Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-107/2024 20.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “əsas borc 12237,47 manat, cərimə sanksiyası olaraq 1223,75 (ƏDV daxil) manat pulun və 130,38 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi- işə məhkəmədə baxılmalı olmadığına görə) Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya Kоllegiyаsı-hаkimlər Quliyev Nuru Nаdir оğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibаrət tərkibdə, X2 оğlunun kаtibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4, cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “əsas borc 12237,47 manat, cərimə sanksiyası olaraq 1223,75 (ƏDV daxil) manat pulun və 130,38 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2-2(117)-613/2024 nömrəli qətnaməsindən cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borc 12237,47 (ƏDV daxil) manat, cərimə sanksiyası olaraq 1 223,75 manat pulun (cəmi 13 461,22 manat) və ödənilmiş 130,38 manat dövlət rüsumunun cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2-2(117)-613/2024 nömrəli qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddia qismən təmin edilərək cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 12237,47 manat əsas, 600 manat cərimə borcu və 130.38 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnаmədən nаrаzı qаlаn cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi аpellyаsiyа şikаyəti verərək Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2-2(117)-613/2024 nömrəli qətnаməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, apellyasiya şikayətində də qeyd etdikləri kimi hesablarında pul olmadığı üçün müqavilə üzrə nəzərdə tutulan ödənişi edə bilməmişlər. 1 yanvar 2022-ci il tarixdən etibarən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri tabeliklərindən çıxmışdır. Ona görə də həmin məqsədlər üçün pul ayrılmadığına görə borc məbləğini ödəyə bilmirlər. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onlar qarşı tərəfə olan borclarının ödənilməsi ilə bağlı maliyyə idarəsinə 2021-ci ilin dekabr ayında ödəniş tapşırığı vermişlər. Lakin yeni il ərəfəsinə düşdüyünə və işlərinin çox olmasına görə maliyyə idarəsi ödənişi icra edə bilməyib. Onlar vaxtında maliyyə idarəsinə müraciət etmişlər. Burda Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin heç bir təqsiri yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi arasında bağlanmış müqavilə üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz öhdəliklərini yerinə yetirmiş, satın alan təşkilatı ərzaq məhsulları ilə təmin etmişdir. Lakin qarşı tərəf ödəniş tapşırıqlarını tam icra etməmiş, buna görə də 12237,47 manat borcu yaranmışdır. Qarşılıqlı üzləşmə aktında olduğu kimi qarşı tərəf 12237,47 manat borcunun olduğunu etiraf edir. Lakin bildirirlər ki, onlar ödəniş tapşırığı versələr də maliyyə idarəsi ödəniş tapşırığını yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş mаteriаllаrındа оlаn və məhkəmə kоllegiyаsının iclаsındа tədqiq оlunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, SA- 553 nömrəli müqavilədən görünür ki, icraçı bu müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edib cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüş, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarını icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 62945 manat təşkil edir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı hesablaşmalar aktından görünür ki, 35097,14 manat mal cavabdehə təhvil verilmişdir. Son qalıq borc 12237,47 manat təşkil etmişdir. Qeyd edilən akt hər iki tərəfin imzası və möhürləri ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixdə SA-553 nömrəli müqaviləyə əsasən icraçı müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edib cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüş, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Malların təhvil-qəbul aktları və elektron qaimələrdən göründüyü kimi 35097,17 manat mal cavabdehə təhvil verilmişdir. Malların təhvil-qəbul aktları cavabdeh tərəfindən imzalanmaqla qeyd olunan dəyərdə malların qəbul edildiyini sonuncu etiraf etmişdir. Qalıq borcun dəqiqləşdirilməsi məqsədilə tərəflər arasında qarşılıqlı üzləşmə aktları tərtib edilmiş və sonuncu xx.xx.2022-ci il tarixə olan üzləşmə aktına əsasən son qalıq borc 12237,47 manat təşkil etmişdir. Qeyd edilən aktlar hər iki tərəfin imzası və möhürləri ilə təsdiq edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərini qismən ödəmiş və nəticədə ödənilməmiş 12237,47 manat borcu qalmışdır. Belə ki, tərəflər arasında qalıq borcun dəqiqləşdirilməsi məqsədilə qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və son qalıq borc 12237,47 manat təşkil etmişdir. Qeyd edilən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında 12237,47 manat borcun yaranmasını etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini lazımınca yerinə yetirmədiyindən və cavabdehin 12237,47 manat borcunun olması xx.xx.2022-ci il tarixə olan sonuncu üzləşmə aktı ilə təsdiqini tapdığından, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında borcun mövcudluğunu etiraf etdiyindən 12237,47 manat əsas borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə 1223,75 manat cərimə borcunun tutulmasına münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilərək cavabdehdən 600 manat cərimə tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən əsas borcun 5%-i həddində, yəni 600 manat cərimə tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 130.38 manat olmalıdır ki, iddia tələbi qismən təmin edilsə də, məhkəmə sadəcə cərimə məbləğinə münasibətdə ona verilən hüquqlardan istifadə edərək cərimə məbləğini azaltmışdır. Bu səbəbdən iddiaçı tərəfindən ödənilmiş 130.38 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kоllegiyаsı qeyd edir ki, cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi аpellyаsiyа şikаyətində birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xаhiş etdiyindən məhkəmə kоllegiyаsı hazırkı icraat çərçivəsində birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsaslılığını tam olaraq yoxlayır. Məhkəmə kоllegiyаsı аpellyаsiyа şikаyətinin dəlillərini iş üzrə tоplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib, аpellyаsiyа şikаyətində göstərilmiş xüsusаtlаrı аrаşdırаrаq hesаb edir ki, аpellyаsiyа şikаyəti qismən təmin edilməli, birinci instаnsiyа məhkəməsinin qətnаməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyini hüquqi şəxs kimi qəbul edərək həmin cavabdehə qarşı yönəlmiş tələbə mahiyyəti üzrə baxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunan normanın tələbindən də göründüyü kimi tərəfin əsl tərəflə əvəz edilməsi məhkəmənin imperativ vəzifəsi olmasa da iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması məsələsinin müzakirəsi məhkəmənin vəzifəsidir. Məhkəmə kollegiyası “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli qərarında sərgilənən hüquqi mövqedən çıxış edərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir. Mülki Prosessual Məcəllənin mülki prosessual hüquq qabiliyyətini müəyyən edən 48ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, işdə iştirak mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə fiziki şəxslərdə yetkinlik yaşına çatma halında yaranmış hesab olunur. Hüquqi şəxslərə gəldikdə isə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir. Hüquqi şəxsin struktur vahidlərinə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.1 və 53.2-ci maddələrinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi isə filial sayılır. Mülki Məcəllənin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Beləliklə, hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması istisna edilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi həmin tələbə cavab verməli olmayan nümayəndəliyə qarşı yönəldildiyindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirilməsi doğru hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi yuxarıda qeyd edilən hüquq və vəzifələri həyata keçirmək üçün məhkəmə iclasında iştirak etmək, həmçinin verilən iddiaya görə cavabdehlik daşımaq iqtidarında deyildir. Buna görə də, məhkəmə kоllegiyаsı belə hesаb edir ki, birinci instаnsiyа məhkəməsi işin bütün fаktiki hаllаrını tаm, hərtərəfli və оbyektiv аrаşdırmаmış və tərəflər аrаsındаkı mübаhisənin həlli üçün tətbiq edilməli оlаn prоsessuаl hüquq nоrmаlаrını düzgün tətbiq etməmiş, qаnunu səhv təfsir etmişdir ki, bu dа Аzərbаycаn Respublikаsı MPM-in 387.2.8ci mаddəsinə görə məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Sonda məhkəmə kollegiyası izah edir ki, iş üzrə cavabdeh qismində göstərilmiş Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə iddiaçı hazırkı tələblə bağlı əsl cavabdeh olan Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 372.6-cı mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirazlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır; 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır; 384.0.5-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir; 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər: Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsi tərəfindən аrаşdırılаn hаllаrı qəbul edilən qətnаmənin prоsessuаl hüquq nоrmаlаrınа əməl edilməsi bаxımındаn qаnuni və əsаslı hesаb etmir. Аpellyаsiyа şikаyəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2-2(117)-613/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 400, 402-403 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: Cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2-2(117)-613/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı xx.xx.2020-ci il tarixli SA- 553 nömrəli müqavilə üzrə yaranmış “12237,47 manat əsas borc, 1223,75 (ƏDV daxil) manat cərimə sanksiyası və 130,38 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə etməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(107)-107/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-107/2024
20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver