Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-143/2024 21.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı əsasında əsassız hesabladığı və sahibkar İddiaçı **********00021 saylı hesabında qeydə aldığı 22144.32 manat borcun silinməsi və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1053/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş “apellyasiya şikayətinin geri qaytarılması” barədə həmin məhkəmənin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-1053/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı “Cavabdeh xx.xx.2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı əsasında əsassız hesabladığı və sahibkar İddiaçı **********00021 saylı hesabında qeydə aldığı 22144.32 manat borcun silinməsi və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-1053/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 22144.32 manat borcun İddiaçı **********00021 nömrəli abonent hesabından silinməsi qət edilmişdir. Cavabdeh İB qeyd edilən qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Şəki Kоmmersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 25 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-1053/2024 saylı qərardadı ilə Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə sənədlər geri qaytarılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin verilməsi üçün əlavə olunan xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********** saylı, xx.xx.2023-cü il tarixli, ********** saylı, xx.xx.2023-cü il tarixli, ********** saylı, xx.xx.2023-cü il tarixli, ********** saylı, ümumilikdə 78,7 manat həcmindəki qəbzlər Elektron Məhkəmə Sisteminin “Məhkəməyə ödənilmiş dövlət rüsumunun yoxlanılması” alt bölməsində yoxlanıldıqdan sonra təqdim edilmişdir. Bu barədə əlavə olunan Qəbz haqqında məlumatların istifadə tarixçələrində onların istifadə və imtina olunmayıb qeydləri mövcuddur. Başqa sözlə əgər həmin qəbzlər istifadə olunmuş olsa idi apellyasiya şikayəti verilərkən elektron bazada qəbz haqqında məlumatların daxil edilməsi mümkün olmazdı. Çünki qəbz istifadə edilmədiyi üçün apellyasiya şikayətinin yüklənilməsi və Elektron Məhkəmə Sisteminin qeydiyyata alması mümkün olmuşdur. Bundan başqa məhkəmənin əlavə edilmiş qəbzlərin əvvəlki dövrlərdə ödənilməsinə münasibətdə bildiririk ki, sözügedən qəbzlər nə qədərki sistem üzərindən istifadə edilməmişdir, o halda onun istifadə edilməsi zamana tabe tutula bilməz. Digər tərəfdən əvvəlki tarixlərdə (il fərqinə görə) ödənilmiş dövlət rüsumunun 2024-cü ildə istifadə edilməsinin qadağan olunması ilə bağlı qanunvericilikdə məhdudiyyət mövcud deyildir. Qeyd olunanlara əsasən Şəki Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-1053/2024 saylı qərardadının ləğv edilməsi, əks halda şikayətə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Şəki Kоmmersiyа Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1053/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-1053/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı bəndinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ********* nömrəli qəbzlə 15 manat, xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə 16 manat, xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə 16 manat, xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə 15,85 manat, xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə 15,85 manat olmaqla 78,7 manat dövlət rüsumu ödənilmiş və bunu təsdiq edən qəbzlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Birinci instansiya məhkəməsi təqdim edilmiş qəbzlərə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixdə 15 manat ödənilmiş dövlət rüsumuna dair ********* nömrəli qəbzin yoxlanılması zamanı müəyyən edildiyi kimi həmin qəbz istifadə olunmuşdur ki, belə halda artıq başqa iş üzrə ödənilmiş 15 manat dövlət rüsumu hazırkı iş üzrə qəbul edilə bilməz. Bundan başqa məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixdə 16 manat, xx.xx.2023-cü il tarixdə 16 manat, xx.xx.2023-cü il tarixdə 15,85 manat, xx.xx.2023-cü il tarixdə 15,85 manat dövlət rüsumu ödənilsə və buna dair qəbzlər təqdim edilsə belə, həmin qəbzlərin tarixi 2024-cü ilə aid olmamaqla bərabər həmin qəbzlərin hansı iş üzrə və hansı qaydada ödənilməsini müəyyən etmək mümkün deyildir ki, hazırkı iş üzrə dövlət rüsumunu təsdiq edən sənəd qismində qəbul edilsin. Göründüyü kimi cavabdeh tərəfindən 78,7 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən tutarlı sənədlər təqdim edilməmiş, o cümlədən 15 manat dövlət rüsumunu təsdiq edən ********* nömrəli qəbz artıq istifadə olunmuşdur ki, bu səbəbdən dövlət rüsumu ödənilməmiş kimi qəbul edilərək hazırkı apellyasiya şikayəti cavabdehə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şəki Kоmmersiyа Məhkəməsi 25 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-1053/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur və cavabdehin həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də Cavabdeh Şəki Kоmmersiyа Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-1053/2024 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(117)- 1053/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-143/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-143/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver