Məhkəmə qərarları › İş №2-2(107)-11/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-11/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-11/2025 10.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Həmidova Günel Vahid qızının katibliyi, apellyasiya şikayətini vermiş İddiaçı və onun nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, Cavabdeh və onun nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı (VÖEN: **********) Cavabdeh (VÖEN: **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)-527/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı (VÖEN: **********) 05 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN: **********) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 73000 (yetmiş üç min) manat məbləğində borcun və 309 (üç yüz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, ona (İddiaçı) ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq 27 iyul 2022-ci il tarixdən 30 aprel 2023-cü il tarixədək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh daxili qaimələrə əsasən müxtəlif adda və çeşiddə mallar vermiş və onların arasında baş tutmuş bu alış-verişdən cavabdehin ona cəmi 73000 manat məbləğində ödənilməmiş borcu qalmışdır. O, dəfələrlə həmin borcun ödənilməsini tələb etsə də, cavabdeh borcunu ödəməmişdir (iddia ərizəsinin məzmununda malların verilməsi barədə tərtib edilmiş çoxsaylı məxaric qaimələri sadalanmış və eyni zamanda, iddia ərizəsində qeyd olunmuşdur ki, bütün qaimələr haqqında bütün məlumatlar iddia ərizəsinə əlavə edilmiş “excell” faylda öz əksini tapmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi İddiaçı aid “Sunny Mart” mağazasından (mal verən) Cavabdeh işlətdiyi “X20” adlanan mağazaya (mal alan) 27 iyul 2022-ci il tarixindən 30 aprel 2023-cü il tarixədək müxtəlif adda və çeşiddə satış məhsullarının verilməsi barədə tərtib edilmiş “mal məxarici qaimələri”, təhvil-qəbul aktları, pul ödənişi qəbzləri, tərəflər arasında dövriyyənin hesabat cədvəli və digər sənədlər birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı məhkəməyə təqdim olunmuşdur. İddia ərizəsi üzrə məhkəmə prosesi başlandıqdan sonra Cavabdeh 16 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia tələbinə qarşı yazılı “Etiraz və qeydlər” təqdim edərək, İddiaçı ona qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası hüquqi əhəmiyyət kəsb etməyən faktlara söykəndiyindən və iddiaçı ilə arasında heç bir kommersiya əlaqəsinin olmaması səbəbi ilə iddianın tam rədd olunmasını xahiş etmiş və həmin Etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərzəsində göstəriyi faktlar həqiqəti əks etdirmir və əsassız gəlir əldə etmək üçün verilmiş iddiadır. Mülki-Prosessual Məcəllənin 77.1-ci bəndinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin tələbi onu deməyə əsas verir ki, iddiaçı iddia ərizəsi verən zaman sübut etmə öhdəliyi onun üzərinə düşür. Lakin mövcud iddia ərizəsindən görünür ki, iddiaçı MPM-nin müvafiq maddələrinin tələblərini kobud şəkildə pozaraq qərəzli iddia ərizəsi tərtib etmişdir. Eyni zamanda bildirir ki, iddiaçı ilə heç bir tanışlığı yoxdur və ondan heç bir məhsul almamışdır. Ümumiyyətlə, İddiaçı hazırkı, işdə iddiaçı qismində olması prosessual pozuntuya səbəb olur. Belə ki, İddiaçı iş materiallarında təqdim etdiyi özünə məxsus ********** nömrəli VÖEN fiziki şəxslər üçün nəzərdə tutulmuş VÖEN-dir və sözü gedən “Sunny Mart” ticarət mərkəzi ilə əlaqəsi yoxdur. Eyni zamanda, iddiaçı iddiasında sözü gedən marketlə hansı bağlantısının olmasını və hansı əsaslarla marketin adından iddia qaldırması hissəsini əsaslandıra bilməmişdir. Onu da qeyd edir ki, Dövlət Vergi Xidmətinin elektron qaydada həyata keçirilən Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi bölməsində “Sunny Mart” adı ilə qeydiyyatdan keçmiş vergi ödəyicisi tapılmamışdır. Buna əsasən də, sözü gedən iddia baxılmamış saxlanılmalıdır. Ümumilikdə isə bildirir ki, o, qida məhsullarının satışı ilə məşğuldur və müxtəlif zamanlarda Zərdab rayonunda yerləşən “Sunny Mart” ticarət mərkəzindən satış məqsədi ilə müxtəlif növ ərzaq və digər vasitələr almış və alınmış ümumi məhsulların maya dəyəri 17380 (on yeddi min üç yüz səksən) manat civarındıdır. Həmin məbləğ isə onun tərəfindən tam şəkildə “Sunny Mart” ticarət mərkəzinə ödənilmişdir. Cavabdeh tərəfindən həmin Etirazla birlikdə məhkəməyə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 12 ədəd “kassa mədaxil Orderləri” təqdim edilmişdir və həmin Orderlərdə olan məlumatlarla “X20” tərəfindən alınan mallara görə “X21” kimi qeyd olunan mağazaya 2022-ci ilin dekabr və 2023cü ilin yanvar aylarında hissə-hissə olmaqla ümumilkdə cəmi 17380 (on yeddi min üç yüz səksən) manat məbləğində pul ödənişlərinin edildiyi müəyyən olunur (1-ci cild, səhifə: 52-66). Bundan əlavə, Cavabdeh 10 sentyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə yenidən iddia tələbinə qarşı yazılı “Etiraz və qeydlər” təqdim edərək, İddiaçı ona qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası hüquqi əhəmiyyət kəsb etməyən faktlara söykəndiyindən iddianın tam rədd olunmasını xahiş etmiş və həmin Etirazını onunla əsaslandırmışdır ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2024-cü il tarixli 4/802-9/4068 nömrəli ekspert rəyindən məlum olur ki, iddiaçının təqdim etdiyi və onun imzası ilə imzalandığını iddia etdiyi qaimə-fakturalarda olan imzaların bir çoxu ona aid olmamışdır. Bu isə o deməkdir ki, iddiaçı imzaları saxtalaşdırmış və məhkəməyə saxta sübut təqdim etmişdir. Eyni zamanda sözü gedən ekspert rəyinə əsasən məlum olur ki, artıq ödədiyi pul səbəbi ilə iddiaçının ona ümumilikdə 2476,50 manat borcu yaranmışdır. Eləcə də, hesab edir ki, iddianın hüquqi əsaslarından biri də daxili audit rəyinin alınması olmalı idi. Lakin, iddiaçı daimi olaraq “qara mühasibatlıq” əməliyyatı həyata keçirdiyi üçün daxili audit rəyi ala bilməmişdir. Buna əsasən formal xarakter daşıyan sübutlara əsaslanaraq iddia tərtib etmişdir. Həmçinin, hesab edir ki, iddiaçı iddia etdiyi kimi onunla işlədiyi müddətdə böyük dövriyyələr etsəydi, mütləq şəkildə onunla müqavilə bağlayardı. Lakin aralarında rəsmi olaraq heç bir müqavilə bağlanmamışdır. Eyni zamanda bildirir ki, iddiaçı vergidən yayınmaq üçün faktiki olaraq əldə etdiyi və məhkəmə prosesində də etiraf etdiyi mallarla bağlı elektron qaimə tərtib etməmiş və bununla vergi cinayəti törətmişdir. Təhvil-təslim aktının olmaması isə ümumiyyətlə iddiaçının iddiasının əsassız olmasının bariz nümunəsidir. Məhkəmə prosesində şahid qismində dindirilən X5 izahatını təhlil edən zaman məlum olur ki, borcun yaranması məsələsi böhtandır və qərəzli xarakter daşıyır. Hansı ki, dindirilən şahid ona verilən sualların bir hissəsinə cavab verə bilməmiş, bir hissəsinə isə təhrif olunmuş formada cavab vermişdir. Əlavə olaraq qeyd edir ki, kağız qaimə fakturalar borcun etirafı olan sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, ona məxsus imzalar yalnız “Təhvil aldım” sözünün qarşısından çəkilmiş və bununla da malların onun tərəfindən alınması etiraf olunmuşdur. Həmin imza heç bir halda imzasından aşağıda və ya yuxarıda yazılmış pulun “borc” kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bu hal onun iradəsinə zidd hesab olunmalı və iddiaçının əsassız varlanmasına əsas olmamalıdır. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 11 sentyabr 2024-cü il tarixli e-2- 2(117)-527/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi təmin olunmayaraq, həmin Qətnamədə qət edilmişdir ki, “İddiaçı Cavabdeh qarşı “cavabdehdən 73000 manat məbləğində pul vəsaitinin və 309 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilsin.” Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)-527/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 2022-ci ildən şifahi alqı-satqı münasibətləri olmuşdur. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh daxili qaimələrə əsasən müxtəlif adda və çeşiddə gündəlik təlabat və ərzaq məhsulları verilmişdir. Cavabdeh tərəfindən qeyd edilən qaimə-fakturaların bir hissəsində imzaların ona məxsus olmadığı və iddiaçıya borcunun olmadığı bildirildiyindən, iş üzrə qeyd edilən məsələlərlə bağlı müvafiq ekspertizalardan ibarət kompleks ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 10 iyul 2024-cü il tarixli 4/802-9/4068 nömrəli ekspert rəyinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: 1. Ekspertizaya təqdim edilmiş, işin 95-ci vərəqinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, 61-125 sıralardan ibarət qaimədə, xx.xx.2023-cü il tarixli ("Son borc: 80653,99" yazılan 02 ədəd), xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (Son borc: 77892,68 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli ("Son borc: 81441,74" yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli “Son borc: 75317,06” yazılan qaimədə, ”Son borc: 76202,25” yazılan qaimədə, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, işin 96-ci vərəqinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli (“Son borc: 85684,92” yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli ("Son borc: 76637,67), xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (son borc 75318,96 yazılan), xx.xx.2023-cü il tarixli (son borc 78907,89 yazılan), xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (son borc 77037,05 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli (son borc 88442,10 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli (03 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022ci il tarixli (02 ədəd), xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli "X22" tərəfindən verilmiş təhvil-təslimlə bağlı “mal məxarici” qaimələrindəki "Təhvil aldı" qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, işin 95-ci vərəqinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, Son borc: "78261,42" yazılan qaimədə, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (Son borc: 77770,37 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (02 ədəd), xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), işin 96-cı vərəqinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ("Son borc: 85704,76" yazılan 02 ədəd), xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli "X22" tərəfindən verilmiş təhvil-təslimlə bağlı mal məxarici qaimələrində "Təhvil aldı" qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindan icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, işin 96-cı vərəqinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli (02 ədəd) "X22" tərəfindən verilmiş təhvil-təslimlə bağlı mal məxarici qaimələrində “Təhvil aldı” qrafalarındakı imzaların - Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndinə göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. 4. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, məhkəmə-mühasibatlıq ekspertizası qarşısında qoyulmuş sual üzrə məhkəmə-xətşünaslıq ekspertizası ilə 95 və 96-cı səhifələrdə Cavabdeh imzaladığı "X22" tərəfindən verilmiş təhvil-təslimlə bağlı mal məxarici qaimələrinin ümumi məbləği 71127,50 manat və 94-cü səhifədə təqdim edilmiş mallara görə ödəniş qəbzlərinin ümumi məbləği 73604,00 manat təşkil etdiyi müəyyən edilir. Bununla da, Cavabdeh 2476,50 manat artıq pul vəsaiti ödədiyi müəyyən edilir. Məhkəmə bu faktın əksi olan halın sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə araşdırmasının nəticəsinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus ticarət obyekti olan "X22"in müvafiq filial rəhbəri kimi fəaliyyət göstərmişdir. Bu səbəbdən də ondan malları nisyə qaydada almış və satıldıqdan sonra aldığı malların dəyərini iddiaçıya ödəmişdir. Buradan da aydın olunur ki, tərəflər arasında şifahi formada bağlanmış alqı-satqı barədə müqavilə mövcud olmuşdur. Tərəflər verdikləri izahatlarda da aralarında alqı-satqı münasibətlərinin olmasını etiraf etmişlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında qaimə-fakturalar imzalanmış, həmin fakturalarda son borc olaraq hər təhvil-təslimdə müxtəlif məbləğlər göstərilmişdir. Düzdür, son borc olaraq göstərilən məbləğlərin qarşısında Cavabdeh məxsus imzalar olsa da, iddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktları və ödəniş qəbzləri əsasında müvafiq sübutlar əldə edilmişdir. İlkin olaraq iddiaçıya, cavabdehə təqdim edilmiş bütün məhsullara dair təhvil-təslim sənədlərinin təqdim edilməsi təklif edilmişdir. Buna görə də məhkəmə iddiaçının son borc olaraq qeyd etdiyi rəqəmlərə əsaslanmaqla borc tələb etməsi arqumenti əsaslı sayıla bilməz. Çünki son borc müvafiq alt sənədlərlə təsdiq edilməlidir. Məhkəmə tərəfindən ekspertiza təyin edilərkən bu hallara dair sualların ekspertiza qarşısında qoyulması təmin edilmişdir. Təqdim edilmiş ödəniş qəbzləri əsas olaraq götürülməli və cavabdehin iddiaçıya borcunun olub-olmaması ödəniş qəbzlərinə əsasən müəyyən edilməlidir. Müvafiq olaraq təhvil verilən məhsulun adı, çeşidi və dəyəri ilə bərabər aktlarda, həmçinin, ümumi olaraq son borc qeyd edilsə də, bu hal digər alt sənədlərlə təsdiq edilmirsə, bunu məhkəmə cavabdehin iddiaçıya borcu olaraq qəbul etməsi qanuni, əsaslı və ədalətli sayıla bilməz. Son borc olaraq qeyd edilən təhvil-təslim qaimələrindəki məbləğ 71127,50 manat, ödəniş qəbzlərində olan ümumi ödənilmiş məbləğ isə 73604,00 manat qeyd edilmişdir. Buradan isə belə nəticəyə gəlinir ki, cavabdeh tərəfindən iddiaçıya 2476,50 manat artıq ödəniş edilmişdir. Bu faktlar ekspertiza rəyində öz təsdiqini tapmışdır. Məhkəmə ekspertiza rəyinin təkzib edilməsi ilə bağlı arqumentə əsaslanan sübutun təqdim edilmədiyi və ya iddiaçının bu halı sübuta yetirə bilmədiyi qənaətinə gəlmişdir. Belə ki, cavabdehə məxsus olmayan təhvil-təslim aktlarında olan imzalar əsasında müvafiq malın qəbul edilməsi qeyd edilən cavabdehin işlədiyi obyektdə fəaliyyət göstərən digər şəxslər tərəfindən icra edilməsi ehtimalı ortada ola bilər. Bu arqument əsaslandırılmalıdır. İlkin olaraq tərəflər arasında razılaşma ola bilər ki, həmin razılaşmada cavabdeh və ya onun təyin etdiyi şəxslər tərəfindən malın qəbulu həyata keçirilsin. Bu razılaşma müəyyən edilmir. Bundan əlavə cavabdehin müvafiq aktda imzası mövcud deyilsə, cavabdeh tərəfindən qəbul edilməyən məhsula görə onun öhdəlik daşıması məntiqli və qanuni hesab edilə bilməz. Bundan əlavə, iddiaçı tərəfindən 2022-ci il tarixə aid təhvil-təslim aktları təqdim edilərək Salmanov Təvəkkül, Qasımov Ceyhun, Abışov Kamil, həmçinin, “Agro-Vest” şirkəti tərəfindən “X20”, Seyidlər kəndində marketə məhsulların təhvil verilməsi təsdiq edilir. Qeyd edilən aktlarda təhvil alan qismində Cavabdeh iştirakı müəyyən edilmir. Həmin aktların bəzilərində Alıcı kimi İsrafilov Ülvi iştirak edir, bəzilərində isə “Ramil” adı yazılaraq imza edilmişdir. Məhkəmə iclasında müyyən edilmişdir ki, X6 rəhbərlik etdiyi “X20” anbar olaraq satış həyata keçirsə də, məhsulları satan şirkətlər həmin marketin filialı olan Seyidlər kəndində yerləşən cavabdehin rəhbərlik etdiyi mağazaya birbaşa çatdırılma da həyata keçirilmişdir. Lakin həmin məhsulların sonradan iddiaçı və cavabdeh arasında təhvil-təslim aktları vasitəsilə rəsmiləşdirilməsi həyata keçirilmişdir. Çünki ola bilsin ki, həmin məhsullar birbaşa cavabdehə çatdırılıb, həmin qaimələrdə satıcı və alıcı başqa şəxslər qeyd edilmişdir. Ona görə də orada qeyd edilən məhsulara görə dəyərin ödənilməsini tələb etmək hüququ başqa şəxslərə məxsusdur. Məhkəmə qeyd edilən hallara görə iddiaçının təqdim etdiyi həmin sənədləri iddia tələbini sübuta yetmək üçün kifayət hesab etməmiş, nəticədə ekspet rəyi təkzib edilmədiyindən həmin rəyi sübut olaraq qəbul etmişdir. Məhkəmə iddia tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Məhkəmə işin hallarını ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi əsassızdır və rədd edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 567, 568.1, 568.2, 598.1, 598.2, 598.3, 600.1 və 600.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1, 2.2, 8.1, 9.1, 47.1, 77.1, 81, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)- 527/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsi e-2-2(117)-527/2024 saylı 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı 73000 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 309 manat məbləğində pulun tutulması tələbinə dair iddiasını rədd etmişdir. Məhkəmənin həmin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur (VÖEN **********) və xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi sahibkar Cavabdeh (VÖEN **********) daxili qaimələrə əsasən nsiyə qaydada müxtəlif adda və çeşiddə 100 min manatdan artıq məbləğdə mal satmışdır. Həmin malların əvəzinin bir hissəsi cavabdeh tərəfindən ödənilsə də, cəmi 74266,22 manat məbləğində malın dəyəri ödənilməmişdir. Dəfələrlə tələb etsə də, cavabdeh qeyd olunan məbləğdə borcunu ödəməkdən imtina edir. Bütün məxaric qaimələri kommersiya işinə əlavə edilmişdir. Kommersiya işinə əlavə edilmiş 141204 nömrəli 29 aprel 2023-cü il tarixli sonuncu “mal-məxaric” qaiməsinə əsasən cavabdehin ona cəmi 74266,22 manat məbləğində borcu qalmışdır. Cavabdeh qeyd olunan borcunu həmin qaimədəki özünə məxsus imza ilə etiraf etmişdir. Qaimədə “Son borc: 74266,22 manat” qeydi edilmişdir. Cavabdeh borcunu qaimənin axırında, həmin qeyddən sonra öz imzası ilə təsdiq etmişdir. Cavabdeh həmin borcunu ona ödəməsi barədə isə məhkəməyə etibarlı sübut təqdim etməmişdir. Kommersiya işinə əlavə edilmiş kompleks-xətşünsalıq və iqtisad ekspertizalarının 4/802-0/4068 nömrəli 10 iyul 2024-cü il tarixli rəylərindən göründüyü kimi 141204 nömrəli 29 aprel 2023-cü il tarixli sonuncu mal-məxaric qaiməsində “Son borc: 74266,22 manat” qeydindən sonrakı imza Cavabdeh məxsusdur. Məhkəmə qətnamədə cavabdehin belə bir izahatına istinad etmişdir ki, ”O, məhsulu qəbul edərkən son borca əhəmiyyət verməmiş, yalnız təhvil aldığı malın sayı və qiymətini qəbul etmişdir.” Çox qəribədir ki, məhkəmə borclunun özü tərəfindən imzası ilə qəbul edilmiş borcun təsdiqi faktını deyil, onun məhkəmədə özünü müdafiə məqsədilə verdiyi izahatını inandırıcı sübut qismində qəbul etmişdir. Ekspert rəylərindən göründüyü kimi cavabdehin özü tərəfindən imzalandığı təsdiqini tapmış və işin 95-ci vərəqinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ("Son borc: 80653,99" yazılan 02 ədəd), xx.xx.2023-cü il tarixli (Son borc: 77892,68 yazılan), xx.xx.2022-ci il tarixli (Son borc: 81441,74), xx.xx.2022-ci il tarixli (Son borc: 75317,06), xx.xx.2023-cü il tarixli (Son borc: 76202,25), işin 96-ci vərəqinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli (Son borc: 85684,92), xx.xx.2022-ci il tarixli (Son borc: 76637,67), xx.xx.2023-cü il tarixli (son borc 75318,96), xx.xx.2023-cü il tarixli (son borc 78907,89), xx.xx.2023-cü il tarixli (son borc 77037,05), xx.xx.2022-ci il tarixli (son borc 88442,10) qaimələri və digər bu kimi müxtəlif qaimələri imza etməklə borclarını hər dəfə etiraf etmişdir. Bu təsadüfi və hər dəfə cavabdehin diqqətindən qaça bilən, onun tərəfindən əhəmiyyət verilməyən məsələ ola bilməzdi. Bu qaimələrin hamısı, o cümlədən 29 aprel 2024-cü il tarixli qaimə cavabdehin iddiaçıya borclu olduğunu təsdiq edən sübutlardır. Məhkəmə ekspertiza təyin edərkən qəsdən 141204 nömrəli 29 aprel 2023-cü il tarixli sonuncu mal məxaric qaiməsindəki “Son borc: 74266,22 manat” qeydinə, yuxarıda göstərilən digər borc barədə qeydlərə münasibət bildirilməsini, cavabdeh tərəfindən alınmış malların məbləğinin hesablanması zamanı həmin məbləğlərin nəzərə alınmasının zəruriliyini qərardadda göstərməmişdir. Bundan istifadə edən ekspertlər həmin qaimələrdəki borcların, o cümlədən yekun borc məbləğinin üstündən sükutla keçmişlər. İddiaçı və nümayəndəsi tərəfindən qeyd olunan məbləğin nəzərə alınması məqsədilə əlavə ekspertiza keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə həmin məsələyə məhkəmə tərəfindən hüquqi qiymət veriləcəyəi ilə izah edərək, vəsatəti qanunsuz olaraq təmin etməmişdir. Məhkəmənin cavabdehin yekun borcu barədə həmin qeydini nə üçün nəzərə almamasının səbəbləri qaranlıqdır. Məhkəmənin bu barədə qətnamədəki şərhi inandırıcı deyildir. Ekspertlərin rəylərinə istinad edən məhkəmə cavabdehin mövqeyinin müdafiəsində dayanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bəzi məxaric qaimələrindəki imzalar cavabdehə məxsus olmadığından, bəzi qaimələrdə, ümumiyyətlə, imza olmadığından həmin qaimələrlə alınmış mallar görə pul cavabdehdən tələb edilə bilməz. Ancaq məhkəmə iddiaçının və nümayəndəsinin həmin vaxt “X18” mağazasında işləmiş işçilərin məhkəməyə dəvət edilərək, imza nümunələrinin götürülməsi və əlavə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətini əsassız olaraq təmin etməmişdir. Məhkəmə qətnamədə həmin vəsatətə belə münasibət bildirmişdir: “İddiaçı xx.xx.2024-cü il tarixdə vəsatət təqdim edərək, Cavabdeh ilə “X20” mağazasında işləmiş digər şəxslərin imza nümunələrinin götürülərək ekspertizalar təyin edilməsini xahiş etmiş, həmçinin Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində vəsatət məhkəməyə təqdim edilmiş və həmin vəsatətə əsasən 9 saylı Ərazi Vergilər İdarəsinin iş üzrə üçüncü şəxs qismində cəlb olunması xahiş edilmişdir. Lakin məhkəmənin xx.xx.2024cü il tarixli protokol qərarına əsasən 9 saylı Ərazi Vergilər İdarəsinin iş üzrə üçüncü şəxs qismində cəlb olunması hər hansı bir əhəmiyyət kəsb etmədiyindən, həmçinin müvafiq ekspertiza təyin edilməsi üçün cavabdehlə birgə işləyən şəxslərin imza nümunələrinin götürülməsinin hər hansı bir sübut əhəmiyyəti daşımayacağı səbəbindən rədd edilmişdir. Məhkəmənin araşdırma aparılmadan, sübutlar olmadan belə mövqedən çıxış etməsi daha şox cavabdehin maraqlarına xidmət edir. Halbuki, əgər göstərilən işçilərin qeyd olunan mağazada işləmələri və qaimələrdəki imzaların onlara məxsus olduğu təsdiq edilərsə, həmin qaimələrin qanuniliyinin mübahisələndirilməsinə bəhanə qalmazdı. Məhkəmə bundan ehtiyatlandığı üçün həmin vəsatəti təmin etməmişdir. Cavabdeh ekspertiza rəyləri məhkəməyə daxil olduqdan sonar şikayətlə Zərdab rayon Polis Şöbəsinə və rayon prokurorluğuna müraciət edərək iddiaçının qaimələrdəki imzaları saxtalaşdırmasını göstərmiş və zəruri tədbirlər görülməsini xahiş etmişdir. Həmin şikayət üzrə araşdırma aparılmış, materiallar toplanmışdır. Göstərilən materiallar tələb edilərək işə əlavə edilməlidir. Həmin materiallarda cavabdehin yanında işləmiş və qaimələrə imza etmiş şəxslərin bəzilərinin ad və soyadları, iş üçün əhəmiyyətli digər yazılı məlumatlar vardır. Odur ki, Şəki Kommersiya Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Çünki, tərəflər arasındakı münasibətin şifahi alqı-satqı müqavilələrindən irəli gəlməsi mübahisə doğurmur. Malların əvəzinin ödənilməsi isə nisyə satılmış malların əvəzinin ödənilməsi qaydalarına uyğun olmalıdır. Belə ki, ekspert rəylərindən göründüyü kimi, cavabdehin özü tərəfindən imzalandığı təsdiqini tapmış işin 95-ci vərəqinə əlavə olunan xx.xx.2023-cü il tarixli ("Son borc: 80653,99" yazılan 02 ədəd), xx.xx.2023-cü il tarixli (Son borc: 77892,68 yazılan), xx.xx.2022-ci il tarixli ("Son borc: 81441,74), xx.xx.2022-ci il tarixli (Son borc: 75317,06), xx.xx.2023-cü il tarixli (Son borc: 76202,25), işin 96-ci vərəqinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli (“Son borc: 85684,92), xx.xx.2022ci il tarixli (Son borc: 76637,67), xx.xx.2023-cü il tarixli (son borc 75318,96), xx.xx.2023-cü il tarixli (son borc 78907,89), xx.xx.2023-cü il tarixli (son borc 77037.05), xx.xx.2022-ci il tarixli (son borc 88442,10) qeydlər yazılan qaimələri və digər bu kimi müxtəlif qaimələri imza etməklə, borclarını hər dəfə etiraf etmişdir. Lakin, məhkəmə işin həmin mühüm hallarını nəzərə almamışdır. Məhkəmə, işdə cavabdehin öz borclarını etiraf etməsi barədə kifayət qədər yazılı sübutlar-qaimələr olsa da, düzgün olmayaraq ekspertin rəylərini iş üzrə yeganə etibarlı sübut kimi qəbul etmişdir. Halbuki, məhkəmə ekspert rəylərini işin digər halları, işdə olan digər yazı sübutlar və şahid ifadələri ilə əlaqəli şəkildə qiymətləndirməli idi. Məhkəmə iddiaçının əlavə ekspertizalar təyin edilməsi haqqında vəsatətinin təmin edilməməsi barədə öz mövqeyini belə əsaslandırmışdır ki, həmin sübutların iş üçün əhəmiyytli olmayacağı məlumdur. Məhkəmə qanunun tələblərini pozaraq, hələ əldə edilməmiş sübutlara əvvəlcədən qanunsuz hüquqi qiymət vermişdir. Qətnamə işin hallarına uyğun gəlmir. Belə ki, işdə cavabdehin öz borclarını etiraf etməsi və cavabdehin imzası ilə təsdiq edilmiş 11 ədəd qaimə, o cümlədən 29 aprel 2023-cü il tarixli yekun qaimə mövcud olduğu halda, həmin borc qeydlərinin düzgünlüyü təkzib edilmədən, məhkəmə düzgün olmayaraq cavabdehin iddiaçıya borcunun olmaması barədə əsassız nəticəyə gəlmişdir. Belə ki, cavabdehin ona hətta iddia tələbinin həcmindən daha artıq məbləğdə borclu olduğu işin halları, borcun təsdiq edildiyi yazılı qaimələrlə təsdiq olunur.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Lakin, Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 09 sentyabr 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “apellyasiya şikayətinə dair” yazılı Mülahizə təqdim edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və həmin Mülahizədə cavabdeh tərəfin mövqeyi onunla əsaslandırılmışdır ki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prossesual qanunvericiliyin tələbinə əsasən iddiaçı başa düşməlidir ki, iddianın tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmiş, 300 vərəqdən çox olan qarışıq sənədləri “pdf“ variantda elektron-kabinetə əlavə etməklə, guya kifayət qədər sübut təqdim etməsi görüntüsü yaratmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı “son borc” olaraq qeyd etdiyi rəqəmə əsaslanmaqla, cavabdehdən pul tələb edir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya cavabdehə təqdim edilmiş bütün məhsullara dair təhvil-təslim sənədlərinin təqdim edilməsi təklif etmişdir. Lakin, iddiaçı bu sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Borclanma elə bir məfhumdur ki, o, hansısa hüquq münasibətindən (alqı-satqı, borc müqaviləsi və.s) və ya qanundan irəli gələrək yaranır. Bu zaman bu münasibətlərdən irəli gələn borcun yaranmasını təsdiq edən mötəbər sənədlər olmalıdır. İddiaçı cavabdehin borcunun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir. Apellyasiya icraatı zamanı işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Bundan sonra ekspertin məhkəmə-mühasibatlıq ekspertizasının xüsusiyyətini nəzərə alaraq haqlı olaraq audit rəyinin təqdim olunması barədə vəsatət vermişdir. İddiaçı tərəf müqavilə əsasında audit cəlb etmiş (Ş.Bəşirov) və həmin audit tərəfindən rəy verilmişdir. Ş.Bəşirov tərəfindən verilmiş rəyə nəzər yetirildikdə, həmin rəyin tam bir “fiyasqo” olması müəyyən olunur. Cavabdehin şikayəti əsasında Auditorlar Palatası müəyyən etmişdir ki, audit rəyi standartlara uyğun deyil, audit sübutu kimi təsdiqedici sənədlərin olmadığı müəyyən olunmuşdur. Audit rəyinin verilməsi tapşırılmış başqa audit X2 audit rəyində göstərmişdir ki, təhvil verilmiş mallar haqda əvvəlcədən "X1" tərtib olunmamışdır. A4 formatında məxaric qaimələri kimi çap olunmuş sənədlərdə malların təhvil verdi və təhvil aldı üzrə imzalar yoxdur. Kassa mədaxil orderləri üzrə ödəniş kimi qeyd olunmuş məbləğlərdə rəhbər şəxs üzrə imza möhür yoxdur, ödəyiciyə təqdim olunmalı nüsxə təhvil verilməmişdir. Ümumiyyətlə təqdim olunmuş audit sübutu üçün sənədlər, malların təhvil-qəbulu, ödəniş və digər sənədlər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun təsdiq olunmuş sənədlərə uyğun olmamışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/2880 nömrəli ekspert rəyi audit rəyini təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mötəbər, ciddi hesabat sənədləri, iddia tələbinin əsasını sübut edən sənədləri təqdim edə bilməmişdir. İddiaçının iddiası sözün əsl mənasında sadəcə olaraq iddiadan ibarətdir. Əksinə birinci iş üzrə keçirilmiş ekspert rəyindən görünür ki, cavabdehin 2476,50 manat artıq ödəməsi olmuşdur.

4. İş üzrə apellyasiya icraatı: 4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 gəlmiş və apellyasiya instansiyasında iş üzrə aparılan məhkəmə araşdırmasında hər iki tərəf iştirak etmişdir. Məhkəmə iclaslarında apellyasiya şikayətini vermiş İddiaçı Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)-527/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)- 527/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi və Cavabdeh 73000 manat məbləğində borcun və 309 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, ona ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş və məhkəmə iclaslarında izahatlarında və verilmiş suallara cavablarında öz mövqeyini onunla əsaslandırmışdı ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi Zərdab şəhərində yerləşən “Sunni Mart” mağazasında ərzaq, spirtli içki və sair məhsulların topdansatış və pərakəndə satışını həyata keçirir. 2022-ci ildə Zərdab rayonunun Əlvənd kəndində mağaza kimi işlətmək üçün bina icarəyə götürüb, “X20” adlandırdıqları həmin mağazanın işlədilməsini qohumu olan və bu sahədə təcrübəsi olan Cavabdeh təklif etmiş və sonuncu bu təklifi qəbul edib, 27 iyul 2022-ci ildən həmin mağazanı işlətməyə başlamışdır. Aralarında yazılı müqavilə olmasa da, şifahi razılaşmalarına əsasən cavabdehin mağazası onun tərəfindən müxtəlif mallarla təmin edilməli və cavabdeh isə ondan aldığı həmin malların satışını həyata keçirib, pulunu ödəməli idi. Buna görə də, onun işlətdiyi “Sunni Mart” mağazasından cavabdehin işlətdiyi “X20” mağazasına 27 iyul 2022-ci ildən 30 aprel 2023-cü il tarixədək daxili satış qaimələrinə əsasən müxtəlif adda və çeşiddə mal və məhsullar verilmişdir. Cavabdeh isə aldığı malları satdıqca pulunu ödəməli idi və cavabdeh bu münasibətləri davam etdiyi müddətdə aldığı mallara görə hissə-hissə olmaqla müəyyən məbləğlərdə ödənişlər etmişdir. 30 aprel 2023-cü ildən etibarən isə Cavabdehlə aralarında olan bu alış-veriş münasibətləri bitmişdir. Lakin, Cavabdeh 30 aprel 2023-cü il tarixdə mağazanı işlətməyə son verdikdən sonra verilmiş mallara görə qalıq borcu olan 74266,22 manat pulu ödəməkdən imtina etmişdir. Yəni, cavabdeh verilən malları təhvil alıb, işlətdiyi mağazada satışını həyata keçirmiş olsa da, həmin mallara görə yaranmış qalıq borcunu ödəməkdən imtina etmişdir. Borcun olması məhkəməyə təqdim etdiyi satış qaimələri və ödəniş qəbzləri ilə təsdiq olunur. Cavabdeh isə müəyyən qaimələrdə imzanın ona məxsus olmamasını iddia edərək, borcun ödənməsindən yayınmağa çalışır. Halbuki, onun işçiləri malları aparıb təhvil verəndə, Ramil işdə olubsa, Ramilin özünə imza çəkdirib təhvil veriblər, işdə olmayıbsa Ramilin işçilərinə təhvil veriblər. Fakturanın bir nüsxəsinə malı verən qismində o, imza çəkmiş, bir nüsxəsinə isə Ramil maqazində olubsa, Ramilin özü imza çəkmiş, özü olmadıqda isə işçiləri imza çəkərək, malları təhvil götürmüşlər. Bəzən isə mallar Ramil mağazada olmadıqda imza çəkilmədən təhvil verilmişdir ki, sonradan həmin qaimələri Ramil imzalasın. Qohumluqları və aralarında etibar olduğu üçün mal verilərkən ayrı-ayrı bəzi qaimələr imzalanmasa da, növbəti qaimələri imzalamaqla Ramil aldığı mallara görə ümumi qalıq borcun olmasını təsdiq etmişdir. Hətta, cavabdehin özünün şəxsən imzaladığı 29 aprel 2023-cü il tarixli sonuncu qaimədən də görünür ki, həmin tarixdə aldığı mallara görə də hesabat aparıldıqdan sonra cavabdehin ona ümumilikdə 74266,22 manat məbləğində borcu qalmışdır. Belə ki, cavabdehə 29 aprel 2023-cü il tarixdə sonuncu dəfə mal göndərilmiş və həmin tarixli satış qaiməsinə cavabdeh özü imza çəkib malları qəbul etmişdir. Cavabdehin özünün şəxsən imzaladığı digər əvvəlki qaimələrdə olduğu kimi, həmin qaimədə də açıqaşkar olaraq qalıq borc qismində son borc da göstərilmişdir və bunu cavabdehin görməməsi mümkün deyildir. Çünki, onların arasında təxminən 9 ay ərzində davam edən alqı-satqı zamanı əvvəldən sonadək verilən bütün qaimələrdə son qalıq borclar göstərilmişdir və cavabdeh həmin borcla razı deyildisə, qaimələri imzalamaya və yaxud imzalayarkən son borcla əlaqədar öz etirazını yaza və ya son borc məbləğinin üstündən xətt çəkə bilərdi. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş İddiaçı nümayəndəsi Vəkil da Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)-527/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)-527/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi və Cavabdeh 73000 manat məbləğində borcun və 309 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)-527/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və məhkəmə iclaslarında izahatlarında və verilmiş suallara cavablarında öz mövqeyini onunla əsaslandırmışdı ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi Zərdab rayonunun Əlvənd kəndində yerləşən və “X20” adlandırılan mağazanı işlətmiş və mağazanı işlətdiyi dövrdə iddiaçı X3 aldığı malların pulunu ödəmişdir. Mağazanı təhvil verərkən onun iddiaçıya borcu qalmamışdır. O, özünün təhvil aldığı mallara görə qaimələri imzalamış və pulunu da ödəmişdir. Onun obyektində olan işçilər yalnız malların daşınmasında ona kömək ediblər, qaimələrə imzaları isə özü çəkmişdir. Birinci instansiya məhkəməsində alınmış ekspert rəyindən də məlum olur ki, iddiaçının təqdim etdiyi və onun imzası ilə imzalandığını iddia etdiyi qaimə-fakturalarda olan imzaların bir çoxu ona aid olmamışdır. Bu isə o deməkdir ki, iddiaçı imzaları saxtalaşdırmış və məhkəməyə saxta sübut təqdim etmişdir. İddiaçı onunla işlədiyi müddətdə böyük dövriyyələr etsəydi, mütləq şəkildə onunla müqavilə bağlayardı. Lakin aralarında rəsmi olaraq heç bir müqavilə bağlanmamışdır. Təhvil-təslim aktının olmaması isə ümumiyyətlə iddiaçının iddiasının əsassız olması deməkdir. Kağız qaimə fakturalar borcun etirafı olan sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, ona məxsus imzalar yalnız “Təhvil aldım” sözünün qarşısından çəkilmiş və bununla da malların onun tərəfindən alınması etiraf olunmuşdur. Həmin imza heç bir halda imzasından aşağıda və ya yuxarıda yazılmış pulun “borc” kimi qiymətləndirilməsinə əsas ola bilməz. Qeyd etmək lazımdır ki, Cavabdeh birinci instansiya məhkəməsində aparılan icraat zamanı və eləcə də, apellyasiya instansiyasında 05 dekabr 2024-cü ildə keçirilən məhkəmə iclasında imzası olan “mal məxarici” qaimələrində “Son borc” qrafasında qeyd olunmuş qalıq borc məbləğləri ilə əlaqədar verilən suallara cavab olaraq ”məhsulu qəbul edərkən son borca əhəmiyyət vermədiyini və yalnız təhvil aldığı mala görə həmin qaimələri imzaladığını” bildirsə də, iş üzrə apellyasiya instansiyasında 10 sentyabr 2025-ci ildə keçirilən sonuncu məhkəmə iclasında isə məlum qaimələrin “Son borc” qrafasında qeyd olunmuş qalıq borc məbləğləri ilə əlaqədar verilən suala cavab olaraq bildirmişdir ki, “qaimənin “son borc” hissəsi ilə əlaqədar Ülvi ona demişdir ki, həmin “son borc” kimi göstərilən məbləğin ona aidiyyəti yoxdur. O, qohum kimi Ülviyə inanıb “son borc” kimi borc məbləğlərinin yazıldığı qaimələri imzalamışdır”. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 da apellyasiya şikayətini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)- 527/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini – tərəflər arasında hər hansı bir müqavilənin, üzləşmə aktının və borcu təsdiq edən digər sənədlərin olmaması və birinci instansiya məhkəməsində keçirilən ekspertiza rəyi ilə əsaslandırdı. Qeyd etmək lazımdır ki, apellyasiya icraatı zamanı Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2024-cü il tаrixli qərаrdаdına əsasən İddiaçı apellyasiya şikayətinə baxılması ilə əlaqədar iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və bununla əlaqədar iddiaçı tərəfindən məhkəməyə İddiaçı aid “Sunny Mart” mağazasından (satış qaimələrində “X21” kimi qeyd olunan mağazadan) 27 iyul 2022-ci ildən 30 aprel 2023-cü il tarixinədək Zərdab rayonu Əlvənd kəndi ərazisində yerləşən Cavabdeh işlətdiyi mağazaya (satış qaimələrində “mal alan: “X20”” kimi qeyd olunan mağazaya) təqdim edilən (verilən) mallar (məhsullar) haqqında sənədlər (həmin sənədlərin qarşı tərəfə təqdim edilərək imzalanan nüsxələri birinci instansiya məhkəməsində aparılan icraat zamanı təqdim olunsa da, apellyasiya icraatında tərəflər arasında bütün dövriyyəni əhatə edən sənədlərin iddiaçı tərəfin kompyuterində olan hissələri çap edilərək təqdim edilmişdir) və eyni zamanda, həmin mallara görə edilmiş ödənişlər barədə sənədlər, 06 dekabr 2024-cü il tarixli maliyyə arayışı və digər sənədlər məhkəməyə təqdim olunmuşdur. Lakin, məhkəmə araşdırması zamanı Cavabdeh müvafiq suallar verilərək, tərəflər arasında olan mövcud alqı-satqı üzrə onun özündə iddiaçıdan aldığı mallar və ödədiyi pullarla əlaqədar sənədlərin, yəni işlətdiyi mağazanın mübahisə predmeti olan dövrə aid dövriyyəsini müəyyən edən sənədlərin olub-olmaması soruşularaq, belə bir sənədlər olduğu halda həmin sənədlərin məhkəməyə təqdim olunması təklif edilsə də, o, işlətdiyi mağazanın 27 iyul 2022-ci ildən 30 aprel 2023-cü ilədək dövrü əhatə edən fəaliyyəti ilə əlaqədar onda hər hansı bir sənədin olmasını məhkəmə iclasında təsdiq etməmiş və məhkəməyə işlətdiyi mağazanın mübahisəli dövrə aid dövriyyəsini, yəni iddiaçıdan aldığı malların və ödədiyi pulların hesabatını əks etdirən heç bir sənəd təqdim etməmişdir. Bundan əlavə, Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2024-cü il tаrixli qərаrdаdı ilə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Rəvan Nağızadə tərəfindən məhkəməyə “əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi” barədə 18 mart 2025-ci il tarixli 3-16-16/2-9/2072/2025 nömrəli vəsatət təqdim olunmuş və həmin Vəsatətdə - İddiaçı məxsus “X21” və Cavabdeh işlətdiyi “X20” mağazaları arasında olan alqı-satqı və maliyyə-təsərrüfatı fəaliyyətinin yoxlanmasına dair auditor rəyinin təqdim edilməsi xahiş olunmuşdur. Həmin vəsatət əsasında iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli SA 074 saylı İcazə ilə fəaliyyət göstərən sərbəst auditor X11 tərəfindən tərtib edilən 18 aprel 2025-ci il tarixli 34 nömrəli Audit Rəyinə əlavə edilmiş 18 aprel 2025-ci il tarixli “Audit prosedurlarının aparılmasına dair” Aktın 3-cü və 4-cü bölmələrində göstərilmişdir ki, “3. Fiziki şəxs Cavabdeh audit olunan dövr ərzində fəaliyyəti üzrə mal sənədləşmələrinin auditi: - Təqdim edilmiş sənədlərdən görünür ki, sahibkar X10 qaimələr əsasında fiziki şəxs Cavabdeh satış məqsədi ilə müəyyən malları təhvil vermişdir. Malların buraxılışına dair tərtib olunmuş bu qaimələrdə buraxilmiş malların adı, miqdarı və dəyəri göstərilməklə, həmən günün sonuna Cavabdeh sahibkara qalıq borcu da qeyd olunmuşdur. Bu qaimələrin qarşısında Cavabdeh imzaları da qeyd olunmuşdur. Bəzi qaimələrdə Cavabdeh imzalarının olmamasına baxmayaraq, onun imzası olmayan qaimələrdən sonrakı qaimələrdə götürdiyi mallar əlavə olunmaqla və ödəniş pulları çıxıldıqdan sonra günün sonuna olan borc qalıqları qeyd olunmuş qaimələrdə Cavabdeh imzaları vardir ki, bununla da Cavabdeh son borc qalıqları eynilik təşkil etmişdir. 4. Fiziki şəxs Cavabdeh Mal dövriyyəsinin auditi: - Cavabdeh mal dövriyyəsi terminalın və sistemin məlumatlarına (qaimələrə, ödəniş qəbzlərinə, sistemdən çıxarışlara) əsasən aşağıdakı kimi müəyyən olundu: 1). Audit olunan dövrdə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi sahibkardan öhdəsinə mal təhvil almışdır:- 413.610,48 manatlıq; 2). Audit olunan dövrdə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi aldığı malların satış pulundan sahibkara təhvil vermişdir:- 332.384,80 manat; 3). Audit olunan dövrdə sahibkara mal qaytarmışdır:- 6.960,26 manatlıq; 4). Audit olunan dövrün sonuna, yəni xx.xx.2023-cü il tarixə fiziki şəxs Cavabdeh sahibkar X7 borcu qalmışdır: -74.266,22 manat.” Cavabdeh isə 20 may 2025-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək, 18 aprel 2025-ci il tarixli audit rəyini etibarsız hesab edib, bununla bağlı Məhkəmə Ekspertiza Mərkəzinə məlumat verilməsini xahiş etmiş və həmin ərizəsini onunla əsaslandırmışdır ki, 18 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X11 tərəfindən verilmiş audit rəyi maddi və prosessual hüquq normalarına riayət olunmadan keçirilmiş və bununla da səhv qənaətə gəlinmişdir. Tərtib olunmuş audit rəyi hüquqlarını pozduğu üçün Azərbaycan Respublikası Auditorlar Palatasına müraciət ünvanlamışdır. Müraciəti əsasında sərbəst auditor X2 tərəfindən audit yoxlaması aparılmışdır. xx.xx.2025-ci il tarixdə verilmiş həmin auditorun hesabatında X9 14 aprel 2025-ci il tarixli № 074/34 saylı müqavilə əsasında xx.xx.2025-ci il tarixdə təhvil verdiyi audit rəyinin standartlara uyğun olmadığı, sübut kimi təsdiqedici sənədlərin olmadığı müəyyən olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2024-cü il tаrixli qərаrdаdı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16 iyul 2025-ci il tarixli 9/2888 nömrəli X12 hissəsində göstərilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan Audit yoxlamasından göründüyü kimi İddiaçı məxsus (VÖEN **********) “Sunny Mart” mağazasında yaranmış çatışmazlıqla bağlı hesablamalar daxili qaimə-fakturalar, cədvəl məlumatları, təhvil-təslim aktları, məxaric qəbzləri və s. əsasında aparılmışdır. Bundan başqa mövcud iş materiallarında ciddi mühasibat sənədləri (elektron qaimə fakturalar, inventarizasiya aktı (malların inventarizasiya qaydalarının tələblərinə uyğun olan), ilkin qalıqla bağlı məlumat və s.) mövcud olmadığından İddiaçı məxsus (VÖEN **********) “Sunny Mart” mağazasında yaranmış çatışmazlığın olub-olmamasını müəyyən etmək mümkün olmadı. Bildirilir ki, Azərbaycan Respublikasının “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən aşağıdakı anlayışlardan istifadə olunmuşdur: məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır; məhkəmə ekspertizası fəaliyyəti - məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi biliklər vasitəsi ilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyır; məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Ekspertiza təyini haqqında qərarda ekspert qarşısında qoyulan suallara cavab olaraq bildirilir ki, hazırki iş materiallarında olan sənədlər əsasında tədqiqat aparılması üçün (ekspert qarşısında suallarda qoyulduğu üzrə mağazaya təqdim olunmuş məhsulların ümumi dəyəri, ödənilən pul vəsaitlərinin tarixi və məbləğinin müəyyənləşdirilməsi və s.) hər hansı bir xüsusi biliyə ehtiyac yoxdur.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)-527/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; 14.2.6. Başqa şəxsə zərər vurulması; 14.2.7. Əsassız varlanma; 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

165. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, İddiaçı apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)-527/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, qohumluq münasibətləri olan hüquqi şəxs yaratmadan fərdi sahibkar İddiaçı (VÖEN: **********) və hüquqi şəxs yaratmadan fərdi sahibkar Cavabdeh (VÖEN: **********) arasında şifahi razılıq əsasında 2022-ci ilin iyul - 2023-cü ilin aprel aylarını əhatə edən dövrdə nisyə alqı-satqı münasibətləri olmuşdur. Bu münasibətlər hər hansı bir yazılı müqavilə ilə təsbit olunmasa da, onların həmin münasibətlərini xarakterizə edən və hər iki tərəfin iştirakçısı olduqları qarşılıqlı hərəkətlər, bu hərəkətlərin təsdiqi kimi tərtib olunmuş və hər birinin sonundakı “Son borc” qrafasında qalıq borc məbləğinin qeyd olunduğu mal-məxarici qaimələri (satış qaimələri), ödəniş sənədləri və digər faktiki xüsusatlarla təsdiq olunur ki, Zərdab şəhəri ərazisində yerləşən və İddiaçı aid “Sunny Mart” mağazasından (satış qaimələrində “X21” kimi qeyd olunan mağazadan) 27 iyul 2022-ci ildən 30 aprel 2023-cü il tarixinədək (sonuncu qaimə ilə mal 29 aprel 2023-cü ildə verilmişdir) Zərdab rayonu Əlvənd kəndi ərazisində yerləşən və Cavabdeh işlətdiyi mağazaya (satış qaimələrində “mal alan “X20”” kimi qeyd olunan mağazaya) mütəmadi və davamlı olaraq ayrı-ayrı günlərdə və vaxtlarda müxtəlif adda və çeşiddə ərzaq malları, spirtli içkilər və digər müxtəlif mal və məhsullar verilmişdir. Təqdim olunan sənədlərdən görünür ki, iddiaçı tərəfə aid mal verən “X21” adlanan mağazadan cavabdeh tərəfə aid mal alan “X20” adlanan mağazaya ilk mal verilmə qaimələri 27 iyul 2022-ci ildə və sonuncu mal verilmə qaiməsi isə 29 aprel 2023-cü ildə tərtib edilmiş və hər bir qaimədə faktiki verilən malların dəyəri və edilən ödənişlər nəzərə alınmaqla, yekun qalıq borc məbləği də “Son borc” sətrində aydın kompyuter şriftləri ilə qeyd olunaraq, həmin sətirdən sonra malları təhvil alan şəxs (cavabdeh) tərəfindən həmin qaimələr imzalanmışdır (birinci instansiya məhkəməsi tərəfindən keçirilən məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə bu kimi qaimələrin əksəriyyətinin, yəni 80 ədəddən çoxunun Cavabdeh tərəfindən imzalandığı, 33 ədədinin isə onun tərəfindən imzalanmadığı müəyyən edilmişdir). Yəni, iddiaçıya aid “Sunny Mart” mağazasından cavabdehin işlətdiyi “X20” adlanan mağazaya 27 iyul 2022-ci ildən etibarən mütəmadi və davamlı olaraq müxtəlif adda ərzaq, spirtli içki və digər mal-məhsullar verilməyə başlanmış və sonuncu dəfə həmin mağazaya iddiaçı tərəfindən 29 aprel 2023-cü ildə mal verilmişdir (29 aprel 2023-cü ildə tərtib edilmiş həmin qaimənin “Təhvil aldı” qrafasında olan imzanın Cavabdeh məxsus olması ekspert rəyi ilə təsdiq olunmuşdur). Cavabdeh tərəfindən isə həmin mallara görə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla iddiaçıya müxtəlif məbləğlərdə pul vəsaitləri ödənilərək, bu ödənişləri təsdiq edən sənəd kimi müvafiq olaraq “kassa mədaxil orderləri” tərtib edilmiş və həmin Orderlərdə “mal alan “X20” tərəfindən alınan mallara görə “X21” kimi qeyd olunan mağazaya müxtəlif məbləğlərdə pul ödənişlərinin edildiyi” qeyd olunmuşdur. Göründüyü kimi, işin yuxarıda qeyd olunan mübahisəsiz və konkret hallarına görə tərəflər arasında hər hansı bir yazılı alqı-satqı müqaviləsi olmasa da, onların arasında 27 iyul 2022-ci ildən 30 aprel 2023-cü il tarixinədək mövcud olmuş qarşılıqlı işgüzar münasibətləri əsasında formalaşan və onların bu qarşılıqlı sahibkarlıq fəaliyyətləri üzrə konkret işgüzar adət halını almış qaydalara uyğun alqı-satqı münasibətləri olmuşdur. Tərəflərin bu işgüzar münasibətləri - iddiaçı tərəfindən (iddiaçıya aid “X21” kimi qeyd olunan mağazadan) “mal məxarici” qaimələrinin tərtib edilməsi ilə müşayiət olunan satış üçün nəzərdə tutulan müxtəlif adda və çeşiddə ərzaq, spirtli içki və digər malların ayrı-ayrı günlərdə və vaxtlarda davamlı olaraq cavabdeh tərəfə (cavabdehin işlətdiyi “X20” adlanan mağazasına) verilməsi, cavabdeh tərəfin isə həmin mallara görə “kassa mədaxil orderləri” ilə müxtəlif məbləğlərdə pul vəsaitlərinin iddiaçı tərəfə ödənilməsindən - ibarət olmuşdur. Lakin, Cavabdeh tərəflər arasında 27 iyul 2022-ci ildən 30 aprel 2023-cü il tarixinədək ümumilikdə yuxarıda qeyd olunan qaydada alqı-satqı münasibətlərinin olmasını təsdiq etsə də, bu alqı-satqı üzrə onun iddiaçı tərəfə borcu qalmadığını və aldığı malların pulunu tam ödədiyini bildirmiş və bu barədə mövqeyini məhkəmə araşdırmaları zamanı aşağıda sadalanan müəyyən fərqli dəlillərə istinad etməklə əsaslandırmışdır: - Cavabdeh hazırkı iddia ərizəsi üzrə məhkəmə prosesi başlandıqdan sonra 16 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia tələbinə qarşı yazılı Etirazında - “iddiaçı ilə heç bir tanışlığının olmadığını və ondan heç bir məhsul almadığını”, “İddiaçı “Sunny Mart” ticarət mərkəzi ilə əlaqəsinin olmadığını” və “müxtəlif zamanlarda Zərdab rayonunda yerləşən “Sunny Mart” ticarət mərkəzindən satış məqsədi ilə müxtəlif növ ərzaq və digər vasitələr aldığını və alınmış ümumi məhsulların maya dəyərinin 17380 manat civarında olduğunu və həmin məbləğin də onun tərəfindən tam şəkildə “Sunny Mart” ticarət mərkəzinə ödənildiyini” bildirərək, “X20” tərəfindən alınan mallara görə “X21” kimi qeyd olunan mağazaya 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında hissəhissə olmaqla ümumilkdə 17380 manat məbləğində pul ödənişlərinin edildiyini təsdiq edən cəmi 12 ədəd kassa mədaxil orderini məhkəməyə təqdim etmişdir (1-ci cild, səhifə: 52-66). - Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarından ibarət kompleks ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 10 iyul 2024-cü il tarixli 4/802-9/4068 nömrəli ekspert rəyi verildikdən və həmin Rəydə məhkəmə-xətşünaslıq ekspertizası üzrə “Ekspertizaya təqdim edilmiş, işin 95-ci vərəqinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, 61-125 sıralardan ibarət qaimədə, xx.xx.2023-cü il tarixli (“Son borc: 80653,99” yazılan 02 ədəd), xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (Son borc: 77892,68 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli (“Son borc: 81441,74” yazılan), 27.11,2022-ci il tarixli, 26.11,2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, 16.11,2022-ci il tarixli (02 ədəd), 11.11,2022-ci il tarixli, 10.11 2022-ci il tarixli, 21,10.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, “Son borc: 75317,06” yazılan qaimədə, “Son borc: 76202,25" yazılan qaimədə, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, 14.11,2022-ci il tarixli, İşin 96-cı vərəqinə əlavə olunmuş xx.xx.2022ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli (“Son borc: 85684,92” yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (“Son borc: 76637,67), xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (“Son borc: 75 318,96” yazılan), xx.xx.2023-cü il tarixli (“Son borc: 78907,89 yazılan), 24.01.2O23-cü il tarixli, xx.xx.2023cü il tarixli (“Son borc: 77037, 05” yazılan), xx.xx.2022-ci il tarixli, 27.10 2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli (“Son borc 88442,10 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli (03 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2023cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli təhviltəslimlə bağlı “mal məxarici” qaimələrindəki "Təhvil aldı" qrafalarındakı imzaların - Cavabdeh tərəfindən icra olunduğu müəyyən edildikdən (1-ci cild, səhifə: 132-139) sonra Cavabdeh 10 sentyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə yenidən iddia tələbinə qarşı yazılı “Etiraz və qeydlər” təqdim edərək, həmin Etirazında isə iddianı qəbul etməməsini – “iddiaçının onunla müqavilə bağlamaması, elektron qaimə tərtib etməməsi, təhvil-təslim aktının olmaması, kağız qaimə fakturaların borcun etirafı olan sənəd kimi qiymətləndirilməməsi, ona məxsus imzaların yalnız “Təhvil aldım” sözünün qarşısında çəkilərək, bununla da malların onun tərəfindən alınmasının etiraf olunması və həmin imzanın heç bir halda imzasından aşağıda və ya yuxarıda yazılmış pulun “borc” kimi qiymətləndirilməsinə əsas ola bilməməsi” ilə əsaslandırmışdır. - Bundan əlavə, məhkəmə araşdırmaları zamanı da məhkəmə iclaslarında Cavabdeh imzasının olduğu təsdiq edilən mal-məxarici qaimələrində, yəni malların təhvil verilməsi, təhvil verilən malların qiymətinin, çeşidinin, miqdarının, barkodlarının və “Son borc” məbləğləri qeyd olunduqdan sonra “Təhvil aldım” sətirinin qarşısında imzanın çəkildiyi təhvil-təslim sənədlərində, eləcə də “Son borc: 74266,22” qeyd olunan 29 aprel 2023-cü il tarixli 141204 nömrəli məxaric qaiməsinin imzalaması ilə əlaqədar fərqli izahatlar verərək, bu xüsusat üzrə mövqeyini ziddiyyətli dəlillərlə əsaslandırmışdır. Yəni, Cavabdeh birinci instansiya məhkəməsində iştirak etdiyi məhkəmə iclaslarında və eləcə də, iş üzrə apellyasiya instansiyasında 05 dekabr 2024-cü ildə keçirilən məhkəmə iclasında imzası olan “mal məxarici” qaimələrindəki “Son borc” qrafasında qeyd olunmuş qalıq borc məbləğləri ilə əlaqədar verilən suallara cavab olaraq ”məhsulu qəbul edərkən son borca əhəmiyyət vermədiyini və yalnız təhvil aldığı mala görə həmin qaimələri imzaladığını” bildirsə də, iş üzrə apellyasiya instansiyasında 10 sentyabr 2025-ci ildə keçirilən sonuncu məhkəmə iclasında isə məlum qaimələrin “Son borc” qrafasında qeyd olunmuş qalıq borc məbləğləri ilə əlaqədar verilən suala cavab olaraq bildirmişdir ki, “qaimənin “son borc” hissəsi ilə əlaqədar Ülvi ona demişdir ki, həmin “son borc” kimi göstərilən məbləğin ona aidiyyəti yoxdur. O, qohum kimi Ülviyə inanıb “son borc” kimi borc məbləğlərinin yazıldığı qaimələri imzalamışdır”. - Eləcə də, 10 sentyabr 2025-ci ildə keçirilən sonuncu məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 da izahatında iddiaya qarşı etirazını “tərəflər arasında hər hansı bir müqavilənin, üzləşmə aktının və borcu təsdiq edən digər sənədlərin olmaması” ilə əsaslandırmışdı. Göründüyü kimi, cavabdeh tərəf məhkəmə araşdırması zamanı iddia tələbinə etirazını ziddiyyətli və fərqli dəlillərə istinad etməklə əsaslandırmış və işin aşağıda qeyd olunan konkret hallarına görə cavabdeh tərəfin bu arqumentləri təsdiq olunmamışdır: - Birincisi, cavabdeh tərəfin “iddiaçını tanımaması, ondan heç bir mal almaması” və s. bu kimi dəlilləri sonradan aparılan məhkəmə araşdırmaları zamanı onun özü tərəfindən sonrakı izahatlarında və eyni zamanda, iddiaçı tərəfin təqdim etdiyi sənədlər, ekspertiza rəyi və digər işin konkret və mübahisəsiz halları ilə təkzib olunmuşdur. - İkincisi, “mal məxarici” qaimələrində “Son borc” qrafasında qeyd olunmuş qalıq borc məbləğləri ilə əlaqədar cavabdeh tərəfin ”məhsulu qəbul edərkən son borca əhəmiyyət verməməsi və yalnız təhvil aldığı mala görə həmin qaimələri imzalaması” barədə dəlilinin əsassızlığını təsdiq edən işin konkret halları ondan ibarətdir ki, tərəflər arasında 27 iyul 2022-ci ildən 29 aprel 2023-cü il daxil malların verilməsi ilə əlaqədar tərtib edilmiş bütün “mal məxarici” qaimələrində, o cümlədən də cavabdehin imzası olan bütün qaimələrdə “Son borc” qrafasında qalıq borc məbləğləri göstərilmiş və cavabdeh həmin qrafadan sonra qeyd olunan qaimələri imzalamışdır. Bu halda isə onun həmin “Son borc” qrafasında qeyd olunmuş qalıq borc məbləğlərini “görməməsi” və yaxud, “onlara diqqət yetirməməsi” kimi dəlillərinin əsassızlığı tam təsdiq olunur. Halbuki, məlum qaimələrin “Son borc” qrafasında qeyd olunan qalıq borc məbləğləri hər bir qaimə əsasında verilən malların miqdarından və hissə-hissə edilən ödənişlərin məbləğindən asılı olaraq artır və yaxud, azalır. Yəni, malların verilməsinin və malların verilməsinə görə ödənilən pulların vaxtını və miqdarını əks etdirən sənədlərin bilavasitə tədqiqi zamanı, həmçinin həmin sənədlər əsasında ekspert tərəfindən, iddiaçının özü və yaxud, audit tərəfindən tərtib edilmiş cədvəllərdən görünür ki, təxminən 20-25 gün ərzində mallar verildikdən sonra qarşı tərəf ödənişlər etməyə başlamış və bu ödənişlərin miqdarından və davamlı olaraq verilən malların miqdarından asılı olaraq “Son borc” qrafasında qeyd olunan qalıq borc məbləğləri artmış və yaxud azalmışdır. Məsələn, elə məlum ekspert rəyi ilə cavabdehin imzalarının həqiqiliyinin müəyyən olunduğu xx.xx.2022-ci il tarixli qaimədə “Son borc: 85684,92” manat, xx.xx.2022-ci il tarixli qaimədə “Son borc: 75317,06” manat, xx.xx.2022-ci il tarixli qaimədə “Son borc: 88442,10” manat, xx.xx.2022-ci il tarixli qaimədə "Son borc: 81441,74" manat, xx.xx.2023-cü il tarixli qaimədə “Son borc: 77037,05” manat, xx.xx.2023-cü il tarixli qaimədə “Son borc: 78907,89” manat, xx.xx.2023-cü il tarixli qaimədə “Son borc: 75318,96” manat, xx.xx.2023-cü il tarixli qaimədə “Son borc: 77892,68” manat, xx.xx.2023-cü il tarixli qaimədə "Son borc: 80653,99" manat və xx.xx.2023-cü il tarixli sonuncu qaimədə isə "Son borc: 74266,22" manat olması yazılmışdır. Qeyd etmək lazımdır ki, malların buraxılışına dair tərtib olunmuş bu qaimələrdə hər dəfə verilən malların adı, miqdarı və dəyəri ayrı-ayrılıqda göstərilməklə, həmin qaimədə həmin mal alışı zamanı edilən pul ödənişi də nəzərə alınmaqla, bu münasibətlərin başlandığı vaxtdan ödənilməmiş qalıq borc məbləği də “Son borc” sətrində göstərilmiş və bundan sonra mal alan tərəf həmin qaiməni “Təhvil aldı” sətrinin qarşısında imzasını çəkmişdir. Yəni, qaimələrin tədqiqi zamanı müəyyən olunur ki, 27 iyul 2022-ci ildən 29 aprel 2023-cü il daxil tərtib edilmiş bütün qaimələrdə “Son borc” qrafası da mövcud olmuş və bu qrafada qeyd olunan qalıq borc məbləğləri verilən malın dəyəri və edilən ödənişlərin miqdarından asılı olaraq artmış və yaxud azalmışdır. Məsələn, cavabdeh tərəfin imzasının olub-olmamasından asılı olmayaraq məlum qaimələrin sistemli tədqiqi zamanı müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh tərəfə mal verilməsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli 153455 №-li birinci qaimədə “verilən malın cəmi məbləği 4620,94 manat, “Son borc” da 4620,94 manat” qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli 187983 №-li ikinci qaimədə isə verilən malın cəmi məbləği 5840,61 manat, “Son borc” isə 10461,55 manat məbləğində qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli 193532 №-li üçüncü qaimədə verilən malın cəmi məbləği 3256,19 manat, “Son borc” 13717,74 manat məbləğində, xx.xx.2022-ci il tarixli qaimədə “Son borc: 88442,10” manat, xx.xx.2022-ci il tarixli qaimədə "Son borc: 81441,74" manat, xx.xx.2023-cü il tarixli qaimədə “Son borc: 77892,68” manat, xx.xx.2023-cü il tarixli qaimədə "Son borc: 80653,99" manat və xx.xx.2023-cü il tarixli sonuncu qaimədə isə "Son borc: 74266,22" manat məbləğində olduğu qeyd olunmuşdur. Beləliklə, cavabdeh tərəfin işlətdiyi “X20” adlanan mağazasına davamlı olaraq mallar təhvil verildikcə, iddiaçı tərəfin işlətdiyi və qaimələrdə “X21” kimi qeyd olunan mağazanı işlədən iddiaçı tərəfindən tərtib edilmiş qaimələrdə hər dəfə verilən malların dəyəri ilə birlikdə “Son borc” sətrində ödənilməmiş qalıq borc məbləğləri də qeyd olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 10 iyul 2024-cü il tarixli 4/802- 9/4068 nömrəli ekspert rəyindən də görünür ki, ekspertiza zamanı tədqiq olunan cavabdeh tərəfindən imzalanmış 80 ədəddən çox təhvil-təslimlə bağlı “mal məxarici” qaimələrindəki son borc məbləğləri də qeyd edilmişdir (Məsələn, "Son borc: 80653,99", “Son borc: 77892,68”, "Son borc: 80653,99", "Son borc: 74266,22" manat və s. yazılmış və həmin qaimələr cavabdehin özü tərəfindən çəkilmiş imzalarla təsdiq edilmişdir). Qeyd etmək lazımdır ki, bəzi qaimələrdə Cavabdeh imzalarının olmamasına baxmayaraq, onun imzası olmayan qaimələrdən sonrakı qaimələrdə, yəni sonradan götürdüyü mallar əlavə olunmaqla və ödənilən pul məbləğləri ümumi borcdan çıxılmaqla, günün sonuna olan borc qalıqları qeyd olunmuş çoxsaylı qaimələrdə Cavabdeh imzaları vardir ki, bununla da o, həmin imzaladığı qaimələrdə son borc qalıqlarını təsdiq etməklə, imzaladığı günədək ümumi dövriyyəni əhatə edən məlumatları da təsdiq etmişdir. Həmçinin, iş üzrə apellyasiya instansiyasında 10 sentyabr 2025-ci ildə keçirilən sonuncu məhkəmə iclasında cavabdehin “qaimənin “son borc” hissəsi ilə əlaqədar Ülvi ona demişdir ki, həmin “son borc” kimi göstərilən məbləğin ona aidiyyəti yoxdur. O, qohum kimi Ülviyə inanıb “son borc” kimi borc məbləğlərinin yazıldığı qaimələri imzalamışdır” kimi arqumentinin doğruluğu və əsaslılığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. - Üçüncüsü, cavabdeh tərəfin “tərəflər arasında hər hansı bir müqavilənin, üzləşmə aktının və borcu təsdiq edən digər sənədlərin olmaması” kimi dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda təsvir olunanlardan görünür ki, tərəflər arasında hər hansı bir yazılı alqı-satqı müqaviləsi olmasa da, onların arasında 27 iyul 2022-ci ildən 30 aprel 2023-cü il tarixinədək mövcud olmuş qarşılıqlı işgüzar münasibətləri əsasında formalaşan və onların bu qarşılıqlı sahibkarlıq fəaliyyətləri üzrə konkret işgüzar adət halını almış qaydalara uyğun alqı-satqı münasibətlərinin olması və bu işgüzar münasibətlər zamanı iddiaçı tərəfindən “mal məxarici” qaimələrinin tərtib edilməsi ilə müşayiət olunan satış üçün nəzərdə tutulan müxtəlif adda və çeşiddə ərzaq, spirtli içki və digər malların ayrı-ayrı günlərdə və vaxtlarda davamlı olaraq cavabdeh tərəfə verilməsi, cavabdeh tərəfin isə həmin mallara görə “kassa mədaxil orderləri” ilə müxtəlif məbləğlərdə pul vəsaitlərini iddiaçı tərəfə ödəməsi təsdiq olunmuşdur. Bununla bağlı bütün sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və bu sənədlər əsasında da yuxarıda qeyd olunan ekspertizanın keçirilməsi və 10 iyul 2024-cü il tarixli 4/802-9/4068 nömrəli ekspert rəyinin alınması mümkün olmuşdur. Lakin, məhkəmə araşdırması zamanı Cavabdeh müvafiq suallar verilərək, tərəflər arasında olan mövcud alqı-satqı üzrə onun özündə iddiaçıdan aldığı mallar və ödədiyi pullarla əlaqədar sənədlərin, yəni işlətdiyi mağazanın mübahisə predmeti olan dövrə aid dövriyyəsini müəyyən edən sənədlərin olub-olmaması soruşularaq, belə bir sənədlər olduğu halda həmin sənədlərin məhkəməyə təqdim olunması təklif edilsə də, o, işlətdiyi mağazanın 27 iyul 2022-ci ildən 30 aprel 2023-cü ilədək dövrü əhatə edən fəaliyyəti ilə əlaqədar hər hansı bir sənədin olmasını məhkəmə iclasında təsdiq etməmiş və işlətdiyi mağazanın mübahisəli dövrə aid dövriyyəsini, yəni iddiaçıdan aldığı malların və ödədiyi pulların hesabatını əks etdirən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, tərəflər arasında təxminən 9 ay ərzində davam edən bu alqısatqı münasibətləri üzrə cavabdeh tərəfin işlətdiyi mağazanın mübahisəli dövrə aid dövriyyəsini əks etdirən sənədlərin olmaması kimi izahatının doğruluğu şübhə doğurmaqla yanaşı, bundan belə bir nəticə çıxır ki, ya cavabdeh tərəf həqiqətən də bu alqı-satqı üzrə heç bir hesabat aparmayaraq, hesabatın iddiaçı tərəfindən aparılmasını qəbul etmiş, ya da apardığı hesabat iddiaya etirazının yuxarıda qeyd olunan dəlillərini təsdiq etmədiyi üçün özünə aid hesabat və sənədlərin məhkəməyə təqdim olunmasına lüzum görməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh tərəfin “üzləşmə aktının olmaması” barədə dəlili ilə əlaqədar qeyd etməyi lazım bilir ki, bu kimi alqı-satqı münasibətləri üzrə üzləşmə aktı hər iki tərəfin sənədləri əsasında aparılmalı olduğuna görə, bu alqı-satqının digər tərəfi olan cavabdehin sənədləri olmadığı və yaxud, cavabdeh sənəd təqdim etmədiyi halda - qeyd olunan “üzləşmə aktının” tərtib edilməsi mümkün deyildir. Bununla belə, məhkəmə kollegiyası, qeyd etməyi lazım bilir ki, ekspert rəyinə əsasən təhvil-təslimlə bağlı “mal məxarici” qaimələrindəki "Təhvil aldı" qrafalarındakı imzaların Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilən həmin sənədlər - məzmunu və formasına görə mahiyyət etibarilə tərtib edildiyi və imzalandığı günə münasibətdə, tərəflər arasında mövcud olmuş alqı-satqı üzrə qalıq borcu müəyyən edən “Üzləşmə Aktları” kimi qəbul edilməli olan sənədlərdir. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəf özündə olan sənədləri məhkəməyə təqdim etmiş və həmin sənədlər əsasında da keçirilmiş ekspertizanın 10 iyul 2024-cü il tarixli 4/802-9/4068 nömrəli ekspert rəyində məhkəmə-mühasibatlıq ekspertizası qarşısında qoyulmuş sual üzrə “məhkəmə-xətşünaslıq ekspertizası ilə 95 və 96-cı səhifələrdə Cavabdeh imzaladığı təhvil-təslimlə bağlı mal məxarici qaimələrinin ümumi məbləği 71127,50 manat və 94-cü səhifədə təqdim edilmiş mallara görə ödəniş qəbzlərinin ümumi məbləği 73604,00 manat təşkil etdiyi müəyyən edilir” qənaətinə gəlinmişdir. Lakin, həmin ekspert rəyində yalnız Cavabdeh imzasının təsdiq olunduğu təhvil-təslimlə bağlı malməxarici qaimələri üzrə hesabat aparılmış və bu ekspert rəyi əsasında aparılan hesabat tərəflər arasında 27 iyul 2022-ci ildən sonuncu qaimənin tərtib edilərək cavabdeh tərəfindən imzalandığı 29 aprel 2023-cü il tarixinədək davam edən alqı-satqını tam əhatə etməmişdir. Ona görə də, apellyasiya instansiyasında aparılan araşdırma zamanı isə bununla bağlı qəbul edilmiş məhkəmə qərardadı müvafiq ekspertlər tərəfindən mahiyyəti üzrə icra edilməmiş və lazımi ekspertiza tədqiqatı aparılaraq rəy tərtib edilməmişdir. Yəni, Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2024-cü il tаrixli qərаrdаdı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16 iyul 2025-ci il tarixli 9/2888 nömrəli Ekspert Rəyində tərəflər arasında dövriyyəni əhatə edən sənədlər üzrə xüsusi bilik tələb edən müvafiq hesabat aparılmayaraq, yalnız sənədlərin hüquqi qiymətləndirilməsi aparılmaqla rəy tərtib edilmişdir. Həmçinin, iddiaçı tərəfin təqdim etdiyi sənədlər əsasında keçirilmiş 18 aprel 2025-ci il tarixli 34 nömrəli Audit Rəyindən və həmin Rəyə əlavə edilmiş 18 aprel 2025-ci il tarixli “Audit prosedurlarının aparılmasına dair” Aktdan görünür ki, audit olunan dövrdə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi cavabdeh tərəf iddiaçıdan 413.610,48 manatlıq mal təhvil almış, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi aldığı malların satış pulundan cavabdeh iddiaçıya 332.384,80 manat məbləğində pul ödəmiş, həmin audit olunan dövrdə cavabdeh aldığı mallardan 6.960,26 manatlıq malı isə iddiaçıya qaytarmış və audit olunan dövrün sonuna, yəni xx.xx.2023-cü il tarixə Cavabdeh X7 74.266,22 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi 06 dekabr 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi razılaşmaya görə mal alqı-satqısı ilə bağlı təhvil-təslim sənədləşmələrinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər aldığı malın ümumi dəyəri 413610,48 manat, ödədiyi məbləğ 332384 manat, natura formasında qaytarılan malların məbləği isə 6.960,26 manat təşkil edir. Cavabdeh 30 aprel 2023-ci il tarixə 74266,22 manat son borcu qalmışdır (Cavabdeh imzası ilə təsdiq etdiyi 29 aprel 2023-cü il tarixli qaimə-faktura). Maliyyə arayışı qaimə fakturalara, ödəniş qəbzlərinə və qaytarma fakturalarına əsasən tərtib edilmişdir (Qoşma: qaimə fakturalar, ödəniş qəbzləri və qaytarma fakturaları (59 vərəqə)). Göründüyü kimi, yuxarıda təsvir olunan işin mübahisəsiz halları və işin digər təhlil olunan konkret halları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mövcud olmuş alqı-satqı münasibətləri üzrə iddia tələbində tələb olunan 73000 manat məbləğində qalıq borcun (sonuncu 29 aprel 2023-cü il tarixli qaimədə qalıq borcun miqdarı 74266,22 manat miqdarında olduğu qeyd edilmişdir) cavabdeh tərəfindən iddiaçıya ödənməməsi öz təsdiqini tapır. Qeyd etmək lazımdır ki, bu fakt yalnız Cavabdeh özünün imzalamış olduğu 29 aprel 2023-cü il tarixli sonuncu qaimə ilə deyil, həm də işin konkret halları, tərəflərin münasibətləri, tərəflər arasında bu alqı-satqı üzrə yaranaraq təxminən 9 ay davam edən və işgüzar adət kimi qiymətləndirilməsi mümkün olan qarşılıqlı münasibətləri və işin yuxarıda sadalanan ümumi mübahisəsiz halları ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, İddiaçı hazırkı iddia ərizəsində “Cavabdeh 73000 (yetmiş üç min) manat məbləğində borcun və 309 (üç yüz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, ona (İddiaçı) ödənilməsi barədə qətnamə qəbul olunmasını” xahiş edərək, bu iddia tələbi üzrə tərəflər arasında mövcud işgüzar münasibətlərini xarakterizə edən bütün mümkün sənədləri məhkəməyə təqdim etsə də, birinci instansiya məhkəməsi - tərəflər arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək davam edən alqı-satqı münasibətlərinin forma və xarakterini nəzərə almayaraq, qəbul etdiyi 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)-527/2024 nömrəli qətnaməsi ilə həmin iddia tələbini rədd etmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)-527/2024 nömrəli qətnaməsi ilə iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmiş və bu nəticə - iş üzrə qanuni və əsaslı nəticə deyildir. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)-527/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə “borcun tutulması” barədə iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilərək, Cavabdeh (VÖEN: **********) 73000 (yetmiş üç min) manat borc və 309 (üç yüz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 73309 (yetmiş üç min üç yüz doqquz) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN: **********) xeyrinə tutulmalı və hazırkı iddia tələbi üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş məbləğdə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Eyni zamanda, iş üzrə birinci instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Lakin, Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2024-cü il tаrixli qərаrdаdı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 iyul 2025-ci il tarixli 9/2888 nömrəli Ekspert Rəyinin verilməsi ilə nəticələnmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının 100 (yüz) manat məbləğində dəyəri isə tərəflərə aid edilməməli və bu ekspertiza üzrə ekspertiza xərci tərəflərdən tutulmamalıdır. Çünki, həmin Rəylə müəyyən olunur ki, ekspert tərəfindən hər hansı bir xüsusi bilik tələb edən mütəxəssis tədqiqatı, yəni tərəflər arasında alqı-satqı dövriyyəsini əhatə edən sənədlər üzrə xüsusi bilik tələb edən müvafiq hesabat aparılmayaraq, “sənədlərin hüquqi qiymətləndirilməsi aparılmaqla” rəy tərtib edilmişdir. Halbuki, ekspert tərəfindən 05 dekabr 2024-cü il tаrixli qərardadda qoyulan “1). İddiaçı (VÖEN **********) aid “Sunny Mart” mağazasından (satış qaimələrində “X21” kimi qeyd olunan mağazadan) 2022-ci və 2023-cü illər ərzində Zərdab rayonunun Əlvənd kəndi ərazisində yerləşən Cavabdeh (VÖEN **********) işlətdiyi mağazaya (satış qaimələrində “mal alan: “X20”” kimi qeyd olunan mağazaya) təqdim edilən (verilən) malların (məhsulların) ümumi dəyəri müəyyən edilsin (dövriyyəni əhatə edən cədvəl tərtib olunmaqla) və 2). Cavabdeh (VÖEN **********) işlətdiyi mağaza (satış qaimələrində “mal alan: “X20”” kimi qeyd olunan mağaza) tərəfindən İddiaçı (VÖEN **********) aid “Sunny Mart” mağazasına (satış qaimələrində “X21” kimi qeyd olunan mağazaya) 05 dekabr 2024-cü il tarixinədək ödənilmiş pul vəsaitlərinin məbləği hesablansın (ödənilən pulların tarixi və məbləği qeyd olunan cədvəl tərtib olunmaqla)” suallarının cavablandırılması üçün təqdim edilmiş sənədlər əsasında müvafiq hesabat aparıla və rəy verilə bilərdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2-2(117)-527/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilsin. Cavabdeh (VÖEN: **********) 73000 (yetmiş üç min) manat borc və 309 (üç yüz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 73309 (yetmiş üç min üç yüz doqquz) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN: **********) xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İş üzrə birinci instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar