Məhkəmə qərarları › İş №2-2(107)-114/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-114/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-114/2024 07.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı "cavabdehdən 15020 manat əsas borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun müştərək qaydada tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alğı-satqı müqaviləsindən əmələ gələn öhdəliklər üzrə mübahisələr) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2-2(117)-665/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı Oğuz rayonu, Kərimli kəndində yerləşən inşaat materialları satışı ilə məşğul olur. Cavabdeh1 2021-ci il tarixində Oğuz rayon, Xalxal kəndində Cavabdeh2 vasitəsi ilə inşa etdiyi binanın tikintisi üçün inşaat materialları almışdırlar. İddiaçı cavabdehə inanaraq malları nisyə vermişdir. Cavabdeh öhdəliklərini tam olaraq yerinə yetirməmiş və ödənilməmiş borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 cavabdehlərin hər birindən 7510 manat olmaqla, cəmi 15020 manat əsas borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində iddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 almış olduğu malları digər Cavabdeh1 məxsus obyekt üçün istifadə etdiyini nəzərə alaraq iddia tələbinin "15020 manat əsas borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun Cavabdeh1 tutulması” kimi qəbul ediməsini və həmin tələbin təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2021-ci il tarixində Oğuz rayonu, Kərimli kəndində yerləşən inşaat materialları mağazasına gələrək Oğuz rayon, Xalxal kəndində Cavabdeh2 ilə birlikdə inşa etdikləri binanın tikintisi üçün inşaat materialları almışdırlar. O, cavabdehlərə inanaraq malları nisyə vermişdir. Cavabdehlər öhdəliklərini düzgün yerinə yetirməmiş və ödənilməmiş 15020 manat borcları qalmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh1 anası (tərəflərin etiraf etdikləri fakt) X1 rayonu Xal-Xal kəndi ünvanında yerləşən 250 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh2 1 illik icarəyə vermişdir. İddiaçı tərəfindən 75 ədəd satış qaiməsinin surətləri məhkəməyə təqdim olunmuş, həmin qaimələrdən göründüyü kimi alıcı qismində qeyd olunmuş "Nəsimi Xal-Xal” adlı şəxsə müxtəlif tarixlərdə inşaat malları satılmış, qəbzlərin bir çoxunda təhvil verilən hissədə müvafiq imzalar olsa da, təhvil alınan hissədə imzalar aşkar edilməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlə aralarında inam və razılıq olub, bu səbəbdən də nisyə mallar satılmışdır. Sonradan satılmış malların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh borcunun olduğunu "Whatsapp” yazışmaları və səs yazıları vasitəsilə etiraf etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o iddiaçıdan heç bir mal almamışdır. Məhkəmə aidiyyəti məsələsinə məhkəmə baxdıqdan sonra işə Nərimanov Rayon Məhkəməsində baxılan zaman izahatını verəcəkdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia əsassızdır, iddiaçıya borcu yoxdur, obyekt Cavabdeh1 anasına məxsusdur, həmin obyekti icarəyə götürmüş, gəliri az olmuşdur, mallar həmin obyektə qəbul edilmiş və onun tərəfindən qəbul edilsə də həmin obyekt Cavabdeh1 aid olduğu üçün ona təhvil vermişdir. Belə ki, ilk dəfə Cavabdeh1la İddiaçı Oğuz rayonundan olduğu üçün o tanış etmiş və bu alqı-satqıya şəraiti o yaratmış, lakin alınan malların ona hər hansı bir aidiyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, iddiaçı atasıdır, mağazanı o da işlədir və satılan mallardan xəbərdardır. Cavabdeh2 ilə münasibətləri yaxşı olduğu üçün ona inanmış, onun xahişi ilə Cavabdeh1la tanış olmuş və sonuncuya inşaat materialları vermişdir. Qeyd edilən qaimələrdə tikilən obyekt Oğuz rayonunun Xal-Xal kəndində olduğundan "Nəsimi Xal-xal” qeyd edilmişdir. Cavabdeh2 malları Cavabdeh1 və onun anasına məxsus obyektə təhvil alsa da, Cavabdeh1 üçün qəbul etmişdir. Qeyd edilən qaimələrin hamısını "Whatsapp” sosial şəbəkəsi vasitəsilə Cavabdeh1 təqdim etmiş, sonuncunun hər hansı bir etirazı olmamışdır. Həmin çıxarışları atası məhkəməyə təqdim etmişdir. Cavabdeh1 ilə son zamanlar aralarında telefon danışığı olmuş, mübahisələri olan zaman ona nalayiq sözlər demiş və bununla da münasibətləri kəskinləşmiş və sonuncu pulu ödəməkdən yayınmışdır. Məhkəməyə təqdim olunmuş bir ədəd nisyə verilən malların qeydiyyatı və ödəmələrin aparıldığı jurnala məhkəmə tərəfindən baxış keçirilmiş və həmin jurnaldan məhkəmə iclasında edilən çıxarışdan-hesab vərəqindən görünür ki, cavabdeh ümumilikdə 16.020 manat dəyərində mal almış, sonuncu dəfə 1000 manat ödəniş etmiş və 15020 manat borc qalmışdır. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 29 iyul 2024-cü il tarixli, e-2-2(117)-665/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi təmin edilərək, Cavabdeh1 15020 manat məbləğində borc, 200 manat mediasiya xərci və 200 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş pul tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2024-cü il tarixə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 almış olduğu malları digər Cavabdeh1 məxsus obyekt üçün istifadə etdiyini nəzərə alaraq iddia tələbinin "15020 manat əsas borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun Cavabdeh1 tutulması” kimi qəbul ediməsini və həmin tələbin təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində dəqiqləşmə aparmış və iddia tələbində dəqiqləşmə məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh1 2021-ci il tarixində Oğuz rayonu, Kərimli kəndində yerləşən inşaat materialları mağazasına Cavabdeh2 ilə birlikdə gələrək Oğuz rayon, Xalxal kəndində inşa etdiyi istirahət mərkəzində bina və kottejlərin tikintisi üçün inşaat materailları almışdırlar. İddiaçı tərəf öhdəliyini yerinə yetirsə də digər tərəf öhdəliyini tam yerinə yetiməmiş və ödənilməmiş 15020 manat borc qalmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh1 anası X1 rayonu Xal-Xal kəndi ünvanında yerləşən 250 kv.m olan qeyriyaşayış sahəsini Cavabdeh2 1 illik icarəyə vermişdir. İddiaçı tərəfindən 75 ədəd satış qaiməsinin surətləri məhkəməyə təqdim olunmuş, həmin qaimələrdən göründüyü kimi alıcı qismində qeyd olunmuş "Nəsimi Xal-Xal” adlı şəxsə müxtəlif tarixlərdə inşaat malları satılmışdır. Məhkəməyə təqdim olunmuş nisyə malların satılmasına dair qeydiyyat jurnalından edilmiş çıxarışdan müəyyən edilir ki, cavabdeh ümumilikdə 16.020 manat dəyərində mal almış və cəmi 1000 manat ödəniş etmişdir. Əlavə olaraq içərisində iki ədəd səs yazısı olan audio-disk məhkəməyə təqdim olunmuş, həmin səs yazısı tərəflərin razılığı və iştirakı ilə dinlənilmişdir. Cavabdeh1 səs yazılarında bildirmişdir ki, o, 1000 manat ödəniş etmiş və onun təxmini 11000 manat borcu qalmışdır. Bundan başqa Cavabdeh1 bildirmişdir ki, həqiqətən də diskdə mövcud olan səs yazısı ona məxsusdur. Cavabdeh1 borcunun hansı səbəbdən 15020 manat deyil, təxminən 11000 manat olmasını əsaslandırmamış, susmuş və borcunun ödənilməsinə dair sübutları təqdim etməmişdir. Tərəflər arasında həqiqətən də alqı-satqı münasibətləri olmuş, Cavabdeh2 alqı-satqı prosesində iştirak etsə də, malları alan Cavabdeh1 olmuş və həmin materiallar ona faktiki olaraq məxsus olan sahibkarlıq obyektində istifadə olunmuşdur. Məhkəmə tərəflərin izahatları və işin hallarının araşdırılması nəticəsində müəyyənləşdirmişdir ki, Cavabdeh2 hazırkı mübahisə ilə bağlı inşaat mallarını alan şəxs olmamış, həmin malların alınmasında Cavabdeh1 köməklik göstərmişdir. Beləliklə nəticə ondan ibarətdir ki, Cavabdeh1 iddiaçıya olan 15020 manat borcu mövcuddur və cavabdeh məhkəmə iclaslarında və səs yazısında cəmi 11000 manat borcunun olduğunu bildirsə də bununla bağlı heç bir təsdiqedici sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 567, 568.1, 568.2, 598.1, 598.2, 598.3, 600.1, 600.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1, 2.2, 8.1, 9.1, 47.1, 81, 119, 121.1, 217.3, 217.4-cü maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hazırda qeyd olunan pulun ödənilməsi üçün onun hər-hansı bir öhdəliyim olmalıdır. Yəni adıçəkilən malların onun tərəfindən alınmasını, qəbul edilməsini təsdiq edən sənədlər mövcud deyil. Sənəd kimi isə iddiaçı tərəfindən tərtib olunmuş adı bilinməyən kağızlar təqdim olunmuşdur ki, həmin sənədlərin heç biri onun tərəfindən. nədə ki, digər Cavabdeh2 Qüdəssər oğlu tərəfindən imzlanmamışdır. Necə ola bilər ki. 75 adda adı bilinməyən sənədin birində imzası olmasın. Maraqlı və sual yaradan hallardan biri də odur ki, guya o 2020-ci ildən 2022-ci ilə kimi müxətlif dəyərdə malları götürmüşəm. Amma o əvvəlki məbləği ödəmədən yenidən ona mal verilmişdir. Heç bir üzləşdirmə aparmadan, qəbz alınmadan ona mallar verilməkdə davam etmişdir. X16 mənim əmimoğludur, dayım oğludur, yoxsa mənim şərikimi idi bu malları mənə təmmannasız verirdi. Haşımov Ramiz yaxın qohumu yəni oğluda bildirir ki, guya bizə etibar ediblər. İnanıblar. Mən malın alıb pulun ödəmirəmsə bu inam 2022-ci ilədək necə davam edib. İddiaçı iddia tələbində belə öz bildirdiklərini təkzib edir. İddia ərizəsində qeyd edir ki, guya mən hənsısa binanın tikintisi ilə məşğul olmaq üçün o malları götürmüşən. Təbii ki, bu fikirdə yanlış olmaqla iddiaçının iddia tələbinin əsassız olmasının göstəricidir. Ən azından nisyə mal verdiyin şəxsin nə tikdiyini, malı hara apardığını bilmək maraqlı olmalı idi. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, iddiaçı tərəfindən 75 ədəd satış qaiməsinin surətləri məhkəməyə təqdim olunmuş, həmin qaimələrdən göründüyü kimi alıcı qismində “Nəsimi Xal-Xal" adlı şəxs qeyd olunmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, həmin şəxs mənəm. L akin bu tamamilə əsassızdır və gerçəyi yansıtmır. Həmin qəbzlər sonradan tətrtib olunmaqla həmin yazılarda sonradan yazılmışdır. Digər tərəfdən isə məhkəməyə təqdim olunmuş səs yazılarından mənim xəbərim və məlumatım olmamışdr. Nədə mənim iştirakımla həmin səs yazılarına baxış keçirilməmişdir. Həm mənim, həmdə ki, BaxışovNəsiminin izhatları məhkəmə iclaslarında təhrif olunmuşdur. Əgər bu hal olsa deməli həmin səs yazıları montaj və təhrif olunmuş qaydada məhkəməyə təqdim edilmişdir. Hörmətli məhkəmə kollegiyası tərəf özü sübut təqdim ki (bunu sübut kimi qəbul etmək olarsa) guya məni onlara 11.QQQ manat borcum qalıb. Sonradan isə mənə aidiyyatı və imzam olmayan iddiaçının özü tərəfindən tərtib olumuş jurnal əsasında mənə hazırki məbləğ kəsilmişdir. Bugün iddiaçının təqdim etdiyi sübutlar yalnız öz tərəfindən tərtib olunmuş qəbzlərə və jurnala əsaslanır. Hətta iş materillarında bəzi qəbzlər var ki, onlar qaralanmış, 2018-ci ilə tarixə yazılmış, sonradan 2020 və ya 2021-ci il düzəldilmiş qəbzlərdir. Digər hal isə işin aidiyyat qaydalarının pozulması ilə nəticələnə qətnamə qəbul etməsidir. Məhkəmə birinci növbədə müəyyən etməli idi ki, hazırki mübahisə sahibkalıq fəaliyyəti ilə bağlıdırmı. İddia tələbindən göründüyü kimi, hazırki mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayıb pul tələbindən ibarətdir. Digərtərəfdən isə mənim VÖEN-im mövcud olmamışdır. Mən hesab edirəm ki, məhkəmə bu hala da diqqət etmədən qanunsuz qətnanə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddia əsassızdır. Cavabdehin iddiaçıya borcu yoxdur. Obyekt Cavabdeh1 anasına məxsusdur. Alınan malların cavabdehə hər hansı bir aidiyyəti olmamışdır. Cavabdehin müəyyən məbləğ borcu olsa da o, borcunu tam olaraq ödəmişdir. Məhkəmə iclasında dinlənilən səs yazılarının montajdır. Qaimələr cavabdehə göndərilməmişdir. Cavabdeh iddiaçının kartına bir dəfə 3000 manat pul vurmuşdur. Bir dəfə də 500 manat pul verimişdir. Ümumiyyətlə cavabdeh borcu hissə-hissə ödəyib qurtarmışdır. İddiaçı səs yazılarını tam olaraq məhkəməyə təqdim etmir. Odur ki, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında əlavə olaraq bildirdi ki, cavabdehin ona ümumilikdə təxminən 20000-25000 manatlıq mal-materialdan borcu olmuşdur. Olabilsin ki, cavabdeh oğlunun kartına nəvaxtsa 3000 manat pul göndərib, lakin həmin pul əvvəlki borclarla bağlı olmuşdur. Məhkəmədə iddia qaldırılan zaman cavabdehin ona 15020 manat borcu olmuşdur. Səs yazıları 2022-ci ildə qeydə alınmışdır. Səs yazılarında birində deyildiyi kimi, Cavabdeh1 Oğuz şəhərində ona 1000 manat vermək istədiyini bildirsə də, görüşə gəlməmiş və həmin 1000 manatı da ona verməmişdir. Bundan başqa, cavabdehə ona borcundan əlavə olaraq 500 manat pul ödənməmişdir. Odur ki, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə nisyə alğı-satqı nəticəsində yaranmış borcun ödənilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı Cavabdeh1 qarşı "15020 manat əsas borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirir. Ümumiyyətlə apellyator iddianın rədd edilməsini tələb edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Alğı-satqı müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm alıcı, həm də satıcı üçün müəyyən vəzifələr yaratmış olur. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi alğı-satqı nəticəsində iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək tikinti materiallarını təhvil versə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş və borcunu tam olaraq iddiaçıya ödəməmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmuşdur. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə qismən razılaşır və ilkin olaraq apellyasiya şikayətinin aidiyyətlə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Yuxarıda qeyd edilmiş maddələrin dipozisiya şərtlərinə görə, məhkəmə aidiyyət qaydalarına riayət etməklə icraatına götürdüyü işə hətda sonrada başqa məhkəməyə aid olsada baxmalıdır. Bundan başqa, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır (Mülki Prosessual Məcəllə 30). İş materiallarından isə müəyyən edilir ki, Cavabdeh2 əvvəllər hazırki işdə cavabdeh olmuşdur. İşdən həmçinin müəyyən edilir ki, Cavabdeh2 vergi ödəyicisi olan fiziki şəxs statusunda olmuşdur. Daha sonra, iddiaçı iddia tələbini dəqiqləşdirərək onu cavabdehlikdən çıxarmışdır. Bundan başqa, Şəki Kommmersiya Məhkəməsin xx.xx.2024-cü il tarixli qərardadı ilə, işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair Cavabdeh1 vəsatəti təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh1 həmin qərardaddan bugünədək şikayət verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsini qanunvericiliyə uyğun olaraq icraata götürərək mahiyyəti üzrə baxdığından şikayətin dəlilləri həmin hissədə əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iş üzrə iddiaçı olan İddiaçı tanımaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud olmamışdır. İddiaçının iddiasına görə cavabdehlə aralarında olan razılaşmaya əsasən ona nisyə tikinti materialları vermiş, cavabdeh borcundan müəyyən məbləğ ödəsədə hal-hazırda ödənilməmiş 15020 manat borcu qalmışdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən isə müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçıya nisyə alğı-satqıdan ödənilməmiş 15020 manat borcu qalmışdır. Cavabdeh1 apellyasiya şikayətində iddiaçını tanımadığını bildirsədə xx.xx.2024-cü il tarixdə Şəki Kommmersiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında “......mənim bu kişilərlə alverim olub......” deyə fikir bildirmişdir (xx.xx.2024 tarixli məhkəmə iclasının audio-video yazının 41:57 dəqiqəsi). Bundan başqa, iş materiallarına əlavə edilmiş və tərəflər arasında olan telefon danışıqlarından da görünür ki, telefon danışıqları zamanı Cavabdeh1 iddiaçı ilə yad adam kimi yox tanışı kimi danışmışdır. Belə ki, tədqiq edilmiş səs yazılarından birində Cavabdeh1 İddiaçı “dayı” və “Araz dayı” deyərək müraciət etmişdir. Bu hal bir daha onu təsdiq edir ki, Cavabdeh1 İddiaçı tanımışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin işdə heç bir səs yazısı (telefon danışığı) olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Cavabdeh1 İddiaçı və iddiaçının oğlu Turalla aparılmış iki telefon danışığının səs yazısı iş materiallarına əlavə edilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında CD-yə əlavə edilmiş iki ədəd telefon danışığı dinlənilmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayətində heç bir səs yazısının olmadığını bildirsə də, xx.xx.2024-cü il tarixdə Şəki Kommmersiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında səs yazıları dinlənildikdən sonra hakimin sualına cavab olaraq bildirmişdir ki “......mən etiraf edirəmki mənim danışığımdır......” (xx.xx.2024 tarixli məhkəmə iclasının audio-video yazının 53:35 dəqiqəsi). Yəni, Cavabdeh1 məhkəmə iclas zalında özü etiraf etmişdir ki, məhkəmə iclası zamanı dinlənilmiş səs yazıları ona məxsus olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin ümumiyyətlə iddiaçıya heç bir borcu olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, içərisində iki ədəd səs yazısı olan audio-disk məhkəməyə sübut kimi təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi ilə yanaşı hazırda işə baxan məhkəmə kollegiyası da həmin səs yazılarını sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iş materiallarına CD əlavə edilmiş səs yazıları dinlənilmişdir. Tədqiq edilmiş səs yazılarında Cavabdeh1 İddiaçı olan borcuna münasibətdə bildirmişdir ki, “.......yavaş-yavaş verilir.......”. Cavabdeh1 səs yazılarında bildirmişdir ki, “........o, 1000 manat ödəniş etmiş və onun təxmini 11000 manat borcu qalmışdır........”. Bundan başqa, Cavabdeh1 diskdə mövcud olan səs yazılarının həqiqətən də ona məxsus olmasını bildirmişdir. Bundan başqa, Cavabdeh1 birinci instansiya məhkəməsində dəfələrlə əvvəllər işdə cavabdeh olmuş Cavabdeh2 hazırkı borcla əlaqəsi olmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutlar əsasında Cavabdeh2 Oğuz rayonunda yaşayan şəxs olduğundan, eyni zamanda da cavabdehin anasının adına rəsmiləşdirilmiş Xal-Xal kəndində yerləşən sahibkarlıq obyektini icarəyə götürərək istifadə etdiyindən və cavabdehlə yaxın münasibətdə olduğundan inşaat materiallarının alınmasında Cavabdeh1 köməklik göstərərək iddiaçı ilə onu tanış etməsi, bu səbəbdən qeyd edilən obyektə göndərilən inşaat mallarını həmin obyektdə qəbul etməsi müəyyən edilir. Lakin, iş materiallarından daha sonra müəyyən edilir ki, həmin inşaat materiallarından Cavabdeh1 istifadə olunmuşdur. Kollegiya xüsusilə qeyd edir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Şəki Kommmersiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında da İddiaçı istinadən “......mənim bu kişilərlə alverim olub......” deyə fikir bildirmişdir (xx.xx.2024 tarixli məhkəmə iclasının audio-video yazının 41:57 dəqiqəsi). Bundan başqa, tədqiq edilmiş səs yazılarında belə görünür ki, Cavabdeh1 İddiaçı digər materiallarla yanaşı “turba” da sifariş etmiş, daha sonra həmin turbaların keyfiyyətindən narazı qalmışdır. Bu hal iddiaçının oğlu Turalla Cavabdeh1 arasında olan danışıqdan müəyyən edilir. Yəni, Cavabdeh1 iddiaçı ilə heç bir alış-verişinin olmadığını, borcu olmadığını bildirsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Kollegiya bildirir ki, yuxarıda sadalanan hallar bir daha onu təsdiq edir ki, doğrudan da Cavabdeh1 Cavabdeh2 vasitəçiliyi ilə iddiaçıdan nisyə tikinti materialları almışdır Məhkəmə kollegiyası daha sonra bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin iddiaçıya heç bir borcu olmaması ilə bağlı qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tikilən obyektin cavabdehə aid olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. İş materiallarına əlavə edilmiş icarə müqaviləyə əsasən tikilməkdə olan obyekt cavabdehin anası X2 adına olmuşdur. Lakin, işdən daha sonra müəyən edilir ki, həmin tikintini faktiki olaraq Cavabdeh1 həyata keçirmiş və tikinti ilə bağlı sifarişləri də cavabdeh özü vermişdir. Belə ki, tədqiq edilmiş səs yazılarında belə görünür ki, Cavabdeh1 İddiaçı digər materiallarla yanaşı “turba” da sifariş etmiş, daha sonra həmin turbaların keyfiyyətindən narazı qalmışdır. Bu hal iddiaçının oğlu Turalla Cavabdeh1 arasında olan danışıqdan müəyyən edilir. Bundan başqa, Cavabdeh1 məhkəmə tərəfindən tədqiq edilmiş ikinci səs yazısında “.......bizim obyektin kanalzasiya kəçənlərdən soruşa bilərsən.......” kimidə ifadə işlətmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mallar onun tərəfindən qəbul edilsə də, həmin obyekt Cavabdeh1 aid olduğu üçün ona təhvil vermişdir. Belə ki, ilk dəfə Cavabdeh1la İddiaçı Oğuz rayonundan olduğu üçün o tanış etmiş və bu alqı-satqıya şəraiti o yaratmış, lakin alınan malların ona hər hansı bir aidiyyəti olmamışdır. Göründüyü kimi, tikinti aparılan obyekt cavabdehin anasının adına olsa da, tikinti işlərinə rəhbərliyi hazırki iş üzrə Cavabdeh1 etmiş və ən əsasıda iddiaçıdan materialları cavabdeh almış və borca görə də öhdəliyi Cavabdeh1 özü götürmüşdür. Belə olan halda, koillegiya X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsinə lüzum görmür, hərçənd cavabde tərəf özü də onun işə cəlb edilməsini tələb etməmişdir. Kollegiya birdaha qeyd edir ki, iş materiallarından tamamilə sübut olunur ki, iddiaçıdan nisyə olaraq alınmış materialların borcunu ödəməklə bağlı öhdəliyi Cavabdeh1 öz üzərinə götürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qaimələrin ona göndərilməməsi və imzalanmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Cavabdeh1 etmiş qaimələrin ona göndərilmədiyini və ümumiyyətlə onun qaimələrdən xəbəri olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, iddiaçı atasıdır, mağazanı o da işlədir və satılan mallardan xəbərdardır. Cavabdeh2 ilə münasibətləri yaxşı olduğu üçün ona inanmış, onun xahişi ilə Cavabdeh1la tanış olmuş və sonuncuya inşaat materialları vermişdir. Qeyd edilən qaimələrin hamısını “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Cavabdeh1 təqdim etmiş, sonuncunun hər hansı bir etirazı olmamışdır. Həmin çıxarışları atası məhkəməyə təqdim etmişdir. Cavabdeh1 ilə son zamanlar aralarında telefon danışığı olmuş, mübahisələri olan zaman ona nalayiq sözlər demiş və bununla da münasibətləri kəskinləşmiş və sonuncu pulu ödəməkdən yayınmışdır. Tədqiq edilmiş səs yazılarında Cavabdeh1 İddiaçı olan borca və qaimələrə münasibətdə “.......sən ümumi məbləği hesabla ....... onsuzda məndə də varda.......” deyə bildirmişdir. Göründüyü kimi, Cavabdeh1 iddiaçıya olan borcu qaytarmaqdan yayınmaq üçün qaimələrin ona göndərilmədiyini, qaimələrin imzalanmadığını bildirsə də, tədqiq edilmiş səs yazısında cavabdehin qaimələrdən (yəni, qaimələr cavabdehə göndərilib ki, o, da borcdan məlumatlıdır) və borcdan məlumatlı olduğu müəyyən edilir. Bu hal birdaha onu təsdiq edir ki, Cavabdeh1 müxtəlif üsullarla borcu ödəməkdən yayınmaq istəmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Nəsimi Xalxal”ın cavbdeh olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Cavabdeh1 qaimələrin “Nəsimi Xalxal”ın adına yazıldığını və həmin şəxsin də ona aidiyyətinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, qeyd edilən qaimələrdə tikilən obyekt Oğuz rayonunun Xalxal kəndində olduğundan “Nəsimi Xal-xal” qeyd edilmişdir. Bundan başqa, işdən müəyyən edilmişdir ki, Cavabdeh1 Oğuz rayonu, Xalxal kəndində tikdiyi obyekt üçün iddiaçıya tikinti materialları ilə bağlı müxtəlif sifarişlər də məhz Cavabdeh1 tərəfindən verilmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında dinlənilən səs yazılarının ilkin olaraq montaj olduğunu bildirmişdir. Məhkəmə kollegiyası həmin halla bağlı qeyd edir ki, Cavabdeh1 Şəki Kommmersiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında səs yazıları dinlənildikdən sonra hakimin sualına cavab olaraq bildirmişdir ki “......mən etiraf edirəmki mənim danışığımdır......” (xx.xx.2024 tarixli məhkəmə iclasının audio-video yazının 53:35 dəqiqəsi) deyə bildirmişdir. Bundan başqa, cavabdeh tərəf apellyasiya şikayətində də səsin montaj olduğunu qeyd etməmişdir. Göründüyü kimi, Cavabdeh1 səs yazılarının ona məxsus olduğunu bildirsə də, apellyasiya instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili səs yazılarının montaj olduğunu bildirmişdir. Bu hal bir daha onu təsdiq edir ki, cavabdeh tərəf ifadələrində qeyri-səmi olmuşdur. Bütün bu yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, cavabdeh tərəf sadəcə olaraq üzərinə götürdüyü öhdəlikdən yayınmaq üçün gah iddiaçını tanımadığını, onunla telefonla danışmadığını, gah da iddiaçı ilə heç bir alış-verişinin olmadığını bildirmişdir. Bundan başqa, cavabdeh tərəf apellyasiya şikayətində iddiaçını tanımadığını, borcu olmadığını bildirsə də, məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə cavabdehin müəyyən məbləğdə borcu olduğunu, lakin həmin borcu tam ödədiyini bildirmişdir. Xüsusilə qeyd edilməlidir ki, apellyasiya şikayətini də məhkəmə iclasında iştirak edən nümayəndə və vəkil tərtib etmişdir. Bu halda bir daha onu təsdiq edir ki, cavabdehin məqsədi borcu ödəməkdən yayınmaq olmuşdur. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməkdə haqlı olmamış və apellyasiya şikayəti də həmin hissədə qismən əsaslı olmuşdur. İşin materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 15020 manat borcun tutulmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2-2(117)-665/2024 nömrəli qətnaməsi, iddia tələbi tam təmin edilərək Cavabdeh1 15020 manat məbləğində borcun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman iddia tələbinin tam təmin etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş səs yazılarında (1-ci səs yazısında) İddiaçı Cavabdeh1 borcun nə qədər olmasına münasibətdə bildirmişdir ki, “........ 1000 manat karta köçürmüsən. Buda ikincisi...........”. Kollegiya bildirir ki, səs yazısında (1-ci səs yazısında) olan “........ buda ikincisi...........” ifadəsinin cavabdeh tərəfindən ödənilmiş növbəti 1000 manatı olduğu sübut olunur. Belə ki, elə həmin səs yazısının 18-ci saniyəsində İddiaçı cavabdehə münasibətdə bildirmişdir ki, “......1000 manat göndərmisən........” Göründüyü kimi, Cavabdeh1 1000 manat İddiaçı kartına vurmuş, 1000 manat isə kiminləsə göndərmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin vaxt cavbdeh Cavabdeh1 14020 (16020-1000-1000=14020) manat borcu qamış olur. Bundan başqa, tədqiq edilmiş səs yazısının 1:35 dəqiqəsində Cavabdeh1 “......mənim hardasa obşi 11000 borcum olmalı idi” qeyd etmiş, cavabdehlə telefonda danışan İddiaçı və onun oğlu Tural isə həmin məbləğlə bağlı cavabdehə heç bir etiraz etməmişdir. Bundan başqa, cavabdeh tərəf məhkəməyə vatsap yazışması təqdim edərək iddiaçıya borcdan 3000 manatını kart ilə göndərdiyini bildirmişdir. İddiaçı isə izahatında bildirmişdir ki, cavabdeh ümumilkdə ondan təxminən 20000- 25000 manatlıq mal almışdır. Olabilsin ki, cavabdeh oğlunun kartına nəvaxtsa 3000 manat göndərib, lakin həmin pul əvvəlki borclarla bağlı olmuşdur. Göründüyü kimi, tədqiq edilmiş səs yazısında Cavabdeh1 11000 borcu olduğunu bildirmişdir. İddiaçı və onun oğlu Tural isə cavabdehin “borcundan 11000 qalmışdır” deməsinə baxmayaraq buna heç bir etiraz bildirməmişlər. Eyni zamanda, iddiaçı tərəf cavabdehin ona başqa borclarının da olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, Cavabdeh1 iddiaçıya 11000 manat yox, daha çox borcu olsa idi onda İddiaçı dərhal buna irad bildirməli idi. Tədqiq edilən səs yazısında isə İddiaçı 11000 manat borcun qalması ilə bağlı Cavabdeh1 heç bir etiraz və münasibət bildirməmişlər. Belə olan halda kopllegiya hesab edir ki, Cavabdeh1 iddiaçıya məhz 11000 manat borcu qalmışdır. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş 2-ci səs yazısında Cavabdeh1 İddiaçı Oğuz şəhərində 1000 manat pul vermək istədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf həmin pulu iddiaçıya verməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı isə bildirdi ki, Cavabdeh1 Oğuz şəhərində ona 1000 manat vermək istədiyini bildirsə də, görüşə gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında cavabdehin 500 manat əlavə pul ödəməsi ilə bağlı vatsapdan çıxarış təqdim etmişdir. İddiaçı isə bildirmişdir ki, ona əlavə olaraq 500 manat pul ödənməmişdir. Qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən də görünür ki, tələb edilən qalan pulun iddiaçıya qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdeh borcunun tam olaraq qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borcun tam olaraq qaytarılmış olmasını əsaslı hesab etmək mümkün deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş səs yazılarında Cavabdeh1 İddiaçı borcu olduğunu etiraf etmişdir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilmişdir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilən maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, əgər alıcı müəyyən edilmiş müddət ərzində təhvil aldığı əşyanın pulunu ödəməsə onda, satıcı ya əşyanın ödənilməsini ya da ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 11.000 (on bir min) manat borcu tutaraq İddiaçı verməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X3 132.24 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2-2(117)-665/2024 nömrəli qətnaməsi qismən yəni, təmin edilmiş 15020 manat məbləğin 4020 manatına aid hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilsin və həmin (yəni, 4020 manata aid hissədə) hissədə iddia tələbi rədd edilsin. Cavabdeh1 123 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar