Məhkəmə qərarları › İş №2-2(107)-126/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-126/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-126/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X1 qarşı “57030 manat gecikdirilmiş əsas borc, 125468,93 manat cərimə və 350 manat hüquqi yardımla bağlı ödənilmiş pul olmaqla cəmi 182848,93 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 13.10.2021-ci il tarixli, e2-2(117)-875/2021 nömrəli qərardadından iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “57030 manat gecikdirilmiş əsas borc, 125468,93 manat cərimə və 350 manat hüquqi yardımla bağlı ödənilmiş pul olmaqla cəmi 182848,93 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 13.10.2021-ci il tarixli, e2-2(117)-875/2021 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq mediasiya prosesinə əməl etmiş və müvafiq mediatorun arayışını əldə etmişdir. Lakin texniki nöqsanlar səbəbindən həmin arayış elektron qaydada iddia ərizəsinə əlavə edilməmişdir. Bu səbəbdən qeyd olunan nöqsan üzürlü hesab edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Agentlik kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Agentliyi büdcə təşkilatı hesab etməməklə yanlış qənaətə gəlmiş, hüquq normalarını səhv təfsir etmişdir. Belə ki, həmin Əsasnamənin 1.5-ci bəndinin Agentliyin saxlanılması xərclərinin və fəaliyyətinın Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti ilə yanaşı büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilməsi, onun büdcə təşkilatı olmasını istisna etmir, habelə “Büdcə sistemi haqqında” Qanunun 1.1.23-cü maddəsi büdcə təşkilatının əlavə mənbələr hesabına maliyyələşməsini qadağan etmir, eyni zamanda büdcə təşkilatının yalnız büdcədən maliyyələşməli olmasını təsbit etmir. Yəni qanunvericilik büdcə təşkilatının büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyəməsini qadağan etmir. Eyni zamanda məhkəmənin gəldiyi nəticəyə istinad edilsə, onda dövlət orqanları olan Ədliyyə, Daxili İşlər, İqtisadiyyat nazirliklərinin və bir çox digər dövlət orqanlarının (büdcə təşkilatlarının) əsasnamələrində onların saxlanma xərcləri və fəaliyyətinin Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilməsinə əsasən, həmin orqanlar büdcə təşkilatı hesab olunmamalı və məhkəmələrə iddia ərizəsi verərkən rüsum ödəməlidirlər. Bundan əlavə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 8.1.4-cü maddəsinə əsasən əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X4, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu 3-cü kateqoriya dövlət orqanlarına aiddir. Göründüyü kimi “Dövlət qulluğu haqqında” Qanununun 7-ci maddəsinə əsasən dövlət orqanı dövlət büdcəsindən maliyyələşən dövlət təsisatıdır. Həmçinin həmin Qanunun 8.1.4-cü maddəsində isə mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin, eni zamanda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dövlət orqanı olması birbaşa və konkret olaraq göstərilmişdir. Həmin Qanunun 7ci maddəsindən aydın olur ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi dövlət orqanı olmaqla dövlət büdcəsindən maliyyələşən dövlət təsisatıdır. Şəki Kommersiya Məhkəməsinin 18.10.2021-ci il tarixli, e2-2(117)-875/2021 nömrəli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 13.10.2021-ci il tarixli, e2-2(117)-875/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 02.10.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ə.Qayıbov küçəsi 10Q STN Biznes Mərkəzində fəaliyyət göstərən İlham Qafarov tərəfindən mediasiya sessiyası təşkil edilərək 02.10.2021-ci il tarixli arayış verilmişdir. İddiaçı tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmiş, habelə iş materiallarına iddiaçının Mediasiya Şurasına müraciət edilməsi və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı verən mediatorun məhz Mediasiya Şurası tərəfindən seçilməsi barədə sübut əlavə edilməmişdir. Bundan başqa hazırki iş üzrə iddiaçı işə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəməmiş və elektron imzalanmış iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsində büdcə təşkilatı olaraq rüsumdan azad olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 02.10.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ə.Qayıbov küçəsi 10Q STN Biznes Mərkəzində fəaliyyət göstərən İlham Qafarov tərəfindən mediasiya sessiyası təşkil edilərək 02.10.2021-ci il tarixli arayış verilmişdir. Hazırki iş üzrə mübahisəyə baxmalı olan məhkəmə Şəki Kommersiya Məhkəməsi olduğundan tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı tərəfindən baxılmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmiş, habelə iş materiallarına iddiaçının Mediasiya Şurasına müraciət edilməsi və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı verən mediatorun məhz Mediasiya Şurası tərəfindən seçilməsi barədə sübut əlavə edilməmişdir. Hətta belə olmuş olsa belə X7 şəhərində fəaliyyət göstərən iki mediator (X3, X2) olduğu halda, qanunun 28.3-cü maddəsinin tələblərinə zidd olaraq cavabdeh qismində məhkəmə icraatında iştirak edəcək Şəki rayon sakini üçün olduqca uzaq məsafədə Bakı şəhərində fəaliyyət göstərən mediatoru seçə bilməz. Belə ki, bu hal istər Mediasiya haqqında qanunun, istərsə də regionlarda mediatorların yaradılmasının prinsip və məqsədlərinə ziddir. Məhkəməyə müraciət etməmişdən əvvəl mübahisə üzrə mediasiya sesiyasının keçirilməsi, həmçinin hansı mediatorun mübahsənin həllində iştirak etməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir və bu hal formal olaraq mediasiya sesiyasının keçirilməsindən imtina barədə arayışı təqdim etməklə bu tələb yerinə yetirilmiş kimi qəbul edilə bilməz. Əks halda mediasiyanın həyata keçirilməsində hər hansı bir səmərəliliyin və effektivliyin əldə edilməsi qeyri-mümkün olmaqla bərabər belə hal qanunvericiliyin tələbləri ziddir. Bundan başqa məhkəmə kollegiyası iddiaçının dövlət rüsumundan azad olması ilə bağlı şikayət dəlillərinə münasibətdə onu qeyd edir ki, iddiaçının həmin dəlilləri də əsassızdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən, büdcə təşkilatı maliyyələşdirilməsi bilavasitə, yəni birbaşa, yalnız Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. Bilavasitə sözü isə lüğəti mənasına görə “vasitəsiz olaraq, arada heç bir vasitə olmadan, arada heç bir şey (şəxs) iştirak etmədən, birbaşa” və s. başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 23.07.2015-ci il tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin 1.5-ci bəndinə əsasən Agentliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir. Göründüyü kimi, iddiaçı Agentlik yalnız dövlət büdcəsinin vəsaiti hesabına deyil, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına da maliyyələşdirildiyindən, yalnız Dövlət bücəsindən maliyyələşən hüquqi şəxs olmadığından Dövlət rüsumu haqqında Qanunun 9.1.14-cü maddəsində nəzərdə tutulan rüsum ödəməkdən azad edilən büdcə təşkilatı deyildir və qanunvericiliyin tələbinə əsasən iddianın 182848,93 manat qiymətinə münasib olaraq 472,85 manat dövlət rüsumu ödənilməlidir. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın qiyməti 182848,93 manat olduğundan və iddiaçı Mediasiya haqqında qanunun tələblərinə uyğun mediasiya keçəçəyi halda mediatora ödəməli olduğu məbləğ 400 manat olduğundan Dövlət rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən (“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir) dövlət rüsumunu ödəməkdən azad olunacaqdır. Göründüyü kimi, iddiaçı ödəməli olduğu 472,85 manat dövlət rüsumunu yalnız mediatora ödəməli olduğu 400 manat hissəsindən azad oluna bilər ki, ödənilməmiş. 72,85 manat dövlət rüsumu onun tərəfindən ödənilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mediasiya haqqında Qanunun tələblərinə əməl etməyərək mübahisənin alternativ həlli ilə bağlı düzgün mediator seçmədiyindən və həmin mediator tərəflər arasında mübahisənin alternativ həlli ilə bağlı mediasiya prosesini həyata keçirməyə qanunla müəyyən edilmiş mediator olmadığından iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş mediasiya prosesində iştirak etməmə barədə arayış hazırki mübahisənin məhkəmənin icraatına götürülməsi üçün əsas deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi mediasiya prosesinə əməl edilməsi bağlı arayışı faktı təsdiq edən sübut kimi qəbul etmir və iddiaçı tərəfindən Mediasiya haqqında qanunun tələblərinə əməl edilmədiyini nəzərə alaraq hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. Həmin qanunun 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin qanunun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4- cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin qanunun 28.4-cü maddəsinə əsasən məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23-cü maddəsinə əsasən büdcə təşkilatı maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 397.1-ci maddəsinə əsasn bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 13.10.2021-ci il tarixli, e2-2(117)-875/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 13.10.2021-ci il tarixli, e2-2(117)-875/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar