Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-105/2025 29.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X3 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “56620 manat pul və 260 manat ödənilmiş dövlət rüsumunun qaytarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2-2(117)-22/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. İ. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizası üzrə xx.xx.2025-ci il tarixli 4/67 nömrəli ekspert rəyində göstərilmişdir ki, işin 1-ci vərəqində olan dama-dama qeyd dəftəri vərəqinin arxa tərəfində “19.580m.” və “11400m+” rəqəmlərinin qarşısında olan imzaların Cavabdeh tərəfindən icra edilmişdir. Lakin işin 1-ci vərəqində olan dama-dama qeyd dəftəri vərəqinin arxa tərəfində “7.07.2016.”, “21400 m” və +20,000+23600m” rəqəmlərinin qarşısında olan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmaması müəyyən edilə bilməmişdir.
2. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən sənədlərin texniki ekspertizası üzrə xx.xx.2025-ci il tarixli 5/27 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin ekspert rəyi ilə müəyyən edilmişdir: - Tədqiqata təqdim edilmiş 2-2(117)-1172/2024 nömrəli mülki iş materialının 1-ci vərəqinin 1-ci səhifəsində olan “30 m qaldı”, “40” yazıları, həmin vərəqin 2-ci səhifəsində olan “№1172”, “...əcək” və bu yazının qarşısındakı, bu səhifənin ən üst hissəsində olan imza, “20.20.12”, “21.500 m verdi Anar”, 2-ci vərəqdə olan “Qadir Səmədov”, “Mingəçevir 20 yanvar 20 A”, “Mama tel. *** *** ** **”, “23.03.80” yazıları rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. - Tədqiqata təqdim edilmiş 2-2(117)-1172/2024 nömrəli mülki iş materialının 1-ci vərəqinin 2-ci səhifəsində olan “cəmi 672 qr” və 2-ci vərəqdə olan “cəmi 672 qr” yazıları rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. - Tədqiqata təqdim edilmiş 2-2(117)-1172/2024 nömrəli mülki iş materialının 1-ci vərəqinin 1-ci səhifəsində olan “30 m qaldı”, “40” yazıları, həmin vərəqin 2-ci səhifəsində olan “№1172”, “...əcək” və bu yazının qarşısındakı, bu səhifənin ən üst hissəsində olan imza, “20.20.12”, “21.500 m verdi Anar”, 2-ci vərəqdə olan “Qadir Səmədov”, “Mingəçevir 20 yanvar 20 A”, “Mama tel. *** *** ** **”, “23.03.80” yazıları ilə həmin mülki işin materiallarının 1-ci vərəqinin 2-ci səhifəsində olan “cəmi 672 qr” və 2-ci vərəqdə olan “cəmi 672 qr” yazıları rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. - Tədqiqata təqdim edilmiş 2-2(117)-1172/2024 nömrəli mülki iş materialının 1-ci vərəqinin 1-ci səhifəsində olan “30 m qaldı”, “40” yazıları, həmin vərəqin 2-ci səhifəsində olan “№1172”, “...əcək” və bu yazının qarşısındakı, bu səhifənin ən üst hissəsində olan imza, “20.20.12”, “21.500 m verdi Anar”, “cəmi 672 qr”, 2-ci vərəqdə olan “Qadir Səmədov”, “Mingəçevir 20 yanvar 20 A”, “Mama tel. *** *** ** **”, “23.03.80”, “cəmi 672 qr” yazıları istisna olmaqla, 1-ci vərəqin hər iki səhifəsi və 2-ci vərəqdə olan digər yazılar, rəqəmlər və imzalar (o cümlədən “19580”, “7.07.2016”, “21400 m” və “11400 m+20.000+23600 m” ifadələrinin qarşısındakı imzalar) rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. - Tədqiqata təqdim edilmiş 2-2(117)-1172/2024 nömrəli mülki iş materialının 1-ci vərəqinin 1-ci səhifəsində olan “30 m qaldı”, “40” yazıları, həmin vərəqin 2-ci səhifəsində olan “№1172”, “...əcək” və bu yazının qarşısındakı, bu səhifənin ən üst hissəsində olan imza, “20.20.12”, “21.500 m verdi Anar”, 2-ci vərəqdə olan “Qadir Səmədov”, “Mingəçevir 20 yanvar 20 A”, “Mama tel. *** *** ** **”, “23.03.80” yazıları ilə həmin mülki işin materialının 1-ci vərəqinin 1-ci səhifəsində olan “30 m qaldı”, “40” yazıları, min vərəqin 2-ci səhifəsində olan “№1172”, “...əcək” və bu yazının qarşısındakı, bu səhifənin ən üst hissəsində olan imza, “20.20.12”, “21.500 m verdi Anar”, “cəmi 672 qr”, 2-ci vərəqdə olan “Qadir Səmədov”, “Mingəçevir 20 yanvar 20 A”, “Mama tel. *** *** ** **”, “23.03.80”, “cəmi 672 qr” yazıları istisna olmaqla, 1-ci vərəqin hər iki səhifəsi və 2-ci vərəqdə olan digər yazılar, rəqəmlər və imzalar (o cümlədən “19580”, “7.07.2016”, “21400 m” və “11400 m+20.000+23600 m” ifadələrinin qarşısındakı imzalar) rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. - Tədqiqata təqdim edilmiş 2-2(117)-1172/2024 nömrəli mülki iş materialının 1-ci vərəqinin 2-ci səhifəsində olan “cəmi 672 qr” və 2-ci vərəqdə olan “cəmi 672 qr” yazıları ilə həmin mülki işin materiallarının 1-ci vərəqinin 1-ci səhifəsində olan “30 m qaldı”, “40” yazıları, həmin vərəqin 2-ci səhifəsində olan “№1172”, “...əcək” və bu yazının qarşısındakı, bu səhifənin ən üst hissəsində olan imza, “20.20.12”, “21.500 m verdi Anar”, “cəmi 672 qr”, 2-ci vərəqdə olan “Qadir Səmədov”, “Mingəçevir 20 yanvar 20 A”, “Mama tel. *** *** ** **”, “23.03.80”, “cəmi 672 qr” yazıları istisna olmaqla, 1-ci vərəqin hər iki səhifəsi və 2-ci vərəqdə olan digər yazılar, rəqəmlər və imzalar (o cümlədən “19580”, “xx.xx.2016”, “21400 m” və “11400 m+20.000+23600 m” ifadələrinin qarşısındakı imzalar) rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. - Rəyin tədqiqat hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadda göstərilən “2. İş materiallarının 1-ci və 2-ci vərəqlərinin səhifələrinin hər birində qeyd edilmiş borc barədə məlumatlar, borc məbləği barədə sözlər, həmçinin rəqəmlər və icra edilmiş imzalar eyni vaxtda icra edilmişdirmi?” və “3. İş materiallarının 1-ci vərəqinin 2-ci səhifəsində qeyd edilən “19580 m”, “7.07.2016”, “21400 m”, və “11400 m +20.000 +23600m” ifadələrinin qarşısındakı imzaların hər biri Cavabdeh tərəfindən icra edildiyi təqdirdə qeyd edilən yazı (sözlə ifadə edilən və rəqəmlə) və imzalrın hansı eyni vaxtda icra edilmişdir?” sualları üzrə tədqiqat aparılmamışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra -iddiaçı) Cavabdeh (bundan sonra -cavabdeh) qarşı “56620 manat pul tələbi və 260 manat ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, sonuncu məhkəmə tərəflərin vergi ödəyicisi olan fiziki şəxs olması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması səbəbindən hazırkı işi məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərmişdir.
4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayonu Mərkəzi Bazarda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh X4 vasitəsilə tanımış, bundan sonra cavabdeh xx.xx.2016-cı il tarixdə mağazaya gələrək ondan nisyə alqı-satqı ilə 672 qram çəkidə olan 57.120 manat dəyərində qızıl-zinət əşyası almış və həmin qızıl-zinət əşyasını sataraq ona olan borcunu müəyyən müddətə qaytaracağını bildirmişdir. xx.xx.2020-ci il tarixdə həmin borcdan 500 manat pul ödəmiş, lakin qalan borcunu isə bu günədək ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə cavabdehə pulun qaytarılması barədə müraciət etməsinə baxmayaraq o, hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış, göstərilən məbləğdə pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən məcbur olaraq məhkəməyə müraciət etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı verdiyi izahatında bildirmişdir ki, Orxanın anası ilə onun arasında alqı-satqı olmuş, Orxanın anası ona Anar adlı şəxsin qızıl almaq istədiyini, eyni zamanda Orxan da, anası da Anarın etibarlı, yaxşı adam olduğunu bildirmişdir. Bundan sonra o da razı olmuş və bir dəfə Anara 5000 manatlıq qızıl vermiş, o isə pulunu gətirib vermişdir. Sonradan Anar yenə gəlib anasına, bacısına qızıl almaq istədiyini bildirmiş və qızılı götürmüş, ancaq pulunu gətirməmişdir. Bununla bağlı Qazax rayon Polis şöbəsinə müraciət etmişdir. Qızılı verdiyi vaxt Anara sənəd imzalatdırmışdır. Cəmi 672 qızıl vermiş, həmin qızılların pulunu Anar qaytarmamışdır. İddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh verdiyi izahatında bildirmişdir ki, keçən məhkəmə iclasında da dediyi kimi onun bu işlə əlaqəsi yoxdur. Orxan ona bildirmişdi ki, Minayə xanım qızıl alışı və satışı ilə məşğuldur. Minayə xanımla söhbət etdiyi vaxt Orxan ondan 7000 manatlıq qızıl almışdır. Lakin o heç bir şey almadı və ona da dedilər ki, sənədə qol çək, o da çəkmişdir. Orxan həmişə Minayə xanımdan qızıl alıb satıb. Ola bilsin ki, sonuncu dəfə Orxan qızıl alıb pulunu ödəməyib. Onun üstündə qalıb. O, Minayə xanımdan qızıl almamışdır. Ekspert rəyı ilə razı deyildir.
7. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 03 aprel 2025-ci il tarixli, e-2-2(117)-22/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 30480 manat məbləğində pul və 139,89 manat ödənilmiş dövlət rüsumunun hissəsi tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında hüquq və vəzifələri ətraflı formada qeyd edilən müqavilə bağlanmasa da, qızıl əşyalarının alqı-satqısı həyata keçirilmiş, tərəflər qızılın satılmasını, cavabdehin nə qədər ödəniş etdiyini və etməli olduğu ödənişin miqdarını özündə əks etdirən dama-dama kağız olmaqla qeyd dəftəri vərəqlərində bu barədə qeydlər aparmış, eyni zamanda müvafiq qeydlərin qarşısında öz imzalarını edərək doğruluğunu təsdiqləmişlər. Həmin qeyd vərəqələrində tərəflərin öhdəlikləri dəqiqliklə yazılmasa da, cavabdehin aldığı qızılın miqdarı və bunun əsasında iddiaçıya yaranmış borcu qeyd edilmiş və tərəflər müəyyən hissələrdə həmin qeydi imzalayaraq öz aralarında bu barədə razılaşmışlar. Məhkəmə hesab etmişdir ki, tərəflərin əqdi bağlamaq iradə və iradə ifadəsi mövcud olmuş, iş materiallarına əlavə edilmiş həmin sənəd yazılı formada müqavilə olaraq qəbul edilməlidir.
9. Məhkəmə qeyd etmişdir ki, tərəflər onlar arasında dəftər vərəqində yazılı olaraq rəqəmlərin qarşısına imza etməklə, qeyri-rəsmi üslubda məişət dialoqu səviyyəsində qeydlər aparmaqla öz üzərinə müəyyən öhdəliklər götürmüş, bu öhdəliklər isə tərəflərin razılığı ilə qanunun ifadəsi ilə desək onlar arasında müqavilə bağlanmasını sübut edir. Qeyd edilən iradə ifadəsi nəticəsində bağlanmış müqavilənin etibarsız olması halı ilə bağlı tutarlı arqument mövcud deyil, ona görə həmin müqavilə etibarlı müqavilə olaraq qəbul edilir.
10. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan 30980 manat (19 580 + 11400 = 30980) məbləğində qızıl-zinət əşyaları alması faktı öz təsdiqini tapır. Eyni zamanda, iddiaçı cavabdehin borcundan 500 manat ödədiyini etiraf etmişdir. Buradan da göründüyü kimi iddiaçı cavabdehdən 30480 manat məbləğində pul tələb etməkdə haqlıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 324.5, 337.1, 337.4, 337.5, 385.1, 386.1, 389.1, 404.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 567, 600.1, 600.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1, 2.2, 8.1, 9.1, 47.1, 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cаvаbdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cаvаbdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin baxışı zamanı iddianı qəbul etməyərək izahatında və iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, onun bu bu işlə heç bir əlaqəsi yoxdur. Orxan adlı tanışı ona Minayə xanım adlı qızıl alışı və satışı ilə məşğul olan tanışının olduğunu bildirmişdir. Minayə xanımla söhbət etdiyi vaxt Orxan ondan 7000 manatlıq qızıl almışdır. Lakin o, heç nə almamış və ona da demişlər ki, sənədə qol çək. Orxan həmişə Minayə xanımdan qızıl alıb satıb. Ola bilsin ki, sonuncu dəfə Orxan qızıl alıb pulunu ödəməyib. Onun üstündə qalıb. O, Minayə xanımdan qızıl almamış və ona borcu yoxdur. İddiaçı onun (cavabdehin) ona (iddiaçıya) heç bir borcu olmadığını bildiyi halda onu narahat edir və deyir ki, həmin pulu ona (iddiaçıya) o (cavabdeh) verəcək. İş materiallarına guya ona borc pul verilməsinə dair əlavə edilmiş dama-dama qeyd dəftərindəki yazı və imzalar ona aid deyil. Orxan Minayədən qızıl alarkən ona bunun formal olduğunu deyərək və onu aldadaraq boş kağıza imza çəkdirmişdir. İmzalarla bağlı xüsusatla razı deyil ona görə ki, ekspertiza düzgün olmayan nəticəyə gəlmişdir və əlavə ekspertizanın keçirilməsi zəruridir. İş üzrə sənədlərin texniki və yazı nümunələri üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizaları təyin olunmalı olduğu halda olunmamışdır. İddiaçı ona böhtan atır. Hesab edir ki, iddia tələbi göstərdiyi xüsusatlarla əlaqədar əsassızdır. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qimətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2- 2(117)-22/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
15. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376. 2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
20. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
21. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
33. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2- 2(117)-22/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
48. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
49. Müəyyən edilmişdir ki, tərəflər arasında hüquq və vəzifələri ətraflı formada qeyd edilən müqavilə bağlanmasa da, qızıl-əşyalarının nisyə alqı-satqısı həyata keçirilmiş, tərəflər qızılın satılmasını, cavabdehin nə qədər ödəniş etdiyini və etməli olduğu ödənişin miqdarını özündə əks etdirən dama-dama kağız olmaqla qeyd dəftəri vərəqlərində bu barədə qeydlər aparmış, eyni zamanda müvafiq qeydlərin qarşısında öz imzalarını edərək doğruluğunu təsdiqləmişlər. Həmin qeyd vərəqələrində tərəflərin öhdəlikləri dəqiqliklə yazılmasa da, cavabdehin aldığı qızılın miqdarı və bunun əsasında iddiaçıya yaranmış borcu qeyd edilmiş və tərəflər müəyyən hissələrdə həmin qeydi imzalayaraq öz aralarında bu barədə razılaşmışlar. İddiaçı qizil-zinət əşyalarını nisyə şəkildə cavabdehə versə də, cavabdeh həmin qızıl-zinət əşyalarını satdıqdan sonra dəyərini ödəmək vəzifəsini öz üzərinə götürsə də, həmin öhdəlikləri yerinə yetirməmişdir. İddaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
50. Göründüyü kimi tərəflər arasında malların nisyə alqı-satqısından irəli gələn münasibətlər yaranmışdır. Hazırkı iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 14.2.1, 600-cı maddələri təşkil edir.
51. Kollegiya hesab edir ki, tərəflərin əqdi bağlamaq iradə və iradə ifadəsi mövcud olmuş, iş materiallarına əlavə edilmiş həmin sənəd yazılı formada müqavilə olaraq qəbul edilməlidir.
52. Belə ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
53. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi).
54. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
55. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
56. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).
57. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
58. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
59. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar).
60. O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır.
61. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
62. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).
63. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur.
64. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin qeyd edilən tələbləri baxımından tərəflər onlar arasında dəftər vərəqində yazılı olaraq rəqəmlərin qarşısına imza etməklə qeyri-rəsmi üslubda məişət dialoqu səviyyəsində qeydlər aparmaqla öz üzərinə müəyyən öhdəliklər götürmüş, bu öhdəliklər isə tərəflərin razılığı ilə qanunun ifadəsi ilə desək onlar arasında müqavilə bağlanmasını sübut edir. Qeyd edilən iradə ifadəsi nəticəsində bağlanmış müqavilənin etibarsız olması halı ilə bağlı tutarlı arqument mövcud deyil, ona görə həmin müqavilə etibarlı müqavilə olaraq qəbul edilir.
65. Bundan əlavə tərəflər arasında öhdəliyin yaranması və icrası vaxtından xeyli müddət keçsə də, cavabdeh tərəf müddətin tətbiqi ilə bağlı hər hansı bir vəsatət irəli sürməmişdir.
66. Bu baxımdan hazırkı iş üzrə tərəflərin imzaladığı müvafiq kağız qeydlərində olan məlumatları, yəni hüquq və vəzifə yaradan hərəkətlər olaraq tərəflər arasında sadə yazılı formada müqavilənin bağlanması faktını məhkəmə qəbul edir.
67. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə xətşünaslıq ekspertizası üzrə xx.xx.2025-ci il tarixli 4/67 nömrəli ekspert rəyi ilə işin 1-ci vərəqində olan dama-dama qeyd dəftəri vərəqinin arxa tərəfində “19.580m.” və “11400m+” rəqəmlərinin qarşısında olan imzaların Cavabdeh tərəfindən icra edildiyi müəyyən edilmişdir. Digər hissədə isə imzaların cavabdeh tərəfindən icra olunub olunmamasını müəyyən etmək mümükn olmamışdır.
68. Qeyd edilən vərəqin yuxarı hissəsində “Anar 171.1 qr-19580m” yazılarının qarşısındakı imzanın cavabdehə məxsus olması təsdiqlənir və xx.xx.2016-cı ildə yazılması qeyd edilir. Sonrakı yazıların isə xx.xx.2016-cı ildə yazıldığı müəyən edilir. Eyni zamanda, cavabdehin dediyi söz olaraq “avqust ayının axırında verəcəm” qeydinin yazılması da müəyyən edilir.
69. Həmin hissədə qeyd edilən “11400 m +20000+23600m” rəqəm və hərflərin qaşısında olan imza Cavabdeh məxsus olsa da, qeyd edilən rəqəmlərdə olan qaralamalar, yazı üstündən yenidən yazılma halları müəyyən edildiyindən məhkəmə həmin “11400 m” yazıları istisna olmaqla sonrakı yazıların vaxt baxımından sonra yazılması, cavabdehin razılığı olmadan yalnız iddiaçı tərəfindən yazılması və qaralamalar olmaqla yazılması və həmin yazıların birtərəfli yazılması ehtimalını daha da artırır. Ona görə də cavabdeh tərəfindən imzalanan hissədə birinci instansiya məhkəməsi yalnız “11400 m” ifadə olunan məbləği cavadehin borcu olaraq qəbul edir.
70. Cavabdehin məhkəmə iclasında verdiyi izahatında qeyd edilən hər iki imzanın ona məxsus olduğunu bildirmiş, o yalnız 7000 manatlıq qızılın dəyəri ilə bağlı imza etdiyini bildirmişdir. Qeyd edilən imzaların hansı səbəbdən imzaladığını konkret arqumentlərlə izahını vermə bilməmişdir. Məhkəmə müşahidə etmişdir ki, hazırkı müqavilə münasibətin mövcudluğundan xeyli vaxt keçsə də, tərəflər bir-birini tanımış, cavabdeh iddiaçının qızıl satdığı mağazanın Qazax şəhərində “Bazar” adlanan ərazidə yerləşməsi bildirmiş, həmin mağazada olmasını, hətta sənədləri imzaladığını bildirmişdir.
71. Tədqiqat aparılan mübahisəyə birbaşa aid olan vərəqdə öz əksini tapan “19580 m” və “11400m” qeydlərinin vaxt baxımında aralıq məsafəsi az müddət təşkil etdiyindən, 19580 manat məbləğində qızıl-zinət əşyalarından ödəniş etməklə məbləğin azaldılaraq 11400 manat məbləğə enməsi real görünmür. Həmin hissəsə 20000+23600 m qeydlərini məhkəmə qaralama və sonradan əlavə edilmə ehtimal yaratdığından həmin rəqəmlərin doğruluğunu qəbul edilməmişdir. Eyni zamanda, həmin vərəqdə 2020-ci ilin 21 dekabr tarixində cavabdeh tərəfindən 500 manat ödənişin olması öz əksini tapmışdır. Bu halı iddiaçı ərizəsində də qeyd etmişdir. Bu səbəbdən məhkəmənin qənaəti odur ki, iddiaçının cavabdehə verdiyi qzıl-zinət əşyalarının dəyəri olaraq 19580 manat və 11400 manat məbləğində vəsaitdən yalnız 500 manat məbləğində vəsait cavabdeh tərəfindən geri qaytarılmış, qalan məbləğ isə qaytarılmamışdır. Birinci instansiya məəhkəməsinin iclasında cavabdeh iddiaçıya hər hansı pul məbləğini qaytarmadığını bildirmişdir.
72. İş üzrə verilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə xx.xx.2025-ci il tarixli 4/67 nömrəli ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi əsaslı sayır.
73. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya səlahiyyətli orqan tərəfindən verilmiş ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
74. “X1rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
75. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
76. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
77. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
78. Məhkəmə iddia tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur.
79. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
80. Bundan başqa cavabdeh tərəf birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında borcunu qəbul etməyərək yenidən ekspertiza təyin edilməsini xahiş etsə də, bu vəsatətini əsaslandırmadığından, həmçinin məhkəmə hazırkı iş üzrə ekspert rəyinin mövcudluğu səbəbindən yenidən ekspertiza təyin edilməsinə zərurət olmadığından cavabdehin şifahi vəsatətini təmin etməmişdir. Belə ki, ekspert rəyi ilə cavabdehin ötən məhkəmə iclasında verdiyi imza nümunələri ilə “19.580m.” və “11400m+” rəqəmlərinin qarşısında olan imzaların eyniliyi təsdiqlənmişdir.
81. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
82. Kollegiya vurğulayır ki, işin apellyasiya baxışı zamanı iki dəfə məhkəmə iclası keçririlmişdir. Birinci baxış zamanı cavabdehin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, Bakı şəhərində başqa məhkəmə prosesində iştirak etdiyinə görə iclasın təxirə salınmasını xahiş etmişdir. Sonrakı baxış zamanı isə cavabdehin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə b\axışı iclasında iştirak etmələrinin mümkün olmadığını, məhkəməyə təqdim edəcək əlavə sübut və vəsatətlərinin olmamasını nəzərə alaraq iclsın onların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
83. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
84. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
85. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
86. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
87. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
88. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2-2(117)-22/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2-2(117)-22/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov