Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-36/2024 02.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: qarışıq müqavilələr (alqı-satqı və podrat) müqavilələri üzrə üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Kərimli Tunar Mübariz oğlunun katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “2416 manat pulun və 60 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2-2(117)-44/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı Cavabdeh qarşı “2416 manat pulun və 60 manat dövlət rüsumunun ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
2. İddiaçı MMC ilə Cavabdeh arasında 2 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 18/21-57 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olununur) Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən 2 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür.
3. Həmin Müqavilələrin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir.
4. Həmin Müqavilənin 8.3-cü bəndinə əsasən, bu müqavilə üzrə pambıq becərilməsi ilə bağlı fermerə verilən pul vəsaitinin başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə fermer ona verilən borcun ümumi məbləğinin 20% həcmində cərimə ödəyir.
5. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 4160 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 2416,68 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə aktda öz təsdiqini tapır.
6. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2023-cü il tarixinə T. Həsənovun İddiaçı MMC-yə 2416,68 manat məbləğində ödənilməmiş borcu vardır və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 2416,68 manat borcu qalmışdır.
8. Cavabdeh xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdakı imza ona məxsus olmadığından xətşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 2 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 18/21-57 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən 2 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdehə 4160 manat məbləğində işlər görülmüş və avans verilmş, lakin xx.xx.2023-cü il tarixə ödənilməmiş 2416,68 manat borcu qalmışdır. Cavabdehin borcunun olması üzləşmə aktı ilə və digər sənədlərlə təsdiq edilir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, iddiaçı şirkət ilə müqavilə bağlamışlar və onlara məxsus torpaq sahəsində pambıq əkmişlər. Pambığın suvarılması zamanı Su idarəsi tərəfindən səhlənkarlıq edilmiş, sahəyə çoxlu miqdarda su verilmiş, ona görə də sahə batmış və borc məbləği yaranmışdır. Həmçinin, bildirdi ki, xx.xx.2023-cü il tarixli aktdakı imza ona məxsus olsa da, lakin aralıq görülən işlərlə bağlı tərtib edilən aktların bəzilərində aktlar onun tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanmış, bəzilərindəki imza isə ümumiyyətlə imzalanmamışdır.
11. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 30 yanvar 2024-cü il tarixli, e-2-2(117)-44/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 2416,68 manat borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386. 1, 442, 445. 1, 445. 2, 445. 2. 1, 445. 2. 2, 567, 752. 1 və 752. 2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cаvаbdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: iş və xidmətlərin görülməsi barədə akt, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cаvаbdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ona qarşı irəli sürülən 2416.68 manat pul tələbi əsassızdır. Çünki onun 3782.02 manat məbləğində xam pambıq təhfil verildiyi iddiaçı tərəfindən göstərilir, lakin xx.xx.2022-ci il tarixli “İş və Xidmətlərin yerinə yetirilməsi Aktı “cədvəlində göstərilmişdir ki, fermer olaraq onun yekun xərci 2862.83 manatdır. Habelə həmin aktdakı imzalar ona məxsus deyildir. İddiaçı tərəfin ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda, iddiaçı tərəfindən 6498.75 manat məbləğində işlər görülməsi, avans verilməsi, xidmətlər göstərilməsi göstərilmiş və 3782.02 manat məbləğində xam pambıq təhvil verdiyi göstərilir. Lakin xx.xx.2022-ci il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi Aktı “cədvəlində fermerə çəkilmiş yekun xərc 2862.83 manat göstərilir. xx.xx.2022-ci il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi Aktı “cədvəlində fermerə çəkilən yekun xərc 5678,70 manat göstərilir. Həmin sənəddə imzalarım saxtadır. “İş və Xidmətlərin yerinə yetirilməsi Aktı “cədvəllərində (2021 və 2022-ci illər üçün) imzalar ona məxsus deyildir, saxtalaşdırılmış, habelə bəzi qaimələrdəki imzalar da ona məxsus deyildir, imzalar saxtalaşdırılmışdır. Ümumiyyətlə, iddiaçı tərəfindən işlərin görülməsi xərci, avans verilməsi və xidmətlər göstərilməsi ilə bağlı xərclərin məbləği şişirdilmişdir. Buna görə də imzalar saxtalaşdırılmışdır. Habelə, borcların yaranması, sırf onun məsuliyyətsizliyi ilə bağlı deyildir. Çünki 2017-ci ildən davam edən əvvəlki illərdə o, həmişə mənfəətlə işləmişdir. İddiaçı tərəfindən şişirdilmiş olaraq tələb edilən məbləğ, yəni iddiaçı tərəfindən qoyulmuş xərclərin götürülə bilməməsi onun səhvi, səhlənkarlığı, məsuliyyətsizliyi ilə bağlı deyildir. Buna səbəb, X2 İdarəsinin Aran Şöbəsinin əməkdaşlarının yuxarıda qeyd etdiyi hərəkət və hərəkətsizliyinin nəticəsidir. Odur ki, iddia tələbi ona qarşı yönəldilə bilməz. X2 İdarəsinin Aran Şöbəsinin əməkdaşlarının həmin hərəkətləri aktlarla, fotoşəkillərlə təstiq olunur və bütün bunlar tərəfimdən Məhkəməyə elektron qaydada göndərilmişdir Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2-2(117)-44/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2-2(117)-44/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376. 2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
23. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
28. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
30. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2- 2(117)-44/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
45. Müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 2 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 18/21-57 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olununur) Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən 2 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür.
46. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması iş materiallarında olan tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Üzləşmə aktı” ilə təsdiq edilir.
47. Apellyasiya şikayətinin başlıca dəlillərindən biri də Akt cədvəllərində (2021 və 2022-ci illər üçün) imzaların ona məxsus olmaması ilə bağlıdır.
48. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, malların təqdim edilməsini, işlərin görülməsini və xidmətlərin göstərilməsini təsdiq edən aralıq aktlarının xeyli hissəsinin Cavabdeh tərəfindən imzalandığı təsdiq edilsə də, bəzi aktlarda Cavabdeh məxsus ad və soyadın qarşısında imza edilməmiş, bəzilərində (3 ədəd aralıq aktında) imza isə ona məxsus olması vizual görüntü ilə şübhə yaradır. Buna baxmayaraq, tərəflər arasında yekun olaraq imzalanmış aktdakı imzanın cavabdehə məxsus olmasını özü də etiraf etmişdir. Yuxarıda qeyd edildiyi kimi imzalanmayan və ya cavabdehə məxsus imzanın olmadığını olan aktları sübut olaraq qiymətləndirmir. Lakin yekun olaraq tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli akta istinad etmək məcburiyyətindədir. Çünki həmin akt tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18/21-57 nömrəli müqavilənin icrası ilə bağlı tərtib edilmişdir. Bu səbəbdən məhkəmə aktlardakı imzanın doğruluğunun yoxlanılması işin yekun həllinə hər hansı bir təsir etmədiyindən əlavə araşdırmaya və ekspertizanın keçirilməsinə lüzum görməmişdir.
49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir. Prosessual qənaət baxımından da iş üzrə ekspertizanın keçirilməsinə lüzum yoxdur. Eyni zamanda, cavabdeh məhkəmə kllegiyasının iclasınaa gəlməmiş və apellyasıya şikayətində göstərdiyi dəlilləri müdafiə etməmişdir.
50. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
51. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11. 07. 1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2. 4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
53. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
54. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
55. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdehin ödədiyi pul məbləğləri qətnamənin icrası vaxtı nəzərə alınacaqdır.
58. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2-2(117)-44/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
59. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (41-ci bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2-2(117)- 44/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov