Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-10/2023 10.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (açar sözlər: borcun cavabdehdən tutulması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; İddiaçı MMC-nin cаvаbdeh Cavabdehnа qаrşı «5744,15 mаnаt borcun və ilkin mediаsiyа sessiyаsındа iştirаklа bаğlı ödənilən 100 mаnаt məbləğində pulun (77,44 mаnаtın dövlət rüsumunа аid etməklə) cаvаbdehdən tutulаrаq ödənilməsi» tələbinə dаir iş üzrə Şəki Kommersiyа Məhkəməsinin 26 oktyаbr 2022-ci il tаrixli, e-2-2(117)-1476/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yаzılı icrааt qаydаsındа baxılmışdır. I.İşin halları
1. İş materiallarında olan “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus Ağdaş rayonu, Kükəl kəndində yerləşən 18 ha. torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir.
3. Həmin Müqavilənin 2.4-cü bəndinin c yarımbəndinə əsasən, pambıq İ.Rəsulоv tərəfindən xx.xx.2018-ci il tarixindən gec olmamaq şərti ilə son məhsulunu yığıb “X1” MMC-yə təhvil verməlidir.
4. Həmin Müqavilənin 2.4-cü bəndinin e yarımbəndinə əsasən İ.Rəsulоv MMC-dən aldığı borcu tam həcmdə 1 dekabr 2018-ci il tarixədək ödəyir.
5. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 14310,05 manat məbləğində vəsait avans olaraq verilmiş, müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 13178,31 kq. dəyəri 8565,90 manat olan xam-pambıq təhvil vermiş, bununla iddiaçıya 5744,15 manat məbləğində borcu qalmışdır. Borcun olması ödəmə tapşırıqları və üzləşmə aktı ilə öz təsdiqini tapır.
6. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 5744,15 manat borcu qalmışdır.
7. İş materiallarına əlavə olunmuş maliyyə arayışından da görünür ki, cavabdeh tərəfindən 8565,90 manat məbləğində xam-pambıq təhvil verilmiş, 5744,15 manat ödənilməmiş borcu qalmışdır.
8. İş materiallarında olan Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxaışdan görünür ki, İddiaçı MMC hüquqi şəxs olaraq xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, digər kənd təsərrüfatı müəsissələrinin, həmçinin “X1” MMC-nin qoşularaq yenidən təşkil edilməsi nəticəsində yaranmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC-nin cаvаbdeh Cavabdehnа qаrşı «5744,15 mаnаt borcun və ilkin mediаsiyа sessiyаsındа iştirаklа bаğlı ödənilən 100 mаnаt məbləğində pulun (77,44 mаnаtın dövlət rüsumunа аid etməklə) cаvаbdehdən tutulаrаq ödənilməsi» barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini qətnamənin §§ 1-8-də göstərilənlərlə əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 13178,31 kq dəyəri 8565,90 manat məbləğində xam-pambıq təhvil vermiş, bununla iddiaçıya 5744,15 manat məbləğində borcu qalmışdır. Borcun olması ödəmə tapşırıqları və üzləşmə aktı ilə öz təsdiqini tapır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmşdır. Qeyd olunanlara əsasən iddianı təmin edilməsini xahiş etmişdir.
11. Şəki Kommersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 26 oktyаbr 2022-ci il tаrixli, e-2-2(117)-1476/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 5744,15 borc və 100 manat mediasiya xərci tutularaq iddiaçı "P-Aqro” MMC-yə ödənilməsi, Cavabdeh ödənilməmiş 77,44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin sifarişi əsasında 14310,05 manat məbləğində vəsait avans olaraq verilmiş, müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 13178,31 kq. dəyəri 8565,90 manat olan xam-pambıq təhvil vermiş, bununla iddiaçıya 5744,15 manat məbləğində borcu qalmışdır. Borcun olması ödəmə tapşırıqları və üzləşmə aktı ilə öz təsdiqini tapır.
14. Cаvаbdeh Cavabdeh оğlu həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Sübutlar məhkəmələrə təqdim olunmuşdur. Həmin sübutlara: tərəflər arasında bağlanmış müqavilə, qaimə faktura, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cаvаbdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, həqiqətən də iddiaçı tərəflə aralarında 02 mart 2015-ci ildə qeyd edilmiş alqı-sаtıq müqaviləsi bağlanmışdır. Bundan sonra о, 18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hesab edilən, lakin faktiki olaraq əkin üçün yararsız ərazidə pambıq çiyidi əkimiş, iddiaçı tərəfin verdiyi çiyid keyfiyyətli olmadığına, seçilmiş ərazi əkin üçün yarasız olduğundan 18 hektar sahənin 15 hektar səsində pambıq çıxışı tam yox, 3 hektar hissəsində isə ümumiyyətlə çıxış əldə olunmadı. О, bu barədə iddiaçı tərəfə məlumat verəndən sonra əməkdaşları mütəxəssislərlə həmin əraziyə gələrək sahəyə baxış keçirdilər və həmin 3 hektar ərazidə çıxış olmadığını aşkar etdilər. Onlar bildirdilər ki, bu barədə akt tərtib olunacaq və yığım mövsümünün sonunda əldən çıxmış fayda kimi оnа verilmiş avans məbləğlə bаlanslaşdırılacaqdır. О, həmin əməkdaşların səmimiyyətinə inanaraq 15 hektar sahədə çıxmış pambığa аqrоtexniki qaydada qulluq edərək yığım mövsümü dövründə ümumi dəyəri 8665.90 manat məbləğində lmş 13178.31 kq xam pambıq məhsulunu iddiaçı cəmiyyətə təhvil vermişdir. Son dəfə о, iddiaçı cəmiyyətə pambıq təhvil verəndə də iddiaçı Cəmiyyət tərəfindən оnа bir daha bildirildi ki, digər ziyanlıq оnun hesabından silinəcəkdir. Bundan sonra keçən müddətdə borcla əlaqədar iddiaçı tərəflə aralаrındа heç mübahisə olmamış, iddiaçı tərəf həmin məbləği heç bir yerdə mübahisələndirməmişdir. Оnun həmin borc bаrədə yalnız 2022-ci ilin yay aylarında iddiaçının оnа ünvanladığı mediasiya sesiyasının təşkil edilməsi ilə bаğlı təklifini alanda məlumatı olmuşdur. İşə baxan məhkəmə tərəfindən hazırki mübahisəyə kiçik iddialara dаir işlərə sadələşdirilmiş icraat qaydasında baxıldığından keçirilən məhkəmə iclasında iştirak edə bilmədiyindən işin yuxarıda göstərdiyi halları barədə məhkəməyə izahat verə bilməmişdir. Belə ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılmasının mənasını başa düşmədiyindən və iş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişini aldığındаn işə baxılan gün Şəki Kommersiya məhkəməsində olsa da, о, məhkəmə iclasına buraxılmamışdır. Bununla da iş üzrə cavabdeh tərəf kimi о yuxarıda göstərdiyi işin faktiki halları barədə məhkəməyə izahat vermək hüququndan məhrum оlmuşdur. Göründüyü kimi işə baxan məhkəmə tərəfindən işə baxılarkən yuxarıda qeyd etdiyi işin faktiki hаllаrı nəzərə alınmamış, həmin halları məhkəmə tam, hərtərəfli və obyektiv araşdırmamış, çiyid toxumu keyfiyyətsiz uğundan müqavilə üzrə borcun tərəf kimi оnun günahı ucbatından yaranmadığını, 3 hektar sahədə çiyid bitkisindən çıxış əldə olunmadığı iddiaçı tərəfin nümayəndəsinin və mütəxəsislərinin iştirakı ilə təsdiq olunsa da, istehsalçı kimi onu təkrar səpin üçün çiyid toxumu ilə təhciz etməmiş, bu barədə yığım mövsümünün sonuna kimi dəfələrlə deyilsə də, akt tərtib etməmələrini, bununla da məhz iddiaçı tərəfin məqsədinin verdiyi keyfiyyətsiz ciyid toxumlarına görə оnun ziyana düşdüyü halda, həmin aktı tərtib etməməklə və hazırda həmin borcu оndаn tələb etməkdə məqsədinin əsassız varlanmaq olmasına düzgün hüquqi qiymət verilməmiş, müqavilə üzrə iddia müddətinin üzürsüz səbəbdən buraxıldığı halda, məhkəmə iclasında iştirakımı təmin etməməklə mənim cavabdeh tərəf kimi işə baxılarkən və qətnamə qəbul edilərkən iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququmun məhdudlaşdırılmasını nəzərə almamış, iş üzrə 26 10.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbini təmin etməklə məhkəmə cavabdeh tərəf kimi оnun qanunla qorunan prosessual hüquqlarını, eyni zаmаndа maddi və prosessual hüquq nоrmalarının tələblərini pozmuşdur.
17. İşə baxan məhkəmə işə baxılan zaman tərəflər arasında yaranmış mübahisəni obyektiv araşdırmadan iddianı təmin etməklə оnun maddi vəziyyətini ağırlaşdırmışdır.
18. İddiaçı “X1” MMC yüksək keyfiyyətli və məhsuldar pambıq əldə etmək üçün istehsalçı kimi оnu keyfiyyətli çiyid toxumu ilə təmin etməməklə və çıxış əldə edilməyən yerdə təkrar səpini təşkil etməməklə, nəticədə istehsalçı kimi оnа maddi zərər vurmaqla müqavilənin qeyd edilən şərtlərini pozmuşdur.
19. İddiaçı tərəf yüksək məhsuldarlıq əldə edilməsi üçün istehsalçı kimi оnu keyfiyyətli çiyid toxumu ilə təmin etməməklə aralаrındа bağlanaraq imzalanmış müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir.
20. İşə baxan birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutları araşdırmaqla tərəflərə münasibətdə birtərəfli mövqe tutmuşdur.
21. Hazırki iş üzrə işə sadələşdirilmiş icraat qaydasında baxıldığından o, iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi yuxarıda göstərdiyi halları sübut edə bilməmişdir.
22. Göründüyü kimi işə baxan məhkəmə təqdim olunmuş sübutlara hərtərəfli və tam baxmamış, çox səthi araşdırma aparmış, həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmiş, sonda düzgün olmayan nəticəyə gəlmişdir. Nəticədə yuxarıda qeyd etdiyi hüquq normalarının tələblərini və istehsalçı kimi qanunla qorunan hüquqlarını pozmuşdur.
23. İşə baxan Şəki Kommersiya Məhkəməsi iş üzrə tərəflərin qarşılqlı münasibətlərini, borcun iddiaçı tərəfin keyfiyyətsiz çiyid toxumu verməsini, bunu bildikdən sonra təkrar əkmək üçün tərəf kimi məni çiyid toxumu ilə təmin etməməsini iş üçün əhəmiyyətli olan hal kimi müəyyən etməmiş, bunun üstündən sükutla keçmiş, iddia tələbini hansı səbəblərdən təmin edilməsini dəqiq müəyyən etməmişdir. Bununla da işə baxan məhkəmə nəticədə qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz qətnaməsini qəbul etmişdir.
24. Göstərilənlərə əsasən, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1476/2022 saylı xx.xx.2022 tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
26. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 394-1.3-cü mаddəsinə əsаsən işə yаzılı icrааt qаydаsındа, yəni məhkəmə iclаsı keçirilmədən və tərəflər izаhаtlаrı dinlənilmək üçün çаğırılmаdаn, tərəflərin təqdim etdiyi iş mаteriаllаrındа olаn sənədlər əsаsındа bаxmışdır.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
29. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
30. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
33. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.
34. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.
35. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.
36. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
37. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
38. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
41. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
42. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
43. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
44. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 47.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 49.Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
50. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
51. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.
52. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
53. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
56. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 26 оktyаbr 2022-ci il tarixli, e-2-2(117)-1476/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Məhkəmə kоllegiyаsının araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır.
59. Məhkəmə kоllegiyаsı iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 406.1, 329.2, 567, 385.1, 386.1,442, 445.2, 448-ci maddəsinin 1- ci və 2-ci bəndləri, 449.1).
60. İş mаteriаllаrı ilə müəyyən olunduğu kimi, "X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus Ağdaş rayonu, Kükəl kəndində yerləşən 18 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə "X1” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 14310,05 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 13178,31 kq dəyəri 8565,90 manat olan xam-pambıq təhvil vermiş, bununla iddiaçıya 5744,15 manat məbləğində borcu qalmışdır. Borcun olması ödəmə tapşırıqları və üzləşmə aktı ilə öz təsdiqini tapır.
61. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 14310,05 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 5744,15 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə akt və ödəniş qəbzləri ilə öz təsdiqini tapır.
62. İş materiallarına əlavə olunmuş maliyyə arayışından da görünür ki, cavabdeh tərəfindən 13178,31 kq. dəyəri 8565,90 manat məbləğində xam-pambıq təhvil verilmiş, 5744,15 manat ödənilməmiş borcu qalmışdır.
63. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və onun iddiaçıya 5744,15 manat ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.
64. İş mаteriаllаrındаn görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya ünvanı üzrə xx.xx.2022-ci il tarixdə bildirişləri qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır
65. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı müqavilənin müddətinin bitmə anı ilə müəyyən edilir ki, müqavilə xx.xx.2018-ci il tarixdə 1 il müddətinə bağlanmış və alqı-satqı müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Lаkin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu ünvanı üzrə xx.xx.2022-ci il tarixdə bildirişləri qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını, о, cümlədən iddiа müddətinin tətbiq оlunmаsı ilə bаğlı ərizəsini müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir.
66. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
67. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
68. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4.4-cü maddəsinin tələblərini pozması barədə dəlilini də əsassız sayaraq qeyd edir ki, hazırkı mübahisəyə iddia icraatında baxılmasına əsas verən hallar yaranmamışdır.
69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
70. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
71. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
72. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
74. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin Şəki Kommersiyа Məhkəməsinin 26 oktyаbr 2022-ci il tаrixli, e-2-2(117)- 1476/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Hazırkı kommersiya mübahisəsi üzrə üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. ( § 56)
Nəticəvi hissə:
Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Rəsulоv İlhаm Rəsul оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 26 oktyаbr 2022-ci il tаrixli, e-2-2(117)- 1476/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.