Məhkəmə qərarları › İş №2-2(107)-27/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-27/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-27/2020 21.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı nümayəndəsi Nümayəndə2 oğlunun; Üçüncü şəxs - X3 vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(84)-268/2018 saylı qətnaməsindən cavabdeh "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(84)-268/2018 saylı qətnaməsi ilə (hakim Vidadi Qasımov) iddia qismən təmin edilmiş, cavabdeh "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətindən 22245 ABŞ dolları və 2865 avro məbləğində pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla alınıb İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin 23,35 manat hissəsinin cavabdeh "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin və həmin məbləğin ondan alınaraq İddiaçınə ödənilməsi, məhkəmə xərclərinin qalan 6,65 manat hissəsinin isə İddiaçınə aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyаsının xx xxxx 2019-cu il tarixli, 2-2(107)-30/2019 saylı qətnaməsi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(84)-268/2018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(102)-438/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyаsının xx xxxx 2019-cu il tarixli, 2-2(107)-30/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı cavabdeh "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "23865 ABŞ dolları və 3645 avro pulun, həmin pulların gecikdirilməsi üçün əlavə 5000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, "İddiaçı" MMC Azərbaycan Respublikasında pivə hazırlanması üçün lazım olan xammalın satışı ilə məşğul olur. 2012ci ildən 2018-ci ilin mart ayınadək cavabdeh "Cavabdeh" MMC-nin qanuni təmsilçisi X7 "İddiaçı" MMC-dən müəyyən tarixlərdə arpa səmənisi və s. xammalları nisyə almışdır. O, hər ilin mart ayından başlayaraq şirkətdən aldığı arpa səmənisinin və digər xammalların pulunu aldığı vaxtdan bir neçə ay sonra ödəyirdi. Lakin təqribən 2015-ci ildən cavabdeh aldığı məhsulların dəyərinin ödənilməsini gecikdirmiş və nəticədə cavabdehin xx.xx.2018ci ilədək 22245 ABŞ dolları və 2865 avro borcu qalmışdır. Bu hal cavabdehin qanuni təmsilçisi X7 tərəfindən yazılmış qəbzdə öz əksini tapmışdır. Bundan sonra cavabdehin nümayəndəsi borclarının ödənilməsinə şərait yaradılması məqsədilə 1620 ABŞ dolları dəyərində arpa səmənisi və 780 avro dəyərində pivə hazırlanması üçün lazım olan xammal verilmişdir. Lakin cavabdeh bu günədək öhdəliyini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçının nümayəndəsi Nümayəndə2 iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdehin nümayəndəsi və üçüncü şəxs X7 iddiaya etiraz edərək bildirdi ki, iddiaçı tərəf malın alınmasına dair xx.xx.2018-ci il tarixli 00805 nömrəli məxaric qaiməsini təqdim etsə də, həmin qaimədə malın "təhvil aldı" qrafasında imzası yoxdur. Deməli, həmin mal ona təhvil verilməmişdir. Eyni zamanda, iddiaçı ona xarab olmuş xammal vermiş və o, bu xammaldan təyinatı üzrə istifadə edə bilməmişdir. Xarab mal verməyə görə iddiaçı məsuliyyət daşıdığından ona cərimə hesablana bilməz. Həmçinin o, müvafiq qəbz almasa da, iddiaçıya 4000 manat pul ödəmişdir. Onun borcu yoxdur. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh "Cavabdeh" MMC tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında bildirmişlər ki, qaldırılan iddiaya rəsmi olaraq etiraz edirlər. xx.xx.2018-ci il tarixli 00805 nömrəli məxaric qaiməsinə diqqət yetirilsə, həmin qaimənin təhvil aldı qrafasına imza atmamışlar. Bu hal onu deməyə əsas verir ki, həmin mal, yəni iddiada qeyd olunan məbləğ həddində mal onlara təhvil verilməyib. Onlar xarab olmuş xammalı necə qəbul edə bilərlər. Şəxs əgər onlara xammal veribsə, birmənalı qaydada təhvil aldı qrafası mütləq mənada imzalanmalı idi. Ancaq onları nə vadar etmişdir ki, onlar həmin qaiməni imzalamamışlar. İddiaçının hansı əsasla malı onlara verrməsi, öz malını risk altına salması, verdiyi malın müqabilində onlara sənədləri imzalatdırmaması, hansı zərurətdən doğa bilərdi? Əsil həqiqət odur ki, qeyd olunan həddə mal onlara verilməmişdir. Birinci instansiya məhkəməsində vermiş olduqları izahatlarında da 4000 manat məbləğində pul ödədiklərini bildirmişlər. Bu da özözlüyündə 2000 ABŞ dollarından bir az artıq edir. Ona görə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(84)-268/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 vəkili Məmmədov Fərhad Möhübbət oğlu apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(84)-268/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 oğlu apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(84)-268/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(102)-438/2019 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(84)-268/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, İddiaçı cavabdeh "Cavabdeh" X2rşı "23865 ABŞ dolları və 3645 avro pulun, həmin pulların gecikdirilməsi üçün əlavə 5000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasının əsasları kimi ona istinad etmişdir ki, tərəflər arasında illərdir davam edən dayanıqlı alqı-satqı münasibətləri mövcud olmuş, iddiaçı cavabdeh şirkətə daim nisyə mal vermiş, cavabdeh isə həmin xammalın dəyərini tədricən ödəmişdir. Lakin son dövrlər cavabdeh borcu gecikdirməyə başlamış və nəticədə cavabdehin xx.xx.2018-ci ilədək 22245 ABŞ dolları və 2865 avro borcu qalmışdır. Bu hal cavabdehin qanuni təmsilçisi X7 tərəfindən yazılmış qəbzdə öz əksini tapmışdır. İddia tələbi iki hissədən ibarətdir: 1) 23865 ABŞ dolları və 3645 avro pulun; 2) həmin pulların gecikdirilməsi üçün əlavə 5000 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi. Məhkəmə kollegiyası iddianın birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan qəbzdən görünür ki, X3 "İddiaçı" MMC-yə xx.xx.2018-ci ilədək 22245 ABŞ dolları və 2865 avro borcu var. X7 2018-ci ilin sentyabr ayından hissə-hissə olaraq 20000 ABŞ dolları ödəməyi öhdəsini götürmüşdür. İşdə olan xx.xx.2018-ci il tarixli 00805 nömrəli məxaric qaiməsindən görünür ki, "İddiaçı" MMC tərəfindən Nadir Ağayevə 1620 ABŞ dolları və 626,20 avro dəyərində mal verilmişdir. Lakin həmin aktın "təhvil aldı" qrafasında imza yoxdur. İş materiallarına əlavə edilmiş X1rumlarının dövlət reyestri məlumatları haqqında bölümündən çıxarışdan görünür ki, ”Cavabdeh” X8 hüquqi ünvanı Yevlax rayonu, Malbinəsi kəndi, qanuni təmsilçisi X7 olmaqla xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X4 dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2-2(102)-438/2019 saylı qərarında göstərilmişdir ki, “...Mülki Məcəllənin 324.5-ci maddəsində deyilir ki, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki halda məhkəmə araşdırmasının predmetinə çevrilmiş qəbzə təkcə onun hərfi mənası baxımından, yəni həmin qəbzdə N.Ağayevin ifadə olunmuş iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, qəbzə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri, ümumilikdə onun mənası baxımından nəzərə alınmaqla qiymət verilməlidir. Doğrudur, iş materiallarının 17-ci vərəqində olan qəbzdə ”Cavabdeh” X5 deyil, X3 İddiaçı MMC-yə borcunun olduğu qeyd edilmişdir. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdeh deyildir. Lakin aydın məsələdir ki, Mülki Məcəllənin 49.2-ci maddəsində deyildiyi kimi, hüquqi şəxslər öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Başqa sözlə, hüquqi şəxslər öz iradəsini səlahiyyətli nümayəndəsi vasitəsi ilə ifadə edirlər ki, X7 da həmin qəbzi şəxsi məqsədləri və şəxsi borcu olduğu üçün deyil, təmsilçisi və direktoru olduğu şirkətin adından və onun mənafeyi üçün imzalamışdır. Nəzərdən qaçırmaq olmaz ki, X7 həmçinin hazırki iş üzrə məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsdir. İşdən görünür ki, N.Ağayev birinci instansiya məhkəməsinin iclasında iştirak edərək verdiyi izahatında, apellyasiya şikayətində, apellyasiya baxışı zamanı iddiaya münasibətinə dair yazılı ərizəsində iddia edilən borcun onun şəxsi borcu olduğunu, direktoru olduğu şirkətlə əlaqəsinin olmadığını bildirməmiş, eləcə də sahibkarlıq fəaliyyəti ilə əlaqədar iddiaçı ilə alqı-satqı münasibətlərinin olmasını inkar etməmişdir. N.Ağayev sadəcə borcun məbləğini, daha doğrusu, mövcudluğunu mübahisələndirmişdir. İşin hallarından göründüyü kimi, münasibətlər İddiaçı MMC ilə ”Cavabdeh” X8 arasında cərəyan etmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, məlum qəbzdə X7 xx.xx.2018-ci ilədək İddiaçı MMC-yə 22245 ABŞ dolları və 2865 avro borcunun qaldığını qeyd edərkən, onun özünün şəxsi borcunu deyil, təmsilçisi olduğu şirkətin borcunu qanuni təmsilçi qismində etiraf etmişdir. Belə olan halda sözügedən qəbzdə qeyd olunanlar əslində ”Cavabdeh” X5 iradə ifadəsi kimi qəbul edilməli, münasibət tərəfi olaraq mübahisə bu aspektdə araşdırılmalı idi”. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “hazırkı mübahisədə tərəflər arasında yazılı müqavilə mövcud olmasa da, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla təsdiq edildi ki, tərəflər arasında bir neçə il davam edən dayanıqlı alqı-satqı münasibətləri olmuş, Yevlax rayonunda pivə istehsalı ilə məşğul olan cavabdeh bu istehsal üçün zəruri olan xammalları iddiaçıdan nisyə almış, sonra isə dəyərini hissə-hissə ödəmişdir. Cavabdeh iddiaçıya olan borcunun ödənilməsini gecikdirdiyinə görə tərəflər arasında narazılıq yaranmış və cavabdehə xammal verilməsi dayandırılmışdır. Bundan sonra xx.xx.2018-ci ildə cavabdehin qanini təmsilçisi X7 iddiaçı müəssisənin ofisinə baş çəkmiş və orada həmin tarixə iddiaçı "İddiaçı" MMC-yə 22245 ABŞ dolları və 2865 avro borcunun olması, 2018-ci ilin sentyabr ayınadək hissə-hissə olaraq 20000 ABŞ dolları ödəməyi öhdəsinə götürməsi barədə yazılı qəbzi imzalamışdır. Nadir Ağayev qəbzi şəxsən imzaladığını məhkəmə iclasında etriraf etdi. O, əslində iddiaçıya borcunun olmadığını və arterial təzyiqinin yüksək olması və özünü yaxşı hiss etməməsi səbəbindən qəbzi imzaladığını bildirsə də, bu hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli 00805 nömrəli məxaric qaiməsi və elektron qaiməyə gəldikdə isə, həmin sənədlərdə göstərilən malların cavabdeh tərəfindən təhvil alınması barədə cavabdehin nümayəndəsinin imzası mövcud deyil. Ona görə də həmin qaimələr mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 23865 ABŞ dolları və 3645 avro məbləğində deyil, 22245 ABŞ dolları və 2865 avro məbləğində pulu tələb etməkdə haqlıdır” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaətlə razılaşır. Məhkəmə kollegiyası iddianın ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının 23865 ABŞ dolları və 3645 avro pulun gecikdirilməsi üçün əlavə 5000 ABŞ dollarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni də əsaslı sayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apelyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamışdır. Apelyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(84)-268/2018 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(84)-268/2018 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar