Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-161/2025 15.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)-618/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 15 may 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehndən, 30261,28 (otuz min iki yüz altmış bir manat 28 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu və 2193,94 (iki min yüz doxsan üç manat 94 qəpik) manat əldən çıxmış fayda məbləği olmaqla, cəmi 32955,22 (otuz iki min doqquz yüz əlli beş manat 22 qəpik) manat məbləğində pulun və 190 (yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli 29.08/23 nömrəli “Alqı-satqı Müqaviləsi” (sonradan “Müqavilə” adlanacaq) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı ("xxxx" MMC) Alıcıya (Cavabdeh MMC) 11700 ədəd 18 litrlik “Kokos lifi X5 Brand” satmağı, Alıcı isə Malın dəyərinin 100%-ni 2023-cü ilin sentyabr ayının 30-na kimi Satıcının Bankda olan hesablaşma hesabına köçürmə vasitəsilə ödəməyi öz öhdələrinə götürmüşlər (xx.xx.2023-cü il tarixli, 29.08/23 nömrəli “Alqı-satqı Müqaviləsi” əlavə olunur). Müqavilə qüvvəyə mindikdən sonra, iddiaçı"xxxx" MMC öz öhdəliklərini yerinə yetirməyə başlamış və Cavabdeh MMC-yə 39761,28 (otuz doqquz min yeddi yüzbaltmış bir manat 28 qəpik) manat məbləğində Mal satmışdır. Satılan Malın dəyərinin ödənilməsi üçün Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli EBDZ № 757418 nömrəli elektron qaimə göndərilmişdir (xx.xx.2024-cü il tarixli elektron qaimə əlavə olunur). Cavabdeh MMC Müqavilə üzrə öz öhdəliklərini pozaraq elektron qaimə üzrə xx.xx.2024-cü il tarixində “Ödəniş tapşırığı” ilə cəmi 8500 (səkkiz min beş yüz) manat ödəniş etmişdir. Nəticədə Cavabdeh MMC-nin iddiaçı "xxxx" MMC-yə 31261,28 manat məbləğində borcu yaranmışdır. Həmin borca dair Cavabdeh MMC xx.xx.2024-cü il tarixində “Qarşılıqlı üzləşmə aktı”nı imzalamışdır (xx.xx.2024-cü il tarixli “Qarşılıqlı üzləşmə aktı” əlavə olunur). Borcun ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə dəfələrlə müraciətlər olunsa da, cavabdeh yalnız xx.xx.2024-cü il tarixində iddiaçı"xxxx" MMC-yə olan borcundan cəmi 1000 (bir min) manat ödəniş etmişdir (xx.xx.2024-cü il tarixli “Ödəniş tapşırığı” əlavə olunur). Bu səbəbdən iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli Pretenziya göndərilmiş və 30261,28 (otuz min iki yüz altmış bir manat 28 qəpik) manat məbləğində borcun 3 (üç) gün ərzində tam şəkildə ödənilməsi tələb olunmuşdur. Pretenziya, Cavabdeh MMC-nin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixində qəbzə imza etməklə qəbul edilmişdir (xx.xx.2024-cü il tarixli Pretenziyanın surəti və onun çatdırılması barədə qəbz əlavə olunurlar). Pretenziya, əlavə olaraq Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli P72892024 nömrəli məktubla “Elektron məhkəmə sistemi” vasitəsilə və xx.xx.2024-cü il tarixli **********834262 nömrəli məktubla “İnternet vergi idarəsi” (etaxes.gov.az) vasitəsilə də elektron qaydada göndərilmişdir. Pretenziyaları aldıqdan sonra da Cavabdeh MMC iddiaçıb"xxxx" MMC-yə olan borcunu qaytarmamışdr (xx.xx.2024-cü il tarixli elektron qaydada göndərilən pretenziyalar əlavə olunurlar). Tərəflər arasında imzalanmış Müqavilənin 1.1-ci bəndinə əsasən, Alıcı Malın dəyərinin 100%-ni 2023-cü ilin sentyabrın 30 kimi, Satıcının Bankda olan hesablaşma hesabına köçürmə vasitəsilə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 157.5-cimaddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində (https://www.cbar.az) olan məlumata əsasən, ölkədə bank uçot dərəcəsi xx.xx.2024-cü il tarixindən 7,25% müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki qanunvericiliyi borclu şəxsin başqasının pul vəsaitinin qaytarmaması - gələcəkdə kreditora hüquq verir ki, o məhkəmədə borcludan, borcdan əlavə faizləri və zərəri tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 443.5-ci-maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə olan halda iddiaçı hesab edir ki, Cavabdeh MMC-dən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı "xxxx" MMC-yə zərər vurmuş və aşağıdakı məbləğdə borcu yaranmışdır: əsas borc 30261,28 (otuz min iki yüz altmış bir manat 28 qəpik) manat, Mülki Məcəllənin 464-cü maddəsinə əsasən dəbbə pulu – 500 (beş yüz) manat, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən ölkə üzrə rəsmi bank uçot dərəcəsi üzrə əldən çıxmış fayda (xx.xx.2024-cü il tarixindən 7,25%) – 2193,94 (iki min yüz doxsan üç manat 94 qəpik) manat. Beləliklə, Cavabdeh MMC müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı "xxxx" MMC-yə ümumilikdə 32955,22 (otuz iki min doqquz yüz əlli beş manat 22 qəpik) manat məbləğində borcu yaranmışdır və həmin pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçı"xxxx" MMC-yə ödənilməlidir.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 12 sentyabr 2025-ci il tаrixli, e-2- 2(117)-618/2025 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin Qətnamədə qət oluinmuşdur ki: -“ İddia qismən təmin edilsin. Cavabdehndən 30261,28 manat əsas, 500 manat cərimə və 1235,64 manat əldən çıxmış fayda məbləği olmaqla, cəmi 31996,92 manat pul və 185,99 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin.” Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)-618/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 29.08/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Satıcı Alıcıya “X5 Brand” markalı 11700 ədəd 18 litrlik kokos lifini satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən malın qiyməti qiymətlərin razılaşdırılma protokoluna əsasən təyin edilmişdir. Alıcı isə öz növbəsində malın dəyərini 100%-ni 2023-cü ilin sentaybr ayının 30-na kimi, satıcının bankda olan hesablaşma hesabına köçürməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə, imzalanmış və etibarsız olmamışdır. İş materiallarında olan qiymətlərin razılaşdırma protokolunda iddiaçı cavabdehə satdığı malın hər birinin qiyməti, adı və yekun qiyməti öz əksini tapmışdır. Malın ümumi dəyəri 39761,28 manat təşkil etmişdir. Həmin protokol tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır. İş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2024-ci il tarixli 757418 nömrəli elektron qaimədə cavabdehin iddiaçıya müqavilə üzrə ödəməli olduğu 39761,28 manat borc məbləği öz əksini tapmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Üzləşmə Aktından görünür ki, cavabdeh tərəfindən iddiaçı ilə arasında bağlanan müqavilə üzrə 39761,28 manat təşkil edən borcundan cavabdeh 8500 manat hissəsini ödəmiş, ödənilməmiş 31261,28 manat borcu qalmışdır. Həmin Akt tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aralarında bağlanan müqavilə əsasında iddiaçıya məxsus bank hesabına xx.xx.2024-cü il tarixdə 1000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Məhkəmə ilk öncə əsas borcun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilədə nəzərdə tutulan cəmi 39761,28 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, yerdə qalan 30261,28 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan üzləşmə aktı və digər sənədlərlə öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia əsas borca münasibətdə təmin edilməlir. Məhkəmə, alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin müddəlarına əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırki iş üzrə də tərəflər arasında müqavilə münasibəti olduğundan və həmin müqavilə əsasasında yaranan öhdəliyin icrası cavabdeh tərəfindən gecikdirildiyindən iddaçı 500 manat dəbbə pulunun tələb etməsində haqlı olmuş və iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən 2193,94 manat əldən çıxmış faydaya münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə iddiaçıya ödəniş etmiş, qalan borc isə həmin vaxtdan iddiaçı məhkəməyə müraciət edənədək ödənilməmişdir. Mülki Məcəllənin tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixə olan uçot faiz dərəcəsi 7% təşkil edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, (30261,28 x 7%) : 12 = 176,52 manat 1 aylıq olmaqla, 176,52 x 7 = 1235,64 manat gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda göstərilən normalara və qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 30261,28 manat əsas, 500 manat cərimə, 1235,64 manat əldən çıxmış fayda məbləği olmaqla, cəmi 31996,92 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 185,99 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi, 12 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)-618/2025 nömrəli qətnaməsində gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.2, 442, 445.2, 448.1, 448.2, 449.1, 449.2, 567, 600.1 və 462.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
– 3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)- 618/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-618/2025 saylı qətnaməsinin iddianın təmin edilmiş Cavabdehndən tutulan “30261,28 manat əsas borc” hissəsində qismən, “500 manat cərimə və 1235,64 manat əldən çıxmış fayda” hissəsində tam ləğv etməklə, əsas borc kimi 23280 manat pulun tutulması və iddianın qalan hissədə isə tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında 29.08/23 nömrəli, xx.xx.2023-cü il tarixli “Alqı-satqı Müqaviləsi” imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı ("xxxx" MMC) Alıcıya (Cavabdeh MMC) 11700 ədəd 18 litrlik “Kokos lifi X5 Brand” satmağı, Alıcı isə malın dəyərinin 100%-ni 2023-cü ilin sentyabrın 30-na kimi, Satıcının bankda olan hesablaşma hesabına köçürmə vasitəsilə ödəməyi öz öhdələrinə götürmüşlər. Müqavilə qüvvəyə mindikdən sonra, iddiaçı "xxxx" MMC öz öhdəliklərinyi yerinə yetirməyə başlamış və Cavabdeh MMC-yə 39761,28 manat məbləğində Mal satmışdır. Satılan malın dəyərinin ödənilməsi üçün Cavabdeh MMC-yə EBDZ №757418 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə göndərilmişdir. İddiaçı MMC göstərmişdir ki, Cavabdeh MMC müqavilə üzrə öz öhdəliklərini pozaraq, elektron qaimə üzrə xx.xx.2024-cü il tarixində “Ödəniş tapşırığı” ilə cəmi 8500 manat ödəniş etmişdir. Nəticədə Cavabdeh MMC-nin iddiaçı "xxxx" MMC-yə 31261,28 manat məbləğində borcu yaranmışdır. Ancaq məhkəmə haqlı olaraq cavabdeh Cəmiyyət tərəfindən 8500 və 1000 manat ödənilən pulu ümumi məbləğdən çıxmışdır. Lakin, 6000 manat və 1000 manat məbləğində pul əllə ödənilmişdir. İddiaçı Cəmiyyətlə aparılan yazışmada (Cəmiyyətin işçisi Nümayəndə1) 8500, 1000 və 6000 manatın ödənilməsini və həmçinin 23280 manat borcun qalmasını təsdiqləmişdir. Lakin, iddiaçı tərəf iddia qaldıraraq bəzi borcları qeyd etməkdən çəkinmiş və nəticədə məhkəməyə düzgün və dolğun məlumatları verməmişdir ki, nəticədə məhkəmə cavabdehdən olmayan borcu tutmuşdur. Eyni zamanda əsassız olaraq cavabdeh Cəmiyyətə həmin məbləğə cərimə məbləği hesablanaraq tətbiq olunmuşdur. Nəticədə cavabdeh Cəmiyyət tənasübsüz surətdə böyük maliyyə sanksiyasına məruz qalmışdır. Nəticədə, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə, borclu öz öhdliklərini vaxtlı-vaxtında ödənməsini təmin etməlidir. Ancaq cavabdeh Cəmiyyət borcun ödənməsindən yayınmır. Sadəcə ödənilmiş borcların birinci instansiya məhkəməsindən gizlədilməsi səbəbindən cavabdeh əlavə maddi məsuliyyətə cəlb olunmuşdur. Həmçinin, bu hal iddiaçı Cəmiyyətin əsassız varlanmasına gətirib çıxarır. Eyni zamanda, mülki qanunvericiliyin tələblərinə görə, məhkəmə tənasübsüz surətdə hesablanmış dəbbə pulunu azalada bilər. Ancaq məhkəmə, iddia tələbində qoyulmuş məbləği tam olaraq təmin etmişdir. Hesab edir ki, birinci instasiya məhkəməsi cavabdeh Cəmiyyət tərəfindən ödənilmiş 6000 manat və əlavə 1000 manat məbləğində borcu nəzərə alsaydı, hesablanmış əldən çıxmış faydanın miqadında da azalma olardı. Bu səbəbdən də hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol vermişdir. Bu da həmin qətnamənin ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazrkı iş üzrə isə tərəflərin yazışmasından müəyyən olunur ki, cavabdeh Cəmiyyət iddiaçı tərəfə 8500, 1000 və 6000 manat da nəğd şəkildə ödəmişdir. Ümumilikdə cavabdehin 23280 manat borcu qalmışdır. İddiaçı Cəmiyyətin işçisi Nümayəndə1lə mütəmmadi ödənilmiş pullarla bağlı danışıqlar aparılırdı və onun tərəfindən 23280 manat qalığın, həmçinin 6000 manat pulun da ödənilməsi etirafı öz təsdiqini tapmışdır. Lakin, birinci instansiya məhkəməsi ədalətli məhkəmə araşdırılmasını təmin etmədən, öz mülahizəsinə əsasən maddi hüquq normalarına istinad etmiş, nəticədə prosessual hüquq normalarını da pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu da birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil və apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 gəlmişlər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili qismində məhkəmə iclasına gəlmiş olsa da, apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, müvafiq qaydada tərtib edilmiş etibarnamə əsasında həmin iddiaçı hüquqi şəxsin səlahiyyətli nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iştirak edən apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi Nümayəndə2 Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)- 618/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-618/2025 nömrəli qətnaməsinin iddianın təmin edilmiş Cavabdehndən tutulan “30261,28 manat əsas borc” hissəsində qismən, “500 manat cərimə və 1235,64 manat əldən çıxmış fayda” hissəsində isə tam ləğv etməklə, yalnız əsas borc kimi 23280 manat pulun tutulması və iddianın qalan hissədə isə tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını və Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)-618/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-618/2025 saylı qətnaməsinin iddianın təmin edilmiş Cavabdehndən tutulan “30261,28 manat əsas borc” hissəsində qismən, “500 manat cərimə və 1235,64 manat əldən çıxmış fayda” hissəsində tam ləğv etməklə, əsas borc kimi 23280 manat pulun tutulması və iddianın qalan hissədə isə tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır. - 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi - qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)- 618/2025 nömrəli qətnaməsi qismən, yəni Cavabdehndən “500 manat cərimənin tutulması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi Cavabdehndən “500 (beş yüz) manat məbləğində dəbbə pulunun tutulması” hissəsində rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən edilmişdir ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 29 avqust 2023-cü il tarixli, 29.08/23 nömrəli alqı-satqı müqaviləsi əsasında sonuncuya ƏDV daxil cəmi 39761,28 manat dəyərində mal satılmış və bununla əlaqədar Satıcı tərəfindən Alıcıya müvafiq qaydada tərtib edilmiş 01 mart 2024-cü il tarixli, EBDZ 757418 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. Tərəflər arasında tərtib edilib, müvafiq qaydada imzalanaraq möhrülənmiş 15 avqust 2024-cü il tarixli Üzləşmə Aktından görünür ki, alıcı Cavabdeh MMC tərəfindən 29 avqust 2023-cü il tarixli, 29.08/23 nömrəli alqı-satqı müqaviləsi əsasında yaranmış 39761,28 manat məbləğində borcdan cəmi 8500 manat məbləğində ödəniş edilmiş və 15 avqust 2024-cü il tarixinə onun ödənilməmiş 31261,28 manat borcu qalmışdır. Həmin Akt imzalandıqdan sonra isə Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 08 oktyabr 2024-cü il tarixdə cəmi 1000 manat məbləğində ödəniş edilmiş və məlum Üzləşmə Aktında qeyd olunan borcun 30261,28 manat hissəsi isə ödənilməmiş qalmışdır. Buna görə də, iddiaçı "xxxx" MMC 15 may 2025ci ildə hazırkı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehndən, 30261,28 manat məbləğində əsas borc, 500 manat məbləğində dəbbə pulu və 2193,94 manat əldən çıxmış fayda məbləği olmaqla, cəmi 32955,22 manat məbləğində pulun və 190 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)- 618/2025 nömrəli qətnaməsi ilə həmin iddia ərizəsi qismən təmin edilərək, Cavabdehndən 30261,28 manat əsas, 500 manat cərimə və 1235,64 manat əldən çıxmış fayda məbləği olmaqla, cəmi 31996,92 manat məbləğində pul vəsaitinin və 185,99 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Lakin, Cavabdeh MMC həmin qətnamə ilə tutulan əsas borcla qismən, cərimə (dəbbə pulu) və əldən çıxmış fayda məbləğləri ilə isə tamamilə razılaşmayaraq, apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-618/2025 nömrəli qətnaməsinin iddianın təmin edilmiş Cavabdehndən tutulan “30261,28 manat əsas borc” hissəsində qismən, “500 manat cərimə və 1235,64 manat əldən çıxmış fayda” hissəsində isə tam ləğv etməklə, əsas borc kimi 23280 manat pulun tutulması və iddianın qalan hissələrdə isə tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Yəni, cavabdeh apellyasiya şikayətində iddia tələbində qeyd olunan 30261,28 manat məbləğində əsas borcun yalnız 23280 manat hissəsini qəbul etdiyini bildirərək, məlum qətnaməni - əsas borcun “6981,28 manat” hissəsi olmaqla qismən, 500 manat cəriməni (dəbbə pulunu) və 1235,64 manat əldən çıxmış faydanı isə tamamilə mübahisələndirmişdir. Məhkəmə kollegiyası, ilk növbədə apellyasiya şikayətində əsas borcun mübahisələndirilən hissəsi ilə əlaqədar qeyd etməyi lazım bilir ki, cavabdeh hazırkı apellyasiya şikayətində əsas borc üzrə iddiaçı MMC-nin rəhbərliyinə nağd şəkildə ödənilmiş 6000 manat və 1000 manat məbləğində pul vəsaitlərinin nəzərə alınmaması ilə əsaslandırmış və bunu məhkəməyə təqdim etdiyi “votsap” yazışmaları ilə sübut etməyə çalşımışdır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfin “votsap” yazışmalarında istinad etdiyi “23280 AZN” yazısı 24 iyul 2024-cü il tarixinə aid olsa da, bu tarixdən sonra tərəflər arasında 15 avqust 2024-cü il tarixli Üzləşmə Aktı tərtib edilərək təsdiq olunmuş və həmin Aktdan da görünür ki, alıcı Cavabdeh MMC tərəfindən 29 avqust 2023-cü il tarixli, 29.08/23 nömrəli alqı-satqı müqaviləsi əsasında yaranmış 39761,28 manat məbləğində borcdan cəmi 8500 manat məbləğində ödəniş edilmiş və 15 avqust 2024-cü il tarixinə onun ödənilməmiş 31261,28 manat borcu qalmışdır. Bundan əlavə, işin yuxarıda təsvir olunan hallarından görünür ki, 29 avqust 2023-cü il tarixli, 29.08/23 nömrəli alqı-satqı müqaviləsi üzrə qarşılıqlı öhdəliklər iddiaçı "xxxx" MMC və Cavabdeh MMC olmaqla, iki hüquqi şəxs arasında yaranmışdır və həmin tərəflər tam hüquq qabiliyyətinə malik hüquqi şəxslər olaraq, öz öhdəliklərinin yerinə yetirilməsinə cavabdehdirlər. Bu halda, həmin hüquqi şəxslər arasında yaranmış öhdəliklər də bir-birinin qarşısında onların öz adından müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun icra olunmalıdır. Qanunvericiliyin tələblərinə görə hüquqi şəxs öz öhdəlikləri üçün öz əmlakı ilə cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir və hüquqi şəxsin müstəqil balansı olmalıdır. Yəni, hazırkı mübahisənin konkret halları baxımından hüquqi şəxsə ödənilməli olan pul vəsaiti - bilavasitə həmin hüquqi şəxsin bank hesabına ödənilməlidir. Borclu hüquqi şəxsin direktorunun kreditor hüquqi şəxsin bank hesabından kənar onun direktorunun, təsisçisinin və yaxud hər hansı bir digər işçisinin özünə nağd olaraq ödənilməsi - borclu hüquqi şəxsin kreditor hüquqi şəxs qarşısında borc öhdəliyini yerinə yetirməsi kimi qəbul oluna bilməz. Halbuki, iş materiallarından görünür ki, iddiaçı hüquqi şəxs qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan müqavilə üzrə yaranmış ƏDV daxil cəmi 39761,28 manat məbləğində əsas borcun ödənişinin həyata keçirilməsi üçün cavabdeh hüquqi şəxsə müvafiq qaydada elektron qaimə-faktura təqdim etsə də, sonuncu həmin elektron qaimə-faktura əsasında yaranmış borcun qalıq hissəsinin, yəni iddiaçının bank hesabına qanunvericiliyin tələb etdiyi qaydada iddia tələbində tutulması tələb olunan 30261,28 manat əsas borc üzrə hər hansı bir ödəniş etməmişdir. Bütün bu hallara görə də, cavabdeh MMC ilə əlaqədar olan bir fiziki şəxsin iddiaçı MMC ilə əlaqədar olan digər bir hüquqi şəxsə nağd şəkildə edilən hər hansı bir ödəniş - məlum hüquqi şəxslər arasında borc öhdəliyinin yerinə yetirilməsi kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə kollegiyası, əsas borcun mübahisələndirildiyi hissə üzrə apellyasiya şikayətinin dəlillərini və işin konkret hallarını araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi olaraq Şəki Kommersiya Məhkəməsi - 12 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-618/2025 nömrəli qətnaməsində iddiaçının xeyrinə cavabdehdən 29 avqust 2023-cü il tarixli, 29.08/23 nömrəli alqı-satqı müqaviləsi üzrə “30261,28 (otuz min iki yüz altmış bir manat 28 qəpik) manat məbləğində əsas borcu” tutmaqda haqlı olmuş və həmin hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə kollegiyası, ödənilməyən əsas borc məbləğ ilə əlaqədar birinci instansiya məhkəməsinin cavabdehdən tutulmasını qət etdiyi “1235,64 manat əldən çıxmış faydanın” mübahisələndirilməsi üzrə apellyasiya şikayətinin dəlillərini və işin konkret hallarını araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, e-2-2(117)- 618/2025 nömrəli qətnaməsində iddiaçının xeyrinə cavabdehdən 29 avqust 2023-cü il tarixli, 29.08/23 nömrəli alqı-satqı müqaviləsi üzrə “1235,64 manat əldən çıxmış faydanı” tutmaqda da birinci instansiya məhkəməsi haqlı olmuş və həmin hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Lakin, məhkəmə kollegiyası, ödənilməyən əsas borc məbləğ ilə əlaqədar birinci instansiya məhkəməsinin cavabdehdən tutulmasını qət etdiyi “500 manat cərimənin” mübahisələndirilməsi üzrə apellyasiya şikayətinin dəlillərini və işin konkret hallarını araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-618/2025 nömrəli qətnaməsində iddiaçının xeyrinə cavabdehdən 29 avqust 2023-cü il tarixli, 29.08/23 nömrəli alqı-satqı müqaviləsi üzrə “500 manat cəriməni” tutmaqda - birinci instansiya məhkəməsi haqlı olmamış və həmin hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC iddia tələbində 29 avqust 2023-cü il tarixli, 29.08/23 nömrəli alqı-satqı müqaviləsi əsasında yaranmış borc tələbi üzrə Cavabdeh MMC-dən “500 (beş yüz) manat məbləğində dəbbə pulunun tutulmasını” da xahiş etmiş və Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tаrixli, e-2- 2(117)-618/2025 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-dən “500 manat cərimənin tutulması” da qət edilmişdir. Lakin, hazırkı iddia tələbinin əsaslandırıldığı 29 avqust 2023cü il tarixli, 29.08/23 nömrəli alqı-satqı müqaviləsində Alıcının (cavabdehin) öhdəliyini yerinə yetirmədiyi halda dəbbə pulu (cərimə, peniya) ödəməsi barədə heç bir müqavilə şərti nəzərdə tutulmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) - qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Qeyd etmək lazımdır ki, iddiaçı iddia ərizəsində dəbbə pulunun tutulmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 464-cü maddəsi, yəni “qanunla müəyyənləşdirilən” dəbbə pulu kimi əsaslandırmışdır. Halbuki, alqı-satqı müqavlələri əsasında dəbbə pulunun hesablanaraq tutulması qanunla tənzimlənmir. Yəni, alqı-satqı müqavilələrdə nəzərdə tutulduğu halda dəbbə pulu (cərimə, peniya) hesablanaraq, digər tərəfən tələb edilə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış və hazırkı iddia tələbinin əsaslandırıldığı 29 avqust 2023-cü il tarixli, 29.08/23 nömrəli alqı-satqı müqaviləsində Alıcının (cavabdehin) öhdəliyini yerinə yetirmədiyi halda Satıcıya (iddiaçıya) dəbbə pulu (cərimə, peniya) ödəməsi barədə hər hansı bir müqavilə şərti nəzərdə tutulmadığından, iddiaçının Cavabdeh MMC-dən “500 (beş yüz) manat məbləğində dəbbə pulunun tutulması” barədə iddia tələbi də əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC iddia ərizəsində Cavabdeh MMC-dən “500 (beş yüz) manat məbləğində dəbbə pulunun tutulmasını” xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmiş və həmin hissədə iddia tələbinin əsaslılığı sübut olunmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərini, müvafiq qanunvericilik normalarını və işin yuxarıda qeyd olunan konkret hallarını nəzərə almadan 12 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)-618/2025 nömrəli qətnaməsində həmin hissədə iddia tələbini əsaslı hesab edib, iddiaçının xeyrinə cavabdehdən “500 manat cərimənin tutulması” qənaətinə gəlməklə - həmin hissədə düzgün nəticəyə gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh MMC-dən “500 (beş yüz) manat məbləğində dəbbə pulunun tutulması” hissəsində düzgün nəticəyə gəlməmiş və birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə iş üzrə qanuni və əsaslı nəticə deyildir. Beləliklə də, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)- 618/2025 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh MMC-dən “500 manat cərimənin tutulması” hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh MMC-dən “500 (beş yüz) manat məbləğində dəbbə pulunun tutulması” hissəsində iddia tələbi təmin edilməməlidir. Lakin, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin digər mübahisələndirilən hissələri üzrə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin digər mübahisələndirilən hissələrində ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tаrixli, e- 2-2(117)-618/2025 nömrəli qətnaməsi hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin normanın tələbləri və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində hazırkı kommersiya işi üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinə uyğun olaraq Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)-618/2025 nömrəli qətnaməsi qismən, yəni Cavabdehndən “500 manat cərimənin tutulması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdehndən “500 (beş yüz) manat məbləğində dəbbə pulunun tutulması” hissəsində təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tаrixli, e-2-2(117)-618/2025 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.