Məhkəmə qərarları › İş №2-2(107)-3/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-3/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-3/2023 01.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dаir kommersiya işi üzrə (Açar sözlər: borc tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-2(117)-8/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Təchizatçı İddiaçı MMC ilə diler Cavabdeh arasında bağlanmış xx.xx.2018, xx.xx.2019 və xx.xx.2020-ci il tarixli ötürülən malların satışı haqqında müqaviləyə əsasən təchizatçı sifarişçinin sifarişinə uyğun olaraq qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq Əlavə 1-də nəzərdə tutulan diri halda iri buynuzlu və xırda buynuzlu heyvan və xam süd məhsulunu dilerə satmağı, diler isə təchizatçının qiymətləri ilə malların pərakəndə şəbəkədə satışını öz öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi və nəticədə ödənilməmiş borcu qalması iddia olunur.

Birinci instansiya məhkəməsində icraat:

2. Təchizatçı İddiaçı MMC ilə diler Cavabdeh arasında bağlanmış xx.xx.2018, xx.xx.2019 və xx.xx.2020-ci il tarixli ötürülən malların satışı haqqında müqaviləyə əsasən təchizatçı sifarişçinin sifarişinə uyğun olaraq qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq Əlavə 1-də nəzərdə tutulan diri halda iri buynuzlu və xırda buynuzlu heyvan və xam süd məhsulunu dilerə satmağı, diler isə təchizatçının qiymətləri ilə malların pərakəndə şəbəkədə satışını öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə ödənilməmiş 144381,51 manat borcu qalmışdır. Cavabdehin 144381,51 manat borcunun olması elektron qaimələr, aktlar və vergi bəyənnamələri ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

3. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh tərəfindən ödəniş edilmiş, bu səbəbdən iddiaçı xx.xx.2021-ci il tarixdə idddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 132508,71 manat borcun cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş etmiş və xx.xx.2021-ci il tarixli məhkəmə iclasının protokol qərarı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2020-ci il tarixli ötürülən malların satışı-alışı haqqında müqaviləyə və əvvəlki müqavilələrə əsasən İddiaçı MMC Cavabdeh (“Diler” qismində) iri buynuzlu və xırda buynuzlu və xam süd məhsullarının satışını sifarişçinin sifarişinə uyğun olaraq həyata keçirməli, qarşı tərəf isə bunun müqabilində əldə etdikləri məhsulun dəyərini ödəmək öhdəliyi götürmüşdür. Bu günədək qeyd olunan müqavilələr üzrə Cavabdeh öhdəliyini qismən yerinə yetirmişdir. Belə ki, İddiaçı MMC 01 yanvar 2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh yuxarıda qeyd olunmuş müqavilələrin şərtlərinə əsasən xam süd məhsulları və diri çəkidə iri buynuzlu heyvan məhsulları göndərmiş və Cavabdeh İddiaçı MMC-yə həmin məhsulların satışından 172213,31 manat debitor borcu əmələ gəlmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini könüllü qaydada icra etmələri barədə bildiriş (pretenziya) göndərilmişdir. Bildirişin təqdim edildiyi dövrdən iddia ərizəsinin qaldırıldığı dövrədək qarşı tərəf ümumi borc məbləğindən bir qədər ödəmişdir. Cavabdeh 05 yanvar 2020-ci il tarixli və bu tarixdən əvvəl bağlanmış “xam süd və diri çəkidə iri buynuzlu heyvan məhsullarının satışı-alışı haqqında” müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmiş və hazırda da müqavilə öhdəliklərini birtərəfli qaydada yerinə yetirməkdən imtina edir. Cavabdeh müqavilə şərtlərini pozması və müqavilə öhdəliklərindən imtina etməsi cəmiyyətin hüquqlarını pozur, onları ağır vəziyyətə salır və ciddi maddi ziyan vurur. Ona görə də Cavabdeh müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi və yaranmış debitor borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

5. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı kredit borcu tələbinə və əmlaklara yönəldilməsi tələbinə dair müraciət etmişdir. İddiaçı MMC-nin ona qarşı olan tələbindən narazıdır və iddianı qəbul etmir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Ötürülən malların satışı-alışı haqqında” müqaviləyə əsasən o (“Diler” qismində) iri buynuzlu və xırda buynuzlu və xam süd məhsullarının satışını həyata keçirmək və bunun müqabilində əldə olunan məhsulun dəyərini ödəmək öhdəliyini götürmüşdür. Həmin müqaviləyə əsasən o iddiaçıdan mal almaqla onların satışını həyata keçirdirdi. Hazırda iddiaçı tərəfindən qeyd olunan məbləğ, yəni borc mövcud deyildir. Onun iddiaçı cəmiyyətə ödədiyi ödənişlər nəzərdən keçirilərsə onun borcunun olmaması görünər. İddiaçı bir neçə dəfə üzləşmə aktlarını onun mühasib işlərini görmüş Tural Nəsurullayevə imza etdirməklə borc məbləğini şişirtmişdir. İddia verildikdən sonra borcunun bu qədər olmadığından şübhələnərək bank hesabından çıxarış almış və ona xx.xx.2020-ci il tarixdə məlum olmuşdur ki, onun ümumiyyətlə iddiaçıya borcu yoxdur, iddiaçının ona borcu vardır. Onun mühasib işlərini görən Tural bütün işlərlə məşğul olduğundan və onun hesab və ödənişlərlə heç bir əlaqəsi olmadığından bunu bilməmişdir. Lakin sonradan mühasib tərəfindən hesablama aparıldıqdan sonra bilmişdir ki, iddiaçıya artıq ödəmələri var. Təkcə 2020-ci il yanvarın 1dən sentyabr ayının 28-nə kimi Aqro Kompleksə 135.814 (yüz otuz beş min səkkiz yüz on dörd) manat pul vəsaiti ödəmişdir. İddiaçı ümumiyyətlə məhkəməyə yalnız üzləşmə aktlarını təqdim etmişdir. İddiaçı tərəfindən sifarişlər və Sifarişlər əsasında ona təqdim edilmiş malların sənədləri təqdim edilərsə görünərki, onun borcu yoxdur. Hazırda fermasında yüzlərlə mal-qara mövcud deyildir. Yuxarıda qeyd olunan məbləğ təkcə 2020ci il ərzində ödənilmişdir. 2019-cu ilin cari ilində 407.874 (dörd yüz yeddi min səkkiz yüz yetmiş dörd) manat pul vəsaiti iddiaçıya ödənilmişdir. Bu qədər dövriyyəsi olan sahibkar necə olur ki, borclu qalır. Hesab edir ki, iddiaçı məhkəməyə borcu təsdiqləyən kifayət qədər sübutlar təqdim etmədiyindən iddia təmin olunmamalıdır. İddiaçının təqdim etdiyi üzləşmə aktından görünür ki, üzləşmə aktına o imza etməmişdir, imza Turala məxsusdur. Qaimələr və malların alınmasına və təhvil verilməsinə dair sənədlər məhkəməyə təqdim olunarsa məhkəmə tərəfindən məhkəmə muhasibatlıq ekspertizasının təyin edilməsini xahiş edir.

6. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bildirdi ki, ekspert rəyi ilə razıdırlar. Demək olar rəqəmlər eyni rəqəmlərdir. 2020-ci ilin oktyabr ayında onlar tələbin azaldıması barədə ərizə vermişlər. Azalmadan sonra da 2434 manat ödəniş olmuşur. 130074 manat 71 qəpik borc qalır. İddianı müdafiə edir. Tərəflər arasında bağlanan müqavilə şərtlərinə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə müqavilə şərtlərinə əməl etməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ekspert rəyi ilə razı deyildir. Aqro Kompleks X3 Cəmiyyəti ilə 2018-ci ildən işləyir. X8 X3 Cəmiyyətinə heç bir borcu yoxdur. Artıq ödəməsi vardır. Ona 105 000 manatlıq borc yazıblar ki, güya 12 baş heyvan almışdır. O, isə aldığı 12 baş heyvanın pulunu nəğd şəkildə kassaya ödəniş etmiş, lakin qəbz götürməmişdir. Aktları da var. Təqdim olunmuş qaimə və təhvil təslim aktlarında olan imzalarında bəziləri mənə məxsus deyil. 74 000 manatlıq süd məhsullarına aid qaimələri də qəbul etmirəm. Mən onlardan o məbləğdə süd almamışam. Aldığım südün pulunu nəğd ödəmişəm. Köçürməni yalnız heyvan satışında edirdilər. Süt satışında etməmişdir. 105 000 manat dəyərində pulun ödənməsi barədə onlardan qəbz almadığından, ona görə də məhkəməyə təqdim edə bilmir. 2434 manat pul ona məxsus pul olmamışdır. Həmin pul Mila şirkəti tərəfindən Aqrokompleksə ödənilməli olan pul olmuşdur. Mila şirkəti ona ödəmişdir və o, da onların pulunu onlara göndərmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, təchizatçı İddiaçı MMC ilə diler Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ötürülən malların satışı haqqında müqaviləyə əsasən təchizatçı sifarişçinin sifarişinə uyğun olaraq qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq Əlavə 1-də nəzərdə tutulan diri halda iri buynuzlu və xırda buynuzlu heyvan və xam süd məhsulunu dilerə satmağı, diler isə təchizatçının qiymətləri ilə malların pərakəndə şəbəkədə satışını öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə ödənilməmiş 132508,71 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır.

9. Buna baxmayaraq cavabdeh üzləşmə aktına etiraz etdiyindən, aktın onun deyil, mühasibi kimi işləyən Tural tərəfindən imzalandığını bildirdiyindən və borc məbləğini mübahisələndirdiyindən məhkəmə araşdırması ilə 2018, 2019 və 2020-ci illərdə İddiaçı MMC tərəfindən Cavabdeh ilə bağlı təqdim edilmiş (elektron qaydada imzalanmış və Cavabdeh tərəfindən şəxsən, sistem vasitəsilə qəbul edilmiş) bütün elektron qaimələr, həmin illərdə Cavabdeh tərəfindən malların satışı ilə əlaqədar təqdim edilmiş elektron qaimələr, Cavabdeh tərəfindən bəyan edilən vergi, vergi orqanı tərəfindən aparılan yoxlama zaman hesablanan vergi məbləğləri barədə məlumatlar 10 saylı ƏVİ-dən alınmış və tərəflərin təqdim etdiyi sənədlər, bank hesablarından çıxarışlar və vergi orqanı tərəfindən təqdim edilmiş məlumatlar əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/1970 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, alqı-satqı aktlarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 2018-ci ildə 12710,23 manat dəyərində, 2019-cu ildə 607281,60 manat dəyərində və 2020-ci ildə 76060,81 manat olmaqla ümumilikdə 696052,64 manat dəyərində məhsul satılmışdır. Cavabdeh AFB Bankda xx.xx.2017-ci ildə açılmış ***-*******- 1 nömrəli hesabından İddiaçı MMC-nin hesabına xx.xx.2019-xx.xx.2019-cu il tarix aralıqlarında 421874 manat, xx.xx.2020-xx.xx.2020-ci il tarix aralıqlarında 136014 manat pul vəsaiti ödənilmişdir. Eyni zamanda 2021-ci ilin yanvar ayında ödənilmiş 2434 manat və 2019-cu ilin noyabr ayında nağd ödənildiyi qeyd olunan 5655,93 manat (ödəniş qəbzi və başqa sübut yoxdur) nəzərə alınacağı təqdirdə ümumilikdə 565977,93 manat ödəniş edilmiş və nəticədə 130074,71 manat (696052,64-565977,93) ödənilməmiş borc qalmışdır.

10. Cavabdeh məhkəmə iclasında 2434 manat pulun ona məxsus olmadığını, həmin pulun Mila şirkəti tərəfindən Aqrokompleksə ödənilməli olan pul olduğunu və Mila şirkəti tərəfindən ona ödənilmiş pulu iddiaçı tərəfə göndərdiyini bildirmişdir.

11. Göründüyü kimi, ekspert rəyində araşdırılması məhkəmənin səlahiyyətinə buraxılmış 2434 manat pul vəsaiti cavabdeh tərəfindən borcunun əvəzi kimi iddiaçıya ödənilən pul məbləği deyildir. Ekspert tərəfindən müəyyən edilmiş 130074,71 manat borc və cavabdehə aid olmayan 2434 manat cəmləndikdə cavabdehin iddiaçıya olan borcunun məbləği 132508,71 manat təşkil edir.

12. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan 132508,71 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Eyni zamanda məhkəmə cavabdehin aktlardakı imzaların ona məxsus olmaması və bu səbəbdən məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatətinə münasibətdə onu qeyd edir ki, qeyd olunan aktlardakı imzalar cavabdeh tərəfindən icra edilmədiyi nəzərə alınsa belə mübahisə predmeti olan 132508,71 manat borc ekspert rəyi ilə öz təsdiqini tapır. Hansı ki, ekspert rəyi təsviri hissəsindən göründüyü kimi, ekspertiza tədqiqatı yalnız cavabdehin mübahisələndirdiyi aktlar əsasında deyil, elektron qaimələr, bank hesablarından çıxarış və digər vergi məlumatlarına əsasən aparılmışdır. Cavabdehin borcu eyni zamanda vergi orqanlarından alınmış məlumatlar əsasında təsdiqini tapdığından və bunun məhkəmə araşdırmasının lüzumsuz uzadılmasına yönəlməsi kimi dəyərləndirildiyindən cavabdehin məhkəmə-xəttşünaslıq ekspertizasının aparılmasına dair vəsatəti rədd olunmuşdur.

14. Belə ki, sonuncunun məhkəmə araşdırması dövründə məhkəmə icraatından yayınması, qarşılıqlı üzləşmə aktlarının nümayəndəsi olan mühasibi tərəfindən imzalanıb cavabdehin möhürü ilə təsdiqlənməsi, üzləşmə aktlarının təsdiqlənməsindən sonra cavabdeh tərəfindən ödənişlərin edilməsi və sonda üzləşmə aktlarının onun tərəfindən mübahisələndirməsi bu nəticəyə gəlməyə əsas olmuşdur.

15. Beləliklə mübahisənin yuxarıda şərh olunan hallarına, yəni tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik münasibətlərinin olmasına, iddiaçı tərəfindən öhdəliklərini yerinə yetirməsinə, cavabdehin öz öhdəliklərini yerinə yetirilməməsinə dair vergi orqanlarının məlumatları, elektron qaimələr, cavabdehin bank hesablarından çıxarışlar, habelə ekspertiza rəyinə əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehin iddiaçıya ödənilməmiş 132508,71 manat məbləğində borcu vardır. Bu səbəbdən də iddia tələbi təmin edilməli və cavabdehdən iddia olunan borc məbləği alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh 105000 manat dəyərində 12 baş iri buynuzlu heyvanların və 74000 manat dəyərində süd məhsullarının dəyərini nəğd şəkildə iddiaçıya ödədiyini iddia etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və bu halın həqiqətə uyğun olduğunu sübut edə bilməmişdir. Halbu ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Şəki Kommersiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, e-2-2(117)-8/2021 saylı qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddia təmin edilmiş, Cavabdeh 132508,71 manat pul tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsi 329.2, 385.1, 386.1, 406.1, 442, 445.2, 448.1, 448.2, 449.1 və 567-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

18. İşin məhkəmə araşdırması zamanı 2018, 2019 və 2020-ci illərdə İddiaçı MMC tərəfindən Cavabdeh ilə bağlı təqdim edilmiş (elektron qaydada imzalanmış və Cavabdeh tərəfindən şəxsən, sistem vasitəsilə qəbul edilmiş) bütün elektron qaimələr, həmin illərdə Cavabdeh tərəfindən malların satışı ilə əlaqədar təqdim edilmiş elektron qaimələr, Cavabdeh tərəfindən bəyan edilən vergi, vergi orqanı tərəfindən aparılan yoxlama zaman hesablanan vergi məbləğləri barədə məlumatlar məhkəmənin sorğusuna əsasən 10 saylı ƏVİ tərəfindən təqdim edilmişdir.

19. Tərəflərin təqdim etdiyi sənədlər, bank hesablarından çıxarışlar və vergi orqanı tərəfindən təqdim edilmiş sənədlər əsasında ekspert rəyi verilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/1970 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, alqısatqı aktlarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 2018-ci ildə 12710,23 manat dəyərində, 2019-cu ildə 607281,60 manat dəyərində və 2020-ci ildə 76060,81 manat olmaqla ümumilikdə 696052,64 manat dəyərində məhsul satılmışdır. Cavabdeh AFB Bankda xx.xx.2017-ci ildə açılmış ***-*******-1 nömrəli hesabından İddiaçı MMC-nin hesabına xx.xx.2019-xx.xx.2019-cu il tarix aralıqlarında 421874 manat, xx.xx.2020xx.xx.2020-ci il tarix aralıqlarında 136014 manat pul vəsaiti ödənilmişdir. Eyni zamanda 2021-ci ilin yanvar ayında ödənilmiş 2434 manat və 2019-cu ilin noyabr ayında nağd ödənildiyi qeyd olunan 5655,93 manat (ödəniş qəbzi və başqa sübut yoxdur) nəzərə alınacağı təqdirdə ümumilikdə 565977,93 manat ödəniş edilmiş və nəticədə 130074,71 manat (696052,64- 565977,93) ödənilməmiş borc qalmışdır.

20. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

21. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 fevral tarixli 2-2(107)-3/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)- 410/2022 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 fevral tarixli, 2-2(107)-3/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

Apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin ona qarşı olan iddia tələbindən narazıdır və iddianı qəbul etmir. İlk növbədə bildirir ki, məhkəmədə işə baxılarkən hakim tərəfindən qərəzli və birtərəfli baxılmışdır. Ümumiyyətlə iddiaçının təqdim etdiyi və onun göstərdiyi sübutlara düzgün qiymət verilməmişdir. İddiaçının araşdırılmayan və ziddiyət təşkil edən sübutları əsas kimi götürülərək qətnamə qəbul edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər iddia tələbindəki rəqəmi alındırmaq üçün yaradılmış sənədlərdir. Məhkəmənin son iclasında isə borcun məhz 2020-ci ilə yarandığını və onun həmin dövrdə pandemiyaya görə işləmədiyini və ümumiyyətlə hər yerin bağlı olduğunu nəzrə alaraq borcun 2020-ci ildə yaranmasının mümkünsüz olmasını və təqdim edilən qaimələrin saxta heç bir alış aktına əsaslanmadan tərtib edildiyini, 2020-ci ilin demək olar ki, mart ayından sonra təqdim edilən və mənim tərəfimdən təsdiq edilməyən (sistem təsdiq edib) qaimələrin kökündə heç bir alış aktının olmadığı, süd qaimələrinin heç birindəki imzanın ona məxsus olmadığı və xəttşünaslıq ekspertizası təyin edilməsini tələb etsə də bu halların heç biri araşdırılmamışdır. Bildirmək istəyir ki, onun ümumiyyətlə iddiaçıya borcu yoxdur. İddiaçı hazırda onun nəğd aldığı və nəğd ödədiyi təxminən 105000 manatlıq malın bunlar yalnız mal qaraya aiddir aktlarını və digər saxta düzəltdiyi aktları indi məhkəməyə ödənilməmiş kimi təqdim edir. Halbu ki, o, çox malların qiymətini nəğd şəkildə ödəmişdir. Lakin bu təqdim etdiyi sənədlərin çoxunda imzalar saxtalaşdırılmışdır. Həmçinin iddiaçı iddia ərizəsində iddia edirdi ki, onun iddiaçıya borcu 2020-ci ildə yaranmış və xx.xx.2020-ci il üzrə aramızda bağlanmış müqavilədən irəli gəlir. Həmçinin ona aid məhkəməyə elektron qaimələrin olduğunuda qeyd etmişdir. İndi isə əvvəlki iclasda onun tərəfindən bu hala dair təkzib verildikdən sonra onda iddiaçı artıq iddia tələbini əsaslandıracaq hallara dəyişilik etməyə qərar verir. Yəni indi iddiaçı deyir ki, onun guya borcu 2019-cu ildən yaranıb və 2020-ci ildə güclü miqdarda satış olub. Hətta 2018-ci ilə qalıq borcumun olduğunu göstərir. Bunlar hamısı ziddiyətdir. Onun ümumiyyətlə 2018-ci ildə iddiaçı ilə heç bir alış-verişi olmayıb o, onunla həmin dövrdə heç nə alıb satmamışdır. Birinci instansiya məhkəməsi ümumiyyətlə iddiaçı tərəfindən təqdim edilən sənədləri (sonuncu göy sarə yaşıl rəngdə olan aktlar) araşdırmadan ekspertizaya göndərmiş və ekspert də araşdırma aparmadan rəy vermişdir. Belə ki, həmin sənədlərdə xx.xx.2020-ci il tarixli S-l/20 saylı 2135,2 manatlıq aktda ümumiyyətlə imza yoxdur. Çoxunda imzalar saxtalaşdırılıb. Həmçinin xx.xx.2020-ci il tarixli S-E/20 saylı aktda da imza ona məxsus deyil. Ümumiyyətlə aktlann çoxunda imzalar saxtalaşdırılıb. O, sadəcə işlə tanış olub müəyyən sənədləri götürə bilmişdir ki, onlarda da gördüyü bu aktlarda və süd qəbzlərində imzalar saxtalaşdırılıb. Bu səbəbdən də bütün aktlardakı imzaların və süd məhsullarının satışı ilə bağlı qəbzlərdəki imzaların xətşünsalıq ekspertizası ilə yoxlanmasını xahiş edir. Təqdim edilən aktda və iddiaçının yazışmasına görə (cədvəl təqdim edib ki, o da qəbzlərlə zidiyyət təşkil edir) guya onun 12710 manat qalıq borcum olub. Bu borc hardan necə yaranıb və hansı sənədlərlə təqsdiqin tapır? İddiaçı yazmaqla borc yarana bilərmi? Niyə ekspert bunları əsas kimi götürüb? Mənim 2018-ci il taridə onlarla alış verişim olmayıb. Mənim onlarla fəaliyyətim 2019-cu ildən başlayıb. Təqdim etdiyim hesabdan çıarışdan da açıq aydın görünür. İddiaçı 2018-ci ilə borcun necə yaranmasına dair heç bir sübut təqdim etməyib. İddiaçı tərəfindən təqdim edilən aktlarda mühasib kimi İbrahim Abdullayev imza etmişdir. Halbu ki, həmin aktlardakı məbləğin çoxunu nəğd ödəmiş və həmçinin bəziləri saxtalaşdırılb. Lakin ona təqdim etdiyim və xx.xx.2019-cu il tarixli üzləşmə aktında (məhkəmə sənədlərinə əlavə edilmişdir. Cədvəl şəklində sənəddir) onun qalıq borcunun 5844,08 qəpik oldğu təsdiqin tapır. Həmin akt məhz Aqro Kompleksin düzdür ştampı ilə təqsdiqlənib və həmçinin mühasib İbrahim Abdullayev imza atıb. Necə oluru ki, məhkəmə iddiaçının təqdim etdiyi aktları sübut kimi qəbul edir onun təqdim etdiyi aktları sübut kimi qəbul etmir? Digər üzləşmə aktı. 07.2019cu ilin üzləşmə aktında Aqro Kompleksin mənə borcu olduğu təsdiqin tapır. Həmin aktda iddiaçı Aqro Kmpleksin ona 31.000 manat borcu olduğu təsdiqini tapır. Halbuki, iddiaçı iddia edir ki, həmin vaxta onun onlara 204.466,13 manat borcu var. Bu ziddiyətlər niyə araşdırılmır məhkəmə tərəfindən?

24. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, e-2- 2(117)-8/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, e-2-2(117)-8/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

28. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

29. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında izahat verən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”: 2.1. Elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. 2.2. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar əks etdirilir. 2.2.4. əsas (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.);

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

34. Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, e-2-2(117)- 8/2021 saylıqətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)- 410/2022 nömrəli qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsinin mövqeyinə görə mübahisəli 132.508,71 manat borc ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsində də göstərildiyi kimi, ekspert tərəfindən müvafiq rəy digər sənədlərlə yanaşı eyni zamanda elektron qaimələr əsasında verilmişdir. Tərəflər arasında münasibətlərin yarandığı və müvafiq qaimələrin tərtib olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndinə əsasən, elektron qaimə fakturada onun verilməsinə əsas olmuş qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s. əks olunması nəzərdə tutulmuşdur. Hazırkı halda isə, iş materiallarında olan, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə “əsas müqavilə” olaraq göstərilsə də, bu elektron qaimələrin konkret olaraq hansı müqavilə və ya digər sənədlər əsasında göndərilməsi öz əksini tapmamışdır. Ali Məhkəmənin qeyd olunan göstərişlərinə əsasən hazırki apellyasiya baxışında iş materiallarındakı elektron qaimələr hazırki iş üzrə sübut olaraq qəbul edilməmişdir.

37. Ali Məhkəmənin qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, iş materiallarında cavabdehin iddiaçıya 132.508,71 manat borcunun olmasına dair və cavabehin orada icra olunmuş imzanın ona məxsus olmadığını bildirdiyi 2020-ci il 25 sentyabr tarixli üzləşmə aktı mövcud olsa da, iş materiallarında eyni zamanda iddiaçının cavabdehə borcunun olmasına dair və iddiaçının adından yuxarıda göstərilən 2020-ci il 25 sentyabr tarixli aktda da imzası əks olunmuş İ.Abdullayev tərəfindən imzalanmış sənədlər də mövcud olmuş, lakin məhkəmə qeyd olunan ziddiyyətli məqama qiymət verməmişdir. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, işin yenidən baxılması zamanı qeyd olunan ziddiyyətli məqamların aydınlaşdırılması zərurəti yaranmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən X1 da işə cəlb edilmiş və ona işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməklə məhkəmə iclasına dəvət edilmiş, lakin X1 məhkəmə iclasına gəlməmişdir.

38. Digər tərəfdən, Ali Məhkəmə qeyd etmişdir ki, cavabdeh süd məhsullarının satışına dair qəbzlərdə və üzləşmə aktlarındakı imzaların ona məxsus olmaması səbəbindən məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Buna baxmayaraq, məhkəmə isə 2022-ci il 17 fevral tarixli məhkəmə iclas protokolunda işdə iştirak edən şəxslərin müraciət və vəsatətlərinin olmadığı göstərilmiş, habelə MPM-in tələblərinə uyğun olaraq vəsatətə münasibət bildirmədən, vəsatətin təmin edilmədiyi təqdirdə əsaslandırılmış qərardad qəbul etmədən, sadəcə qətnamədə ekspertizanın aparılmasına dair vəsatətin rədd olunduğunu göstərmişdir. Halbuki, müvafiq ekspertiza keçirilməklə onun nəticələrindən asılı olaraq digər (təkrar məhkəmə-mühasibatlıq ekspertizası və s.) prosessual hərəkətlərin edilməsi nəticəsində iş üzrə tam, obyektiv və ədalətli nəticə əldə oluna bilərdi. İşə apellyasiya qaydasında yenidən baxılarkən həmin göstərişlər nəzərə alınmaqla ekspertizalar keçirilmiş və alınmış Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 10 yanvar 2022-ci il tarixli 9/6914-4/1395 nömrəli rəyində göstərilmişdir: “Məhkəmə-xətşünaslıq ekspertizası üzrə:

1. Ekspertizaya təqdim edilmiş, 2-2(107)-69/2022 nömrəli inzibati işin 1-ci cildinin 48- 49-cu vərəqələrində 25 sentyabr 2020-ci il tarixli üzləşmə aktlarının kserosurətlərində “Cavabdeh İmza” qrafalarında əks olunan imzalar (2 ədəd) - Cavabdeh tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, 2-2(107)-69/2022 nömrəli inzibati işin 1-ci cildinin 10cu vərəqəsində olan 04 iyul 2020-ci il tarixli üzləşmə aktının kserosurətində “Cavabdeh İmza” qrafasında əks olunan imzanın, həmçinin işə qoşma olaraq yaşıl rəngli dosyada təqdim edilmiş xx.xx.2020-ci il tarixli S-E/2 saylı alqı-satqı aktında “6.C. Mustafayev” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.

3. Tədqiqi hissənin 3-cü bəndində göstərilən çatışmazlığı aradan qaldırmaq üçün aşağıdakı profilaktik tövsiyəni veririk: imza qrafasında imza edən şəxsin öz xətti ilə ad soyadını icra etməsini təmin etmək (bu qrafik materialın artmasına gətirib çıxarar və sənədlərdə imzaların saxtalaşdırılmasına çətinlik törədər) Məhkəmə-mühasibatlıq ekspertizası üzrə: Birinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırki tədqiqatla yuxanda göstərilənlər nəzərə alınmaqla işin 1-ci cild 123-131-ci vərəqələrində olan elektron qaimələrdə göstərilən malların verilməsi nəzərə alınmamaqla, işə qoşma olaraq göy və yaşıl rəngli dosyalarda təqdim edilmiş alqı-satqı aktlarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 2018-2019 və 2020-ci ilin 21 oktyabr tarixinədək 696.052,64 manat məbləğində məhsulun satıldığı, ümumilikdə xx.xx.2020-ci il tarixədək 563.543,93 manat məbləğində pul vəsaitinin ödənildiyi nəzərə alınmaqla Cavabdeh İddiaçınə olan borcu 132.508,71 manat (696.052,64 manat - 563.543,93 manat) məbləğində müəyyən edilir. İkinci sual üzrə: 15 sentyabr 2020-ci ildən sonra verilmiş elektron qaimələrdə göstərilənlər nəzərə alınmayacağı təqdirdə, o cümlədən xx.xx.2020-ci il tarixədək aparılmış ödənişlər nəzərə alındığı təqdirdə Cavabdeh İddiaçınə olan borcu 76.442,05 manat (639.985,98 manat - 563.543,93 manat) məbləğində müəyyən edilir. Üçüncü sual üzrə: İş materiallannda olan işin 1 -ci cild 132-135-ci vərəqələrində olan “Yekun borclar cədvəli” məlumatlardan göründüyü kimi 2019-cu ilin may ayı ərzində X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh olan borcu 12482,25 manat, iyun ayı ərzində 20.000,0 manat və iyul ayı ərzində 31.000,0 manat, ümumilikdə 63.482,25 manat məbləğində olduğu qeyd edilmişdir. Qeyd edilən 2019-cu ilin may, iyun və iyul aylan üzrə “Yekun borclar cədvəli” məlumatları tədqiq olunan zaman “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh yaranmış borcun dana əti, quzu əti, toyuq əti, yumurta və süd məhsullarından (qaymaq, motal pendiri, süzmə) ibarət olması müəyyən edildi. Halbuki məhkəmənin ekspertiza təyini haqqında qərardadının birinci sualında qeyd edilmiş işə qoşma olaraq göy və yaşıl rəngli dosyalarda təqdim edilmiş alqı-satqı aktlarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 2018-2019 və 2020-ci ilin 21 oktyabr tarixinədək diri çəkidə dana əti və süd məhsulu satılmışdır. O cümlədən iş materiallarında olan tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli 001 nömrəli (c1 i.v 136), xx.xx.2019-cu il tarixli 007 nömrəli (c 1 i.v 137) və xx.xx.2020-ci il tarixli 005 nömrəli “Ötürülən malların satışı haqqında” müqavilələrin predmetinin iri buynuzlu və xırda buynuzlu heyvan, xam süd satışı olduğu qeyd edilmiş, elektron qaimə məlumatlarında da (İ.v 123-131) İddiaçı MMC tərəfindən Cavabdeh yalnız süd və dana əti satıldığı qeyd edilmişdir. Göstərilən səbəblərdən hazırki sual üzrə tədqiqat aparılmadı, qeyd edilən hallara məhkəmə tərəfindən hüquqi qiymət verildikdən sonra zərurət yaranarsa əlavə məhkəməmühasibatlıq ekspertizası aparılması mümkündür.”

39. 22 fevral 2023-cü ilə təyin edilmiş məhkəmə baxış iclasına Cavabdeh nümayəndəsi Vəkil2 məhkəməyə vəsatət göndərərək qeyd etmişdir: İddiaçı MMC Cavabdeh əsassız olaraq elektron qaimələr və Cavabdeh imzası olmayan alış aktları tərtib etmişdir. Tərtib edilmiş aktlar əsassız vurulmuş elektron qaimələr olan dövrü əhatə etmir. Bunlar 2018-ci ilin dekabrndan 2020-ci ilin mart ayına olan dövrləri əhatə edir. Bu aktların əsası süd məhsullarınnın guya Cavabdeh satışı ilə bağlıdır. Bu aktlarda olan imzaların heç biri Cavabdeh məxsus deyil. Bəzilərində isə ümumiyyətlə imza yoxdur. Həmçinin 8 ədəd mal-qara alış aktları da vardır ki, ondakı imzlarda Cavabdeh məxsus deyil və hətta bir neçəsində imza belə yoxdur. Ümumilikdə 33531,7 manat dəyərində olan yalnız mal qara Cavabdeh tərəfindən alınmamışdır. Aktlarındakı imzalar isə Cavabdeh məxsus deyildir. Digər süd məhsulları aktları isə ümumilikdə hamısı Cavabdeh tərəfimdən alınmamış mallardır. Həmin malların dəyəri isə 74410,05 manat təşkil edir. Cavabdeh həmin malları almamışam və aktlara imza etməmişdir. Aktlardakı imza Cavabdeh məxsus deyil. Həmçinin ekspert guya imzaların natamamlığı ucbatından mal qaraya aid imzaların kimə məxsus olmasını müəyyən edə bilməmişdir. Halbu ki, imzalar orda açıq aydın və kifayət qədər görünən şəkildədir. Həmçinin təqdim edilən imza nümunələri də eyni qaydada kifayət qədərdir. Ekspertin üzləşmə aktının əsli olmaya olmaya imzanın Cavabdeh məxsus olmasını deməsi buna əsas verir. Açıq aydın görünür ki, bu sifarişli və qərəzli ekspert rəyidir. Bunnunla bağlı Ali Məhkəmənin göstərişi ilə iş yenidən baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilmişdir. Lakin məhkəmə xətşünaslıq ekspertizası təyin edərkən səhvə yol vermiş məhkəmə iclasında bütün aktlardakı izaların yoxlanılması üçün xəttşünaslıq ekspertizası təyin etəsə də qərardadda qeyri müəyyən yazmış və süd məhsullarının alqı satqı qaimələri-aktları ekspertiza olunması üçün gösətriş verilməmişdir. Ali Məhkəmənin qərarında aşağıdakıların araşdırılması və konkret onlar müəyyən olunandan sonra iddia tələbinin mahiyyətinə baxılması qeyd edilmişdir. Bu səbəbdən də məhkəmədən təkrar xəttşünaslıq ekspertizası təyin edilməsini və 74410,05 manatlıq süd məhsullarının satışına dair və 33531,7 manatlıq maq qaraya dar aktlardakı imzaların yoxlanmasını xahiş edirəm. Odur ki, yuaxrıda qeyd edilənləri nəzərə alaraq iddiaçı tərəfindən təqdim edilən aktlardakı (bütün) 74410,05 manatlıq süd məhsullarının satışına dair və 33531,7 manatlıq mal qaraya dar aktlardakı imzanın mənə məxsus olub olmamasını müəyyən etmək üçün xəttşünaslıq ekspertizası təyin edilməsi barədə qəradad qəbul etməyinizi xahiş edirəm.” Cavabdeh nümayəndəsi Vəkil2 məhkəmə iclasında ekspert qarşısında qoyulacaq suallar barədə vəsatət verərək ekspertlər qarşısında suallar qoyularkən bütün süd və süd məhsulları barədə (bu aktlar və qaimələr göy və yaşıl papkalardadır) (yaşıl dosyada-59- 73, 117-134, 175-191, 222-239, 269-285, 316- 342, 387-414, göy dosyada 61-79, 119- 135, 163-185, 248-280, 303-317, 353-370 səhifələr) qaimə-fakturalarda Cavabdeh yazılan yazısının və imzalarının Cavabdeh aid olub olmamasının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası keçirilmiş ekspertiza tədqiqatı nəticəsində cavab verilməmiş suallara aydınlıq gətirilməsinə, həmçinin cavabdeh tərəfin vəsatətində qoyulmuş suallar üzrə rəy alınmasına zərurət olduğu qənaətinə gəlmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 mart 2023–cü il tarixli 2- 2(107)-3/2023 nömrəli qərardadı və 14 mart 2023-cü il tarixli 2-2(107)-3/2023 nömrəli əlavə qərardadı əsasında iş üzrə təkrar məhkəmə-xəttşünaslıq və təkrar məhkəməmühasibatlıq ekspertizаları keçirilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 12 may 2023-cü il tarixli 4/552 nömrəli rəyində göstərilmişdir: Ekspertizaya təqdim edilmiş, yaşıl papkaya əlavə olunmuş mal qara (iribuynuzlu mallar) alış-satışı ilə bağlı S-E/164 saylı, S-E/165 saylı, S-E/23 saylı, S-E/166 saylı, S- E/167 saylı, S-E/168 saylı, S-E/169 saylı, S-E/171 saylı, S-l/71 saytı, S-E/172 saylı, S- E/174 saylı, S-E/176 saylı, S-l/75 saylı, S-D/19, S-D/18, S-D/17, S-D/16, S-E/161, S- E/159, S-E/158, S-E/157, S-E/156, S-E/155, S-E/154, S-E/153, S-E/152, S-l/63, S- E/151, S-E/150, S-E/149, S-E/147, S-l/59, S-E/146, S-E/145, S-E/144, S-E/143, S- E/142, S- E/141, S-E/139, S-E/140, S-l/57, S-D-M/25, S-E/134, S-E/133, S-E/132, S- E/130, S-l/54, S-E/129, S-E/128, S-E/127, S-E/126, S-E/125, S-E/124, S-l/48, S-E/120, S-E/119, S- E/118, S-E/117, S-D/15, S-E/116, S-E/115, S-E/114, S-İ/44, S-E/110, S- E/111, S-E/109, S- E/107, S-E/105, S-E/104, S-E/103, S-D/14, S-D/13, S-İ/40, S-D/12, S-D/11, S-D/10, S-D/9, S-D/8, S-D/7, S-D/6, S-D/5, S-E/100, S-E/101, S-E/99, S-E/98, S-E/97, S-E/95, S-E/93, S- E/94, S-E/92, S-E/91, S-E/90, S-E/89, S-E/87, S-E/88, S- E/163, S-D/22, S-E/5, S-l/3, S- E/6, S-D/2, S-E/7, S-l/8, S-l/9, S-E/9, S-E/15, S-E/14, S- 1/14, S-l/12, S-E/10, S-E/11, S- E/17, S-İ/19, S-E/21, S-E/20, S-E/24, S-D/23, S-l/10, S- E/1, S-E/4, S-E/28, S-D/21, S- D/20, S-E/3 saylı Aktlardakı “Cavabdeh” yazıları qarşısındakı imzalar; göy papkaya əlavə olunmuş mal qara (iribuynuzlu mallar) alış-satışı ilə bağlı S- D/24, S-E/86, S-l/25, S-l/33, S-E/84, S-E/83, S-E/82, S-E/81, S-l/32, S-l/27, S-E/78, S- E/75, Sl/26, S-l/28, S-E/71, S-E/70, S-E/69, S-B/7, S-E/68, S-l/24, S-E/67, S-l/23, S- E/66, S-E/65, S-E/61, S-E/60, S-l/20, S-E/59, S-E/58, S-E/57, S-D-M/13, S-E/56, S- E/54, S-D-M/12, S- B/4, S-l/17, S-E/52, S-D-M/9, S-E/50, S-E/51, S-E/49, S-E/47, $- E/48, S-E/45, S-E/44, S- D-M/7, S-E/43, S-D/1, S-E/37, S-E/36, S-E/35, S-E/32, S-E/30, S-E/29, S-E/28, S-E/26, S- E/27, S-E/24, S-E/23, S-E/22, S-E/20, S-İ/7, S-İ/6, S-E/18, S- E/17, S-E/16, S-E/15, S- E/14, S-E/13, S-İ/4, S-E/10, S-E/9, S-l/2, S-E/6, S-E/4, S-E/2, S-E/1, S-l/71, S-l/70, S-D- M/9, S-l/63 Aktlardakı “Cavabdeh” yazıları qarşısındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, yaşıl rəngli qovluğun 59-73-cü vərəqələrində olan 000418, 000419, 000420, 000421, 000422, 000423, 000424, 000425, 000426, 000427, 000428, 000429, 000430, 000431, 000432 saylı qaimə-fakturalarda “Təhvil aldım:” hissələrindəki “Cavabdeh” yazıları və yazıların qarşısındakı imzalar; 117-134-cü vərəqələrində olan 003581, 003583, 003584, 003585, 003586, 003587, 003589, 003590, 003591, 003592, 003593, 003594, 003595, 003596, 003597, 003598, 003599, 003600 saylı qaimə-fakturalarda “Təhvil aldım:” hissələrindəki Cavabdeh” yazıları və yazıların qarşısındakı imzalar; 175-191-cü vərəqələrində olan 003564, 003565, 003567, 003568, 003569, 003570, 003571, 003572, 003573, 003574, 003576, 003577, 003578, E/177 saylı, S-E/131, S-E/122, S-E/121, S-l/42, S-E/96 saylı Aktlardakı “Cavabdeh” yazıları qarşısındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, yaşıl rəngli papkaya əlavə edilmiş xx.xx.2020-ci il tarixli S-E/2 saylı alqı-satqı aktında “C. Mustafayev" qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 14 sentyabr 2023-cü il tarixli 9/2416 nömrəli rəyində göstərilmişdir: “Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırki tədqiqatla məhkəmə-xəttşünaslıq ekspertinin xx.xx.2023-cü il tarixli 4/552 nömrəli ekspert rəyində göstərilənlər nəzərə alınmaqla, işin 1-ci cild 123-131-ci vərəqələrində olan elektron qaimələrdə göstərilən malların verilməsi nəzərə alınmamaqla, işə qoşma olaraq göy və yaşıl rəngli dosyalarda təqdim edilmiş alqı- satqı aktlarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 2018, 2019 və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (ən sonuncu aktın tarixi) 591.090,8 manat məbləğində məhsulun satıldığı, ümumilikdə xx.xx.2020-ci il tarixədək 563.543,93 manat məbləğində pul vəsaitinin ödənildiyi nəzərə alınmaqla Cavabdeh İddiaçınə olan borcu 27.546,87 manat (591.090,8 manat - 563.543,93 manat) məbləğində müəyyən edilir. 15 sentyabr 2020-ci ildən sonra verilmiş elektron qaimələrdə göstərilənlər nəzərə alınmayacağı təqdirdə, o cümlədən xx.xx.2020-ci il tarixədək aparılmış ödənişlər nəzərə alındığı təqdirdə Cavabdeh İddiaçınə olan borcu 76.442,05 manat (639.985,98 manat - 563.543,93 manat) məbləğində müəyyən edilir. O cümlədən qeyd edilir ki, göy və yaşıl rəngli qovluqlarda təqdim edilmiş malların təhvil veriləsini özündə əks etdirən aktlara əsasən İddiaçı tərəfindən Cavabdeh təqdim edilmiş malın (ət məhsulunun) son tarixi xx.xx.2020-ci il olmuşdur. 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş məlumatdan və cədvəldən (i.v 159-161) göründüyü kimi xx.xx.2019-cu il tarixdən sonrakı müddətdə tərtib edilmiş elektron qaimələr vergi ödəyicisi tərəfindən deyil, proqram təminatına uyğun olaraq sistem (AVİS) tərəfindən təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdən sonrakı müddətdə tərtib edilmiş elektron qaimələr nəzərə alınmadığı təqdirdə İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 541078,98 manat dəyərində mal satıldığı, 563.543,93 manat məbləğində pul vəsaitinin ödənildiyi nəzərə alınmaqla Cavabdeh MMC-yə borcu müəyyən edilmədi.”

40. Göründüyü kimi. məhkəmə araşdırmaları nəticəsində Cavabdeh İddiaçı MMC-yə borcunun qalmadığı müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-2(117)-8/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı 132508,71 manat borcun cavabdehdən tutularaq ödənilməsi tələbinə dаir iddiası rədd edilməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-2(117)-8/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı 132508,71 manat borcun cavabdehdən tutularaq ödənilməsi tələbinə dаir iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar