Məhkəmə qərarları › İş №2-2(107)-111/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-111/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-111/2024 16.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alğı-satqı müqaviləsindən əmələ gələn öhdəliklər üzrə mübahisələr) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X6 ibarət tərkibdə, X4 iclas katibliyi ilə, İddiaçı və onun vəkili Nümayəndə1, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-656/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək iddiaçının həyətində olan quraqlıqda saxladığı, hər kiloqramının dəyəri 0.55 manat olan toxumluq buğda məhsulundan 169400 kq toxumluq buğdanı nisyə alaraq İmişli rayonu Sarxanlı kəndinə aparmışlar. Cavabdehlər həmin buğdanın dəyəri olan 93170 manat puldan 35500 manatlıq hissəsini iddiaçıya ödəməmişlər. Əlavə olaraq cavabdehlər hər birinin dəyəri 88.89 manat olan 90 kisə ammofos gübrəsini nisyə almış və həmin gübrənin dəyəri olan 8000 manat pulu iddiaçıya ödəməmişlər. Cavabdeh1 və Cavabdeh2 nisyə aldıqları buğdanın və gübrənin pullarını ödəyəcəklərini bildirsələrdə bu günədək həmin məbləği ödəməmişlər. Beləliklə,cavabdehlərin iddiaçıya ümumilikdə 43500 manat ödənilməmiş borcları qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 43500 (qırx üç min beş yüz) manat əsas borc, 222,67 (iki yüz iyirmi iki manat altmış yeddi qəpik) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat, cəmi 44222,67(qırx dörd min iki yüz iyirmi iki manat altmış yeddi qəpik) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Cavabdeh1 və Cavabdeh2 onun həyətində olan quraqlıqda saxladığı, hər kiloqramının dəyəri 0.55 manat olan toxumluq buğda məhsulundan 169400 kq toxumluq buğdanı nisyə alaraq İmişli rayonu Sarxanlı kəndinə aparmışlar. Onlar həmin buğdanın dəyəri olan 93170 manat puldan 35500 manatlıq hissəsini iddiaçıya ödəməmişlər. Əlavə olaraq cavabdehlər hər birinin dəyəri 88.89 manat olan 90 kisə ammofos gübrəsini nisyə almış və həmin gübrənin dəyəri olan 8000 manat pulu iddiaçıya ödəməmişlər. Beləliklə,cavabdehlərin iddiaçıya 43500 manat ödənilməmiş borcları qalmışdır. xx.xx.2021-ci il tarixdə Qəbələ rayonu Daşca kəndində tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1, İddiaçı 35500 manat borcu var və həmin borcu 2023-cü ilin oktyabr ayınadək azaz ödəyib bitirəcəkdir. Həmin akt Cavabdeh1 tərəfindən imzalanmışdır. xx.xx.2021 ci il tarixdə Qəbələ rayonu Daşca kəndində tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 İddiaçı məxsus 169400 kq toxumluq taxılı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Kamaz markalı **-BF-***, 30-BB- 046, **-ZA-*** nömrə nişanlı nəqliyyat vasitələri ilə İmişli rayonu Sarxanlı kəndinə daşıyıb aparmışdır. Həmin taxıldan 93170 manat İddiaçı yaranmış borcdan bu günə olan tarixdə 37300 manat ödəniş edilmiş və cavabdehlərin xx.xx.2022-ci il tarixinə 55870 manat borcları qalmışdır. Həmin akt Cavabdeh1 , Cavabdeh2, Tərlan Niftalıyev,İlahi Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. 17.08.2021- ci il tarixli Qəbələ rayonu Daşca kəndində tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 İddiaçı məxsus 169400 kq toxumluq taxılı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Kamaz markalı **-BF-***, 30-BB- 046, **-ZA-*** nömrə nişanlı nəqliyyat vasitələri ilə İmişli rayonu Sarxanlı kəndinə daşıyıb aparmışdır. Həmin taxıldan 93170 manat İddiaçı bu günə olan borc yaranmışdır. Həmin akt Cavabdeh1 , Cavabdeh2, Tərlan Niftalıyev,İlahi Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. 22.07.2022- ci il tarixli cavabdehlər Cavabdeh1 , Cavabdeh2 tərəfindən tərtib edilmiş (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd edilməklə) və imzalanmış qəbzdə bildirilmişdir ki, onların İddiaçı 35500 manat borcları vardır və həmin borcu noyabr ayının sonuna kimi ödəyəcəklər. Qəbz Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanaraq təsdiq edilmişdir. 12.12.2022- ci il tarixdə Qəbələ şəhərində tərtib edilmiş aktdan görünür ki, 07.08.2021- ci il tarixində X1 atası X11 iştirakı ilə dəyəri 93170 manat olan 169400 kq İddiaçı məxsus olan taxıl məhsulu xx.xx.2021-ci il tarixinədək İmişli rayonuna daşımışlar. Əvəzində əkin üçün gübrə verəcəklərini bildirsələr də, gübrə verilməmişdir. Onlar tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh1 , Cavabdeh2 vasitəçi olduğu üçün bugünə kimi 49670 manat ödəniş edilmişdir. İddiaçı 43500 manat borcları qalmışdır. Həmin akt Cavabdeh1 , Cavabdeh2, İlahi Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli Bafsell MMC tərəfindən tərtib olunmuş daşınma sənədinə əsasən xx.xx.2022-ci il tarixində Şəki rayonundan Qəbələ rayonunun Daşca kəndinə yük avtomobili ilə 30 ton Ammofos gübrəsi daşınmışdır. Daşınma xidmətinin xərci 220 manat təşkil etmişdir. Sumqayıt Ekspertiza Xidmətinin xx.xx.2024-cü il tarixli 23 nömrəli ekspert arayışından müəyyən edilir ki, 2022-ci il tarixində 50 kq "Ammofos Evroxim” adlı gübrənin qiyməti 89 manat təşkil edir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-656/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 35500 manat məbləğində əsas borc, 181.99 manat dövlət rüsumu və 300 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında taxıl bitkisinin və gübrə alqı-satqısı ilə bağlı mübahisə yaranmışdır. Düzdür, tərəflər arasında hər hansı bir yazılı alqı-satqı müqaviləsi bağlanmasa da, sonradan tərəflərin imzaları ilə rəsmiləşdirilmiş sənədlərə istinadən iddiaçı borcunu tələb edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış 5 ədəd qəbzin məzmunundan və iddiaçı, həmçinin cavabdehlərin məhkəmə iclasında və yazılı izahatından müəyyən edilir ki, Cavabdeh1 iddiaçıya məxsus taxılın alqısatqısı ilə bağlı bilavasitə iddiaçı ilə danışıqlar aparmış, qəbzlərin bir qismində borcun cavabdeh özünə və atasına məxsus olduğunu qeyd etsə də, yalnız xx.xx.2022-ci il tarixli aktda X3 atası X13 buğda bitkisini almaqda vasitəçilik etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və imzalanmış qəbzlərdən müəyyən edilir ki, bütün borcla bağlı danışıqlar iddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında aparılmış, ödəniş 93170 manat məbləğində ümumi borcdan edilən bütün ödənişlər cavabdehlər tərəfindən edilmiş, Cavabdeh1 isə məhkəmə iclasında Əlişükürün borcunun olmadığını bildirməsi, sonuncunun borcunun ödəməsini o, üzərinə götürdüyünü, eyni zamanda Cavabdeh2 məhkəməyə göndərdiyi izahatında da oğlunun qeyd edilən borcu oğlu tərəfindən ödənilməsini öz üzərinə götürdüyünü bildirmişdir. Bu hal xx.xx.2022-ci il tarixli aktda da öz əksini tapmışdır. Cavabdehlər tərəfindən imzalanmış akt və qəbzlərdə iddiaçıya olan borc ödənildikcə azalmış məbləğ qeyd edilmişdir. Lakin işdə olan 2022-ci ilin iyul və dekabr ayında imzalanmış akt və qəbzlərdə bir-birinə ziddiyyət vardır. Məhkəmə isə cavabdehin borclarını yuxarıda sadalanan hallar nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən tərtib edilmiş və imzalanmış qəbzdə İddiaçı 35500 manat borclarının olduğunu daha inandırıcı və əsaslı qəbul edir. Bundan əlavə iddiaçı ərizəsində də 8000 manat gübrə üçün verdiyi pulun əvəzində ona gübrənin verilmədiyini və onun qaytarılmadığını bildirir. Qeyd edilən məbləğ çıxılarsa yerdə qalan məbləğ 35500 manat təşkil etmiş olar. İddiaçı tərəfindən əlavə olaraq cavabdehlərə 8000 manat pulun verilməsi təsdiq edilmir. Bundan əlavə iddiaçı özü də qismən etiraf etmişdir ki, cavabdehlər ona ümumilikdə 93170 manat ümumi borcdan 57670 manat pul qaytarmış, borc 35500 manat təşkil etmişdir. Cavabehlər Cavabdeh2 da Cavabdeh1la birlikdə bütün qəbz və aktlarında öhdəliklərinin mövcud olması ilə bağlı irəli sürülən arqumentləri və həmin sənədləri öz iradələri əsasında imzaları ilə təsdiq etməsi məhkəmədə hər iki cavabdehin müştərək olaraq cavabdehlik daşıması qənaətinə gəlməyə əsas vermişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 567, 568.1, 568.2, 598.1, 598.2, 598.3, 600.1, 600.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1, 2.2, 8.1, 9.1, 47.1, 81, 119, 121.1, 217.3, 217.4-cü maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddianın tamamilə rədd edilməsini barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddianın tamamilə rədd edilməsini barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hər iki apellyasiya şikayəti eyni formada yazılaraq onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı vermis olduğu iddiasında da göstərmişdir ki, cavabdehlər borclu olduqları toxumluq buğdanın dəyəri olan 93170 manat puldan 35.000 manatın ona ödənilmədiyini bildirir. Məhkəmədə müəyyən olunan əsas məsələ odur ki, iddiaçıya Cavabdeh1 tərəfindən 57.670 manat pul qaytarılmış, Cavabdeh1 35.500 manat borcu yaranmışdır. Məhkəmə özü də qətnamədə vurğulayır ki, cavabdeh tərəfindən iddiaçıya toxumluq buğdanın dəyəri olan 93.170 manatdan 57.670 manat pul ödənilmişdir, deyilmir ki, toxumluq buğdanın borcu əvəzinə hansısa məbləğdə gübrə verilmişdir. Məhkəmə qətnaməsinin 2-ci səhifəsinin 3-cü abzasında aşağıdakı kimi göstərilmişdir: xx.xx.2022-ci il tarixli cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən tərtib edilmiş (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd edilməklə) və imzalanmış qəbzdə bildirilmişdir ki, onların İddiaçı 35.500 manat borcları vardır və həmin borcu noyabr ayının sonuna kimi ödəyəcəklər. Qəbz Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmə qətnaməsində iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Qəbzi təhrif etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli qəbzdə aşağıdakı kim göstərilmişdir: Cavabdeh1 AA №3447593 Cavabdeh2 AZE № 0*******. Bu qəbzi tərtib edirik ondan ötrü ki, mənim İddiaçı mənim 35.500 manat (otuz beş min min beş yüz) manat nəgd pul borcum var. Həmin 35.500 (otuz beş min beş yüz) manatı 2022-ci il noyabr ayının axırına kimi borcumu ödəməliyəm. Qəbzin doğruluğunu öz imzalarımızla təsdiq edirik. Atam: Cavabdeh2 İMZA Mən: Cavabdeh1 İMZA. İMZA: Cavabdeh2 xx.xx.2022-ci il qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 35.500 manat borclu olmasını mən sözləri ilə ifadə etməklə etiraf etmişdir. Bu qəbzdə Cavabdeh2 atam kimi qeyd etməklə borcun atasına deyil, Vüsalın özünə aid olması açıq şəkildə ifadə edilir. Məhkəmə isə bu qəbzə istinad etməklə həm Cavabdeh1 həm də Cavabdeh2 İddiaçı olanbizim borcumuzu ödəyəcəyik kimi təhrif etmiş, yekun olaraq qətnamədə səhv nəticəyə gəlmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq sübut etmə yükü tərəflərin üzərinə düşdüyündən, xüsusilə də iddiaçı istnad etdiyi hallara sübut eməlidir. İşin əsas hallarından biri kimi Cavabdeh1 borclu olmadığı halda 22 iyul 2022-ci il tarxidə qəbz yazaraq borcu qaytarmasına söz verməsinə dair imza etməsindən sonra 09 avqust 2022-ci il tarixdə İddiaçı hər biri 89 manat dəyərində 600 kisə cəmi 53.400 manat dəyərində “Ammofos Evroxim” adl gübrə vermişdir. İş üzrə gübrə 09 avqust 2022-ci il tarixdə Şəki şəhərindən Qəbələ rayonu Daşca kəndinə İddiaçı həyətinə İlahi Məmmədov tərəfindən gətirili təhvil verilmişdir. İlahi Məmmədov şahid qismində məhkəmədə izahat verərkən 2022-ci ilin avqust ayında sözügədən gübrəni Vüsalın tapşırığına əsasən İddiaçı təhvil verdiyini bildirmişdir. Həmin vaxtı İddiaçı tərəfindən şahidin bu ifadəsinə hər hansı bir etiraz və ya münasibət bildirilməmişdir. Bundan başqa, həmin gübrənin 09 avqust 2022-ci il tarixdə İddiaçı İlahi tərəfindən təhvil verilməsini Cavabdeh1 da verdiyi izahatında bildirmişdir. Həmçinin, Cavabdeh2 electron qaydada izahatından da görünür ki, oğlu Vüsal tərəfindən Şəki şəhərindən hər birinini dəyəri 8' manat olmaqla 600 kisə gübrə 2022-ci ilin avqust ayında gətirilərək Qəbələ rayonu Daşca kəndində İddiaçı təhvil verilmişdir. Bunlardan başqa, Cavabdeh1 görülmüş işlərlə bağlı qeydiyyat kitabı və kitabdan həmin hissəyə dair çıxarışlar məhkəməyə təqdim edilmişdir. Qeydlərdə İddiaçı məxsus 169400 kq buğdanın qiymətinin 93170 manat olduğu, borcdan xx.xx.2021-ci il tarixdə 10 min manat, xx.xx.2021-ci i tarixdə 12 min manat, xx.xx.2021-ci il tarixdə 14300 manat, xx.xx.2021 -ci il tarixdə 18670 manat, xx.xx.2022-ci il tarixdə 2700 manat,xx.xx.2022-ci il tarixdə 1000 manat verilmiş, atası tərəfindən 200 manat oğlu Azərə, 1141 manat isə əkin və digər xərclər üçün verilmişdir. xx.xx.2022-ci il tarixdə Şəki rayonundan 600 kisə Ammofos gübrəsi (2021-ci il tarixli) 53400 manatlıq gübrə verilməsi göstərilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli Bafsell MMC tərəfindən verilmiş cavaba əsasən xx.xx.2022-ci il tarixində Şəl rayonundan Qəbələ rayonunun Daşca kəndinə yük avtomobili ilə 30 ton Ammofos gübrəsi daşınmışdır. Daşınma xidmətinin xərci 220 manat təşkil etmişdir. İddiaçı, şahid İlahi Məmmədov və Cavabdeh1 daşıma xərclərinin Cavabdeh1 tərəfindən verildiyini bildirmişlər. Həm iddiaçı, həm cavabdeh, həm də işə əlavə edilmiş ekspert arayışına əsasən Fkrət İsmayılova verilən 600 kisə gübrənin hər birinin orta bazar qiymət 89 manat olaraq təsdiq edilmişdir. Cavabdeh1 tərəfindən iddiacıya verilən gübrənin 09 avqust 2022-ci il tarixdə təhvil verilməsi Cavabdeh1, şahid İlahi Məmmədov, Elşaı Aslanov, daşıma şirkətinin verdiyi arayış və Cavabdeh1 İddiaçı və digər şəxslərlə apardığı qeydlər kitabı ilə öz təsdiqini tapmışdır. İddiaçı tərəf olan İddiaçı isə 600 kisə gübrəni almasını Cavabdeh1 tərəfindən borcun ödəniləcəyinə söz verməsinə dair imzalarımı xx.xx.2022-ci il tarixə qədər almasını heç bir sübutla təsdiq edə bilməmişdir. Halbuki iddiaçı tərəf İddiaçı 93.170 manat dəyərində olan buğda alqı-satqısına dair əlində hər hansı bir qeyd kitabının və ya dəftərçəsiniı olmamasını məhkəmədə verilən suallarımıza cavab olaraq bildirmişdir. Bu isə inandırıcı deyil, çünki iddiaçının əlində əgər bu barədə qeyd kitabçası vardırsa onda olan qeydlərdə 600 kisə gübrəni xx.xx.2022-ci il tarixdən sonra, yəni 09 avqsut 2022-ci il tarixdə alması göstərilmişdir. İddiaçının bu sübutu onun əleyhinə olacağından həmin qeyd kitabçasının olmaması adı ilə məhkəməyə təqdim etməkdən imtina etməsi daha inandırıcı görünür. Bundan başqa, iddiaçı iddiasında cavabdeh tərəfindən 600 kisə ammafos gübrəsini ona verilməsini qeyd etməmiş, cavabdeh tərəf olaraq verdiyimiz suallar qarşısında çıxılmaz vəziyyətdə qalıb 600 kisə gübrə almasını etiraf etmişdir. İddiaçıya tərəfimizdən verilən suallarda gübrənin dəyərinin 34 manat olması cavabını vermişdir. İddiaçıya verdiyi iddia ərizəsində guya Cavabdeh1 ondan nisyə olaraq aldığı 90 kisə gübrənin dəyərinin isə 88.89 manat qeyd etməsi sualına isə iddiaçı əsaslı cavab verə bilməmişdir. İş materialları ilə ammofos gübrənin dəyərinin 89 manat olması işin mübahisəsiz hallarındadır. Göründüyü kimi, iddiaçı cavabdehdən 22 iyul 2022-ci il tarixədək 600 kisə gübrə alması faktını sübut edə bilməmişdir. Əksinə cavabdeh tərəf olaraq yuxarıda sadaladığımız hallarla 600 kisə gübrəni 09 avqust 2022-ci il tarixdə Cavabdeh1 tərəfindən İddiaçıı təhvil verilməsi tam sübuta yetirilir. Cavabdeh1 İddiaçı pul tələbinə dair ərizəsi əsasında Qəbələ rayon Polis Şöbəsində aparılmış araşdırma nəticəsində 05 iyun 2024 cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarın 2-ci səhifəsinin 1-ci abzasında İddiaçı vermis olduğu izahatında göstərmişdir ki, Cavabdeh1 təxminən 200 ton buğdasının olduğunu bir hissəsini toxum üçün saxlayacağını, qalan hissəsini də satacağını dediyini, Cavabdeh1 da ona İmişli rayonundan müştəri tapdığını bildirdiyini və hər kiloqramı 55 qəpikdən razılaşdıqlarını, Cavabdeh1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə yaşadığı həyətdə olan taxılın 169.400 kiloqramını daşıyaraq apardığını, ona 93.170 manat pul verməli olduğunu, qısa zamanda da həmin pulu verəcəyini dediyini, lakin üzərindən bir müddət keçsə dəCavabdeh1 vəd etdiyi vaxtda pulu vermədikdə aralarında mübahisələr yarandığını, ayrı-ayrı vaxtlarda Cavabdeh1 ona gübrə verərək əvvəldən borclu olduğu 23.800 manat pulu ödədiyini, daha sonra isə 2023-cü ilin mart ayınadək aldığı taxılın bir hissəsinin pulunu, yəni 49.670 manatını verdiyini, qalan 43.500 manatını da verəcəyini dediyini, lakin sonradan da bir neçə dəfə pulunu istəsə də vermədikdə mülki qaydada Qəbələ rayon məhkəməsinə müraciət edtiyini bildirmişdir. Göründüyü kimi, cinayət işi başlanmasının rədd olunması haqqında qərarda İddiaçı Cavabdeh1 ona 23.800 manat və 49.670 manat cəm 73.470 manat pul verməsini etiraf etmişdir. Amma Cavabdeh1 X2 aldığı 169.400 kq buğdanın pulu olaraq 57.670 manat pulu İddiaçı verdiyini göstərir. Göründüyü kimi, Cavabdeh1 bu münasibətlərdə daha səmimidir. İfadələri yalan üzərində qurulmayıb və İddiaçı fərqli olaraq qeyri səmimi yalan ifadələr vermir və rəqəmləri dəqiq ifadə edir. Bunlardan başqa, məhkəmənin nəzərindən qaçmışdır ki, iddiaçı istər iddiasında, istərsə də 05 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünüdüyü kimi izahatında 169.400 kiloqram taxılın pulundan Cavabdeh1 tərəfindən ona ödənişlər edilməsini qeyd etmişdir. Yəni aldığı ammafos gübrəsinin dəyəri olan pulun taxılın pulunda çıxmamışdır. Çünki əgər gübrənin pulu taxılın pulundan çıxılsaydı, iddiaçı izahatlarında və iddiasında ammafod gübrəsinin pulunun çıxılmasını qeyd edərdi. Bütün bunlar onu deməyə əsas verir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 35.500 manat pul borcunu ödəməsinə dair söz verdiyi tarixədək Fikrə' İsmayılova ammafos gübrəsi verilməmiş, gübrə xx.xx.2022-ci il tarixli imzalanan qəbzdən sonra Cavabdeh1 tərəfindən İddiaçı təhvil verilmişdir. Bütün bunlardan başqa məhkəmə ümümiyyətlə işin hallarını düzgün qiymətləndirməmişdir. Belə ki, Cavabdeh1la İddiaçı arasında hə hansı bir taxıl alqı satqısı olmamışdır. X19 arasında olan alqı-satqıda sadəcə vasitəçilik etmişdir. Vüsalla Fikrət arasında olan razılaşmaya görə Fikrət Əlişükürə satacağı birdanın hər kiloqramına görə Vüsala 5 qəpik verməli idi. Fikrət də bu 5 qəpikləri və artıq verilən qaytarmalı olduğu gübrəni qaytarmamaqdan ötrü Vüsalı inandırmaqla müxtəlif qəbzlərə imza etdirmişdir. Vüsal 5 qəpikləri Əlişükürdən almalı deyildi. X20 satdığından və bu barədə Vüsalla Fikrət arasında olan razılaşmaya görə Fikrət Əlişükürə satacağı taxılın hər kiloqramına görə Vüsala 5 qəpik ödəməli idi. Məhkəmə isə qətnaməsində bunu səhv qiymətləndirməklə guya Vüsalın Əlişükürdən taxılın hər kiloqramına görə 5 qəpik alacağını qətnaməsində qeyd etmişdir. Məhkəmənin bu mövqeyi yanlışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 və onun vəkili Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək məhkəmə kollegiyasından iddianın tam rədd edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2021-ci ildən bəri gübrə satışı ilə məşğuldur, Fikrət ona 200 ton taxılının olduğunu bildirmiş və köməklik göstərilməsini xahiş etmişdir. O, Vahabzadə Əlişükürü və Yusifi Fikrətlə tanış etmişdir. Əgər buğda satışı olsa həmin satışdan buğdanın hər kiloqramına görə 0.05 (beş) qəpik verilməsini iddiaçıya bildirmişdir. Bundan sonra onlar öz aralarında razılaşmışlar. Əlişükürü Fikrətlə o tanış etdiyi üçün Fikrət pulu ondan istəyir. 600 kisə gübrəni hazırki iş üzrə İddiaçı xx.xx.2022-ci il tarixdə vermişdir. Şəkidən gələn maşında olan 197 kisə gübrə də İddiaçı həyətinə boşaldılmış və işlərinin çoxluğundan həmin gübrələri iddiaçıdan götürməmişdir. Sonradan 197 kisə gübrəni İddiaçı istəsə də iddiaçı gübrəni ona qaytarmamışdır. xx.xx.2022 tarixli Aktı, ümumiyyətlə bütün Aktları özü imzalamışdır. Bu iş üzrə atası Cavabdeh2 iddiaçı ilə heç bir vasitəçiliyi və ya borcu olmamışdır. Qəbzlərə ona görə imza çəkmişdir ki, Əlişükürdən alacağı vardı və onu alıb Fikrətə verməli idi. Əlişükürdən həmin pulun alınıb ona verilməsi üçün Fikrətdən köməklik göstərməsini istəmişdir. Onun Fikrətə heç bir borcu yoxdur. Odur ki, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin edilrək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv, iddia tələbinin isə rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə1 apellyasiya şikayətlərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, cavabdehlər ondan 93170 manatlıq nisyə alaraq toxumluq buğdanı almışlar. Cavabdehlər həmin borcdan 35500 manatlıq hissəsini ona ödəməmişlər. Əlavə olaraq cavabdehlər hər birinin dəyəri 88.89 manat olan 90 kisə ammofos gübrəsini nisyə almış və həmin gübrənin dəyəri olan 8000 manat pulu ona ödəməmişlər. Cavabdehlərin cəmi 43500 manat borcları mövcuddur. Məhkəmə uzanmasın deyə onlar birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Hər dəfə ödəniş olunduqda yeni akt tərtib etmişlər. Cavabdeh1 tərəfindən 600 kisə ona 2021-ci ilin noyabr-dekabr ayında təhvil verilmişdir. Cavabdehlər borclarından 23800 manatı ona gübrə formasında vermişlər. Cavabdehlər ümumilikdə, ona pul əvəzi gübrə və pul olmaqla 49670 manat pul ödəmişlər. Bundan başqa, o, Əlişükürlə hər hansı bir danışıq aparmamışdır. Əlişükürü bir dəfə Vüsalla birlikdə görmüşdür. Ondan buğdanı Vüsal və Elşad almışdır. Tərəflər arasında ən son Akt isə xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Həmin vaxtdan sonra isə cavabdehlər ona heç bir gübrə və ya pul verməmişlər. Cavabdehlərin ona gübrə və buğdadan ümumilikdə 43500 manat borcları qaldığı üçün Aktda həmin məbləğ qeyd edilmişdir. Həmin tarixə buğdadan qalan borc 35500 manat olmuşdur. Bundan başqa, Aslanov X10 atası olduğu və oğlu ilə birlikdə ticarət etdikləri üçün cavabdeh qismində qoyulmuşdur. Odur ki, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Cavabdeh2 və vəkil Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə cavabdeh və vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə nisyə alğı-satqı nəticəsində yaranmış borcun ödənilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlardan müştərək qaydada 43500 (qırx üç min beş yüz) manat borcun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyatorlar isə birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirir. Ümumiyyətlə apellyatorlar iddianın rədd edilməsini tələb edirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Kollegiya apellyasiya şikayətlərinin iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətlərin dəlilləri həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldırmışdır. İşdən müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı yuxarda adları çəkilən hər iki şəxsin iddiaya cavab verməli olan şəxs olduğu qənaətinə gəlmiş və işə baxan birinci instansiya məhkəməsi də iddiaçının həmin tələbini haqlı hesab etmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Belə ki, tərəf (və/və ya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, iddiaçı tərəf irəli sürdüyü iddianın dəlilləri sübut etməlidir. Etiraz verən tərəf isə etirazının dəlillərini sübuta yetirməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Yuxarıda göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir və bu zaman iddiaçının əksi olan hala istinad edən şəxs həmin halları sübut etməlidir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi cavabdehlərdən Cavabdeh2 münasibətdə iddia tələbini təmin edən zaman qətnaməni tərəflər arasında tərtib edilmiş və imzalanmış qəbzlər və aktlara istinad etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli Qəbələ rayonu Daşca kəndində tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 İddiaçı məxsus 169400 kq toxumluq taxılı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Kamaz markalı **-BF-***, 30-BB046, **-ZA-*** nömrə nişanlı nəqliyyat vasitələri ilə İmişli rayonu Sarxanlı kəndinə daşıyıb aparmışdır. Həmin taxıldan 93170 manat İddiaçı bu günə olan borc yaranmışdır. Həmin akt Cavabdeh1, Cavabdeh2, Tərlan Niftalıyev, İlahi Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. xx.xx.2021-ci il tarixdə Qəbələ rayonu Daşca kəndində tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1, İddiaçı 35500 manat borcu var və həmin borcu 2023-cü ilin oktyabr ayınadək az-az ödəyib bitirəcəkdir. Həmin akt Cavabdeh1 tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Daşca kəndində tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 İddiaçı məxsus 169400 kq toxumluq taxılı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Kamaz markalı **-BF-***, 30-BB046, **-ZA-*** nömrə nişanlı nəqliyyat vasitələri ilə İmişli rayonu Sarxanlı kəndinə daşıyıb aparmışdır. Həmin taxıldan 93170 manat İddiaçı yaranmış borcdan bu günə olan tarixdə 37300 manat ödəniş edilmiş və cavabdehlərin xx.xx.2022-ci il tarixinə 55870 manat borcları qalmışdır. Həmin akt Cavabdeh1 , Cavabdeh2, Tərlan Niftalıyev,İlahi Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli qəbzdə qeyd edilmişdir ki, “.......... Bu qəbzi tərtib edirik ondan ötrü ki, mənim İddiaçı 35500 manat nağd pul borcum var. Həmin 35500 manatı 2022-ci il Noyabr ayının axırına kimi borcumu ödəməliyəm. Qəbzin doğruluğunu öz imzalarımızla təsdiq edirik”. xx.xx.2022-ci il tarixdə Qəbələ şəhərində tərtib edilmiş aktdan görünür ki, xx.xx.2021-ci il tarixində X1 atası X11 iştirakı ilə dəyəri 93170 manat olan 169400 kq İddiaçı məxsus olan taxıl məhsulu xx.xx.2021-ci il tarixinədək İmişli rayonuna daşımışlar. Əvəzində əkin üçün gübrə verəcəklərini bildirsələr də, gübrə verilməmişdir. Onlar tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh1, Cavabdeh2 vasitəçi olduğu üçün bugünə kimi 49670 manat ödəniş edilmişdir. İddiaçı 43500 manat borc qalmışdır. Həmin akt Cavabdeh1, Cavabdeh2, İlahi Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır Göründüyü kimi, iş materiallarına əlavə edilmiş bütün akt və qəzlərdə Cavabdeh1 iş üzrə iddiaçıya müəyyən məbləğlərdə borcu olduğunu etiraf etmiş, akt və qəbzlərin heç bir yerində isə Cavabdeh2 da borclu olduğu qeyd edilməmişdir. Bundan başqa, iddiaçı özü də onun həyətindən buğdaları Cavabdeh1 daşıdığını bildirmişdir. Yalnız, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdə qeyd edilmişdir ki, “........ Bu qəbzi tərtib edirik ondan ötrü ki, mənim İddiaçı 35500 manat nağd pul borcum var. Həmin 35500 manatı 2022-ci il Noyabr ayının axırına kimi borcumu ödəməliyəm. Qəbzin doğruluğunu öz imzalarımızla təsdiq edirik”. Birinci instansiya məhkəməsi də, xx.xx.2022-ci il tarixli qəbzə istinad edərək Cavabdeh2 münasibətdə də iddia tələbinin qismən təmin etmişdir. Kollegiya ilkin olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbz və aktlar mübahisə subyektlərinə münasibətdə vahid sənəd kimi qəbul edilməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş qəbz və aktlarda borclu kimi ancaq Cavabdeh1 çıxış etmiş və hər zaman iddiaçıya borcu olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli qəbzi hazırki iş üzrə cavabdehlərdən hər ikisi tərəfindən imzalanmasını əsas götürərək iddia tələbini Cavabdeh2 aid hissədə də təmin etmişdir. Lakin, işə baxan hakim xx.xx.2022-ci il tarixli qəbz imzalan zaman tərəflərin əsl niyyətlərini və iradə ifadələrini müəyyən etməmişdir. Belə ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllə 404.2). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019 və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021ci il tarixli qərarlar). Bundan başqa, xx.xx.2022-ci il tarixli qəbzdən xüsusən müəyən edilir ki, həmin qəbzdə ....... “mənim” borcum var və ........ “borcumu ödəməliyəm”........ kimi ifadələr işlədilmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman isə xx.xx.2022-ci il tarixli qəbzdə olan ifadələr yanlış olaraq ......... “onların İddiaçı 35500 manat borcları vardır....... noyabr ayının sonuna kimi ödəyəcəklər.” kimi göstərilmişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli qəbzdə olan ifadələr “birinci şəxsin” adından yazılsa da, birinci instansiya məhkəməsində həmin ifadələri cəm halında yəni, “biz (bizim)” kimi nəzərə alınmışdır. Həmçinin, qəbzi tərtib etməkdə tərəflərin əsl məqsədi (iradə ifadələri) də, cavabdehlərdən Cavabdeh1 borclu olduğunu müəyyən etmək və borcun ödəniləcəyi zamanı dəqiqləşdirmək olmuşdur. Bundan başqa, iş materiallarında olan bütün qəbz və aktlarda digər şəxslərlə yanaşı Cavabdeh2 da adı keçir və o, aktları cavabdehlik daşıdığı (üzərinə hansısa öhdəlik götürmək üçün deyil) üçün yox, Vüsalın atası olduğu üçün imzalamışdır. Kollegiya qeyd edir ki, əgər akta imza edənin hər bir şəxsin orada yazılmış borca görə cavabdehlik daşıdığı nəzərə alınsa onda, aktı imzalayan digər şəxslər də işdə cavabdeh qismində çıxış etməli idilər. Bundan başqa, İddiaçı da izahatında bildirmişdir ki, Aslanov X10 atası olduğu və oğlu ilə birlikdə ticarət etdikləri üçün cavabdeh qismində qoyulmuşdur. Tərəflərin yuxarıda qeyd edilən iradə ifadəsi onunla da öz təsdiqini tapır ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli Sonuncu Aktda da cavabdehlərdən Cavabdeh2 hazırki iş üzrə iddiaçıya borclu olması qeyd edilməmişdir. Qeyd edilənlərə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi yuxarıda sadalanan halları nəzərə almamış və yekunda yanlış nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddia tələbinə münasibətdə cavabdehlik daşamadığından iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətlərinin Cavabdeh1 da halhazırda iddiaçıya hər hansı borcu olmaması ilə bağlı dəlillərinə münasibət bildirən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, apellyasiya şikayətləri həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 İddiaçı məxsus 169400 kq toxumluq taxılı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Kamaz markalı **-BF- ***, **-BB-***, **-ZA-*** nömrə nişanlı nəqliyyat vasitələri ilə İmişli rayonu Sarxanlı kəndinə daıyıb aparmışdır. Həmin taxıldan 93170 manat İddiaçı bu günə olan borc yaranmışdır. xx.xx.2022-ci il tarixli digər aktdan görünür ki, Cavabdeh1 İddiaçı məxsus 169400 kq toxumluq taxılı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Kamaz markalı **-BF-***, **-BB-***, **-ZA-*** nömrə nişanlı nəqliyyat vasitələri ilə İmişli rayonu Sarxanlı kəndinə daşıyıb aparmışdır. Həmin taxıldan 93170 manat İddiaçı yaranmış borcdan bu günə olan tarixdə 37300 manat ödəniş edilmiş və cavabdehlərin xx.xx.2022-ci il tarixinə 55870 manat borcları qalmışdır. xx.xx.2022-ci il tarixli qəbzdə qeyd edilmişdir ki, “.......Bu qəbzi tərtib edirik ondan ötrü ki, mənim İddiaçı 35500 manat nağd pul borcum var. Həmin 35500 manatı 2022-ci il Noyabr ayının axırına kimi borcumu ödəməliyəm. Qəbzin doğruluğunu öz imzalarımızla təsdiq edirik”. xx.xx.2022-ci il tarixdə Qəbələ şəhərində tərtib edilmiş aktdan görünür ki, xx.xx.2021-ci il tarixində X1 atası X11 iştirakı ilə dəyəri 93170 manat olan 169400 kq İddiaçı məxsus olan taxıl məhsulu xx.xx.2021-ci il tarixinədək İmişli rayonuna daşımışlar. Əvəzində əkin üçün gübrə verəcəklərini bildirsələr də, gübrə verilməmişdir. Onlar tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh1, Cavabdeh2 vasitəçi olduğu üçün bugünə kimi 49670 manat ödəniş edilmişdir. İddiaçı 43500 manat borc qalmışdır. Həmin akt Cavabdeh1, Cavabdeh2, İlahi Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır Bundan başqa, xx.xx.2024-cü il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən edilir ki, həmin material üzrə izahatı alınan zaman Cavabdeh1 ifadəsində “............ İddiaçı buğdanın hər kiloqramını hansı qiymətə satdığını soruşan zaman ona 50 qəpiyə satmaq istədiyini demiş, o da İddiaçı Əlişükür adlı tanışının buğda almaq istədiyini, onların alğı-satqısını təşkil edəcəyini, lakin hər kiloqram üçün 5 (beş) qəpik pul alacağını deyərək İddiaçı buğdanın hər kiloqramının qiymətini 55 (əlli beş) qəpikdən satdığını deməsini xahiş etdiyini ........ ” bildirmişdir. Yuxarıda qeyd edilən akt və qəbzlərdən eyni zamanda, tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı və Cavabdeh1 arasında şifahi alğı-satqısı müqaviləsi bağlanmış, cavabdeh bilavasitə danışıq aparmış, bütün qəbzləri və aktları imzalamış, hətta özlərinin etiraflarına görə iddiaçıdan aldığı taxıl bitkisinin hər kq üçün satdığı şəxsdən əlavə 5 qəpik qazanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Alğı-satqı müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm alıcı, həm də satıcı üçün müəyyən vəzifələr yaratmış olur. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi alğı-satqı nəticəsində iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək buğdanı təhvil versə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş və borcunu tam olaraq iddiaçıya ödəməmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmuşdur. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası buğdaların X5 və onun atası Vahabov Yusif tərəfindən alınmasını və Cavabdeh1 onların arasında sadəcə vasitəçi olması ilə bağlı qeyd edir ki, Cavabdeh1 verdiyi bütün ifadələrində, hətda polis şöbəsində veridyi ifadədə də, satılan buğdanın hər kiloqramı üçün 5 (beş) qəpik pul alacağını və İmişlidən olan şəxsləri iddiaçı ilə özünün tanışdırdığını bildirmişdir. Göründüyü kimi, Cavabdeh1 da məqsədi qazanc əldə etmək olmuşdur. İş materiallarından görünür ki, Cavabdeh1 izahat verərək xx.xx.2022-ci il tarixdə 600 kisə gübrəni hazırki iş üzrə İddiaçı verdiyini bildirmişdir. Məhkəmə kollegiyası gübrənin iddiaçıya verilməsi ilə bağlı qeyd edir ki, cavabdeh həmin halları sübut etmək üçün məhkəməyə şahid təqdim etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində dindirilmiş şahidin ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, mülki prosesdə əsas sübut növlərindən biri də şahid ifadələridir. Məhəkəmə kollegiyası birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsinə o səbəbdən tənqidi yanaşır ki, şahid iş üçün əhəmiyyət kəsb edən halları bilən və işin nəticəsində maraqlı olmayan şəxs olmalıdır. Şahid ifadəsindən isə müəyyən edilir ki, X14 iş üzrə cavabdeh Vüsalın yanında işləyir. Göründüyü kimi, yuxarıda adı sadalanan şahid maddi cəhətdən cavabdehdən asılı olmaqla işin nəticəsində maraqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şahidin ifadəsi hər hansı başqa vasitə ilə təsdiq olunmadığından məhkəmə kollegiyası bu ifadəni sübut qismində qəbul etmir. Bundan başqa, Cavabdeh1 izahatında Şəkidən gələn maşının gübrəni birbaşa iddiaçının həyətinə boşaltdığını bildirsə də, həmin şahid də (avtomobili idarə edən) Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Cavabdeh1 izahatında Şəkidən gələn maşında olan 197 kisə gübrənin də İddiaçı həyətinə boşaldığını və işlərinin çoxluğundan həmin gübrələri iddiaçıdan götürmədiyini bildirmişdir. Cavabdeh1 izahatında daha sonra bildirmişdir ki, sonradan 197 kisə gübrəni İddiaçı istəsə də iddiaçı gübrəni ona qaytarmamışdır. Məhkəmə kollegiyası cavabdehin yuxarıda bildirdiyi izahatla bağlı qeyd edir ki, Cavabdeh1 izahatında müəyyən məsələləri sadalasa da, həmin halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdeh izahatlarında hər zaman Əlişükür və Yusif Vahabov adlı şəxslərin adlarını çəksədə həmin şəxsləri məhkəməyə şahid qismində təqdim etməmiş və ya onların dindirilməsi yada işə cəlb edilməsi ilə bağlı məhkəməyə heç bir vəsatət təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, Elşad oğlu Cavabdeh1 izahatında gübrələrin 2022-ci ilin avqust ayında verildiyini bildirsə də, onda nəüçün xx.xx.2022-ci il tarixdə imzaladığı sonuncu aktda nə üçün İddiaçı borcu olduğunu bildirmişdir. Belə ki, 2022-ci ilin avqust ayında gübrələr iddiaçıya verilmişdirsə onda iş materiallarına əlavə edilmiş sənədlərə əsasən də cavabdehin iddiaçıya borcu qalmırdı. Yəni, güman etsək ki doğrudan da Cavabdeh1 iddiaçıya 403 kisə gübrəni vermişdir onda verilmiş gübrənin pulu borcu artıqlaması ilə qarşılayırdı. Belə olan halda da, xx.xx.2022-ci il tarixdə yenidən iddiaçıya borclu olması ilə bağlı qəbzi imzalamaqda cavabdeh faktiki olaraq borcu etiraf etmişdir. Ən vacib məqamda ondan ibarətdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə tərəflər arasında tərtib edilmiş Aktı heç bir zaman mübahisələndirməmiş əksinə, həmin aktı imzaladığını bildirmişdir. Bundan başqa, Cavabdeh1 polis şöbəsində verilmiş suallara cavab olaraq bildirmişdir ki, “İddiaçı İmişli rayon sakinləri olan Yusif Vahabovu və Əlişükürü tanıyırdı, onlarla özü razılaşmışdır.” Lakin, Cavabdeh1 polis şöbəsində eyni gündə verdiyi izahatında bildirmişdir ki, “............ İddiaçı buğdanın hər kiloqramını hansı qiymətə satdığını soruşan zaman ona 50 qəpiyə satmaq istədiyini demiş, o da İddiaçı Əlişükür adlı tanışının buğda almaq istədiyini, onların alğı-satqısını təşkil edəcəyini, lakin hər kiloqram üçün 5 (beş) qəpik pul alacağını deyərək İddiaçı buğdanın hər kiloqramının qiymətini 55 (əlli beş) qəpikdən satdığını deməsini xahiş etmişdir......... ” Göründüyü kimi, Cavabdeh1 polis şöbəsində tərəfləri özü tanış etdiyini və sövdələşməni (vasitəçiliyi) özü etdiyini bildirsə də, daha sonra tərəflərin əvvəlcədən birbirini tanıdıqlarını bildirmişdir. Bu hal birdaha onu təsdiq edir ki, Cavabdeh1 izahatlarında səmimi olmamış və bir-birindən fərqli izahatlar vermişdir. Apellyasiya şikayətlərində gübrənin 2022-ci ilin avqust ayında iddiaçıya təhvil verildiyi bildirilmiş və "xxxx" MMC-nin məktubu da sübut kimi göstərilmişdir. Cavabdeh tərəfin iddiasından belə görünür ki, 2022-ci ilin avqust ayında 403 kisə gübrə iddiaçı tərəfə təhvil verildiyindən borc tamamilə bağlanmışdır. Eyni zamanda, cavabdeh tərəf bildirir ki, həmin gübrələri ona İmişli rayonundan Əlişükür və Yusif adlı şəxslər göndərmişlər. Kollegiya xüsusilə qeyd edir ki, bəs belə olan halda nə üçün Cavabdeh1 xx.xx.2022ci il tarixli Aktda buğda satışından iddiaçıya borc qaldığını həmçinin həmin borc əsasında gübrə də göndərilməli olduğu qeyd edilmişdir. Halbuki həmin aktı İmişli rayonundan Əlişükür və Yusif adlı şəxslər imzalamamış və üzərilərinə belə bir öhdəlik götürməmişlər. Düzdür iddiaçı izahatında cavabdehdən 600 kisə gübrə aldığını lakin, həmin gübrələri 2021-ci ilin noyabr-dekabr ayında aldığını bildirmişdir. Cavabdeh isə təkildə bildirir ki, gübrələri 2022-ci ilin avqust ayında vermişdir. Ümumiyyətlə, buğdadan yaranan borcun əvəzi olaraq gübrənin veriləcəyi ancaq tərəflər arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktda göstərilmişdir. Yəni, xx.xx.2022ci il tarixli Aktdan belə görünür ki, buğdadan yaranmış borcun əvəzi olaraq gübrə xx.xx.2022-ci il tarixindən sonra göndərilməli idi. Lakin, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, 600 kisə gübrə 2022-ci ilin avqust ayında yəni, akt tərtib edilməmişdən 4 ay əvvəl göndərilmişdir. Kollegiya hesab edir ki, belə olan halda xx.xx.2022-ci il tarixli Aktın tərtib edilməsinin heç bir əhəmiyyəti qalmırdı. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin cavabdehin borunun əvəzi olaraq ona 23800 manatlıq gübrə verməsi və ümumilikdə borcundan 49670 manat pul verməsi ifadəsini inandırıcı və məntiqi hesab edir. Belə ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli Aktda iddiaçıya qalıq kimi 43500 manat qalmış borcun əvəzinə gübrə göndəriləcəyini və ümumiyyətlə borcun hələdə var olduğunu qeyd etsə də, xx.xx.2022-ci il tarixindən sonra gübrənin göndərilməsi və ya cavabdeh tərəfindən hansısa pulun ödənilməsi sübut olunmur. Yəni, Cavabdeh1 oğlu xx.xx.2022-ci il tarixdə iddiaçıya 43500 ödənməli borc olduğunu etiraf etmiş və həmin borca görə gübrə veriləcəyini qeyd etmişdir. xx.xx.2022-ci il tarixindən sonra isə iddiaçıya ödəniş edilməsi müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, gübrənin 2021-ci ilin sonlarında, hətda 2022-ci ilin avqust ayında verilməsi nəzərə alınsa belə Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Akt imzalayaraq (cavabdeh həmin Aktın onun tərəfindən imzalanmadığını heç bir zaman mübahisələndirməmişdir) 43500 ödənməli borc olduğunu etiraf etmişdir. Göründüyü kimi, cavabdeh tərəfin arqumentləri iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa, məhkəmə kollegiyası qeydiyyat kitabından çıxarışla bağlı qeyd edir ki, həmin kitab cavabdehlərə məxsus olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, qeydiyyat kitabından çıxarışlarda borcun ödənildiyi qeyd edilsə də, yalnız cavabdehlərin iradəsi ifadə olunmaqla həmin qeydlər birtrəfli qaydada yazılmışdır. Həmin sənədlərdə iddiaçının isə imzası olmamış və iradəsi ifadə olunmamışdır. Odur ki, qeyd edilən sənədlər də borcun qaytarılması hissəsində sübut kimi qəbul edilə bilməzdi. Xüsusilə qeyd edilməlidir ki, hətda 2022-ci ilin avqust ayında 600 kisə gübrənin hazırki iş üzrə iddiaçıya verilməsi nəzərə alınsa belə tərəflər arasında sonuncu akt xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Həmin aktda da Cavabdeh1 açıq şəkildə bildirmişdir ki, İddiaçı 43500 manat borc qalmışdır. Göründüyü kimi, cavabdeh tərəfin dediklərini həqiqi hesab etsək onda belə bir sual yaranır ki, əgər iddiaçının da cavabdehə borcu vardısa nə üçün cavabdeh iddiaçıya borclu olması ilə bağlı sənədə imza etmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh1 hal-hazırda doğrudan da iddiaçıya ödənilməmiş 35500 manat borcu qalmışdır. İşdən daha sonra müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsində cavabdehlərə qarşı hazırki iddianı qaldırdıqdan sonra, Cavabdeh1 iddiaçının ona borcu olması ilə bağlı polis şöbəsinə ərizə vermişdir. xx.xx.2024-cü il tarixdə isə, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Kollegiya qeyd edir ki, əgər doğrudan da iddiaçının cavabdehə borcu olsaydı onda iddianı da məhz o qaldırmış olardı. Məhkəmə kollegiyası xüsusən qeyd edir ki, Cavabdeh1 bugünədək gübrə verilməsi nəticəsində iddiaçının ona borcu olması ilə bağlı nə iddia ərizəsi nə də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iş məhkəmə iclasında gedən zaman Cavabdeh1 iddiaçının ona pul borcu olması ilə bağlı polisə ərizə verməklə sadəcə olaraq məhkəmədə təsəvvür yaratmağa çalışmışdır ki, onun da iddiaçıdan alacağı vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin iş materiallarında olan akt və qəbzlərədə müxtəlif məbləğlərdə borcun yazılması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi aktlarda qeyd edilmiş ən az olan borcu cavabdehlərədən tutmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli Aktda cavabdehin 43500 manat borc qalması qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdə isə, Cavabdeh1 İddiaçı 35500 manat borcu olduğunu bildirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehlərdən borcu onların özü tərəfindən imzalanmış qəbzlərdə olan ən aşağı məbləğlə yəni, 35500 manat pul tutmuşdur. Bundan başqa, Cavabdeh1 aktlarda və qəbzlərdə olan imzaların ona məxsus olmasını bildirmiş və həmin imzaları heç vaxt mübahisələndirməmişdir. Məhkəmə kollegiyası cavabdehin qəbzi imzalamaqda əsl məqsədi X8 və atası X9 pulu almaq olması ilə bağlı apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, İmişli rayonunda taxıl bitkisinin satıldığı Əlişükürün məhkəmə icraatına cavabdeh olaraq cəlb edilməsi ilə bağlı iddiaçı və ya cavabdehlər hər hansı bir təşəbbüs göstərməmişlər Eyni zamanda, adları sadalnan şəxslərin məhkəmə iclasında şahid qismində dindirilmələri ilə bağlı da məhkəməyə hər hansı vəsatət daxil olmamışdır. Bundan başqa, yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh1 aktlarda və qəbzlərdə iddiaçıya özünün borclu olduğunu bildirmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin həmin dədlillərini də əsaslı hesab etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş bütün akt və qəbzlərdə Cavabdeh1 İddiaçı borcu olduğunu etiraf etmişdir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilmişdir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilən maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, əgər alıcı müəyyən edilmiş müddət ərzində təhvil aldığı əşyanın pulunu ödəməsə onda, satıcı ya əşyanın ödənilməsini ya da ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli Aktda iddiaçıya qalıq kimi 43500 manat qalmış borcun olduğunu və onun əvəzinə gübrə göndəriləcəyini və ümumiyyətlə borcun hələdə var olduğunu bildirmişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixindən sonra gübrənin göndərilməsi və ya Cavabdeh1 tərəfindən iddiaçıya hansısa pulun ödənilməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə 35500 manat borcu tutaraq İddiaçı verməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh1 və digər Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətləri qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-656/2024 nömrəli qətnaməsi qismən yəni, Cavabdeh2 aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul” tələbinə dair iddiası Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar