Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-143/2025 02.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 03 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)-1206/2025 saylı “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra- İddiaçı MMC) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bolqarıstan Respublikasıda qeydiyyatda alınmış hüquqi şəxs olan iş üzrə Cavabdehndən (VÖEN (UİC/PİC): *********,) “X6 Dis Tillery” MMC (VÖEN: **********) ilə aralarında bağlanmış 18 dekabr 2024-cü il tarixli LFDxx/xx/2024 nömrəli müqaviləyə əsasən yaranmış 71400 avro əsas, gecikməyə görə isə 7140 avro cərimə olmaqla, ümumilikdə 78540 avro məbləğinin tutularaq (alınaraq) İddiaçı MMC-yə verilməsi (ödənilməsi) barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 03 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)-1206/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiаçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Şəki Kоmmersiyа Məhkəməsinin 03 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)-1206/2025 saylı qərardadından şikаyət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsi qərardadında qeyd edir ki, “...Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh iddia ərizəsində ünvanı “Bolqarıstan Respublikası Sofia şəhəri Oborisheküçəsi 11” göstərilsə də, onun müvafiq xarici ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini təsdiq edən sənədlər (həmin ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd) iddiaərizəsinə əlavə edilməmişdir. Busəbəbdən cavabdeh kimi göstərilən xarici hüquqi şəxsin mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etmək mümkün olmamışdır.” Halbuki, iddiaçı “X6 Dis Tillery” MMC iddia ərizəsinə Bolgarıstan Respublikası rəsmi dövlət portalı olan həmin dövlətin Ədliyyə Nazirliyinin Ticarət Reyestri və X1 Reyestrinin internet səhifəsindən (www.portal.registryagency.bg) çıxarış əlavə olunmuşdur. Həmin çıxarışda "xxxx" (LTD) Limited Şirkətinin (VÖEN (UİC/PİC): *********) bütün məlumatları öz əksini tapmış, o cümlədən, həmin hüquqi şəxsin müvafiq xarici ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərməsini sübut edir. Qeyd olunan məlumat Bolgarıstan Respublikasının rəsmi dövlət portalı olan həmin dövlətin Ədliyyə Nazirliyinin Ticarət Reyestri və X1 Reyestrinin internet səhifəsindən götürüldüyü üçün səlahiyyətli dövlət orqanının verdiyi sənəd kimi qəbul edilməlidir. Eyni ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı qeyd olunan məlumatları Dövlət Vergi Xidmətinin rəsmi internet portalı olan “taxes.gov.az” saytından da əldə etmək mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 82.3, 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Şəki Kommersiya Məhkəməsi işin hərtərəfli, tam və obyektiv araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Şəki Kommersiya Məhkəməsi iddia ərizəsinə əlavə edilmiş Bolgarıstan Respublikasının rəsmi dövlət portalı olan həmin dövlətin Ədliyyə Nazirliyinin Ticarət Reyestri və X1 Reyestrinin internet səhifəsindən çıxarışa ümumiyyətlə münasibət bildirməmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Odur ki, Şəki Kommersiya Məhkəməsinin 03 sentyabr 2025-ci il tаrixli, e-2- 2(117)-1206/2025 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)-1206/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, iddiаçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)-1206/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh “Cavabdeh Azərbaycan Respublikasından kənarda, yəni Bolqarıstan Respublikasında qeydiyyata alınaraq fəaliyyət göstərdiyi iddia olunan xarici hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir və həmin Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə iddia ərizəsində aşağıdakılar da göstərilməlidir: - 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqişəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); - 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442.1-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən prosessual hüquq qabiliyyətinə malik olmayan xarici hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər. Həmin məcəllənin 442.2-ci maddəsinə əsasən Beynəlxalq təşkilatın prosessual hüquq və fəaliyyət qabiliyyəti bu təşkilatın yaradılması üçün əsas olmuş beynəlxalq müqavilə, onun təsis sənədləri və ya Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı ilə bağlanmış sazişlə müəyyən edilir. Həmin məcəllənin 443.0-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: Həmin məcəllənin 443.0.1-ci maddəsinə əsasən. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 15/2023 nömrəli, “14” dekabr 2023-cü il tarixli Qərarında qeyd edilir ki; 1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdə fərqli qayda nəzərdə tutulmamışdırsa, xarici şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müəyyən edilir. 1.4. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fiziki şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti: 1) vətəndaşı olduqları dövlətin qanunları ilə; 2) bir neçə vətəndaşlığı olduqda onun daha sıx bağlı olduğu dövlətin qanunları ilə; 3) vətəndaşlığı olmadıqda daimi yaşadığı yeri olan dövlətin, belə dövlət olmadıqda isə onun adətən olduğu dövlətin qanunları ilə; 4) qaçqın olduqda sığınacaq tapdıqları dövlətin qanunları ilə müəyyən edilir (MPM-in 441-ci maddəsi). 1.5. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından xarici fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fərdi sahibkar hesab edilməsi üçün həmin şəxsin müvafiq dövlətdə fərdi sahibkar kimi qeydə alınması zəruridir. Bu baxımdan məhkəmələr xarici fərdi sahibkarın iştirakı ilə mübahisəyə baxarkən ilk növbədə həmin şəxsin müvafiq xarici ölkədə fərdi sahibkar kimi qeydə alınmasını və həmin qeydin qüvvədə olmasını təsdiqedici sənəd(lər)lə müəyyən etməlidirlər. 1.6. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. 1.7. Xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti onların yaradıldığı xarici dövlətin qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən öz ölkəsində prosessual hüquq qabiliyyətinə malik olmayan xarici hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər (MPM-nin 442.1-ci maddəsi). 4.1. Xarici elementli mübahisələrə baxılarkən, müvafiq xarici ölkədə verilmiş sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə diqqət yetirilməlidir. 4.2. Beynəlxalq hüququn ümumi prinsiplərinə görə, hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul leqallaşdırılması. 4.3. Xarici elementli mübahisələrdə apostil edilməsi tələb olunan rəsmi sənədlərin dairəsi, Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixində tərəfdar çıxdığı “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyası (bundan sonra - mətndə Konvensiya) ilə müəyyən edilmişdir. Sənədlərin apostil edilməsi həmin Konvensiyaya üzv olan dövlətlərdə verilmiş sənədi imzalamış şəxsin imzasının, habelə lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini, bu şəxsin kim qisimdə çıxış etdiyini təsdiq edir. 4.4. Konvensiyanın tələbinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən şəhadətnamənin əlavə edilməsidir. Şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. 4.7. Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barədə verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilir (MPM-in 457-ci maddəsi). 4.8. Konsul leqallaşdırması “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyasına üzv olmayan dövlətlərdə verilmiş sənədlərdəki imzaların həqiqiliyini, bu sənədin konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etmək üçün həyata keçirilir. Sənədlərin apostil edilməsinə nisbətən konsul leqallaşdırması daha uzunmüddətli prosedur olaraq bir neçə qurumun təsdiqini zəruri edir; sənədin təqdim olunması nəzərdə tutulmuş xarici dövlətin diplomatik və konsulluq idarələri tərəfindən təsdiq edilməsi üzrə formallıqların həyata keçirilməsini nəzərdə tutur. Göründüyü kimi, cavabdeh "xxxx" (LTD) Limited” şirkətinin iddia ərizəsində ünvanı “Bolqarıstan Respublikası Sofia şəhəri Oborishe küçəsi 11” göstərilsə də, onun müvafiq xarici ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini təsdiq edən sənədlər (həmin ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd) iddia ərizəsinə əlavə edilməmişdir. Bu səbəbdən cavabdeh kimi göstərilən xarici hüquqi şəxsin mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; Göründüyü kimi, iddiaçı - xarici hüquqi şəxs olan cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edərkən Mülki-Prosessual Qanunvericiliklə və eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 14 dekabr 2023cü il tarixli 15/2023 nömrəli Qərarı ilə təqdim edilməsi zəruri olan sənədləri lazımi qaydada hazırlayıb məhkəməyə təqdim etməmişdir. Çünki, yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin “xarici hüquqi şəxs” olması nəzərə alınaraq, həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr – iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu vaxt müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini - müəyyən etməlidirlər. Bundan ötrü də, xarici elementli mübahisələrə baxılarkən, müvafiq xarici ölkədə verilmiş sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə, sənədlərin apostil edilməsinə və yaxud, konsul leqallaşdırılmasına riayət edilməsinə diqqət yetirilməli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 14 dekabr 2023-cü il tarixli 15/2023 nömrəli Qərarında qeyd olunan digər tələblər üzrəsənədlərin yoxlanılması təmin edilməlidir. Eyni zamanda, hazırkı şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, iddiaçı tərəf məhkəməyə cavabdeh olan xarici hüquqi şəxsin mövcudluğu ilə əlaqədar xarici dildə tərtib edilmiş və azərbaycan dilinə tərcümə olunmamaış sənəd çıxarışının kserosurətini əlavə etmiş olsa da, iddia ərizəsi verildiyi dövrə uyğun olaraq müvafiq qaydada apostil edilmədiyindən - həmin sənədin cavabdeh xarici hüquqi şəxsin hal-hazırda da mövcud olmasını (ləğv olunmamasını) təsdiq edən rəsmi sənəd kimi nəzərə alınması mümkün deyildir. Kollegiya şikayətin dəlilləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə, o cümlədən də 149-150-ci maddələrinin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması - iddiaçının vəzifəsidir və iddia ərizəsində Mülki-Prosessual Məcəllədə nəzərdə tutulan tələblərdən (qaydalardan) hər hansı birinə riayət edilməməsi mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 03 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)-1206/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiаçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 03 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)- 1206/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-143/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-143/2025
02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver