Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-23/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “23700 ABŞ dolları əsas borc, 10000 ABŞ dolları əldən çıxmış fayda, 15000 manat mənəvi ziyanın kompensasiyası və 30 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 33700 ABŞ dolları və 10030 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə həmin Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı Cavabdeh 23700 ABŞ dolları əsas borc, 10000 ABŞ dolları əldən çıxmış fayda, 15000 manat mənəvi ziyanın kompensasiyası və 30 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 33700 ABŞ dolları və 10030 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 23700 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 30 manat dövlət rüsumu əvəzinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2020-ci il tarixdə imzalanaraq Elektron Məhkəmə İnformasiya Sistemində və iddiaçının elektron kabinetində yerləşdirilmiş, eyni zamanda xx.xx.2020-ci il tarixdə rəsmi qaydada cavadeh tərəfindən qəbul edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə elektron kabinet vasitəsilə qətnamədən apellyasiya şikayəti vermiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə qətnamədən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qərardadı ilə ərizə və şikayət kağız daşıyıcıda verildiyindən və bununla da gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə imzalanmadığından geri qaytarılmışdır. Cavabdeh elektron kabinet vasitəsilə müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət edərək Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün prosessual müddətin bərpa edilməsini və şikayətin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı elektron kabinet vasitəsilə müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət edərək Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qətnaməsindən şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsini və şikayətin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, şikayəti vaxtında hazırlasa da, elektron kabinetin işləməməsi səbəbindən kabinetə yerləşdirə bilməmişdir. Bu səbəbdən apellyasiya şikayətinin verilməsi üçün müddəti ötürmüşdür. Müddətin bərpasına dair ərizəyə baxılması qanunvericiliyə əsasən birinci instansiya məhkəməsinin iclasında tərəflərin iştirakı ilə həyata keçirilməli olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli məlumatını nəzərə alınaraq ərizələrə baxılmasına dair məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş və tərəflərə elektron kabinet vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ərizəni müdafiə edərək bildirmişdir ki, qətnamədən apellyasiya şikayətinin vaxtında verilməməsi elektron kabinetin işləməməsi səbəbindən olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müalicədə olmuş, bu səbəbdən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx.xx.2021-ci il tarixli, e-2- 2(117)-106/2020 nömrəli qərardadı ilə ərizələr təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-106/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət İddiaçı və Cavabdeh münasibətdə bərpa edilərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(117)-106/2020 nömrəli qərardadı qanuni qüvvəsini aldıqdan sonra 7 (yeddi) gün müddətində Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-106/2020 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin iş materialları ilə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qərardadından İddiaçı şikayət verərək, həmin qərardadın Cavabdeh aid hissədə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh də qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə cavabdehin də qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddəti buraxmasının səbəbi üzrlü hesab edilmiş və onun apellyasiya şikayəti vermək üçün prosessual müddəti bərpa edilmişdir. Həmin qərardadı Cavabdeh aid hissədə əsassız hesab edir. Belə ki, məhkəmə Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək “xr. pielonefritin kəskinləməsi” diaqnozu ilə “xxxx” MMC X1 Mərkəzində stasionar müalicədə olması əsası ilə ötürülmüş müddəti üzrlü hesab edərək buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul etmişdir. Cavabdeh onunla həmyerli olmaqla bir ərazidə yaşayırlar. Həmin müddət ərzində o, cavabdehi tez-tez Qəbələ şəhəri ərazisində görmüşdür. Qərardad qəbul edildikdən sonra araşdırma aparmış və müəyyən etmişdir ki, İlqar həmin tibb mərkəzində müalicə olunmamış və bir gün də olsa orada qalmamışdır. Həmin tibb mərkəzi tərəfindən cavabdehə saxta arayış verilmiş və bu arayışı da məhkəmə əsas götürərək qərardad çıxarmışdır. Cavabdeh həmin tibb müəssisəsində yatmasına dair sənədləri, ödəniş qəbzini, ambulator kartını və digər zəruri sənədləri tələb etməklə araşdırma aparılarsa onun həmin xəstəxanada yatmadığı və müalicə almadığı bir daha öz təsdiqini tapacaqdır. Ona görə də yuxarda qeyd etdiyi sənədlər əldə edilərək, zərurət olarsa xəstəxananın özündə araşdırma aparılmaqla qanunsuz qərar çıxarılmasına əsas olan saxta arayış vermiş və həmin saxta arayışı məhkəməyə təqdim etmiş təqsirkar şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı Cavabdeha aid hissədə ləğv olunmalıdır. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qərardadı ilə İddiaçı şikayəti kommersiya işi ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsinin iclasında İddiaçı şikayətinin təmin edilməsini xahiş etdi. Şikayətə baxılmasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh teleqramla apellyasiya məhkəməsinə müraciət edərək məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC X1 Mərkəzi tərəfindən verilmiş çıxarışdan müəyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “xroniki pielonefritin kəskinləşməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin ərizəsi təmin edilməli, onun prosessual müddəti ötürməsinin üzrlü səbəbdən baş verməsi nəzərə alınmalı və qətnamədən şikayət verilməsi üçün ötürülmüş prosessual müddət cavabdehə münasibətdə bərpa edilməlidir. Eyni zamanda, İddiaçı prosessual müddətin ötürülməsini elektron kabinetdə olan nasazlıqlar səbəbi ilə əlaqələndirmişdir. Bununla bağlı sübut mövcud olmasa da, birinci instansiya məhkəməsi hesab etmişdir ki, elektron sistemlərdə nasazlıqların olması mümkün olan haldır. Şəki Kommersiya Məhkəməsinin qətnaməsinin tam mətni xx.xx.2020ci il tarixdə elektron qaydada imzalanaraq iddiaçının elektron kabinetinə yerləşdirilmiş və o, qətnamənin qüvvəyə minməsindən qısa zaman keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə ilk dəfə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan qətnamədən apellyasiya şikayəti verməkdə israrlıdır ki, onun dəlillərinin həqiqətə uyğunluğu da qətnamənin qüvvəyə minməsindən dörd gün keçdikdən sonra apellyasiya şikayətinin verilməsi ilə təsdiq olunur. İşə baxan məhkəmə elektron sistemlərdə nasazlıqların ola bilməsi halını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilməli və tərəflərin çəkişmə prinsipinin təmin edilməsi məqsədi ilə ötürülmüş prosessual müddət iddiaçıya münasibətdə də bərpa edilməlidir. Birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddəti bərpa edərkən MPM-in 133.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həm İddiaçı, həm də Cavabdeh Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmələri üçün onlar tərəfindən ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizələrini təmin etməkdə düzgün qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən, prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 398.0.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki Kommersiya Məhkəməsi apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə tərəflərin ərizələrini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı və həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qətnaməsindən verilən apellyasiya şikayətlərinə baxılması üçün kommersiya işi apellyasiya icraatına qəbul edilməlidir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(117)- 106/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı Cavabdeh qarşı “23700 ABŞ dolları əsas borc, 10000 ABŞ dolları əldən çıxmış fayda, 15000 manat mənəvi ziyanın kompensasiyası və 30 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 33700 ABŞ dolları və 10030 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(117)-106/2020 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması üçün kommersiya işi apellyasiya icraatına qəbul edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-23/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-23/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver