Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-33/2024 02.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06 nömrəli alğısatqı müqaviləsinə əsasən satıcı-iddiaçı müqaviləyə 1 saylı əlavə olan Spesifikasiyada adları qeyd olunan malları cavabdehə-alıcıya satmağı, alıcı isə malları qəbul edib razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixli, 06 nömrəli alğı-satqı müqaviləsi üzrə 17.180,22 manat əsas borcun və 200 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06 nömrəli inşaat materiallarının alğı-satqısı müqaviləsinə əsasən iddiaçı müqaviləyə 1 saylı əlavə olan Spesifikasiyada adları qeyd olunan malları alıcıya satmağı, alıcı isə malları qəbul edib razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 17.180,22 manat məbləğində borcu yaranmışdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-19/2024 nömrəli iş üzrə qəbul etdiyi 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-dən 17.180,22 manat borc və 200 mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilməmiş 141,54 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 17.180,22 manat məbləğində borcu yaranmışdır. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1732,53 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 816,09 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1729,7 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1647,33 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1677,86 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 2643,32 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1677,78 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 2883,12 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1852,98 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1449,42 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1449,92 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 307,98 manat, xx.xx.2023cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1746,99 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1210,68 manat olan malları alıcıya satmış, alıcı isə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilməmiş 17.180,22 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında tərtib edilmiş və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş hesablaşmaların qarşılıqlı üzləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli akt və elektron qaimələrlə öz təsdiqini tapır. Həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni qarşılıqlı üzləşmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Eyni zamanda cavabdehin nümayəndəsi xx.xx.2023cü il də tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında borcun mövcudluğunu etiraf etmiş və 8000 manat ödəniş edildiyini bildirilsə də istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 17.180,22 manat məbləğində borcu yaranmış və həmin borc iddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktı və elektron qaimələrlə əsaslandırılmış, həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında 17.180,22 manat borcun mövcudluğunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 389.1, 406.1, 427, 442, 445.2, 445.7, 448.1, 448.2, 449.1, 600.1, 600.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırkı işdə birinci instansiya məhkəməsi, iddiaçının verdiyi sübutlarla kifayatlənmişdir. İş üzrə tələb olunan məbləğ düzgün hesablanmamışdır. Ona görə də məhkəmə bu barədə mühasibatlıq ekspertizası təyin etməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnaməni tam mübahisələndirdiyindən Məhkəmə qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06 nömrəli alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqaviləyə 1 saylı əlavə olan Spesifikasiyada adları qeyd olunan malları cavabdehə satmağı, cavabdeh isə malları qəbul edib razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1732,53 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 816,09 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1729,70 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1647,33 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1677,86 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 2643,32 manat, xx.xx.2023cü il tarixli elektron qaimə ilə dəyəri 1677,78 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 2883,12 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1852,98 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1449,42 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1449,92 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 307,98 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1746,99 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1210,68 manat olan malları alıcıya satmış, alıcı isə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilməmiş 17.180,22 manat borcu qalmışdır. Qeyd olunan məbləğdə borcun mövcudluğu İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli üzləşdirmə aktı ilə də öz təsdiqini tapır. İş üzrə tərəflər arasında alğı-satqı münasibətlərinin mövcud olduğunu təsdiq edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında borcun mövcudluğunu etiraf etmiş, borcdan 8000 manat ödəniş edildiyini bildirilsə də istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, borc məbləği düzgün hesablanmamışdır, bu barədə mühasibatlıq ekspertizası təyin edilməlidir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, cavabdeh borc məbləğinin düzgün hesablanmadığını bildirsə də, bu xüsusatı təsdiq edə və tərəflərin nümayəndələri tərəfindən imzalanmış üzləşdirmə aktını şübhə altına ala biləcək sübutları Məhkəməyə təqdim etməmiş, eyni zamanda işə birinci instansiya məhkəməsində baxılarkən borcun düzgün hesablanmadığını mübahisələndirməmiş(yalnız borcdan müəyyən məbləğ ödənişlər edildiyini bildirmişdir) və mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlə çıxış etməmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü müqavilə öhdəliklərinin icrasını gecikdirməsi aşkardır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2024cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-33/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-33/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver