Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-36/2025 13.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X13 qızının katibliyi, İddiaçı nümayəndələri Nümayəndə2 və X7, apellyasiya şikayətini vermiş Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (VÖEN **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(117)-1352/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 18 sentyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 16941,74 manat məbləğində borcun və 140,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Zərdab Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 131 saylı alğı-satqı müqaviləsinə əsasən o, Ucar rayonunda 10,00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 29776,77 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən cavvabdeh götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini Müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 240,00 manat məbləğində çöp doğrama, 345,00 manat məbləğində şum, 27111,77 manat məbləğində gübrə və dərman, 1400,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait və 680,00 manat məbləğində çiyid olmaqla, ümumilikdə 29776,77 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, cəmi 12835,03 manat dəyərində 18689,85 kq xam-pambıq təhvil vermiş və onun çəkilmiş xərclərdən hazırkı dövrə kimi 16941,74 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, “Cavabdeh” İddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 385.1, 386.1, 442 və 448-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur: - Cavabdeh İddiaçı MMC-nin Zərdab Filialına ünvanlanmış 25 yanvar 2021-ci il tarixli ərizəsi: - Həmin ərizədən görünür ki, Cavabdeh 2021-ci təsərrüfat ilində ona məxsus olan 10 ha pay torpağında pambıq əkmək üçün (icarə əsasında götürdüyü) bütün aqrotexniki tədbirləri və müqavilə öhdəlikləri yerinə yetirməklə, xam pambığın yayındırılmasına və yalnız İddiaçı MMC-nin Zərdab Filialına təhvil verməklə aqrotexniki tədbirlər üçün nəzərdə tutulan vəsaitin təyinatı üzrə istifadə olunmasına, yığım mövsümü başa çatanadək əkin sahələrinin qorunub saxlanmasına, pambıq əkini üçün nəzərdə tutulan tələblərin optimal müddətdə və keyfiyyətdə aparılmasını və xam pambığın təhvil verilməsini həyata keçirmək məqsədilə onunla müqavilə bağlanmasını xahiş etmişdir; - İddiaçı MMC ilə “fermer” qismində hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan icraçı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli 131 nömrəli Müqavilə: - Həmin Müqavilənin şərtlərinə görə hazırkı müqavilənin predmetini İddiaçı MMC-nin Zərdab Filialı tərəfindən “fermer” Cavabdeh məxsus (və ya icarədə olan) Ucar rayonunda yerləşən 10.0 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmtələrin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Fermer” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində “Filiala” təhvil verilməsi və “Filial” tərəfindən “Fermerin” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir (Müqavilənin 1.1-ci bəndi), bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir (Müqavilənin 7.1-ci bəndi), bu Müqavilə üzrə pambıq becərilməsi ilə bağlı “Fermer”ə verilən pul vəsaitinin başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə “Fermer” ona verilən borcun ümumi məbləğinin 20% həcmində cərimə ödəyir (Müqavilənin 8.2-ci bəndi); - 31 may 2021-ci il tarixli PAM00007626 nömrəli Ödəniş Tapşırığı: - X9 görünür ki, ödəyən müştəri İddiaçı MMC-nin bank hesabından alan müştəri Cavabdeh 400 manat məbləğində suvarma üçün ödəniş edilmişdir; - 28 iyul 2021-ci il tarixli PAM00015920 nömrəli Ödəniş Tapşırığı: - X9 görünür ki, ödəyən müştəri İddiaçı MMC-nin bank hesabından alan müştəri Cavabdeh 1000 manat məbləğində kətmənləmə və seyrəltmə üçün ödəniş edilmişdir; - 2021-ci il üzrə tərtib edilərək müvafiq qaydada imzalanmış “Malların fiziki şəxslərə təhvil-qəbul” qəbzlərinin və Arayışları: - Həmin sənədlərlə müəyyən olunur ki, 25 yanvar 2021-ci il tarixli 131 nömrəli Müqavilə üzrə İddiaçı MMC tərəfindən 2021-ci təsərrüfat ilində “fermer” qismində Cavabdeh mal (dərman, gübrə və s.) verilmiş, müxtəlif işlər görülmüş və xidmətlər göstərilmişdir; - 05 yanvar 2022-ci il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” barədə Akt: - Həmin Aktdan görünür ki, 25 yanvar 2021-ci il tarixli 131 nömrəli Müqavilə üzrə İddiaçı MMC tərəfindən 2021-ci təsərrüfat ilində pambıq məhsulunun yetişdirilməsi üçün “fermer” qismində Cavabdeh ümumilikdə cəmi 29776,77 manat dəyərində mal (dərman, gübrə və s.) və təsərrüfat işlərinin görülməsi ilə əlaqədar avans (pul) verilmiş, müxtəlif işlər görülmüş və xidmətlər göstərilmişdir. Lakin, həmin qeyd olunan mal və xidmətləri qəbul etmiş Cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq həmin pambıq yetişdirilmə mövsümündə cəmi 12835,03 manat dəyərində 18689,85 kq xam-pambıq məhsulu İddiaçı MMC-yə təhvil verilsə də, ümumilikdə 29776,77 manat məbləğində iş və xidmətlərin dəyərinin qalan hissəsi, yəni 16941,74 manat hissəsinin əvəzi xam-pambıq məhsulu təhvil verməklə ödənilməmiş və bununla da, Cavabdeh İddiaçı MMC-yə cəmi 16941,74 manat məbləğində borcu yaranmışdır (həmin Akt iddiaçının nümayəndələrinin və cavabdeh tərəfin imzaları ilə təsdiq edilmişdir); - Cavabdeh 26 iyul 2024-cü il tarixli “borcun etirafı” barədə ərizəsi: - Həmin ərizədə Cavabdeh yazır ki, o, İddiaçı MMC-nin Zərdab filialı ilə xx.xx.2021-ci il tarixli 131 saylı alqısatqı müqaviləsi əsasında Ucar rayonunda 10 ha torpaq sahəsində pambıq əkməyi və yetişdirməyi öhdəsinə götürmüşdür. Mövsümün sonunda 29776,77 manat xərcə qarşı o, 12835 manat məbləğində xam pambıq təhvil vermiş və onun Cəmiyyətə 16941,74 manat borcu qalmışdı. Borcun qalmasında obyektiv və subyektiv səbəblər var. O, borcuna etiraz etmir və avqust 2024-cü ildə 5000 manata qədər ödəməyi və 2025-ci il mövsümündə isə pambıq əkib borcu xam pambıqla bağlamağa söz verir; - İddia ərizəsinə əlavə edilmiş “pretenziya” məktubu və digər sənədlərlə müəyyən olunur ki, iddia ərizəsində tələb olunan pulun ödənilməsi barədə cavabdehə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
2. Birinci instansiya məhkəməsində icraat
Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 07 noyabr 2024-cü il tarixli e-2-2(117)-1352/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilərək, Cavabdeh 16941,74 manat məbləğində borcun və 140,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(117)-1352/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında olan müqavilə mahiyyət etibarı ilə “podrat, xidmət və alqı-satqı” münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 10 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 131 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı “mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü” Ucar rayonunda yerləşən 10 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən 12835,03 manat dəyərində olan 18689.85 kq xam-pambıq iddiaçıya təhvil verilmiş və nəticədə cavabdehin müqavilə üzrə 16941,74 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh İddiaçı MMC-yə 16941,74 manat məbləğində ödənilməmiş borcu olmuşdur və bu Akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından da göründüyü kimi tərəflər aralarında həmin aktla müqavilənin icrası ilə bağlı akt tərtib edildiyi tarixə qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aparmış, üzləşmə cavabdeh tərəfindən imzalanmış, pambığın becərilməsinə görə ümumilikdə 29776,77 manat xərc çəkilmiş, cavabdeh tərəfindən 12835,03 manat dəyərində xam-pambıq qaytarılmış, qalan məbləğ ödənilmədiyindən yekun borc 16941,74 manat (29776,77 – 12835,03 = 16941,74) müəyyən olunmuşdur. Cavabdeh qalıq borcu ödəmədiyindən 16941,74 manat borcu yaranmışdır ki, bu hal cavabdehin ərizəsi ilə də etiraf olunur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı oluğundan təmin edilərək 16941,74 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi təmin edildiyindən, iddiaçının ödədiyi 140,83 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, qətnamədə qeyd olunmuşdur ki, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və teleqramla məhkəməyə müraciət edərək, xəstə olduğu üçün iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin, cavabdeh xəstəliyi ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi, 07 noyabr 2024-cü il tarixli e-2-2(117)-1352/2024 nömrəli qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 567, 752.1 və 752.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119 və 216- 220-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(117)- 1352/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(117)-1352/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı “16941,74 manat borcun və 140,83 manat məbləğində dövlət rüsumunun tutulması” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-1352/2024 saylı qətnaməsi ilə həmin iddia təmin edilmişdir. Qətnamədə göstərilir ki, İddiaçı MMC ilə onun arasında 10 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 131 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü Ucar rayonunda yerləşən 10 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkibbecərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərtilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, həmin torpaq sahəsi nə onun mülkiyyətində, nə də icarəsində olmuşdur. Qeyd edilən torpaq sahəsi Ucar rayon X2 xx.xx.2002-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X16 X3 Təcrübə Stansiyasına verilmişdir. O, müqavilə bağlanan vaxt həmin stansiyanın drektoru olsa da, xx.xx.2022-ci il tarixdə həmin vəzifədən çıxmışdır. xx.xx.2021-ci il tarixli 131 nömrəli Müqaviləni də X4 adından bağlamış və Müqaviləni stansiyanın direktoru kimi imza etmişdir. Əgər həmin müqaviləni o, öz adından bağlamış olsaydı, X10 ilə onun arasında icarə müqaviləsi olardı. Lakin, qeyd edilən torpaq sahəsinin onun tərəfindən icarəyə götürülməsi barədə hər hansı müqavilə olmamışdır. Bundan başqa bu şikayətə əlavə edilmiş hesabatdan da göründüyü kimi, pambıq əkini üçün lazım olan xammal ona deyil, X8 verilmişdir. Beləliklə, kreditor qarşısında borclu o, deyil, X5. Yəni, iddiaçı ondan deyil, X1 vəzifəsinin icrasını tələb etməli idi. Həmin vəzifənin icrasının ondan tələb edilməsi isə qanunsuzdur və məhkəmə iddia ərizəsini təmin etməklə maddi hüquq normasının tələblərinin pozmuşdur. Bundan əlavə, o, xx.xx.2024-cü il tarixdə xəstə olduğu üçün xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə prosesinin təxirə salınması barədə məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə onun müraciətini nəzərə almayaraq, həmin gün məhkəmə prosesini keçirmiş və elə həmin gün də qətnamə qəbul etmişdir. Buna görə də o, torpaq sahəsinin X4 mülkiyyətində olmasını təsdiq edən dövlət aktını və yuxarıda göstərdiyi hesabatı məhkəməyə təqdim edə bilməmiş və öz etirazını əsaslandıran dəlilləri göstərmək imkanından məhrum olmuşdur. Məhkəmə iclası təxirə salsaydı, o, növbəti iclasda qeyd edilən hesabatı və Dövlət aktını məhkəməyə təqdim edəcəkdi. Hesab edir ki, məhkəmə onun xahişini nəzərə almayaraq, ədalət mühakiməsinin çəkişmə əsasında keçirilməsinə imkan verməmiş və nəticədə prosessual hüquq normasının tələblərini pozmuşdur. Məhkəmə aydınlaşdırmamışdır ki, xx.xx.2021-ci il tarixli 131 nömrəli müqavilə hansı torpaq sahəsinə dair bağlanmışdır. Məhkəmə bunu aydınlaşdırmaq istəsəydi, məlum olardı ki, həmin torpaq sahəsi onun mülkiyyətində, istifadəsində və icarəsində deyil. Bu məlum olduqdan sonra isə məhkəmə ona aidiyyatı olmayan müqavilədəki öhdəliyə görə, ondan pulun tutulması barədə qərar qəbul etməzdi. Məhkəmə səhv olaraq müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli 131 nömrəli müqavilə onunla bağlanmışdır. Əslində isə həmin Müqavilə X10 ilə bağlanmışdır və o, həmin Müqaviləyə X4 direktoru kimi imza etmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixli 131 nömrəli müqavilənin şəxsən məhz onunla bağlanması sübut edilməmişdir. Məhkəmə isə həmin müqavilə əsasında yaranmış öhdəliklərin onun tərəfindən icra edilməsi qənaətinə gəlmişdir. Bu isə, işin hallarına uyğun gəlmir və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticədir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
İş üzrə apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən apellyasya şikayətini vermiş Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024cü il tarixli e-2-2(117)-1352/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(117)-1352/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında İddiaçı nümayəndələri Nümayəndə2 və X12 apellyasiya şikayətini qəbul etmədiklərini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2- 2(117)-1352/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və öz mövqelərini hazırkı iş üzrə İddiaçı “borcun tutulması” tələbi barədə iddia ərizəsində göstərilənlərlə və iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş sənədlərlə əsaslandırmışlar.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(117)-1352/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 739. Borc müqaviləsi (25 yanvar 2021-ci il tarixli kredit müqaviləsi bağlandığı dövrdə qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və mübahisənin konkret hallarına uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı - yəni satıcı və xidmət göstərən qismində İddiaçı MMC ilə cavabdeh - yəni fermer qismində Cavabdeh (VÖEN **********) arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli 131 nömrəli Müqavilə üzrə “əvəzinin yetişdirilən xam pambıq məhsulla ödənilməsi” şərti ilə sonuncuya 2021-ci təsərrüfat ilində pambıq məhsulunun yetişdirilməsi üçün ümumilikdə cəmi 29776,77 manat dəyərində mal (dərman, gübrə və s.) və təsərrüfat işlərinin görülməsi ilə əlaqədar avans (pul) verilmiş, müxtəlif işlər görülmüş və xidmətlər göstərilmişdir. Lakin, həmin qeyd olunan avansı, mal və xidmətləri qəbul etmiş Cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq həmin pambıq yetişdirilmə mövsümündə cəmi 12835,03 manat dəyərində olan 18689,85 kq xam-pambıq məhsulunu İddiaçı MMC-yə təhvil versə də, təhvil aldığı 29776,77 manat məbləğində iş və xidmətlərin dəyərinin qalan hissəsini, yəni 16941,74 manat hissəsinin əvəzini xam-pambıq məhsulu təhvil verməklə ödəməmiş və bununla da, onun iddiaçıya cəmi 16941,74 manat məbləğində borcu yaranmışdır. 25 yanvar 2021-ci il tarixli 131 nömrəli Müqavilə üzrə qeyd olunan məbləğdə borcun ödənilməmiş qalması tərəflərin imzaları ilə təsdiq etdikləri 05 yanvar 2022-ci il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” aktı (iş vərəqi: 80), cavabdehin özü tərəfindən yazılaraq imzalanmış 26 iyul 2024-cü il tarixli “borcun etirafı” barədə ərizə (iş vərəqi: 81) və iş materiallarında olan digər sənədlərlə təsdiq olunmasına baxmayaraq, Cavabdeh tərəfindən həmin borc ödənilməmiş və bununla da, cavabdeh həmin Müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, Cavabdeh 25 yanvar 2021-ci il tarixli 131 nömrəli müqavilənin və eyni zamanda, həmin müqavilənin bağlanması və icrası üzrə tərtib edilmiş sənədlərin, o cümlədən də 2021-ci təsərrüfat ili üçün “10 hektar torpaq sahəsində pambıq əkini üçün mal və xidmətlərin göstərilməsi və əldə edilən xam pambıq məhsulunun İddiaçı MMC-yə təhvil verilməsi” barədə müqavilə bağlanması ilə əlaqədar cavabdehin 25 yanvar 2021-ci il tarixli ərizəsinin, 31 may 2021-ci il tarixli PAM00007626 nömrəli Ödəniş Tapşırığının, 28 iyul 2021-ci il tarixli PAM00015920 nömrəli Ödəniş Tapşırığının, 2021-ci il üzrə tərtib edilmiş “Malların fiziki şəxslərə təhvil-qəbul” qəbzlərinin və Arayışların, 05 yanvar 2022-ci il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” barədə Aktın və cavabdehin 26 iyul 2024-cü il tarixli “borcun etirafı” barədə ərizəsinin mötəbərliyini mübahisələndirməsə də, həmin Müqaviləni və digər sənədləri “fermer” qismində deyil, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X16 X3 Təcrübə Stansiyasının “direktoru kimi” imzaladığını və buna görə də, məlum müqavilə əsasında yaranan öhdəliklərin X8 aid olduğunu bildirməklə, iddia tələbinə qarşı etiraz etmişdir. Lakin, yuxarıda sadalanan həmin sənədlərin heç biri ilə cavabdehin bu mövqeyi və bu dəlili öz təsdiqini tapmamışdır. Çünki, 25 yanvar 2021-ci il tarixli 131 nömrəli müqavilə və həmin Müqavilənin icrası ilə əlaqədar tərtib edilmiş bütün sənədlərdə qeyd olunan öhdəliklərin, hüquqların və vəzifələrin hüquqi şəxsə deyil, “fermer” qismində məhz Cavabdeh aid olduğu təsdiq edilmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərinin təsdiqi kimi təqdim etdiyi X4 2021-ci ilin 2-ci rübü üzrə tərtib olunmuş maliyyətəsərrüfat fəaliyyəti ilə əlaqədar hesabat və torpaq sahəsinə dair Dövlət aktı da 25 yanvar 2021-ci il tarixli 131 nömrəli müqavilədə nəzərdə tutulan öhdəliklərin həmin Müəssisə tərəfindən icra edilməli olmasını və yaxud, bu Müqavilənin qeyd olunan Müəssisəyə aidiyyətinin olmasını təsdiq etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(117)-1352/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(117)-1352/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.