Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-34/2021 08.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “42694,93 avro məbləğində pul vəsatinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” kommersiya iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, e-2-2(117)-10/2021 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 10 fevral 2021-ci il tarixli, e-2-2(117)-10/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 37055,79 avro (otuz yeddi min əlli beş avro yetmiş doqquz sent) məbləğində borcun Azərbaycan manatına olan məzənnə ilə və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 15.05.2018-ci il tarixli ***-**** nömrəli malların alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 1 nömrəli Əlavədə göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alıcı Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 42694,93 avro ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borc ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 19.11.2020-ci il tarixli, e-2-2(117)-445/2020 nömrəli qərardadı ilə iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh işçilərin əmək haqları və digər məcburi dövlət ödənişlərinin təmin edilməsi üçün nəzərdə tutulmuş vəsait istisna olmaqla aktiv bank hesablarında olan 42694,93 avro məbləği həddində pul vəsaitlərinin üzərinə həbs qoyulması qərara alınmışdır. Tərəflər birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 verdiyi izahatında bildirmişdir ki, müqaviləyə əlavədə qeyd edilən 28 ədəd control panel 4 reader input/8 input/ 4 output (ümumi dəyəri 23886,93 avro), 56 ədəd digital intput module XPDİ8 (ümumi dəyəri 6683,17 avro), 10 ədəd Proximity (125kHz) card reader, non-contact (ümumi dəyəri 1430,40 avro), 50 ədəd Proximity (125 kHz) card (ümumi dəyəri 188,21 avro), 10 ədəd Exit button double contact, stainless steel (ümumi dəyəri 489,35 avro), 10 ədəd Emergency exit button (ümumi dəyəri 282,32 avro), 6 ədəd double miniatur magnetic lock (ümumi dəyəri 1603,55 avro), 4 ədəd single miniatur magnetic lock (481,82 avro), 200 ədəd Magnetic door monitoring contact (ümumi dəyəri 2890,91 avro), 1 ədəd Software license for single user SU-SEC-P-USB (dəyəri 804,60 avro), 1 ədəd Software license SUSEC-1000PT, 5000P, PRG, BG, USB (dəyəri 1844,03 avro), 1 ədəd Software license lan c.sec-1000.İO-PR.-BADG-USB (dəyəri 2109,66 avro) olmaqla, cəmi 42694,93 avro məbləğində mallar cavabdehə verilsə də, təhvil-təslim aktlarında səhvən həmin məhsulların hamısı qeyd edilmədiyindən yalnız 37055,79 avro məbləğində malların verilməsini təsdiqləyə bilirlər. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, qiymətlərin razılaşdırılması protokolu, təhviltəslim sənədləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilmişdir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, e-2-2(117)-10/2021 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddia tələbinin təmin olunduğu hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmaqla, məhkəmənin bununla bağlı gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından, qanunsuz və əsassız olduğuna görə qismən ləğv edilməli və iddianın həmin hissədə də təmin olunmaması barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, iş materiallarına əsasən iddiaçı iddia ərizəsində tələbin faktiki əsasları kimi yazılı sübutlar qismində tərəflər arasında bağlandığı iddia olunan 15.05.2018-ci il tarixli ***-**** saylı alqı-satqı müqaviləsinə və 06.07.2018, 10.07.2018 və 27.11.2018-ci il tarixli təhvil-təslim aktlarına istinad etmişdir. Lakin işdə malların təhvil-təslimini təsdiq edən sənəd kimi istinad olunan müvafiq aktları imzalamış şəxslərin müqavilənin 4.4-cü bəndinə əsasən cavabdehin səlahiyyətli nümayəndələri olmalarına dair heç bir sübut yoxdur, həmçinin 27.11.2018-ci il tarixli təhvil-təslim aktında cəmi 2.872,1 Avro məbləğində malları (müqavilənin 1 saylı Əlavəsindəki mallardan 3, 4, 5, 6 və 8-ci sıralarda göstərilən) cavabdehin adından “təhvil alan” şəxsin vəzifəsi ümumiyyətlə bəlli deyil və həmin akt cavabdehin möhürü ilə təsdiqlənməmişdir, təhvil-təslim aktlarında göstərilən malların həqiqətən də ölkə ərazisinə idxalını təsdiq edən hər hansı sübut (müvafiq gömrük bəyannamələri, beynəlxalq yüknəqliyyat qaimələri və s.) yoxdur, müqavilənin 1 saylı Əlavəsindəki mallardan 7, 10, 11 və 12-ci sıralarda göstərilən və ümumi dəyəri 6.361,84 Avro olan malların təhvil-təsliminə dair ümumiyytələ heç bir sübut təqdim olunmamışdır (belə olan halda, müqavilənin 3.3.1-ci bəndinə əsasən “alıcı”nın (yəni cavabdehin) müqavilənin icrasından imtina etmək hüququ vardır). Qeyd edilən dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddiaya yazılı etirazda göstərilmiş, ancaq işə baxan məhkəmə öz qətnaməsində həmin etirazın dəlillərinə ümumiyyətlə hər hansı münasibət bildirməmiş, əksinə, əsassız olaraq müqavilənin predmetini təşkil etməyən əlavə olaraq 6 ədəd “single miniatür magnetic lock”un ümumi dəyəri olan 722,7 avronun da cavabdehdən tutulmasını qət etmişdir. Bununla, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin qanuniliyinə və əsaslılığına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olmasına dair 88, 217.1 və 217.3-cü maddələrinin tələblərinə əməl edilməmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, e-2-2(117)-10/2021 nömrəli qətnaməsinin qismən - iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə İddiaçı MMC və Cavabdeh MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib tətbiq edilməli hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, e-2-2(117)-10/2021 nömrəli qətnaməsi iddianın təmin olunduğu hissədə dəyişdirilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan 15.05.2018-ci il tarixli ***-**** nömrəli müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, 28 ədəd control panel 4 reader input/8 input/ 4 output (ümumi dəyəri 23886,93 avro), 56 ədəd digital intput module XPDİ8 (ümumi dəyəri 6683,17 avro), 10 ədəd Proximity (125kHz) card reader, non-contact (ümumi dəyəri 1430,40 avro), 50 ədəd Proximity (125 kHz) card (ümumi dəyəri 188,21 avro), 10 ədəd Exit button double contact, stainless steel (ümumi dəyəri 489,35 avro), 10 ədəd Emergency exit button (ümumi dəyəri 282,32 avro), 6 ədəd double miniatur magnetic lock (ümumi dəyəri 1603,55 avro), 4 ədəd single miniatur magnetic lock (481,82 avro), 200 ədəd Magnetic door monitoring contact (ümumi dəyəri 2890,91 avro), 1 ədəd Software license for single user SU-SEC-P-USB (dəyəri 804,60 avro), 1 ədəd Software license SU-SEC-1000PT, 5000P, PRG, BG, USB (dəyəri 1844,03 avro), 1 ədəd Software license lan c.sec-1000.İO-PR.-BADG-USB (dəyəri 2109,66 avro) olmaqla, cəmi 42694,93 avro məbləğində malların iddiaçı tərəfindən cavabdehə satılması nəzərdə tutulmuşdur. İşdə olan 27.11.2018-ci il tarixli təhvil-təslim sənədindən görünür ki, 10 ədəd Poximity (125kHz) card reader non-contact (HİD), 50 ədəd Proximity (125kHz) card (HİD), 10 ədəd Exit button double contakt stainless steel (HİD), 10 ədəd Emergency exit button (HİD), 10 ədəd Single miniatur magnetic lock (Yale) “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. İşdə olan 06.07.2018-ci il tarixli təhvil-təslim sənədindən görünür ki, 20 ədəd Access control panel 4 reader input /8 input/ 4 output (ACX-2-********), 46 ədəd Digital input module XPDİ8 (XPD18), 200 ədəd Magnetic door monitoring contact (MK4200) xxxx MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. İşdə olan 10.07.2018-ci il tarixli təhvil-təslim sənədindən görünür ki, 8 ədəd Access control panel 4reader input/8input/4 output (ACX-2-********), 10 ədəd Digital input module XPDİ8 (XPD18) xxxx MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 15.05.2018-ci il tarixli ***-**** nömrəli malların satış müqaviləsinə əsasən satıcı alıcıya 28 ədəd control panel 4 reader input/8 input/ 4 output (ümumi dəyəri 23886,93 avro), 56 ədəd digital intput module XPDİ8 (ümumi dəyəri 6683,17 avro), 10 ədəd Proximity (125kHz) card reader, non-contact (ümumi dəyəri 1430,40 avro), 50 ədəd Proximity (125 kHz) card (ümumi dəyəri 188,21 avro), 10 ədəd Exit button double contact, stainless steel (ümumi dəyəri 489,35 avro), 10 ədəd Emergency exit button (ümumi dəyəri 282,32 avro), 6 ədəd double miniatur magnetic lock (ümumi dəyəri 1603,55 avro), 4 ədəd single miniatur magnetic lock (481,82 avro), 200 ədəd Magnetic door monitoring contact (ümumi dəyəri 2890,91 avro), 1 ədəd Software license for single user SU-SEC-P-USB (dəyəri 804,60 avro), 1 ədəd Software license SUSEC-1000PT, 5000P, PRG, BG, USB (dəyəri 1844,03 avro), 1 ədəd Software license lan c.sec-1000.İO-PR.-BADG-USB (dəyəri 2109,66 avro) olmaqla, cəmi 42694,93 avro məbləğində malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə şərtlərinin icrası ilə əlaqədar cavabdehə 3 dəfəyə cəmi 37055,79 avro məbləğində malların verilməsinə dair 06.07.2018, 10.07.2018 və 27.11.2018-ci il tarixli təhvil-təslim aktlarına istinad edərək özü tərəfindən müqavilə öhdəliklərinin əsasən yerinə yetirildiyini, lakin cavabdehin qəbul etdiyi malların dəyərini indiyədək ödəmədiyini, ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Cavabdeh isə iddiaçı tərəfindən ona müvafiq malların satılmadığını, iddiaçının buna dair mötəbər sübutlarının olmadığını bildirərək iddianı qəbul (etiraf) etməmişdir. Birinci instansiya məhkəmə iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 06.07.2018-ci il, 10.07.2018-ci il və 27.11.2018-ci il tarixli təhvil-təslim aktları ilə müqaviləyə əlavədə qeyd edilən mallardan bir hissəsinin - 28 ədəd control panel 4 reader input/8 input/ 4 output (ümumi dəyəri 23886,93 avro), 56 ədəd digital intput module XPDİ8 (ümumi dəyəri 6683,17 avro), 10 ədəd Proximity (125kHz) card reader, non-contact (ümumi dəyəri 1430,40 avro), 50 ədəd Proximity (125 kHz) card (ümumi dəyəri 188,21 avro), 10 ədəd Exit button double contact, stainless steel (ümumi dəyəri 489,35 avro), 10 ədəd Emergency exit button (ümumi dəyəri 282,32 avro), 200 ədəd Magnetic door monitoring contact (ümumi dəyəri 2890,91 avro) və 4 ədəd single miniatur magnetic lock (ümumi dəyəri 481,82 avro) və əlavə olaraq 6 ədəd single miniatur magnetic lock (ümumi dəyəri 722,7 avro) kimi malların Alıcıya (cavabdehə) verilməsi təsdiq olunur, digər malların təhvil verilməsi faktı isə öz təsdiqini tapmır. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehə təhvil verilən malların ümumi dəyəri 37055,79 avro təşkil etdiyindən, iddia tələbi həmin həcmdə təmin edilməli, qalan hissədə rədd edilməlidir. İddiaçı tərəf qalan malların təhvil verilməsi faktını təsdiq edə biləcək sübutlarının olmadığını bildirsə də, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı bildirmişdir ki, qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, həmçinin məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İddiaçının təqdim etdiyi sübutlar isə məhkəmənin hazırkı nəticəyə gəlməsinə əsas verir. Cavabdeh apellyasiya şikayətində iddiaçının sübut kimi istinad etdiyi təhvil-təslim aktlarını mübahisələndirərək qeyd etmişdir ki, həmin aktları imzalamış şəxslərin cavabdehin səlahiyyətli nümayəndələri olmalarına dair heç bir sübut yoxdur, həmçinin 27.11.2018-ci il tarixli təhvil-təslim aktında cəmi 2.872,1 Avro məbləğində malları cavabdehin adından “təhvil alan” şəxsin vəzifəsi ümumiyyətlə bəlli deyil və həmin akt cavabdehin möhürü ilə təsdiqlənməmişdir, təhvil-təslim aktlarında göstərilən malların həqiqətən də ölkə ərazisinə idxalını təsdiq edən hər hansı sübut (müvafiq gömrük bəyannamələri, beynəlxalq yük-nəqliyyat qaimələri və s.) yoxdur. Cavabdehin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təhvil-təslim aktlarında göstərilən malların həqiqətən də ölkə ərazisinə idxalını təsdiq edən sübutların (müvafiq gömrük bəyannamələri, beynəlxalq yük-nəqliyyat qaimələri və s.) iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi onlar arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır; ümumiyyətlə, iddiaçı satdığı malları nə vaxt, haradan və hansı qaydada alması barədə cavabdehə hesabat verməyə borclu olmamışdır. Müqaviləyə görə iddiaçı müvafiq malları cavabdehə verməli, cavabdeh həmin malları qəbul etməli və bununla əlaqədar tərəflərin səlahiyyətli nümayəndələri malların təhvil-təslimi barədə akt tərtib etməli idilər. Belə aktların mövcudluğu və onların mötəbərliyi iddiaçının öz öhdəliklərini yerinə yetirməsinin sübutu üçün yetərli sayılır. Məhkəmə kollegiyası 06.07.2018-ci il və 10.07.2018-ci il tarixli təhvil-təslim aktlarının mötəbərliyini şübhə altına almağa əsas görmür. Belə ki, həmin aktlarda cavabdeh MMCnin nümayəndəsi (texniki direktoru) Mehman Quliyevin imzası ilə yanaşı həmin MMC-nin möhürü də vardır. Bu aktları mübahisələndirdiyi halda cavabdeh sözügedən sənədlərə onun möhürünün necə vurulduğunu izah etməlidir. Apellyasiya şikayətində cavabdeh həmin sənədlərdəki möhürün saxtalığını mübahisələndirməmişdir. Təhvil-təslim zamanı MMC-nin möhürü ilə iştirak edən şəxsin onun səlahiyyətli nümayəndəsi deyil, bu MMC-yə aidiyyəti olmayan kənar bir şəxs olmasının iddia edilməsi və həmin şəxsin cavabdehin nümayəndəsi olmasını sübut etməyin iddiaçıdan tələb olunması da təəccüb doğurur; cavabdehin bu cür mülahizələri əsassızdır. Bununla belə, məhkəmə kollegiyası 27.11.2018-ci il tarixli təhvil-təslim aktının qeyrimötəbərliyi ilə bağlı cavabdehin dəlili ilə razılaşır. Həmin sənəddə cavabdeh MMC-nin möhürü yoxdur və malları təhvil almış nümayəndə də əvvəlki şəxs (Mehman Quliyev) deyil, başqası (Vüqar Bayramov) olduğundan bu malların cavabdehə təhvil verilməsi qənaətinə gəlmək mümkün deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi 27.11.2018-ci il tarixli təhvil-təslim aktı mötəbər sübut standartlarına cavab vermir. Bu baxımdan cavabdehin 27.11.2018-ci il tarixli təhvil-təslim aktında göstərilən 3.594,78 avro dəyərində malları almaması barədə dəlili təkzib olunmur. Beləliklə, işdə olan mötəbər sübutlarla iddiaçı tərəfindən cavabdehə 37055,79 avro məbləğində deyil, 33461,01 (37055,79 - 3594,78) avro məbləğində malların verilməsi təsdiqini tapır. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmuş həcmi 3.594,78 avro məbləğində azaldılmalı və iddia tələbi 33461,01 avro məbləğində təmin edilməlidir. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, e-2-2(117)-10/2021 nömrəli qətnaməsi iddianın təmin olunduğu hissədə dəyişdirilərək, həmin hissədə iddia tələbi qismən təmin edilməli və Cavabdehndən alınıb İddiaçı MMC-yə ödənilməsi qət edilmiş borc pulun məbləği Azərbaycan manatına olan məzənnə ilə 33461,01 avro (otuz üç min dörd yüz altmış bir avro bir sent) müəyyən olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, e-2-2(117)- 10/2021 nömrəli qətnaməsi iddianın təmin olunduğu hissədə dəyişdirilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilərək, Cavabdehndən 33461,01 avro (otuz üç min dörd yüz altmış bir avro bir sent) məbləğində debitor borcu Azərbaycan manatına olan məzənnə ilə tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-34/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-34/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver