Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-28/2022 15.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İskəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiаçı Musаyev Аzər Musа оğlunun cаvаbdeh Rəsulzаdə Rəşаd Şаhin оğlunа qаrşı “cаvаbdehdən 3500 mаnаt bоrc, ilkin mediаsiyа sessiyаsındа iştirаk etməklə bаğlı ödənilmiş 60 mаnаt pulun və ödənilmiş 55,40 mаnаt dövlət rüsumunun, cəmi 3615,40 mаnаt məbləğində pulun tutulаrаq ödənilməsi tələbinə dаir” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 17 yanvar 2022-ci il tаrixli, e-2-2(117)-98/2022 saylı qərаrdаdındаn iddiаçı Musаyev Аzər Musа оğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 3500 manat borc, ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı ödənilmiş 60 manat pulun və ödənilmiş 55,40 manat dövlət rüsumunun, cəmi 3615,40 manat məbləğində pulun tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 17 yanvar 2022-ci il tаrixli, e-2-2(117)-98/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehdən 3500 manat borc, ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı ödənilmiş 60 manat pulun və ödənilmiş 55,40 manat məhkəmə rüsumu, cəmi 3615,40 manat məbləğində pulun tutularaq ödənilməsi” barədə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı Musаyev Аzər Musа оğlu şikаyət verərək Şəki Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tаrixli, e-2-2(117)-98/2022 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli, e-2-2(117)-98/2021 saylı qərardadı ilə həmin Məhkəmənin 17 yanvar 2022-ci il tаrixli, e-2-2(117)-98/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qanunvericiliyin tələbinə cavabdehə mediasiya prosesinin tətbiqinə dair təklif göndərilmiş, cavabdeh mediasiyanın keçirilməsinə dair hər hansı bir münasibət bildirməmişdir. Bundan sonra mediatorun təyin edilməsi üçün Mediasiya Şurasına müraciət olunmuş və Şura tərəfindən Bakı şəhərində fəaliyyət göstərən Südabə Məmmədova mediator təyin edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tаrixli, e-2-2(117)-98/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. Qeyd edilməlidir ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Hazırkı iş üzrə mübahisəyə baxmalı olan məhkəmə Şəki Kommersiya Məhkəməsi olduğundan tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı tərəfindən baxılmalıdır. Bundan başqa “Mediasiya haqqında” Qanunun 28.4-cü maddəsinə əsasən məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Göründüyü kimi, mediasiya təşkilatının olmaması mediatorun iddiaçı tərəfindən seçilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X3 şəhərində fəaliyyət göstərən iki mediator (X2, X1) olduğu halda, qanunun 28.3-cü maddəsinin tələblərinə zidd olaraq cavabdeh qismində məhkəmə icraatında iştirak edəcək Qax rayon sakini üçün olduqca uzaq məsafədə Bakı şəhərində fəaliyyət göstərən mediatoru seçə bilməz. Belə ki, bu hal istər Mediasiya haqqında qanunun, istərsə də regionlarda mediatorların yaradılmasının prinsip və məqsədlərinə ziddir. Bundan başqa Mediasiya Şurasının bölgüsü “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmalı və sonuncu tərəfindən mediator təyin edilərkən qanunvericiliyin tələbləri pozulmamalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin məhz Mediasiya Şurası tərəfindən pozulması və iddiaçının təqsirinin olmaması medasiya prosesinə əməl edilməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilməlidir ki, məhkəməyə müraciət etməmişdən əvvəl mübahisə üzrə mediasiya sesiyasının keçirilməsi, həmçinin hansı mediatorun mübahsənin həllində iştirak etməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir və bu hal formal olaraq mediasiya sesiyasının keçirilməsindən imtina barədə arayışı təqdim etməklə bu tələb yerinə yetirilmiş kimi qəbul edilə bilməz. Əks halda mediasiyanın həyata keçirilməsində hər hansı bir səmərəliliyin və effektivliyin əldə edilməsi qeyri-mümkün olmaqla bərabər belə hal qanunvericiliyin tələblərinə ziddir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mediasiya prosessinə əməl edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən qanunvericiliyin mediasiya ilə bağlı tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tаrixli, e-2-2(117)-98/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Musаyev Аzər Musа оğlu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 17 yanvar 2022-ci il tаrixli, e-2-2(117)- 98/2022 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-28/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-28/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver