Məhkəmə qərarları › İş №2-2(107)-27/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-27/2024

13.02.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-27/2024 13.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı (açar sözlər: Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Maraqlı şəxs - Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Ərizəçi Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna olan 12,34 manat, işsizlikdən sığorta fonduna olan 3,09 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 77,18 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 4429,28 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna olan 78,75 manat, işsizlikdən sığorta fonduna olan 3,15 manat, İcbari Tibbi Sığorta Fonduna olan 12,58 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İşsizlikdən sığorta fonduna olan 3,09 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 77,25 manat, İcbari Tibbi Sığorta Fonduna olan 12,34 manat, dövlət büdcəsinə olan 7442,47 manat məbləğində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna olan 12,58 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 78,75 manat, dövlət büdcəsinə olan 4696,28 manat məbləğində, işsizlikdən sığorta fonduna olan 3,15 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi - xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1389/2023 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Vergi ödəyicisi olan hüquqi şəxslər öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna 12,34 manat, İşsizlikdən sığorta fonduna 3,09 manat, Dövlət Sosial Müdafiə Fonduna 77,18 manat,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 4429,28 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 78,75 manat, İşsizlikdən sığorta fonduna 3,15 manat, İcbari Tibbi Sığorta Fonduna 12,58 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İşsizlikdən sığorta fonduna 3,09 manat, Dövlət Sosial Müdafiə Fonduna 77,25 manat, İcbari Tibbi Sığorta Fonduna 12,34 manat, dövlət büdcəsinə 7442,47 manat məbləğində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna 12,58 manat, Dövlət Sosial Müdafiə Fonduna 78,75 manat, dövlət büdcəsinə 4696,28 manat məbləğində, İşsizlikdən sığorta fonduna 3,15 manat borcu yaranmışdır.

2. Hüquqi şəxsin qeydiyyat sənədinə əsasən, Maraqlı şəxs "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin icra orqanının rəhbəridir.

3. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna 12,34 manat, İşsizlikdən sığorta fonduna 3,09 manat, Dövlət Sosial Müdafiə Fonduna 77,18 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 4429,28 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 78,75 manat, İşsizlikdən sığorta fonduna 3,15 manat, İcbari Tibbi Sığorta Fonduna 12,58 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İşsizlikdən sığorta fonduna 3,09 manat, Dövlət Sosial Müdafiə Fonduna 77,25 manat, İcbari Tibbi Sığorta Fonduna 12,34 manat, dövlət büdcəsinə 7442,47 manat məbləğində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna 12,58 manat, Dövlət Sosial Müdafiə Fonduna 78,75 manat, dövlət büdcəsinə 4696,28 manat məbləğində, İşsizlikdən sığorta fonduna 3,15 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

4. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır.

5. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 14 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1389/2023 saylı qətnaməsi ilə ərizə təmin edilərək Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququ, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna olan 12,34 manat, İşsizlikdən sığorta fonduna olan 3,09 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 77,18 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 4429,28 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna olan 78,75 manat, İşsizlikdən sığorta fonduna olan 3,15 manat, İcbari Tibbi Sığorta Fonduna olan 12,58 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İşsizlikdən sığorta fonduna olan 3,09 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 77,25 manat, İcbari Tibbi Sığorta Fonduna olan 12,34 manat, dövlət büdcəsinə olan 7442,47 manat məbləğində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna olan 12,58 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 78,75 manat, dövlət büdcəsinə olan 4696,28 manat məbləğində, İşsizlikdən sığorta fonduna olan 3,15 manat borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılması, Maraqlı şəxs 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, vergi ödəyicilərinin üzərinə qanunla müəyyən edilmiş vergilər üzrə borcları və sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və onlar, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi üçün cavabdeh olduqlarından ərizə təmin edilməli və vergilər və sığorta haqları üzrə olan borclarınödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 78.1-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-5.2.2-ci, “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-5.2 və 355-7.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş tam araşdırılmamış, bir şəxsin adına 5 MMC-nin açılaraq idarə olunması və bu qədər məbləğdə ödənilməmiş borcların hansı səbəbə əsasən yaranması və digər hallar şübhə doğurmamış və məhkəmə iclaslarında iştirakı təmin olunmamışdır. Onun nə həmin MMClərdən, nədə ki, qətnamədə göstərilən borc məbləğlərindən məlumatı vardır. Bildirir ki, məhkəmə qətnaməsində həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri kimi onun adı qeyd olunsa da, adında olan həmin hüquqi şəxslərdən məhkəmə qətnaməsi ünvanına gələn zaman məlumatı olmuşdur. Halbuki, həmin hüquqi şəxslər onun iradəsi olmadan yaradılmış və dövlət qeydiyyatından keçirilmişdir. Məhkəmə qətnaməsində göstərilən dövlət büdcəsinə olan borclardan isə heç bir məlumatı olmamışdır. Çünki o, 2023-cü il aprel ayının 16-da ölkə hüdudlarından kənara yəni Rusiya Federasiyasına işləmək üçün getmişdir. 2023-cü il dekabr ayının 1-də ölkə ərazisinə daxil olmuşdur. Hesab edir ki, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. MPM-nin 384.0.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Ona görə də Şəki Kommersiya Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2- 2(117)-1389/2023 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

11. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

12. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq ərizəçinin nümayəndəsi və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

13. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

15. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

16. İş üzrə maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

17. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı

İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəsməhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

18. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

Azərbaycan Respublikası Vergi Məcəlləsi

19. Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

20. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir.

21. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır.

22. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

23. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

24. Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

25. Maddə 11. ...Sosial sığorta haqqını vaxtında ödəmək məcburi dövlət sosial sığorta haqqları üzrə sığortaolunanın vəzifəsidir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə 15-5.2.2. Sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir.

27. “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 6. Sığortaedənin hüquq və vəzifələri - 6.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: (...) - 6.2.2. işçilərini işsizlikdən sığorta etdirmək; - 6.2.3. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək;

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi

28. Maddə 9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir.

29. Maddə 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: - 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.

33. Maddə 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2-2(117)- 1389/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

38. Belə ki, işdə olan sənədlərdən görünür ki, vergi ödəyicisi olan hüquqi şəxs öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna 12,34 manat, İşsizlikdən sığorta fonduna 3,09 manat, Dövlət Sosial Müdafiə Fonduna 77,18 manat, "xxxx" MMC-nin dövlət büdcəsinə 4429,28 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 78,75 manat, İşsizlikdən sığorta fonduna 3,15 manat, İcbari Tibbi Sığorta Fonduna 12,58 manat, "xxxx" MMC-nin İşsizlikdən sığorta fonduna 3,09 manat, Dövlət Sosial Müdafiə Fonduna 77,25 manat, İcbari Tibbi Sığorta Fonduna 12,34 manat, dövlət büdcəsinə 7442,47 manat məbləğində, "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna 12,58 manat, Dövlət Sosial Müdafiə Fonduna 78,75 manat, dövlət büdcəsinə 4696,28 manat məbləğində, İşsizlikdən sığorta fonduna 3,15 manat borcu yaranmışdır.

39. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla vergi ödəyicisi olan hüquqi şəxslərin icra orqanlarının rəhbərinin ölkədən getmək hüququnun borcun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür.

40. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi ödəyicilərinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və onlar, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi üçün cavabdeh olduqlarından ərizə təmin edilməli və dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır.

41. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

42. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maraqlı şəxsin vergi orqanının istinad etdiyi hüquqi şəxslərlə heç bir əlaqələrinin olmaması və həmin hüquqi şəxslərin onun iradəsi olmadan yaradılması və dövlət qeydiyyatından keçirilməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materialları ilə Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyətlərin icra orqanının rəhbəri olması faktı tam təsdiq olunur. Nə qədər ki, bunun əksi sübut olunmayıb, Maraqlı şəxs hüquqi şəxslərin icra orqanının rəhbəri kimi Azərbaycan Respublikası MPM-in 355-5-ci maddəsinin təsiri altına düşür.

44. "xxxx", "xxxx", "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin yaradılması zamanı qanunvericiliyin tələblərinin pozulması və bununla bağlı araşdırmanının aparılması hazırkı məhkəmə baxışının predmeti deyildir.

45. Bundan əlavə, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.20, 8.20.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklər qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirilmədikdə hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunu dəyişmək vəzifəsi daşıyır.

46. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs barəsində buna səbəb olan əsaslar aradan qalxdıqdan sonra “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilmiş məlumatların aktiv statusu məhkəmə qərarı olmadan dəyişdirilə bilər.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

48. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

49. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

50. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

52. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1389/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403, 404-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1389/2023 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar