Məhkəmə qərarları › İş №2-2(107)-37/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-37/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-37/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “6061 manat əsas borc və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(117)-188/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015- ci il tarixli 2657-GL/15 nömrəli lizinq (güzəşt) müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 17912 manat olan kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, qalan məbləği isə müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilə üzrə cəmi 11605 manat pul ödəmiş və onun 6061 manat əsas borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh 6061 manat əsas borc, 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsini, Cavabdeh ödənilməmiş 10 manat dövlət rüsumu Dövlət gəlirinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşin faktiki halları: İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı X3 məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2657- GL/15 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 17912 manat olan kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına ilkin ödəniş etmiş, qalan məbləğə ödəniş qrafiki tərtib olunmuşdur. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı ASC-dən lizinqə traktor götürmüş, həmin vaxt mexaniki dəstənin müdiri işləmişdir. Rəhbərlik tərəfindən qərar verilmişdir ki, traktorla görülən işlərin müqabilində ödəniləcək məbləğ müqavilə üzrə borcun ödənilməsinə yönəldilsin. Bu barədə aktlar tərtib edilmişdir. Lakin rəhbərlik dəyişildikdən sonra ona 6061 manat borc yazılmışdır. Dəfələrlə İddiaçı ASC-yə getməsinə baxmayaraq köhnə işçiləri tapa bilməmişdir. Onun borcu yoxdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki KommersiyaMəhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, o 6061 manat borcu birinci instansiya məhkəməsində izahat erərkən də qeyd etdiyi kimi hələ iddiaçının müvafiq rayon üzrə struktur bölməsində işləyərkən ödəmişdir. Lakin iddiaçının mühasibat uçotunu aparmağa məsul olan şəxsləri həmin ödənişin təyinatını onun xəbəri olmadan dəyişərək ona əlavə borc yaratmışdır. Bütün bunların nəzərə alınaraq Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(117)-188/2020 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, Haramı düzündə mexaniki dəstənin rəhbəri işləmişdir. Rəhbərlik tərəfindən qərar verilmişdir ki, traktorla görülən işlərin müqabilində ödəniləcək məbləğ müqavilə üzrə borcun ödənilməsinə yönəldilsin. 2011-ci il və 2012-ci il tarixlərdə onun kredit borcu tam olaraq ödənilib. Rəhbərlik onun savadsızlığından istifadə edərək 2015-ci ildə ona müqaviləyə imza etdirmişlər. Onun İddiaçı ASC-yə hal hazırda heç bir borcu yoxdur. Çünki, 2011-ci il və 2012-ci illərdə o kredit borcunu tam olaraq ödəmişdir.Ona görədə apelyasiya şikayətinin təmin edilməsini Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(117)-188/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Mülki Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cavabdehin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(117)-188/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx xxxxxx 2015-ci il tarixli 2657-GL/15 saylı müqavilsindən məlum olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 1 ədəd Kotan 5 gövdəli asma KR-14-5,1 ədəd traktor Belarus 1221və ot, küləş presləyən qoşulan AGSB-185 Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli 2657-GL/15 saylımüqavilə üzrə Cavabdeh cəmi 11605 manat pul ödəmiş və onun 6061 manat əsas borcu qalmışdır. İş materiallarına əlavə edilmiş pretenziya məktubunda iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Lizinq müqаviləsinin 3.3-cü bəndinə əsаsən bu müqаvilə üzrə öhdəliklər tаm yerinə yetirildikdən sоnrа lizinq оbyekti lizinq аlаnın mülkiyyətinə keçir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə edir və həyаtа keçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunveiciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 385.1-ci mаddəsinin tələbinə görə, öhdəliyə əsаsən bir şəxs (bоrclu) bаşqа şəxsin (kreditоrun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlаk verməli, iş görməli, xidmətlər göstərməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, kreditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb etmək hüququ vаrdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin zərər vurulmаsı, əsаssız vаrlаnmа və yа bu Məcəllədə nəzərdə tutulmuş digər əsаslаr nəticəsində əmələ gəlməsi hаllаrı istisnа оlmаqlа, öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 747.1-ci mаddəsinə əsаsən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlrlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 747-2-ci mаddəsinə əsаsən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Mülki Məcəllənin 748-1.12.4-cü mаddəsinə əsаsən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748.1.8-ci mаddəsinə əsаsən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 427.3-cü mаddəsinin tələbinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci mаddəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci mаddəsinin tələbinə görə, icrаnı gecikdirmiş bоrclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditоr qаrşısındа məsuliyyət dаşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Beləliklə məhkəmə kollegiyası iclasında müəyyən olunur ki, Cavabdeh оğlu İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqаvilə üzrə iddiаçı şirkətdən 1 ədəd Kotan 5 gövdəli asma KR-14-5,1 ədəd traktor Belarus 1221 və ot,küləş presləyən qoşulan AGSB-185 lizinqə götürmüş, lizinq оbyektinin lizinqə аlınmаsı ilə bаğlı ödəməli məbləğləri ödəniş plаnınа əsаsən qаytаrılmаsını təmin etməsinə dair iddiаçı qаrşısındа öhdəlik götürmüş, lаkin ödənişləri vаxtı-vаxtındа və tаm həcmdə yerinə yetirməyərək, öhdəliklərini icrа etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Digər tərəfdən cavabdeh özü də etiraf edir ki, onun iddiaçıya olan ödənişləri 2011 və 2012-ci illəri əhatə edir. Ancaq iddiaçının tələb etdiyi borc məbləği İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx xxxxxx 2015-ci il tarixli 2657-GL/15 saylı müqavilsi üzrə cavabdehin öhdəliklərinin yerinə yetirməməsi səbəbindən yaranmışdır. Cavabdeh həmçinin apelyasiya şikayətində göstərdiyi işin Kommersiya Məhkəməsində yox rayon məhkəməsində baxılmasına dair dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil əsassızdır. Belə ki, işdə olan vergi ödəyicisinin məlumatlarından görünür ki, Quliyev X1 Nazirliyindən ********** nömrəli vöenlə qeydiyyatdan keçərək sahibkar qismində fəaliyyət göstərir. Apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünheç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(117)-188/2020 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar