Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-181/2025 03.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, e-2-2(117)- 763/2025 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 2024/271 nömrəli “mallar, işlər və ya xidmətlər üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı İddiaçı MMC, alıcı Cavabdeh bu müqavilə üzrə nəzərdə tutulan malları satmağı, cavabdeh isə öz növbəsində həmin malları qəbul edib müəyyən edilmiş dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə İddiaçınə məxsus imza və möherlə təsdiq edilsədə, Cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilməmişdir.
2. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 12010160 nömrəli, xx.xx.2024-cü il tarixli 10713284 nömrəli, xx.xx.2024-cü il tarixli 10630566 nömrəli elektron qaimələrdə iddiaçının cavabdehə müqavilə üzrə verdiyi malların adları, miqdarı, yekun qiymətləri və ümumi borc öz əksini tapmışdır.
3. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya aralarında bağlanan müqavilə üzrə 14263,08 manat əsas, illik gecildirilmiş vaxt üçün 5%-lə (beş faiz) hesablanmış 228 manat məbləğində faiz borcu vardır.
4. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya aralarında bağlanan müqavilə üzrə 381,36 manat ƏDV borcundan, 2118,64 manat isə əsas borcdan ödəniş etmişdir.
5. İş materiallarında olan iddiaçı şirkətə məxsus boya məhsullarının sertifikat məlumatlarından görünür ki, iddiaçı şirkətə məxsus boya məhsulları istifadəyə yararlılığı barədə hər-bir növ məhsulun özünə məxsus sertifikatı vardır.
6. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə hüquqi yardım göstərilməsi üçün “Ekol” Vəkil Bürosunun hesabına 350 manat məbləğində ödəniş edilmişdir.
I. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.263,08 manat əsas borc, illik gecildirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 228 manat, 133,47 manat dəyərində dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 30 iyul 2024-cü ildə 2024/271 nömrəli malla işlər və ya xidmətlər üzrə satınalma müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci maddəsinə əsasən “alıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “satıcı”-dan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 5.2-ci maddəsinə əsasən “alıcı” müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin, göstərilmiş işlərin təxirəsalınmadan qəbuledilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin 11.1ci maddəsində “alıcı” müvafiq olaraq “satıcı”-ya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya “alıcı”-nın təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar “alıcı”-ya təhvil verildikdən sonra dəyəri ödənilir. İddiaçı MMC müqavilə üzrə yaranmış öhdəlikləri tam və vaxtında yerinə yetirməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam və vaxtında icra olunmadığından İddiaçı MMC-nin xeyrinə 14.263,08 manat ziyan dəymişdir. Belə ki, tərəflərindən müqavilə üzrə verilmiş şifarişlər əsasında müxtəlif vaxtlarda elektron qaimə-fakturalar göndərilmişdir. 1. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 12010160 nömrəli qaimə ilə 1118,87 manat dəyərində. 2. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 10630566 nömrəli qaimə ilə 1381,11 manat dəyərində. 3. xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 10713284 nömrəli qaimə ilə 16.263 manat dəyərində. Cavabdeh tərəfindən müqavilə üzrə verdiyi sifarişlər cəmiyyət tərəfindən tam həcmdə təmin edilsə də, Cavabdeh müqavilədən gələn öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyindən cəmiyyət maddi ziyana məruz qalmışdır. Belə ki, iddaçı öhdəliyin icra edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Beləliklə, iddiaçı Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən, öhdəliyin icrasını həyata keçirilməsini tələb edir. Həmçinin, cavabdeh "Cavabdeh öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də iddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. İllik gecikdirmə faizinə görə ümumilikdə 228 manat borc yaranmışdır.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, müvafiq sənədlər araşdırılarkən müəyyən edilən faktlara əsasən iddia tələbinin dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Belə ki, əsas borc 16263 manat, 5% illik gecikdirmə üzrə 661,66 manat olmaqla ümumi tələb 16924,34 manat olmuşdur. Buna uyğun olaraq yenidən hesablanan dövlət rüsumu 141 manat olmuş, əksik olan 8 manat tamamlanmışdır. Həmçinin hüquqi yardım üzrə ödənmiş xidmət haqqının 350 manat olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbində düzəliş edilərək yenidən redaktə edilməsi xahiş edilmişdir.
10. Cavabdeh nümayəndəsi və vəkili iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh iddiaçının iddia tələbini tam qəbul etmir. Belə ki, iddiaçı tərəfindən cavabdehə satılmış boya məhsullarının bir qismi yararsız olduğuna görə cavabdehin sifariş götürüb hazırladığı məhsulları keyfiyyətsiz hala salmış və cavabdehə əlavə ziyan vurmuşdur. İddiaçının yararsız məhsulu üzündən müştərilərini itirmişdir. Cavabdeh bildirir ki, yararsız boyaların bir qismi hazırda anbarda saxlanılmaqdadır. Qeyd olunanların nəzərə alınması və iddia tələbini təmin ediməməsi xahiş edilmişdir.
11. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
12. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 05 noyabr 2025-ci il tarixli, e-2-2(117)-763/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 16262,98 manat əsas, illik gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 339 manat faiz borcu olmaqla, cəmi 16601,98 manat məbləğində pul vəsaiti, ödənilmiş 139,8 manat dövlət rüsumunun əvəzi və hüquqi yardım üçün ödənilmiş 350 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməlidir
14. Məhkəmə hesab etmişdir ki, cavabdehin öhdəliyin icrasının gecikdirilməsi faktı iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən iddiaçı gecikdirilmiş borc məbləğinə hesablanan illik 5% məbləğində faiz borcunun tələb etməkdə haqlı olmuşdur. Lakin iş materiallarına əsasən cavabdeh tərəfindən ödənişin gecikdirilməsi müddəti 5 ay təşkil edir. Bu səbəbdən illik 5% məbləğində hesablanmış faiz borcu 661,66 manat deyil, 339 manat təşkil edir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 427.2, 442, 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 448.1, 448.2, 567, 600.1-ci maddələrinə, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2 fevral 2021-ci il taixli, 26 nömrəli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 119.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikаyəti vermişdir.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə formal yanaşaraq əsaslı araşdırma aparmadan işi yekunlaşdırmaq üçün tələsik qətnamə çıxarmışdır. İddia ərizəsinə qarşı etirazda bildirmişlər ki, iddiaçı tərəfindən cavabdehə satılmış boya məhsullarının bir qismi yararsız olduğuna görə cavabdehin sifariş götürüb hazırladığı məhsulları keyfiyyətsiz hala salmış və cavabdehə əlavə ziyan vurmuşdur. Ona görə də, cavabdeh müştərilərini itirmişdir. Həmçinin, vəsatət təqdim edərək məhkəmə ekspertizasının keçrilməsini xahiş etmişlər. Göstərilənlərə baxmayaraq məhkəmə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ekspertizanın keçrilməsini həvalə etmək əvəzinə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın aparılması və təşkili "xxxx" MMCnin ekspertlərinə həvalə edilmişdir. Cavabdeh bildirmişdir ki, "xxxx" MMC-nin eksperti iddiaçının nümayəndəsi ilə birlikdə anbara yaxınlaşdıqda əvvəlcədən işdə marağı olmasını büruzə vermişdir. Həmçinin, imtina məktubunda qeyd etmişdir ki, baxış zamanı boya məhsullarının ağzının açıq olduğu və bu səbəbdən keyfiyyətinin təyin olunması üçün labortoriya şəraitində analizin aparılması mümkünsüz olması səbəbindən qərardad üzrə sualların cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. Cavabdeh bildirmişdir ki, boya məhsulu elə bir şeydir ki, o istehsal olunan mebelin əsasını təşkil edir. Digər materiallardan daha çox önəmlidir. Belə ki, mebelə istifadə olunan digər MDF, taxta və ya digər materiallar hər hansısa bir qüsur olsa belə sonuncu boya mərhələsində onu gizlətmək olar. Lakin boya məhsulunda bu mümkün deyil. Elə ona görə də, iddiaçıdan alınmış boya məhsulları bağlı qutuda olduğu üçün həmin məhsulların da, əvvəlkilər kimi keyfiyyətli olduğunu düşünmüşdür. Lakin, sifarişlər çox olduğuna görə qutular açılmış və rənglənməyə getmişdir. Həmin ərəfədə boyaların gec quruması və ya nöqtələr əmələ gəldiyinin yəni boyanın çürüdüyünü görmüşdür. Bununla bağlı dəfələrlə iddiaçının nümayəndəsinə məlumat verdiyini oda qüsurun iddiaçının məhsulunda olduğunu bildirmişdir. Cavabdeh isə məhsulun bir qisminin pulunu əvvəlcədən vurduğunu sonradan isə məhsul yararsız olduğuna görə qalan hissəsinin ödənişini etməmişdir. Bundan başqa, cavabdeh bilməmişdir ki, iddiaçı gələcəkdə bu cür hərəkətlər edəcək. Əslində iddiaçı cavabdehə ziyan vurmuş və yararsız boyaya görə müştəriləri mebelləri qaytarmış, ödəniş etməkdən imtina etmişlər. Ona görə də, əlavə sübutlar təqdim etmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsələr də, birinci instansiya məhkəməsi qətnaməni təhrif edərək tələsik çıxarmışdır. Bundan başqa, qətnamədə məhsulun lisenziyası olmasına əsaslanmışdır. Halbuki, məhkəmə nəzərə almamışdır ki, lisenziya istehsalat üçün nəzərdə tutulmuş, avadanlıqlara istehsalat qaydasına görə verilmişdir. Lisenziya var deyə o nəticəyə gəlmək olmaz ki yüz faiz bütün istehsalat keyfiyyətli olacaq və qüsur yaranmayacaqdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, e- 2-2(117)-763/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, cavabdehin xx.xx.2025-ci il tarixli ərizəsinə münasibətdə bildirir ki, iş üzrə “zəruri sənədlər” məhkəmə hazırlıq iclasları ərzində və ən əsası elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilir. Qarşı tərəfin iş üzrə elektron kabinetinin olmasını və baş tutan məhkəmə iclacları ərzində hər hansı sübutu təqdim etmə imkanlarının olmasını nəzərə alaraq, 05.11. 2025-ci il tarixli təyin edilmiş məhkəmə baxış iclasının təxirə salınmasına dair tələblərini tamamilə əsassız və qanunsuz hesab edir, sözügedən vəsatətin məhkəmənin əsassız uzadılması məqsədilə edilən digər növbəti addım kimi qiymətləndirirlər. Qeyd edir ki, cavabdehin iddia etdiyi kimi gecikdirilmiş vaxt üzrə illik beş faiz tələbi müqavilə şərti deyil qanunvericiliyin tələbidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmçinin, Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2-2(117)-763/2025 saylı qərardadıla iş üzrə keçiriləcək məhkəmə əmtəəşünaslıq ekspertizasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə deyildə, Azərbaycan Respublikası "xxxx" MMC-nin ekspertlərinə həvalə etmişdir. Şəki Kommersiya Məhkəməsinin ekspertizanı niyə məhz Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi yerinə ekspertizasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə deyildə, Azərbaycan Respublikası "xxxx" MMC-yə həvalə edilməsi cavabdeh tərəfi ilə mübahisələndirə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə-əmtəəşünaslıq ekspertizasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmək kimi bir öhdəliyi qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edərək, birinci instansiya məhkəməsi keçiriləcək məhkəmə əmtəəşünaslıq ekspertizasının təşkili üçün Azərbaycan Qiymətləndiricilər Palatasına göstəriş verdikdən sonra Azərbaycan Qiymətləndiricilər Palatasına öz mülahizəsinə əsasən əmtəəşünaslıq ekspertizasının aparılmasını istənilən səlahiyyətli ekspert təşkilatına həvalə edə bilər. Cavabdeh tərəf birinci instansiya məhkəməsinə hər hansı müəyyən bir ekspertin təyin edilməsi haqqında təklif irəli sürməyərək, məhkəmə əmtəəşünaslıq ekspertizasının üzrə təyin ediləcək eksperti tamamilə məhkəmənin mülahizəsinə həvalə etmişdir. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli №MB/1205 nömrəli rəyindəndə göründüyü kimi, Cavabdeh satılan və cavabdehə məxsus anbarda saxlanılan boya məhsullarının keyfiyyətinin istifadə üçün yararlı olub olmamasının müəyyən edilməsi üçün cavabdeh və iddiaçı tərəflərin iştirakı ilə boya məhsuluna baxış keçirilmişdir. Baxış zamanı boya məhsullarının ağzının açıq olduğu və bu səbəbdən keyfiyyətin təyin olunması üçün laborotoriya şəraitində analizinin aparılması mümükünsüz olduğundan qərardad üzrə sualın cavablandırılması mümkün olmamışdır. Cavabdeh nümayəndəsi Vəkil2 qeyd etmişdir ki, sifarişlər çox olduğuna görə qutular açılmış və rənglənməyə getmişdir. Həmin ərəfədə boyaların gec quruması və ya nöqtələr əmələ gəldiyinin yəni boyanın çürüdüyünü görmüşdür. Lakin həmin şəxs nəzərə almamışdır ki, boya məhsullarının hermetikliyi müəyyən endogen amillərin təsiri altında təbii amortizasiyaya məruz qalır. Cavabdehin boya məhsullarını harda, necə şəraitdə və hansı hava şərtlərində saxladığı onlara məlum deyil. Beləliklə, boya məhsullarının qeyd olunan naməlum şəraitdə vaxtın axımı ilə “keyfiyyətinin” dəyişməsinə İddiaçı MMC məsul ola bilməz. Boya məhsullarının qablaşdırılmasında nəzərdə tutlan istehlak müddəti həmin “məhsullar açılmadığı” təqdirdə tətbiq olunur. Həmçinin, Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətində iddia etdiyi hal - “Həmin ərəfədə boyaların gec quruması və ya nöqtələr əmələ gəldiyinin yəni boyanın çürüdüyünü görmüşdür. Bununla bağlı dəfələrlə iddiaçının nümayəndəsinə məlumat verdiyini oda qüsurun iddiaçının məhsulunda olduğunu bildirmişdir.” – tamamilə yalandır, çünki belə bir hal gərçəkdə baş verməmişdir. Belə ki, Cavabdeh boya məhsullarının keyfiyyətsizliyi haqqında nə məhkəmə prosessindən öncə pretenziya göndərmiş, nə də məhkəmə baxışı zamanı bununla əlaqədar tələb irəli sürməmişdir. İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh arasında baş tutan telefon danışıqları sırasında cavabdeh satılmış malların keyfiyyətsizliyi barəsində heç bir münasibət bildirməmiş, və ödənişlərini maliyyə problemləri səbəbilə gecikdirdiyini bildirmişdir. “Lisenziya var deyə o nəticəyə gəlmək olmaz ki, yüz faiz bütün istehsalat keyfiyyətli olacaq və qüsur yaranmayacaqdır” – cavabdehin apellyasiya şikayətindəki bu ifadəsi tamamilə mənasızdır çünki iş materiallarındanda aydın olduğu kimi satılan malların keyfiyyətinə zəmanət verən beynəlxalq lisenziya mövcuddur. Həmçinin qeyd edir ki, İddiaçı MMC boya məhsullarının istehsalçısı deyil, satıcısıdır. Sadalanan hallardan da göründüyü üzrə, apellyasiya instansiyasında araşdırılmasına əsas ola biləcək heç bir hal mövcud deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, e-2-2(117)-763/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, e-2-2(117)-763/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdeh və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
25. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
26. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
30. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
31. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
V. Apellyasiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, e-2-2(117)-763/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli 2024/271 nömrəli “mallar, işlər və ya xidmətlər üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı İddiaçı MMC, alıcı Cavabdeh bu müqavilə üzrə nəzərdə tutulan malları satmağı, cavabdeh isə öz növbəsində həmin malları qəbul edib müəyyən edilmiş dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə İddiaçınə məxsus imza və möhürlə təsdiq edilsə də, Cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Buna baxmayaraq iddiaçı cavabdehin verdiyi sifarişlər əsasında xx.xx.2024cü il tarixli 12010160 nömrəli, xx.xx.2024-cü il tarixli 10713284 nömrəli, xx.xx.2024-cü il tarixli 10630566 nömrəli elektron qaimələrlərlə müvafiq olaraq 1118,87 manat, 1381,11 manat 16.263 manat dəyərin müxtəlif çeşiddə malları cavbdehə göndərmiş, cavabdeh də öz növbəsində həmin malları qəbul edərək dəyərinin bir hissəsini (381,36 manat ƏDV borcundan, 2118,64 manat əsas borcdan) ödəniş etmişdir. Cavabdeh verdiyi sifarişlər əsasında cəmiyyət tərəfindən malların verilməsi tam həcmdə təmin edilsə də, Toğru Vəliyev həmin malların dəyərini tam ödəməmişdir. Cavbdeh Cavabdeh öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyindən iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, işə mahiyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
45. Kollegiya ilk öncə onu qeyd edir ki, tərəflər arasında bağlanılması istinad edilən xx.xx.2024-cü il tarixli 2024/271 nömrəli “mallar, işlər və ya xidmətlər üzrə satınalma müqaviləsi cavabdeh tərəfindən imzalanmasa da, cavabdeh istər iddiaya qarşı etirazında, istər ekspertizanın təyin edilməsinə dair vəsatətdə, istərsə də apel yasiya şikayətində işin həmin halını mübahisələndirməmişdir.
46. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya aralarında bağlanan müqavilə üzrə elektron qaimələr əsasında müvafiq ödənişlər edilmişdir. İşin bu halı tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olmasını təsdiq edir.
47. İddiaçıdan müxtəlif vaxtlarda mallar aldığını etiraf edən cavabdeh onların dəyərinin tam ödəməməsinin səbəbi kimi həmin malların yararsız olduğunu göstərir.
48. Birinci instansiya məhkəməsində cavabdehi təmsil etmiş nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir.
49. Lakin həmin nümayəndə və vəkil özünün iş üzrə apellyasiya icraatda iştirakına imkan verən vəkil orderini elektron kabinetə yükləməmişdir (təqdim etməmişdir).
50. Kollegiya onu da qeyd edir ki, MPM-in 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdehlər, o cümlədən Cavabdeh birinci instansiya məhkəməsində işə baxılan zaman təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatət verməmişdir.
51. Məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin vəsatəri əsasında məhkəmə əmtəəşünaslıq ekspetizası təyin edilsə də, həmin ekspertizanın aparılması mümkün olmamışdır.
52. Belə ki, ekspertizanın aparılması həvalə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB 18/1205 nömrəli məktubunda cavabdehə məxsus anbarda saxlanılan boya məhsullarının ağzının açıq olduğu və bu səbəbdən keyfiyyətinin təyin olunması üçün labortoriya şəraitində analizin aparılması mümkünsüz olması səbəbindən qərardad üzrə sualların cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. Bununla bağlı xx.xx.2025-ci il tarixli baxış aktı tərtib edilmiş və akt iddiaçının nümayəndəsi, cavabdeh və ekspert tərəfindən imzalanmışdır.
53. Göründüyü kimi, cavabdehin yararsızlığını bəyan etdiyi boya məhsullarının keyfiyyət göstəriciləri dair sualların cavablandırılmasının mümkün olmayacağı əvvəlcədən bəllidir.
54. Eyni zamanda iş materiallarına iddiaçı tərəfindən cavabdehə satılmış malların (boya məhsullarının) sertifikatı (mənşə məlumatları) əlavə edilmişdir.
55. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə göstərmişdir ki, iş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilə əsasında cəmi 18762,98 manat dəyərində mal verilmişdir. Həmin təhvil verilən malların 2500 manat hissəsinin dəyəri cavabdeh tərəfindən ödənilmiş və bu hal iş materiallarında olan ödəniş tapşırıqlarında öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcdan ödəniş edilən (18762,98- 2500=16262,98) hissəyə münasibətdə rədd edilməli və qalan 16262,98 manat hissəsinə münasibətdə təmin edilməlidir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan alqı-satqı müqaviləsi əsasında yaranmış və ödənilməmiş 16262,98 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
56. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən ödənişin gecikdirilməsi müddəti iş materiallarına əsasən 5 ay təşkil edir. Bu səbəbdən illik 5% məbləğində hesablanmış faiz borcu 661,66 manat deyil, 339 manat təşkil edir. Ona görə də 339 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
57. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaətləri ilə razılaşır.
58. Apellyasiya şikayətinin iddiaçı tərəfindən cavabdehə satılmış boya məhsullarının bir qismi yararsız olduğuna görə cavabdehin sifariş götürüb hazırladığı məhsulları keyfiyyətsiz hala salmış və cavabdehə əlavə ziyan vurması, ona görə də, cavabdehin müştəriləri itirməsi barədə dəlili ilə bağlı qeyd edir ki, cavabdeh həmin xüsusatları, eləcə də mebel məmulatlarına vurulmuş boyanın çürüdüyünü və bunlarla bağlı dəfələrlə iddiaçının nümayəndəsinə məlumat verdiyini təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.
59. Eyni zamanda apellyasiya şikayətinə etirazda göstərilmişdir ki, iddiaçının nümayəndəsi və cavabdeh arasında baş tutan telefon danışıqları sırasında cavabdeh satılmış malların keyfiyyətsizliyi barəsində heç bir münasibət bildirməmiş və ödənişlərini maliyyə problemləri səbəbilə gecikdirdiyini bildirmişdir.
60. Apellyasiya şikayətinin dəlillərindən biri də məhkəmənin imza və möhür olmadığı halda müqavilənin şərtlərini cavabdeh üçün məcburi hal kimi qiymətləndirərək illik 5% dərəcəsində cavabdehdən pul tutması barədədir.
61. Kollegiya həmin dəlillə bağlı göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
62. Göründüyü kimi, iddiaçının müqavilə öhdəliklərindən deyil, qanunun normasından çıxış edərək cavabdehə (borcluya) qarşı gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququı yaranmışdır.
63. Apellyasiya şikayətinin dəlillərindən birisi də birinci instansiya məhkəməsinin hazırkı kommersiya mübahisəsi üzrə kifayət qədər əsaslı araşdırılmaması barədədir.
64. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, hazırkı mübahisəyə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi təqdim olunmuş sübutları lazımi qaydada araşdırmış və qiymət vermişdir, təqdim edilmiş sübutlar iş üzrə yekun nəticəyə gəlinməsi üçün yetərli olmuşdur.
65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
66. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
67. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
68. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
69. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
70. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
71. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, e-2-2(117)-763/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, e-2-2(117)- 763/2025 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov