Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-119/2024 25.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı "72416 manat əsas borc, 21724 manat hesablanmış penyanın, cəmi 94140 manat, ödənilmiş 373 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə üzrə (Açar sözlər: baxışdan çıxarılma, işin geri istənilməsi) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, X3 iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "72416 manat əsas borc, 21724 manat hesablanmış penyanın, cəmi 94140 manat, ödənilmiş 373 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1006/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı 72416 manat əsas borc, 21724 manat hesablanmış penya olmaqla cəmi 94140 manat borcu, ödənilmiş 373 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1006/2023 nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, cavabeh Cavabdeh 72416 manat əsas borc, 300 manat penya, 88,25 manat dövlət rüsumu və 200 manat mediasiya xərci tutularaq iddiaçı "Azbiodinamika” MMC-yə ödənilməsi, ödənilməmiş 200 manat Dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməsi, ödənilmiş 84,75 manat dövlət rüsumu iddiaçı "Azbiodinamika” MMC-yə aid edilməsi və iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Аpellyаsiyа Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2-2(107)-119/2024 nömrəli qərardadı ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Daha sonra, İddiaçı MMC Şəki Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1006/2023 nömrəli qərardadından şikayət verərək Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bundan sonra, işə baxan birinci instansiya məhkəməsi İddiaçı MMC-nin şikayətinə hüquqi qiymət verilməsi üçün işin Şəki Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı MMC Şəki Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, e-2-2(117)- 1006/2023 nömrəli qərardadından şikayət vermiş və işə baxan birinci instansiya məhkəməsi şikayətə Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğun hüquqi qiymət verilməsi üçün işin geri qaytarılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, hazırki halda, digər şəxslər şikayət ilə birinci instansiya məhkəməsinə müraciət etdiyindən iş həmin şikayətə hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kоllegiyаsı hesаb edir ki, Şəki Аpellyаsiyа Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(107)-119/2024 nömrəli nömrəli (mümkünlük barədə) qərardadı ləğv edilməklə, iş apellyasiya baxışından çıxarılmalı və Şəki Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1006/2023 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün iş Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və MPM-nin 263-264, 363, 364, 384, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Şəki Аpellyаsiyа Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(107)-119/2024 nömrəli nömrəli (mümkünlük barədə) qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın. Şəki Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1006/2023 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə iş Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Şəki Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1006/2023 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə hüquqi qiymət verildikdən və iş üzrə digər prosessual hərəkətlər edildikdən sonra Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-119/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-119/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver