməli, ərizə təmin edilməklə "ALOV Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 saylı Filialı tərəfindən dövlət büdcəsinə olan 2.983,43 manat məbləğində (o cümlədən, vergilər üzrə 2.712,4 manat, faizlər üzrə 271,03 manat), İcbari Tibbi Sığorta Fonduna 81,16 manat, Dövlət Sosial Müdafiə Fonduna 1.013,33 manat olmaqla, ümumilikdə 4.077,92 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (Doğulduğu tarix - xx xxxxxxxx 1986-cı il, Doğulduğu yer – Azərbaycan, Masallı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA3631282) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-2(121)-1322/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizə təmin edilsin. "ALOV Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 saylı Filialı tərəfindən dövlət büdcəsinə olan 2.983,43 manat məbləğində (o cümlədən, vergilər üzrə 2.712,4 manat, faizlər üzrə 271,03 manat), İcbari Tibbi Sığorta Fonduna 81,16 manat, Dövlət Sosial Müdafiə Fonduna 1.013,33 manat olmaqla, ümumilikdə 4.077,92 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (Doğulduğu tarix - xx xxxxxxxx 1986-cı il, Doğulduğu yer – Azərbaycan, Masallı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA3631282) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar