Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-171/2025 29.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında verilmiş Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında verilmiş Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tаrixli, e-2- 2(117)-1348/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs (VÖEN **********) tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi 29 sentyabr 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs (VÖEN **********) qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12 avqust 2025-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə olan 3172,12 (üç min yüz yetmiş iki manat 12 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 243,77 (iki yüz qırx üç manat 77 qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 834,12 (səkkiz yüz otuz dörd manat 12 qəpik) manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna olan 223,27 (iki yüz iyirmi üç manat 27 qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi – xx xxxx 1975-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi tərəfindən Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 12 avqust 2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) Dövlət Büdcəsinə 3172,12 manat məbləğində (o cümlədən, faizlər üzrə 18,64 manat, maliyyə sanksiyası üzrə 3153,48 manat) vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 243,77 manat, İşsizlikdən Sığorta Fonduna 223,27 manat və İcbari Tibbi Sığorta Fonduna 834,12 manat olmaqla, ümumilikdə 4473,28 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Büdcəsinə və müvafiq Fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********888300 nömrəli, xx.xx.2025-ci il tarixli **********713400 nömrəli, xx.xx.2025-ci il tarixli **********849000 nömrəli və xx.xx.2025-ci il tarixli **********128400 nömrəli bildirişlər göndərilmiş olsa da, vergi ödəyicisi Maraqlı şəxs yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən vergi ödəyicisi Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır (ərizə - Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 77.1, 77.3, 78.1 və 23.1.15-3-cü maddələri, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1-ci maddələri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 305.1.12, 355-5, 355-6 və 355-7-ci maddələri ilə əsaslandırılmışdır). Ərizəçi tərəfindən həmin ərizənin əsaslılığının sübutu kimi ərizə ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə vergi ödəyicisi Maraqlı şəxs 25 sentyabr 2025-ci ildə çap edilmiş X12, Fiziki şəxs haqqında Məlumat, ərizədə qeyd olunan borcun ödənilməsi ilə əlaqədar vergi ödəyicisinə ünvanlanmış Bildirişlər, Xəbərdarlıqlar və digər sənədlər təqdim edilmişdir.
2. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 08 oktyabr 2025-ci il tarixli, e-2- 2(117)-1348/2025 nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında verilmiş Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilərək, həmin qətnamədə qət olunmuşdur ki: - “Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü, Şəki rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA6876020, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx) Dövlət Sosial Müdafiə Fonduna 243,77 manat, İşsizlikdən sığorta fonduna 223,27 manat, dövlət büdcəsinə 3172,12 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 834,12 manat olmaqla, ümumilikdə 4473,28 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi öhdəlikləri tam yerinə yetirilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-1348/2025 nömrəli qətnaməsində Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi ilə əlaqədar mübahisənin həlli üzrə birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü, Şəki rayonunda doğulmuş Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır; Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Maraqlı şəxs (VÖEN: **********) ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli bildirişlərə əsasən borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli sərəncamına əsasən Maraqlı şəxs vergilər üzrə borclarını və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün "xxxx" ASC-də, "xxxx" ASC-də və "xxxx" ASC-də olan bank hesablarına sərəncamlar verilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq edilmişdir. Maraqlı şəxs (VÖEN: **********) X10 ilə təsdiq edilir ki, fiziki şəxsin xx.xx.2025-ci il tarixinə dövlət büdcəsinə və müvafiq fonda ödənilməmiş borcu vardır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna 243,77 manat, İşsizlikdən sığorta fonduna 223,27 manat, dövlət büdcəsinə 3172,12 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 834,12 manat olmaqla, ümumilikdə 4473,28 manat borcu vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan fiziki şəxsin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna olan borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxsnun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3 və 24.0.2-1-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə, “Tibbi sığorta” haqqında Azərbaycan Respublikası Qanunun 15-5.2.2-ci maddəsinə, “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 və 9.1.14-cü maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119, 217.1, 355-5.1, 355-5.2 və 355-7.3cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
- 3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2-2(117)- 1348/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1348/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizəçinin ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, aşağıda qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-1348/2025 nömrəli qətnaməsini qanunsuz hesab edir. Belə ki, hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin olunması üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmamışdır. Qətnamə qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, vergilər üzrə borclarını və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün maraqlı şəxsin bank hesablarına sərəncamlar verilmişdir. Lakin hazırkı iş üzrə mütənasiblik prinsipinə (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) riayət olunması mühüm əhəmiyyət kəsb edir və hər bir halda qeyd olunan məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə, borcun mövcud olması bu məhdudiyyətin tətbiqi üçün kifayət deyildir. Belə ki, Vergi Məcəlləsində müəyyən edilmiş müddətlərdə ödənilməmiş borcların ödənilməsini təmin etmək üçün müxtəlif tədbirlərin həyata keçirilməsi istiqamətində vergi orqanlarının geniş hüquqları nəzərdə tutulmuşdur. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ həmin hüquqlardan yalnız biridir. Qeyd olunan tədbir maraqlı şəxsə səmərəli və gözlənilən nəticəni verə bilən tədbir sayıla bilməz. Belə ki, borclunun mübahisələndirdiyi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun ödənilməsindən yayınmaq üçün ölkəni tərk etmək və qayıtmamaq ehtimalı yox dərəcəsindədir, yəni ona münasibətdə həmin tədbirin tətbiqi borcun ödənilməsini təmin etmək məqsədinə çatmaq üçün səmərəli sayıla bilməz, şəxsin öhdəliklərinin yerinə yetirməsi üçün onun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması borcun ödənilməsini təmin etmək üsulu kimi səmərəli deyildir. Yəni, seçilmiş tədbir borcun ödənilməsini təmin etməyə qadir olmalı, nəticəni təmin etmək xüsusiyyətinə malik olmalıdır. İş üzrə ərizəçi məhkəməyə maraqlı şəxsin vergilər üzrə borclarını və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün müvafiq bank hesablarına sərəncamlar qoyulduğunu bildirsə də, maraqlı şəxsin borcu olduğu halda onun əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd də təqdim etməmişdir. Bundan başqa, məhkəmə mübahisələndirilən qətnamənin “qət etdi” hissəsində maraqlı şəxsin borcun ödənilməsini təmin etmək üçün vergi öhdəliklərini tam yerinə yetirilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasını qət etmişdir. Halbuki nzərə almamışdır ki, maraqlı şəxs tərəfindən vergi borcları ödənilmişdir. Məhkəmə araşdırması ilə bu hal araşdırılmamış, ərizəçinin iddia ərizəsində yazdıqları qətnaməyə “kopyalanaraq” qanunvericiliyin maddələri əsaslandırma hissəsinə əlavə edilməklə, heç bir araşdırma aparmadan, heç bir məhkəmə mülahizəsi olmadan birbaşa qətnamə qəbul edilmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuş,qanunsuz qətnamə qəbul edilmişdir. Ali Məhkəmənin Kommersiya Kollegiyasında baxılmış oxşar işlər üzrə Ali Məhkəmənin hüquqi mövqeyi belə olmudur ki: apellyasiya instansiyası məhkəməsinin vergi orqanları tərəfindən “mütənasiblik prinsipi”nə əməl olunmasının zəruriliyi, o cümlədən maraqlı şəxsin əmlakının siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməməsinə dair mövqeyi ilə razılaşdığından kassasiya şikayətinin müvafiq dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmədiyini vurğulayır (bundan sonra apellyasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarına istinad olunmuşdur).
- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi və apellyasiya şikayətini vermiş Maraqlı şəxs gəlməmişlər. Lakin, Maraqlı şəxs 28 yanvar 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, üzürlü səbəblərə görə hazırkı məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, proses iştirakçıları olmadan məhkəmə iclasının keçirilməsini və işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Qeyd etmək lazımdır ki, apellyasiya icraatı zamanı ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi Maraqlı şəxs xx.xx.2025 - xx.xx.2026-cı il dövrü əhatə edən və 22 yanvar 2026-cı ildə çap edilmiş X10 (həmin X8 vergi borcu üzrə 5284,41 manat borcun hesablandığı, 3935,85 manat ödəniş edildiyi və vergi ödəyicisinin 1630,92 manat məbləğində vergi borcunun olduğu qeyd olunmuşdur) və xx.xx.2026 - xx.xx.2026-cı il dövrü əhatə edən və 26 yanvar 2026-cı ildə çap edilmiş X10 məhkəməyə təqdim olunmuşdur (həmin X8 vergi borcu üzrə 2036,94 manat ödəniş edildiyi və vergi ödəyicisinin 592,48 manat məbləğində vergi borcunun olduğu qeyd olunmuşdur). Bundan əlavə, apellyasiya icraatı zamanı ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 26 yanvar 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tаrixli, e-2-2(117)-1348/2025 nömrəli qətnaməsi üzrə tətbiq edilmiş vergi ödəyicisi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qəbul edilmiş 23 yanvar 2026-ci il tarixli qərar təqdim edilmişdir. Həmin Qərarda göstərilir ki, vergi ödəyicisi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdığı üçün (məhdudlaşmaya səbəb olan borc məbləği azaldığı üçün) Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tаrixli, e-2-2(117)-1348/2025 nömrəli qətnaməsi əsasında onun barəsində tətbiq edilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tədbiri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən götürülmüşdür. - 4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Maraqlı şəxs tərəfindən apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1348/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizəçinin ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş olunması və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları (maddələri): 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 6.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... 16.1.5. vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək; ... . 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ... . 24.1. Vergi orqanları: ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. ... .
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin normaları (maddələri): 9.3.6-1. Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək, vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: ... 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında. ... . 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
- 4.4). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tаrixli, e-2-2(117)- 1348/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında verilmiş Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi, yəni “12 avqust 2025-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə olan 3172,12 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 243,77 manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 834,12 manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna olan 223,27 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi Maraqlı şəxs (VÖEN:**********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) 12 avqust 2025-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 3172,12 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 243,77 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 834,12 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 223,27 manat məbləğində borcu olmuşdur və vergi ödəyicisinə həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilərək, Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə hazırkı ərizə ilə 29 sentyabr 2025-ci ildə məhkəməyə müraciət olunmuşdur. Lakin, həmin ərizə ilə birlikdə məhkəməyə təqdim olunmuş vergi ödəyicisi Maraqlı şəxs 25 sentyabr 2025-ci ildə çap edilmiş “xx.xx.2025 xx.xx.2025-ci il” dövrü əhatə edən Şəxsi X1 vergi borcunun miqdarı “3172,12 manat” məbləğində deyil, daha az miqdarda, yəni 2450,04 manat məbləğində göstərilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin 08 oktyabr 2025-ci il tаrixli, e-2-2(117)- 1348/2025 nömrəli qətnaməsində vergi ödəyicisi Maraqlı şəxs digər məcburi dövlət ödənişləri ilə yanaşı, “Dövlət Büdcəsinə olan 3172,12 manat vergi borcu” ilə əlaqədar da onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Halbuki, “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizədə vergi ödəyicisinin “12 avqust 2025-ci il tarixə hesablanmış 3172,12 manat məbləğində Dövlət Büdcəsinə vergi borcu” olması və həmin borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunsa da, 29 sentyabr 2025-ci ildə həmin ərizə ilə birlikdə məhkəməyə təqdim olunmuş X8 vergi ödəyicisinin daha az miqdarda vergi borcunun, yəni 2450,04 manat məbləğində vergi borcunun olduğu göstərilmişdir. Bundan əlavə, apellyasiya icraatı zamanı ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 22 yanvar 2026-cı ildə məhkəməyə təqdim olunmuş vergi ödəyicisinin “xx.xx.2025 - xx.xx.2026-cı il” dövrü əhatə edən 22 yanvar 2026-cı ildə çap edilmiş X8 vergi ödəyicisi Maraqlı şəxs Dövlət Büdcəsinə olan vergi borcunun miqdarı “3172,12 manat” məbləğində deyil, daha az miqdarda, yəni 1630,92 manat məbləğində olduğu göstərilmişdir. Eyni zamanda, bundan sonra apellyasiya icraatı zamanı yenidən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 26 yanvar 2026-cı ildə məhkəməyə təqdim olunmuş vergi ödəyicisinin “xx.xx.2026 - xx.xx.2026-cı il” dövrü əhatə edən 26 yanvar 2026-cı ildə çap edilmiş X8 vergi ödəyicisi Maraqlı şəxs Dövlət Büdcəsinə olan vergi borcunun miqdarı “3172,12 manat” məbləğində deyil, daha az miqdarda, yəni 592,48 manat məbləğində olduğu göstərilmişdir. Həmçinin, apellyasiya icraatı zamanı ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 26 yanvar 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tаrixli, e-2-2(117)-1348/2025 nömrəli qətnaməsi üzrə tətbiq edilmiş vergi ödəyicisi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qəbul edilmiş 23 yanvar 2026-ci il tarixli qərar təqdim edilmiş və həmin Qərarda göstərilmişdir ki, vergi ödəyicisi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdığı üçün (məhdudlaşmaya səbəb olan borc məbləği azaldığı üçün) Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tаrixli, e-2-2(117)-1348/2025 nömrəli qətnaməsi əsasında onun barəsində tətbiq edilmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi 29 sentyabr 2025-ci ildə Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə ilə məhkəməyə müraciət olunarkən, həmin ərizəyə əlavə edilmiş Şəxsi X1 vergi borcunun miqdarı “3172,12 manat” məbləğində deyil, daha az miqdarda, yəni 2450,04 manat məbləğində olsa da, birinci instansiya məhkəməsinin 08 oktyabr 2025-ci il tаrixli, e-2-2(117)-1348/2025 nömrəli qətnaməsində digər məcburi dövlət ödənişləri ilə yanaşı, “Dövlət Büdcəsinə olan 3172,12 manat vergi borcu” ilə əlaqədar da onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Eləcə də, "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə hazırkı ərizə ilə məhkəməyə müraciət olunduqdan sonra vergi ödəyicisi tərəfindən borcları ilə əlaqədar ödənişlər aparıldığından, vergi ödəyicisi olan Maraqlı şəxs 26 yanvar 2026-cı il tarixə ödənilməmiş cəmi 592,48 manat vergi borcu qalmışdır. Qeyd etmək lazımdır ki, apellyasiya icraatı zamanı ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 yanvar 2026-ci il tarixli qərarı ilə vergi ödəyicisi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdığı üçün (məhdudlaşmaya səbəb olan borc məbləği azaldığı üçün) Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tаrixli, e-2-2(117)-1348/2025 nömrəli qətnaməsi əsasında tətbiq edilmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən götürülmüşdür. Odur ki, qeyd olunanlara əsasən müəyyən olunur ki, işin hallarına görə vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququqnun müvəqqəti məhdudlaşdırılması zərurəti aradan qalxmışdır və onun hazırkı vəziyyətdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 02 noyabr 1999-cu il tarixli 27 saylı X6 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tаrixli, e-2-2(117)-1348/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında verilmiş Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi, yəni “12 avqust 2025-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə olan 3172,12 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 243,77 manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 834,12 manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna olan 223,27 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi Maraqlı şəxs (VÖEN:**********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tаrixli, e-2-2(117)-1348/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında verilmiş Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi, yəni “12 avqust 2025-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə olan 3172,12 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 243,77 manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 834,12 manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna olan 223,27 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.