Məhkəmə qərarları › İş №2-2(107)-21/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-21/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-21/2025 14.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə və cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1360/2024 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı 23 sentyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən 279551,21 (iki yüz yetmiş doqquz min beş yüz əlli bir manat 21 qəpik) manat əsas borc məbləği və illik 5 % hesablanmaqla 17653,85 (on yeddi min altı yüz əlli üç manat 85 qəpik) manat gecikdirmə faizi olmaqla, ümumiliklə 297205,06 (iki yüz doxsan yeddi min iki yüz beş manat 06 qəpik) manat məbləğində borcun və eləcə də, hüquqi yardım üçün ödənilmiş 1000 (bir min) manat məbləğin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 588 (beş yüz səksən səkkiz) manat dövlət rüsumunun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı “X2” MMC arasında 17 mart 2023-cü il tarixli OP/2023/009 və OP/2023/009-02 nömrəli Ticari Alqı-satqı Müqavilələri (bundan sonra Müqavilə) bağlanmışdır. Müqavilələrin 1.1-ci bəndlərinə əsasən “Satıcı” “Alıcı”ya bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuları, maşınları, avadanlıqları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Müqavilənin 4.2-ci bəndində qeyd olunmuşdur ki, Alıcı malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Müqavilənin 1.2-ci bəndinə görə Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə Razılmaşma ilə müəyyən olunur. Müqavilənin 2.10-cu bəndinə görə Alıcı sifariş təsdiqləndikdən sonra ödənişi 100% həcmində Satıcının bank hesabına və ya nağd yolu ilə köçürür. Müqavilənin 3.2.1-ci bəndinə görə “Alıcı” müqavilədə müəyyən olunmuş qaydada malın qiymətini ödəməlidir. Bu öhdəlik Alıcının əsas öhdəliyidir. Müqavilənin 3.2.1.1-ci bəndinə görə Satıcının Sifarişi qəbul etdiyi anda, Alıcı üçün qiyməti ödəmək öhdəliyi yaranır. Müqavilənin 4.3-cü bəndinə görə Malın təhvil verilməsi hesabfaktura/elektron qaimə-faktura və təhvil-təslim aktı (tərtib olunubsa) ilə həyata keçirilir. Həmin sənədlərdən birinə Alıcı (təmsilçi) tərəfindən imza çəkildikdə və ya elektron qaiməfaktura təsdiq edildikdə (həmçinin elektron informasiya sistemi vasitəsi ilə avtomatlaşdırılmış qaydada təsdiq olunduqda) mal təhvil verilmiş hesab edilir. Müqavilənin 6.1-ci bəndinə əsasən Tərəflər müqavilədən irəli gələn öhdliklərini icra etməmələrinə/lazımınca icra etməmələrinə görə məsuliyyət daşıyırlar. Tərəflər arasında imzalanmış “17” mart 2023-cü il tarixli OP/2023/009 №-li X4 № 01-ə əsasən 225665,62 (iki yüz iyirmi beş min altı yüz altmış beş manat 62 qəpik) manat dəyərində və “17” mart 2023-cü il tarixli OP/2023/009-02 №-li X4 № 01-ə görə isə 205699,75 (iki yüz beş min altı yüz doxsan doqquz manat 75 qəpik) manat dəyərində olmaqla, ümumilikdə 431365,37 (dörd yüz otuz bir min üç yüz altmış beş manat 37 qəpik) manat dəyərində malların təhvil verilməsi razılaşdırılmışdır. Bununla əlaqədar olaraq da EBDX seriyalı 069848 №-li və EBDX seriyalı 075864 №-li elektron qaimə-faktura tərtib edilmişdir. Lakin, daha sonra tərəflər arasında hər iki müqavilə üzrə ümumi razılaşdırılmış məbləğdən daha az miqdarda, yəni hər iki müqavilə üzrə cəmi 399551,21 (üç yüz doxsan doqquz min beş yüz əlli bir manat 21 qəpik) manat dəyərində mallar təhvil alınmışdır və bununla bağlı tərəflər arasında 30 may 2023-cü il tarixli təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh tərəfindən isə təhvil-təslim aktına əsasən təhvil verilmiş mallar üzrə EBDX seriyalı 075864 №-li elektron qaimə-faktura üzrə xx.xx.2023-cü il tarixində 100000 (yüz min) manat və xx.xx.2023-cü il tarixində isə 20000 (iyirmi min) manat olmaqla, ümumilikdə 120000 (yüz iyirmi min) manat ödəniş olunmuşdur. Ümumi olaraq isə hər iki Müqavilə üzrə təhvil verilmiş mallar üzrə cəmi 279551,21 (iki yüz yetmiş doqquz min beş yüz əlli bir manat 21 qəpik) manat dəyərində borc məbləği yaranmışdır. Həmin borc Alıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş və Alıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Tərəflər arasında Müqavilənin 4.3-cü bəndində razılaşdırılmış qaydada təhvil-təslim aktının tərtib olunmasına və İddiaçı tərəfindən elektron qaimə-fakturanın təqdim olunmasına baxmayaraq, Cavabdeh tərəfindən ödənişin həyata keçirilməsi ilə bağlı bu günədək heç bir hərəkət edilməmişdir. İddiaçı Müqavilə üzrə öz öhdəliyini icra etmiş və öhdəliyin qarşılıqlı icrası vaxtı çatdığı halda, cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Ona görə də, İddiaçı öhdəliyin icrasını həyata keçirilməsini Cavabdehdən tələb edir. Həmçinin Cavabdeh öhdəliyinin icrası vaxtını gecikdirməklə, İddiaçıya ziyan vurmuşdur. Buna görə də İddaçı pul öhdəliyinin gecikdirilməsi ilə bağlı Mülki Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. Beləliklə, alıcı “X2” MMC-nin satıcı İddiaçı MMC-yə illik 5 % olmaqla, 17653,85 (on yeddi min altı yüz əlli üç manat 85 qəpik) manat gecikdirmə faizi hesablanmışdır (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 425.1, 441.4, 442, 443.3, 445, 449.1, 462.1, 567, 597 və 598-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur: - Satıcı İddiaçı MMC ilə alıcı “X2” MMC arasında aşağıda sadalanan şərtlərlə bağlanmış 17 mart 2023-cü il tarixli OP/2023/009 nömrəli Ticari Alqı-satqı Müqaviləsi və 17 mart 2023-cü il tarixli OP/2023/009-02 nömrəli Ticari Alqı-satqı Müqaviləsi (hər iki Müqavilədə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən şərtlər tamamilə eynidir): 1.1. Müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuları, maşınları, avadanlıqları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. 1.2. Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. 1.3. Qüvvəyə minmiş sifariş, Satıcının qiymət siyahısı, hesab-faktura/elektron qaimə-taktura, tərəflər arasındakı bildirişlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilənin şərh olunmasında əsas götürülür. 2.1. Malın qiyməti X1 və ya Satıcının qiymət siyahısı (price list) ilə müəyyən edilir və o həmişə müəyyən miqdar puldur. 2.10. Alıcı sifariş təsdiqləndikdən sonra ödənişi 100% həcmində Satıcının bank hesabına və ya nağd yolu ilə köçürür. 3.2.1. Alıcı müqavilədə müəyyən olunmuş qaydada malın qiymətini ödəməlidir. Bu öhdəlik Alıcının əsas öhdəliyidir. 3.2.1.1. Satıcı sifarişi qəbul etdiyi anda Alıcı üçün qiyməti ödəmək öhdəliyi yaranır. 3.2.2. Alıcı sifarişinə uyğun olaraq ona təqdim olunan satılanı təhvil almağa borcludur. 4.1. Bir qayda olaraq Satıcı malı Alıcıya ödəniş edildikdən sonra təhvil verir və Alıcı ödəniş etməyəcəyini bildirdikdə və ya buna kifayət qədər əsas olduqda, Satıcı malı ödəniş olunana qədər özündə saxlamaqda haqlıdır. 4.2. Satıcı Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və ya elektron qaiməfakturanı və (tərtib olunubsa) təhvil-təslim aktım da Alıcıya təqdim etməlidir. 6.1. Tərəflər müqavilədən irəli gələn öhdəliklərini icra etməmələrinə/lazımınca icra etməmələrinə görə məsuliyyət daşıyırlar. 9.1. Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və atipik miiddətsiz (hər dəfə avtomatik uzadılma) olmaqla, 1 (bir) il müddətinə - 17 mart 2024-cii il tarixinədok qüvvədədir. Müqavilənin müddətinin bitməsinə 15 (on beş) gün qalanadək tərəflərdən heç biri ona xitam verilməsi barədə digər tərəfə bildiriş verməzsə müqavilə daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Bu cür uzadılmanın məhdudiyyəti yoxdur. 9.2. Müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki Tərəfin təmsilçisi tərəfindən imzalandıqdan və (varsa) möhürləndikdən sonra hüquqi qüvvəyə malikdir və Müqavilənin ayrılmaz tərkib hissəsidir; - 17 mart 2023-cü il tarixli OP/2023/009 nömrəli müqavilə üzrə tərəflər arasında imzalanıb-möhürlənərək təsdiq olunmuş 17 mart 2023-cü il tarixli Əlavə Razılaşma № 01. Həmin Razılaşmadan görünür ki, tərəflər arasında 17 mart 2023-cü il tarixli OP/2023/009 №-li Müqavilə əsasında cəmi 225665,62 (iki yüz iyirmi beş min altı yüz altmış beş manat 62 qəpik) manat dəyərində müxtəlif adda malların satıcı İddiaçı MMC tərəfindən alıcı “X2” MMC-yə satılması razılaşdırılmışdır; - 17 mart 2023-cü il tarixli OP/2023/009-02 nömrəli müqavilə üzrə tərəflər arasında imzalanıb-möhürlənərək təsdiq olunmuş 17 mart 2023-cü il tarixli Əlavə Razılaşma № 01. Həmin Razılaşmadan görünür ki, tərəflər arasında 17 mart 2023-cü il tarixli OP/2023/009-02 nömrəli Müqavilə əsasında cəmi 205699,75 (iki yüz beş min altı yüz doxsan doqquz manat 75 qəpik) manat dəyərində müxtəlif adda malların satıcı İddiaçı MMC tərəfindən alıcı “X2” MMC-yə satılması razılaşdırılmışdır; - Satıcı İddiaçı MMC ilə alıcı “X2” MMC arasında “17 mart 2023-cü il tarixli OP/2023/009 №-li Müqaviləyə əsasən” tərtib edildiyi qeyd olunan və imzalanıbmöhürlənərək təsdiq olunmuş 30 may 2023-cü il tarixli Təhvil-Təslim Aktı. Həmin Aktdan görünür ki, cəmi 399551,21 (üç yüz doxsan doqquz min beş yüz əlli bir manat 21 qəpik) manat dəyərində mallar 2023-cü ildə satıcı İddiaçı MMC tərəfindən alıcı “X2” MMC-yə təhvil verilmişdir; - 17 mart 2023-cü il tarixli OP/2023/009 №-li Müqavilə (Əlavə Razılaşma № 01) əsasında 225665,62 (iki yüz iyirmi beş min altı yüz altmış beş manat 62 qəpik) manat (ƏDV hesablanmayıb) dəyərində müxtəlif adda malların satılması barədə satıcı İddiaçı MMC tərəfindən alıcı “X2” MMC-yə təqdim edilmiş 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 075864 nömrəli Elektron Qaimə-Faktura; - 17 mart 2023-cü il tarixli OP/2023/009-02 №-li Müqavilə (Əlavə Razılaşma № 01) əsasında 205699,75 (iki yüz beş min altı yüz doxsan doqquz manat 75 qəpik) manat (ƏDV hesablanmayıb) dəyərində müxtəlif adda malların satılması barədə satıcı İddiaçı MMC tərəfindən alıcı “X2” MMC-yə təqdim edilmiş 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 069848 nömrəli Elektron Qaimə-Faktura; - Cavabdehə ünvanlanmış “Alqı-satqı üzrə borcun ödənilməsi” barədə 24 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubu. İddiaçı cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti də İddiaçınə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, satıcı İddiaçı MMC ilə alıcı “X2” MMC arasında bağlanmış 17 mart 2023-cü il tarixli OP/2023/009 və OP/2023/009-02 nömrəli Ticari Alqı-satqı Müqavilələrinin və onların 1 saylı Əlavələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (həmin qarşılıqlı iddia ərizəsinə heç bir sənəd əlavə olunmamışdır). Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsində həmin qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı “X2” MMC arasında bağlanmış 17 mart 2023-cü il tarixli OP/2023/009 və OP/2023/009-02 nömrəli Ticari Alqı-satqı Müqavilələri qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir və iddiaçı müqavilə üzrə öhdəliklərini icra etməmişdir (qarşılıqlı iddia ərizəsində cavabdehin qarşılıqlı iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339 və 351-ci maddələri ilə əsaslandırılmışdır).

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 30 oktyabr 2024-cü il tarixli e-2- 2(117)-1360/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin, cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi isə rədd edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İlkin iddia qismən təmin edilsin. Cavabdeh “X2” MMC-dən 279551,21 manat məbləğində əsas borc, illik 5 faizlə hesablanmış 17471,93 manat gecikdirmə borcu, hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğ və 588 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İlk iddia qalan hissədə rədd edilsin. “X2” MMC-nin İddiaçı MMC-yə qarşı “xx.xx.2023-cü il tarixli, OP/2023/009 nömrəli və OP/2023/009-02 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilməmiş 100 manat dövlət rüsumu cavabdeh “X2” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər”. Şəki Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1360/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizələri ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, satıcı İddiaçı MMC ilə alıcı “X2” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli OP/2023/009 nömrəli alqı-satqı müqaviləsinə əsasən Satıcı Alıcının istifadəsində olan Ağdaş rayonunun Qobuüstü kəndində yerləşən 42 hektar torpaq sahəsində soğan və kartof bitkiləri üçün bir dəst yağmurlama tipli suvarma sisteminin quraşdırılmasını öhdəsinə götürmüşdür. Bundan əlavə, satıcı İddiaçı MMC ilə alıcı “X2” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli OP/2023/009-02 nömrəli alqı-satqı müqaviləsinə əsasən isə Satıcı Alıcının istifadəsində olan Ağdaş rayonunun Ərəbocağı kəndində yerləşən 59 hektar torpaq sahəsində arpa və buğda bitkiləri üçün bir dəst yağmurlama tipli suvarma sisteminin quraşdırılmasını öhdəsinə götürmüşdür. Alıcı olan cavabdeh tərəf öhdəliklərini tam şəkildə yerinə yetirmədiyindən, ödənilməmiş borcu qalmışdır. Məhkəmə iddia tələbinin “cavabdehdən 279551,21 manat əsas borcun tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddiaçı həmin borcun tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, hər iki müqavilə üzrə 431365,37 manat dəyərində malların cavabdehə təhvil verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturalara əsasən 225665,62 manat və 205699,75 manat olmaqla suvarma sistemlərinin quraşdırılması ilə bağlı borc hesablanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli Təhvil- Təslim Aktından görünür ki, OP/2023/009 nömrəli müqaviləyə əsasən cəmi 399551,21 manat dəyərində suvarma sistemləri cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən ödənilmiş 120000 manat ödəniş nəzərə alınmaqla, müəyyən olunur ki, cavabdehin həqiqətən də 279551,21 manat əsas borcu vardır (399551,21 – 120000 = 279551,21). Bundan başqa, məhkəmə iddia tələbinin “illik 5 faizlə hesablanmış 17653,85 manat gecikdirmə borcunun cavabdehdən tutulması” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə qismən təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Əlavə olaraq xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 279551,21 manat əsas, 461 günlük gecikmə məbləği olan 17653,85 manat faiz borcu mövcuddur. Bundan əlavə, cavabdeh öhdəliyi icra etməli olduğu vaxt tərəflər arasında bağlanmış müqavilələrin 3.2-ci bəndinə əsasən Satıcının sifarişi qəbul etdiyi anda Alıcı üçün qiyməti ödəmək öhdəliyi yaranır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından müəyyən edilir ki, cavabdehin qiyməti ödəmək öhdəliyi ən azı xx.xx.2024-cü il tarixdə yaranmışdır. Ona görə də, iddiaçının həmin vaxtdan məhkəməyə müraciət etdiyi vaxtadək qeyd edilən ödənilməyən məbləğə münasibətdə MM-in 445.7-ci maddəsinə əsasən ən azı illik 5 % ödəmək öhdəliyi yaranır. Göründüyü kimi, qanunvericiliyin müvafiq tələbində faiz borcunun illik hesablanması nəzərdə tutulsa da, iddiaçı tərəfindən günlərə uyğun olaraq faiz borcu hesablanmışdır. Məhkəmə tərəfindən aparılan hesablamadan müəyyən olunur ki, cavabdehin illik 5%-lə hesablanmış faiz borcu 17471,93 manat təşkil edir (279551,21 x 5% = 13977,56; 13977,56 / 12 = 1164,79; 1164,79 x 3 ay = 3494,37; 13977,56 + 3494.37 = 17471.93). Yuxarıda göstərilən hesablamaya əsasən məhkəmə hesab edir ki, illik 5 faizlə hesablanmış 17471,93 manat gecikdirmə borcu cavabdehdən tutulmalıdır. Əlavə olaraq məhkəmə “X2” MMC-nin İddiaçı MMC-yə qarşı “xx.xx.2023-cü il tarixli OP/2023/009 nömrəli və OP/2023/009-02 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına münasibətdə bildirir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, cavabdeh tərəf qarşılıqlı iddia ərizəsində müqavilələrin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini və iddiaçı tərəfin öhdəliklərini icra etmədiyini bildirmişdir. Lakin, cavabdeh tərəf qarşılıqlı iddiasını əsaslandıra biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehin qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin etibarsızlığına əsas və ya səbəb ola biləcək qanunvericilikdə nəzərədə tutulan həm əqdin subyekt tərkibinə dair şərtlər, əqdin məzmununa dair şərtlər, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər, həmçinin əqdin formasına dair şərtlərin mövcud olması və ya qeyd edilən şərtlərin pozuntusu ilə bağlı cavabdeh tərəfindən heç bir arqumetlər irəli sürülməmiş və məhkəmə araşdırması zamanı da belə hallar aşkar edilməmişdir. Buna görə də, qarşılıqlı iddia bütövlükdə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini yerinə yetirməyərək təhvil aldığı malların dəyərini ödəmədiyindən və bu iş materiallarında olan sənədlərlə sübut olunduğundan, cavabdehdən 279551,21 manat əsas və 17471,93 manat illik 5 faizlə hesablanmış faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 1000 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə isə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən halla bağlı iddiaçı tərəf kifayət qədər sübut təqdim etmədiyindən və vəkilin işdə iştirakı nəzərə alınmaqla, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, iş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir və məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 588 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi zamanı müəyyən olunmuş 100 manat ödənilməmiş dövlət rüsumu da, qarşılıqlı iddia tələbi rədd edildiyindən, cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir (birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün iş materiallarında olan mübahisənin və məhkəmə araşdırmasının predmeti olan müqavilələrin və digər sənədlərin məzmununa istinad etmişdir). Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 337, 340.2, 385.1, 386.1, 389.1, 404.1, 405.1, 442, 445, 448.1, 448.2, 567 və 600.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88, 119, 121 və 217-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad etmişdir. İş materiallarından görünür ki, hazırkı apellyasiya şikayətini vermiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz 3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti 27 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2- 2(117)-1360/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1360/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd olunması, qarşlıqlı iddianın isə təmin edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X2” MMC tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1360/2024 nömrəli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı MMC iddia ərziəsində tələb etdiyi borcun 17 mart 2023-cü il tarixli OP/2023/009 və OP/2023/009-02 nömrəli Ticari Alqı-satqı Müqavilələrindən yarandığını bildirmişdir. Lakin, həmin müqavilələr qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Bundan başqa, müqavilə üzrə iddiaçı müqavilə öhdəliklərini icra etməmişdir. Ona görə də, cavabdeh tərəfindən qarşılıqlı iddia verilməsinə baxmayaraq, məhkəmə qarşılıqlı iddia üzrə araşdırmaya səy belə göstərməmiş və iddiaçının mənafeyinə uyğun qətnamə qəbul etmişdir. Yəni, birinci instansiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmamış, yalnız iddiaçının iddiasında qeyd etdikləri əsasında iddianın əsaslı olması qənaətinə gəlmişdir. Halbuki, birinci instansiya məhkəməsində cavabdeh tərəfin iştirakı təmin olunsa idi, bu məsələlərlə bağlı cavabdeh tərəfin izahat vermək imkanı olardı. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı və qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar birinci instansiya məhkəməsi tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmamamış və birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş və iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, nəticədə qətnamə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətini vermiş cavabdeh tərəfindən həmin apellyasiya şikayətinə mübahisənin mahiyyəti üzrə həll olunmasında istifadə edilə biləcək heç bir sübut əhəmiyyəti olan sənəd əlavə olunmamış və apellyasiya şikayətinin “Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər” adlanan 11-ci bəndində (qrafasında) isə göstərilmişdir ki, “birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar yoxdur”.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclaslarına iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Vəkil gəlmiş olsa da, həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, apellyasiya şikayətini vermiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X2” MMC-nin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etmədiyini bildirib, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)- 1360/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və öz mövqeyini hazırkı iş üzrə İddiaçı “borcun tutulması” tələbi barədə iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Bundan əlavə, apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə cavabdeh “X2” MMCnin etdiyi ödənişləri təsdiq edən aşağıda qeyd olunan İddiaçı MMC-nin bank hesablarından çıxarışlar və “Arayış” təqdim edilmişdir: 1). "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023 - xx.xx.2023-cü il tarixləri əhatə edən 09 yanvar 2025-ci il tarixli X5 müəyyən olunur ki, 17 mart 2023-cü il tarixli OP/2023/009 nömrəli Müqaviləyə əsasən alıcı “X2” MMC tərəfindən satıcı İddiaçı MMC-nin hesabına 17 mart 2023-cü ildə 100000 (yüz min) manat məbləğində “avans” ödənişi edilmişdir; 2). "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri əhatə edən 09 yanvar 2025-ci il tarixli X5 müəyyən olunur ki, 19 mart 2023-cü il tarixli OP/2023/009 nömrəli Müqaviləyə əsasən alıcı “X2” MMC tərəfindən satıcı İddiaçı MMC-nin hesabına 19 mart 2024-cü ildə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti köçürülmüşdür; 3). Apellyasiya məhkəməsinə ünvanlanan İddiaçı MMC-nin nümayəndəsi tərəfindən imzalanmış “Gecikmə faizinin dəqiqləşdirilməsinə dair” Arayışda göstərilir ki, xx.xx.2023-cü il tarixli Təhvil-təslim Aktı ilə təhvil verilmiş mallara görə ödənişlər edilmədiyindən alıcı “X2” MMC-nin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilədək olan müddət ərzində illik 5 faizlə hesablanmış gecikdirmə borcunun miqdarı 17471,93 manat məbləğində olmuşdur. Qeyd etmək lazımdır ki, apellyasiya icraatı zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X2” MMC tərəfindən məhkəməyə apelyasiya şikayətinin və qarşılıqlı iddiasının dəlilləri, o cümlədən ilkin iddia tələbinə qarşı etirazının dəlilləri ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim edilməmiş və dəfələrlə məhkəmə iclaslarının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir məhkəmə iclasına gəlməmişdir.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1360/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd olunması, qarşlıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul olunmasını” xahiş etmiş olduğundan, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. .... 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları (maddələri): 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda–avansın alındığı gün. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) və ya avans alınmasının rəsmiləşdirilməsinə əsas vermir. 2.1. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. 2.5.3. Elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur. 2.10. “Malların qaytarılması barədə” elektron qaimə-faktura tərəflər arasında bağlanılmış müqaviləyə əsasən mal qaytarıldıqda malları qaytaran şəxs tərəfindən tərtib edilir. Malların qaytarılması zamanı malların xarab (zay) və ya qüsurlu olması, yararlılıq müddətinin bitməsi, yaxud lazımi keyfiyyətdə və ya satışa yararlı olmaması barədə “Əlavə qeydlər” sətrində müvafiq seçim edilir. 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaiməfaktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.11. alınmış avans ödənişləri üzrə avansın alındığı gün.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə qismən, yəni İddiaçı MMC-nin xeyrinə cavabdeh “X2” MMC-dən “illik 5 faizlə hesablanmış 17471,93 manat gecikdirmə borcunun tutulması” hissəsində ləğv olunmalı və iddia tələbi cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən “illik 5 % hesablanmaqla 17653,85 (on yeddi min altı yüz əlli üç manat 85 qəpik) manat gecikdirmə faizinin tutulması” hissəsində rədd edilməlidir. Qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması və işin konkret halları ilə müəyyən eilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı “X2” MMC arasında 17 mart 2023-cü il tarixli OP/2023/009 nömrəli və 17 mart 2023-cü il tarixli OP/2023/009-02 nömrəli Ticari Alqı-satqı Müqavilələri bağlanmış və həmin müqavilələr üzrə tərəflər arasında imzalanıb-möhürlənərək təsdiq olunmuş 17 mart 2023-cü il tarixli Əlavə Razılaşmalara əsasən müvafiq olaraq 1-ci Müqavilə əsasında 225665,62 manat dəyərində və 2-ci Müqavilə əsasında isə 205699,75 manat dəyərində olmaqla, ümumilikdə cəmi 431365,37 manat dəyərində müxtəlif adda malların satıcı İddiaçı MMC tərəfindən alıcı “X2” MMC-yə satılması razılaşdırılmışdır. Satıcı İddiaçı MMC tərəfindən alıcı “X2” MMC-yə 17 mart 2023-cü il tarixli OP/2023/009 №-li Müqavilə (Əlavə Razılaşma № 01) əsasında 225665,62 manat dəyərində müxtəlif adda malların satılması barədə 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 075864 nömrəli Elektron Qaimə-Faktura və 17 mart 2023-cü il tarixli OP/2023/009-02 №-li Müqavilə (Əlavə Razılaşma № 01) əsasında isə 205699,75 manat dəyərində müxtəlif adda malların satılması barədə 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 069848 nömrəli Elektron Qaimə-Faktura təqdim edilmişdir. Lakin, Satıcı tərəfindən Alıcıya həmin Müqavilələrdə (Əlavə Razılaşmalarda) və Elektron Qaimə-Fakturalarda nəzərdə tutulan ümumilikdə cəmi 431365,37 manat məbləğində deyil, tərəflər arasında imzalanmış 30 may 2023-cü il tarixli Təhvil-təslim Aktına əsasən hər iki Müqavilə üzrə cəmi 399551,21 manat dəyərində mallar təhvil verilmişdir. Alıcı “X2” MMC isə təhvil aldığı 399551,21 manat dəyərində mala görə satıcı İddiaçı MMC-nin hesabına ümumilikdə cəmi 120000 (yüz iyirmi min) manat məbləğində pul vəsaiti ödəsə də, həmin borcun 279551,21 manat hissəsini ödəməmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı tərəf cavabdehin həmin alqı-satqı müqavilələri üzrə cəmi 120000 manat məbləğində pul ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, cavabdeh tərəf həmin ödənişdən daha çox pul ödəməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası, yuxarıda qeyd olunan işin konkret hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1360/2024 nömrəli qətnaməsində cavabdeh “X2” MMC-dən “279551,21 manat məbləğində əsas borcu” İddiaçı MMC-nin xeyrinə tutmaqda haqlı olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası, yuxarıda qeyd olunan işin konkret hallarına və yuxarıda sadalanan müvafiq qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1360/2024 nömrəli qətnaməsində “X2” MMC-nin İddiaçı MMC-yə qarşı “xx.xx.2023-cü il tarixli OP/2023/009 nömrəli və OP/2023/009-02 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasını rədd etməkdə, yəni qarşılıqlı iddianı təmin etməməkdə də haqlı olmuşdur. Belə ki, cavabdeh qarşılıqlı iddia ərizəsində tərəflər arasında bağlanmış Ticari Alqı-satqı Müqavilələrinin etibarsız hesab edilməsini xahiş etsə də, qarşılıqlı iddia ərizəsində bu tələbini - yalnız “müqavilələrin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi və iddiaçı tərəfin öhdəliklərini icra etməməsi” ilə əsaslandırmış və “müqavilələrin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi” hallarının nədən ibarət olmasını göstərməyərək, qarşılıqlı iddiasını əsaslandıra biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, hazırkı apellyasiya şikayətində də cavabdeh məlum müqavilələrin etibarsızlığını şərtləndirən halları göstərməmiş və apellyasiya şikayətinə mübahisənin mahiyyəti üzrə həll olunmasında istifadə edilə biləcək heç bir sübut əhəmiyyəti olan sənəd əlavə etməyərək, apellyasiya şikayətinin 11-ci bəndində (qrafasında) göstərmişdir ki, “birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar yoxdur”. Bundan əlavə, məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1360/2024 nömrəli qətnaməsində İddiaçı MMC-nin xeyrinə cavabdeh “X2” MMC-dən “illik 5 faizlə hesablanmış 17471,93 manat gecikdirmə borcunun tutulması” hissəsində birinci instansiya məhkəməsi haqlı olmamış və həmin hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyası, qanunvericiliyin tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alıb, aşağıda sadalanan xüsusatlara görə hesab edir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin “cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən “illik 5 % hesablanmaqla 17653,85 (on yeddi min altı yüz əlli üç manat 85 qəpik) manat gecikdirmə faizinin tutulması” hissəsinin əsaslılığı öz təsdiqini tapmamış və sübut edilməmişdir: - İlk növbədə qeyd etmək lazımdır ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış 17 mart 2023-cü il tarixli OP/2023/009 nömrəli və 17 mart 2023-cü il tarixli OP/2023/009- 02 nömrəli Ticari Alqı-satqı Müqavilələri əsasında yaranan öhdəliklərin lazımi qaydada icra olunmaması ilə əlaqədardır. Həmin Müqavilələrdə isə “tərəflərdən birinin öhdəliyi icra etməsinin müqaviləyə uyğun olaraq digər tərəfin də öz öhdəliklərini icra etməsi” ilə şərtləndirilmiş qarşılıqlı icra sayılan öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutur. Yəni, həmin Müqavilələrin hər ikisinin 4.1-ci bəndində göstərilir ki, “Bir qayda olaraq Satıcı malı Alıcıya ödəniş edildikdən sonra təhvil verir və Alıcı ödəniş etməyəcəyini bildirdikdə və ya buna kifayət qədər əsas olduqda, Satıcı malı ödəniş olunana qədər özündə saxlamaqda haqlıdır”. Həmin müqavilə şərtində nəzərdə tutulan qayda - bu Müqavilələrin digər bəndlərinin məzmunu ilə, yəni Müqavilələrin 2.10., 3.2.1. və 3.2.1.1-ci bəndləri ilə də bir daha təsdqi olunur. Qeyd etmək lazımdır ki, alınan mallara görə ödəniş edilməsinin bu qaydada müəyyən edilməsi Mülki Qanunvericiliyin tələblərinə uyğun olmaqla, Satıcının riskini azaldır və Satıcının mənafeyini müdafiə edir. Çünki, Mülki Məcəllənin 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır və həmin Məcəllənin 441.3-cü maddəsinin tələblərinə görə, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Lakin, iş materialları və işin yuxarıda qeyd olunan faktiki halları ilə müəyyən olunur ki, cavabdeh tərəf “Alıcı” olaraq həmin Müqavilələrdə (Əlavə Razılaşmalarda) nəzərdə tutulan ümumilikdə cəmi 431365,37 manat məbləğində pul vəsaitini deyil, 17 mart 2023-cü ildə “avans” olaraq cəmi 100000 manat pul vəsaitini “Satıcı” olan iddiaçının bank hesabına ödəmiş olsa da, sonuncu tərəfindən 30 may 2023-cü il tarixli Təhvil-təslim Aktına əsasən hər iki Müqavilə üzrə cəmi 399551,21 manat dəyərində mallar Alıcıya (cavabdehə) təhvil verilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış Müqavilələrin şərtləri və Mülki Qanunvericiliyin tələbləri baxımından Alıcı (cavabdeh) tərəfindən qeyd olunan müqavilələrlə şərtləşdirilmiş öhdəlik tam həcmdə yerinə yetirilmədiyi üçün qarşılıqlı icra öhdəsinə düşən tərəf olaraq Satıcının (iddiaçının) da öz öhdəliyinin icrasını dayandırmaq hüququnun və ya ödənilmiş 100000 manat həcmində öhdəliyini yerinə yetirmək hüququnun olmasına baxmayaraq, Satıcı (iddiaçı) məlum Müqavilə şərtlərinə riayət etməyib, qanunvericilik və Müqavilə ilə ona (Satıcıya) verilmiş hüququndan istifadə etməyərək, dəyəri tam ödənməmiş 399551,21 manat məbləğində malları, yəni əvvəlcədən pulu ödənməmiş 299551,21 manat dəyərində malı Alıcıya (cavabdehə) təhvil vermişdir. Bununla da təsdiq olunur ki, iddiaçı tərəf “Satıcı” olaraq müqavilə şərtlərini lazımi qaydada yerinə yetirməməklə, “Alıcı” tərəf olan cavabdehin aldığı malların pulunu ödəməməsinə könüllü olaraq şərait yaratmışdır. Eləcə də, iş materiallarından görünür ki, satıcı İddiaçı MMC ilə alıcı “X2” MMC arasında bağlanmış 17 mart 2023-cü il tarixli OP/2023/009 nömrəli müqavilə üzrə imzalanmış 17 mart 2023-cü il tarixli Əlavə Razılaşma № 01 əsasında cəmi 225665,62 manat dəyərində və 17 mart 2023-cü il tarixli OP/2023/009-02 nömrəli müqavilə üzrə imzalanmış 17 mart 2023-cü il tarixli Əlavə Razılaşma № 01 əsasında isə cəmi 205699,75 manat dəyərində olmaqla, ümumilikdə cəmi 431365,37 manat dəyərində müxtəlif adda malların satıcı İddiaçı MMC tərəfindən alıcı “X2” MMC-yə satılması razılaşdırılmışdır. Bu Müqavilələr əsasında satılan malların pulunun ödənilməsi ilə əlaqədar Satıcı tərəfindən Alıcıya müqavilələrin yuxarıda qeyd olunan ödəniş şərtlərinə uyğun və Qanunvericiliklə müəyyən edilmiş qaydada elektron qaimə-fakturalar təqdim edilməsə də, alıcı “X2” MMC tərəfindən satıcı İddiaçı MMC-nin hesabına 17 mart 2023-cü ildə 100000 manat məbləğində “avans” ödənişi edilmişdir. Satıcı İddiaçı MMC ilə alıcı “X2” MMC arasında “17 mart 2023-cü il tarixli OP/2023/009 №-li Müqaviləyə əsasən” tərtib edildiyi qeyd olunan və imzalanıb-möhürlənərək təsdiq olunmuş 30 may 2023-cü il tarixli Təhvil-Təslim Aktından isə görünür ki, cəmi 399551,21 manat dəyərində mallar 2023-cü ildə satıcı İddiaçı MMC tərəfindən alıcı “X2” MMC-yə təhvil verilmişdir. Lakin, həmin Təhvil-Təslim Aktı tərtib olunduğu vaxt da Satıcı tərəfindən Alıcıya satılan mallara görə nağdsız ödənişin icra edilməsi üçün Qanunvericiliklə müəyyən edilmiş qaydada elektron qaimə-fakturalar təqdim edilməmişdir. Halbuki, Qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda məlum alqısatqıya görə elektron qaimə-fakturaların təqdim edilməsi Satıcının vəzifəsi olmuşdur. Yalnız bu alqı-satqı üzrə elektron qaimə-fakturalar Satıcı tərəfindən Alıcıya məlum 30 may 2023-cü il tarixli Təhvil-Təslim Aktı tərtib edildikdən 7 aydan çox müddət keçdikdən sonra, 16 yanvar 2024-cü ildə təqdim edilmişdir. Yəni, satıcı İddiaçı MMC tərəfindən alıcı “X2” MMC-yə 17 mart 2023-cü il tarixli OP/2023/009 №-li Müqavilə (Əlavə Razılaşma № 01) əsasında 225665,62 manat dəyərində müxtəlif adda malların satılması barədə 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 075864 nömrəli və 17 mart 2023-cü il tarixli OP/2023/009- 02 №-li Müqavilə (Əlavə Razılaşma № 01) əsasında isə 205699,75 manat dəyərində müxtəlif adda malların satılması barədə 16 yanvar 2024-cü il tarixli EBDX seriyalı 069848 nömrəli Elektron Qaimə-Fakturalar təqdim edilmişdir. Həmin elektron qaimə-fakturalar təqdim edildikdən sonra isə alıcı “X2” MMC tərəfindən satıcı İddiaçı MMC-nin hesabına 19 mart 2024-cü ildə 20000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Göründüyü kimi, hüquqi şəxs olaraq Satıcı (iddiaçı) tərəfindən digər hüquqi şəxs olan Alıcıya (cavabdehə) satılan mallara və göstərilən xidmətlərə görə sonuncunun nağdsız hesablaşma ilə ödəniş etməsinə hüquqi və texniki imkan yaradılması məqsədilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının” tələblərinə uyğun elektron qaimə-fakturanı vaxtında verməmiş və bununla da, iddiaçı “Satıcı” qismində qanunvericiliklə üzərinə düşən vəzifəni vaxtında yerinə yetirməyərək, son nəticədə özünün vaxtında ödənişini almaq imkanını və Alıcı tərəfin vaxtında nağdsız ödənişin həyata keçirilməsi imkanını məhdudlaşdırmışdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, “Satıcı” (iddiaçı) tərəfindən tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq hərəkətlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilmişdir ki, bu halın - yəni, iddiaçı tərəfin hərəkətsizliyi nəticəsində dəyə biləcək zərərin digər tərəfdən tələb olunmasının əsaslılığını mübahisəli edir. Bundan əlavə, işin konkret halları ilə təsdiq olunur ki, Satıcı məlum Müqavilələr üzrə Alıcıya ümumilikdə cəmi 431365,37 manat dəyərində müxtəlif adda malların satılmasını öhdəsinə götürsə də, o, bu Müqavilələr əsasında Alıcıya cəmi 399551,21 manat dəyərində mal verərək, bu hissədə öz öhdəliyini tam yerinə yetirməmişdir. Halbuki, Mülki Məcəllənin tələbləri baxımından öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməli (maddə 425.1.) və öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Lakin, bütün bu yuxarıda qeyd edilənlərə baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsində cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən “illik 5 % hesablanmaqla 17653,85 (on yeddi min altı yüz əlli üç manat 85 qəpik) manat gecikdirmə faizinin tutulmasını” da tələb etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, İddiaçı MMC iddia ərizəsində cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən “illik 5 % hesablanmaqla 17653,85 (on yeddi min altı yüz əlli üç manat 85 qəpik) manat gecikdirmə faizinin tutulmasını” xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmiş və həmin hissədə iddia tələbinin əsaslılığı sübut olunmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərini, müvafiq qanunvericilik normalarını və işin yuxarıda qeyd olunan konkret hallarını nəzərə almadan 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1360/2024 nömrəli qətnaməsində həmin hissədə iddia tələbini qismən əsaslı hesab etməklə, İddiaçı MMC-nin xeyrinə cavabdeh “X2” MMC-dən “illik 5 faizlə hesablanmış 17471,93 manat gecikdirmə borcunun tutulması” qənaətinə gələrək, həmin hissədə düzgün nəticəyə gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh “X2” MMC-dən “illik 5 % hesablanmaqla 17653,85 (on yeddi min altı yüz əlli üç manat 85 qəpik) manat gecikdirmə faizinin tutulması” hissəsində düzgün nəticəyə gəlməmiş və birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə iş üzrə qanuni və əsaslı nəticə deyildir. Ona görə də, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X2” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1360/2024 nömrəli qətnaməsi qismən, yəni cavabdeh “X2” MMC-dən “illik 5 faizlə hesablanmış 17471,93 manat gecikdirmə borcunun tutulması” hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilərək “cavabdeh “X2” MMC-dən illik 5 % hesablanmaqla 17653,85 (on yeddi min altı yüz əlli üç manat 85 qəpik) manat gecikdirmə faizinin tutulması” hissəsində iddia tələbi təmin edilməməlidir. Lakin, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X2” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin digər mübahisələndirilən hissələri üzrə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin digər mübahisələndirilən hissələrində ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, Şəki Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1360/2024 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 385, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1360/2024 nömrəli qətnaməsi qismən, yəni cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən “illik 5 faizlə hesablanmış 17471,93 manat gecikdirmə borcunun tutulması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən “illik 5 % hesablanmaqla 17653,85 (on yeddi min altı yüz əlli üç manat 85 qəpik) manat gecikdirmə faizinin tutulması” hissəsində təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1360/2024 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar