Məhkəmə qərarları › İş №2-2(107)-38/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-38/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-38/2025 13.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh (VÖEN **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2-2(117)-1598/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 06 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə iddia icraatı qaydasında Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli 735-GL/19 nömrəli müqavilə üzrə yaranmış 1024,4 (bir min iyirmi dörd manat 40 qəpik) manat məbləğində gecikdirilmiş borcun, hesablanmış 1013,39 (bir min on üç manat 39 qəpik) manat məbləğində cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manatın cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 735-GL/19 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Lakin, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixinə xx.xx.2019-cu il tarixli 735-GL/19 nömrəli müqavilə üzrə 1024,4 (bir min iyirmi dörd manat 40 qəpik) manat gecikdirilmiş borcu və hesablanmış 1013,39 (bir min on üç manat 39 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən, borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı - müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumundan azaddır. Eyni zamanda, bildiririk ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. “Hüquqi yardım göstərilməsi” haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda qeyd olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir (ötürülmüşdür). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur: - Lizinq verən "xxxx" ASC (hal-hazırda "xxxx" ASC) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh arasında bağlanmış “"xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə 09 avqust 2019-cu il tarixli 735-GL/19 nömrəli Müqavilə: - Həmin Müqavilənin şərtlərinə görə lizinq verən ümumi məbləği 5269,4 manat olan kənd təsərrüfatı texnikasını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq etməklə, qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir (Müqavilənin 1-ci bəndi), lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürür (Müqavilənin 1.2-ci bəndi), lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edir (Müqavilənin 4.2-ci bəndi), bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir (Müqavilənin 9cu bəndi); - “Lizinq verən” "xxxx" ASC ilə “lizinq alan” Cavabdeh arasında bağlanmış 09 avqust 2019-cu il tarixli 735-GL/19 nömrəli Lizinq Müqaviləsinin 4.1-ci bəndinə əsasən tərtib edilərək, hər iki müqavilə tərəfinin imzalamış olduğu 09 avqust 2019-cu il tarixli Ödəniş Qrafiki (Əlavə № 1): - X3 görünür ki, cəmi 5269,4 (beş min iki yüz altmış doqquz manat 40 qəpik) manat məbləğində lizinq ödənişlərinin Lizinq Alan tərəfindən ödənilməsi qaydası və məbləğləri müəyyən edilmişdir (ödənişin son tarixi 31 mart 2022-ci il tarixi müəyyən olunmuşdur); - 24 may 2018-ci il tarixli 5/381 nömrəli təhvil-təslim aktı: - Həmin Aktdan görünür ki, bir ədəd BM-1 markalı, 54BM zavod nömrəli “ot, küləş presləyən qoşulan önallar” lizinq alan Cavabdeh təhvil verilmişdir; - 17 oktyabr 2024-cü il tarixli maliyyə arayışı: - Həmin Arayışdan görünür ki, cavabdeh müqavilə üzrə müəyyən edilmiş 5269,4 manat məbləğində pul vəsaitindən 4245 manat ödəmiş və onun 17 oktyabr 2024-cü il tarixinə 1024,4 manat məbləğində gecikdirilmiş qalıq borcu (əsas borcu) və gecikdirilmiş borca görə hesablanmış 1013,39 manat cərimə borcu mövcuddur; - Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunması ilə əlaqədar nümayəndənin (vəkilin) göstərdiyi hüquqi xidmət üçün 500 (beş yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə sənədlər; - İddia ərizəsinə əlavə edilmiş “pretenziya” məktubu və digər sənədlərlə müəyyən olunur ki, iddia ərizəsində tələb olunan pulun ödənilməsi barədə cavabdehə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.

2. Birinci instansiya məhkəməsində icraat İddia icraatı qaydasında verilmiş həmin iddia ərizəsinə dair kommersiya işinə Şəki Kommersiya Məhkəməsində “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” baxılaraq qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2-2(117)-1598/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 735-GL/19 nömrəli müqavilə üzrə 1024,40 manat əsas borcun, 100 manat cərimə borcunun və 200 manat hüquqi yardımla bağlı ödənilmiş vəsaitin tutularaq iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, ödənilməmiş 32,24 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur (hakim Mübariz Hüseynov). Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2-2(117)-1598/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 735-GL/19 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə iddiaçı öhdəliklərini yerinə yetirərək texnikanı cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəf öz öhdəliklərini lazımi şəkildə yerinə yetirməmiş və onun iddiaçıya ödənilməmiş borcu qalmışdır. Məhkəmə iddia tələbinin “1024,4 manat əsas borcun tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə təmin edilməli və 1024,4 manat ödənilməmiş əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından da görünür ki, cavabdeh müqavilə üzrə 4245 manat ödəmiş və onun 1024,4 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iddia tələbinin “1013,39 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 100 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Cavabdeh tərəfin iddia tələbi ilə bağlı hər hansı bir etirazı və iddia ilə bağlı münasibəti məhkəməyə daxil olmamış və ona qaşı olan tələbin əsasını mübahisələndirməmişdir. Bu səbəbdən tələb edilən lizinq məbləği tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə uyğunsuzluq təşkil etmədiyindən əlavə araşdırma aparılmamışdır. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki-prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə cavabdeh iddia tələbinə dair etirazları məhkəməyə bildirməmiş və ya onların əsasında dayanan sübutlar barədə məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən 1024,4 manat əsas və 100 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən sübutun olmaması, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi və işə sadələşdirilmiş icraat qaydasında baxılması hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 200 manat pulun tutulması əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edildiyi məbləğə uyğun ödənilməli olan 32,24 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 427.3, 442, 462.1, 462.3, 467 və 748-7.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 81, 119.1, 121.1, 217.3, 217.4, 284- 5.1, və 284-5.3-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2-2(117)- 1598/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1598/2024 nömrəli qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2019-cu il tarixli 735-GL/19 nömrəli müqavilə üzrə yaranmış 1024,4 manat əsas borcun, 1013,39 manat cərimə borcunun və 500 manat manat vəsaitin cavabdehdən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 735-GL/19 nömrəli müqavilə üzrə yaranmış 1024,40 manat əsas borcun, 100 manat cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 200 manat pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir. Məhkəmə, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək hesab etmişdir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 500 manat vəsaitin 200 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək, hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ilk öncə nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və ona görə də cəmi 2037,79 manat pul tələbi ilə bağlı işə görə 500 (beş yüz) manat pul ödənilmişdir. İşdən də görünür ki, hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bundan əlavə, 2037,79 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 (beş yüz) manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən həyata keçirilmişdir. Məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək, hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddiaçı tərəf hesab edirik ki, vəkilin məhkəmə iclasında iştirak etməməsinə istinad etməklə, hüquqi yardımın 200 manat dəyərində təmin edilməsi səhv yanaşmadır. Eyni zamanda bildiririk ki, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir və vəkilin məhkəmə prosesində iştirakı məcbur deyildir. Məhkəmənin vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaiti azaltması əsassızdır. Məhkəmə, 500 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş məbləğin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim olunmuş məlumatlar nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır”. Göründüyü kimi, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Beləliklə, məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək, hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair hazırkı iddia ərizəsi iddia icraatı qaydasında verilməsinə baxmayaraq, həmin işə Şəki Kommersiya Məhkəməsində “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” baxılaraq qətnamə qəbul edildiyindən, apellyasiya instansiyasında da 14 yanvar 2025-ci il tarixli qərardadla həmin qətnamədən verilmiş apellyasiya şikayətinə 07 fevral 2025-ci ildə apellyasiya qaydasında yazılı icraatda baxılması qərara alınmışdır. Lakin, apellyasiya şikayətinə yazılı icraatda baxılarkən işin halları, o cümlədən də iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsini Şəki Kommersiya Məhkəməsinə iddia icraatı qaydasında verməsi və Azərbaycan Respublikası Mülki- Prossesual Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla, qəbul edilmiş 07 fevral 2025ci il tarixli 2-2(107)-38/2025 nömrəli qərardada əsasən Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2-2(117)-1598/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi dinləmələr aparılmaqla, iddia icraatı qaydasında baxılması qərara alınmış və ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında həmin apellyasiya şikayətinə şifahi icraat qaydasında baxılması ilə əlaqədar iş üzrə məhkəmə iclası 13 mart 2025-ci il tarixə, saat 1000-a təyin edilmişdir. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 13 mart 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlsə də, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2-2(117)-1598/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1598/2024 nömrəli qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

165. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir; 167.1.2. tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir; ---

173. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında baxıldığı hallar istisna olmaqla, işə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: --- 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa; ---

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini iş materialları və işin konkret halları ilə əlaqəli şəkildə araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2-2(117)-1598/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh (VÖEN **********) qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan məlumatlarla, iş materiallarında olan sənədlərlə və işin konkret halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən prosessual hüquq normalarının pozulması ilə nəticələnmiş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin aşağıda qeyd olunan tələbləri pozulmuşdur: - Şəki Kommersiya Məhkəməsinin dəftərxanası tərəfindən kağız daşıyıcıda çap edilərək, həmin məhkəmənin “Daxil olma” ştampı ilə işin nömrəsi və qeydiyyat tarixi yazılmaqla müvafiq qaydada qeydə alınıb, iş materiallarına əlavə edilmiş iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbinə dair hazırkı iddia ərizəsinin “İcraatın növü” qrafasında (bölməsində) icraatın növü “İddia icraatı” kimi qeyd olunmuşdur (iş vərəqi: 1). Eyni zamanda, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş hazırkı iddia ərizəsinin “İcraatın növü” qrafasında (bölməsində) da iddiaçı tərəfindən icraatın növü - “İddia icraatı” kimi qeyd olunmuşdur. Lakin, “Elektron məhkəmə” informasiya sistemində hazırkı iş üzrə yaradılmış elektron kabinetin birinci instansiya məhkəməsinə aid hissəsinin “Texniki əməliyyatlar” bölməsində olan məlumatlardan görünür ki, birinci instansiya məhkəməsinin dəftərxanası tərəfindən 06 noyabr 2024-cü ildə saat 1130–da qeydə alınan iddia ərizəsi üzrə saat 1137 – də “düzəliş” edilmiş və bu düzəlişdən sonra icraatın növü kimi “Sadələşdirilmiş icraat” kimi qeydə alınan kommersiya işinə saat 1145 –də “təsadüfi paylanmaqla” hakim təyin edilmişdir (e-2-2(117)-1598/2024 nömrəli kommersiya işi). Eləcə də, e-2-2(117)-1598/2024 nömrəli kommersiya işinin materialları ilə və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan məlumatlarla müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsinin hakimi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatın prosessual qayda və tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə “sadələşdirilmiş icraat qaydasında işə baxılması” barədə bildiriş göndərilmiş və iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan 26 təqvim günü keçdikdən sonra, yəni 02 dekabr 2024-cü il tarixində həmin Məcəllənin 284-5.3-cü maddəsinə istinad olunmaqla, yəni məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılaraq, sadələşdirilmiş icraat qaydasında məlum qətnamə qəbul olunmuşdur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məlum iddia ərizəsini “sadələşdirilmiş icraat qaydasında” deyil, “iddia icraatı” qaydasında vermişdir (hətta, iddia ərizəsinin forma və məzmununda da bu iddianın “sadələşdirilmiş icraat qaydasında” verildiyinə güman etməyə əsas verə biləcək hər hansı bir qanunvericilik nörmasına istinad olunmamış və bununla bağlı heç bir xüsusat və hal göstərilməmişdir). Lakin, iddiaçı tərəfindən iddia icraatı qaydasında verilmiş həmin iddia ərizəsi üzrə icraatın növü məhkəmənin öz təşəbbüsü ilə dəyişdirilərək, məhkəmə tərəfindən həmin kommersiya işinə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” baxılıb, 02 dekabr 2024-cü il tarixli e-2-2(117)- 1598/2024 nömrəli qətnamə qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə görə iddia ərizəsinin tərtibi, forma və məzmununun müəyyən edilməsi, tərəflərin və icraatın növünün seçilməsi və s. bu kimi iddia ərizəsinin tərtibi və verilməsi üçün zəruri halların müəyyən olunması prosessual qanunvericiliyin müvafiq tələbləri nəzərə alınmaqla, məhz iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçının hüquq və səlahiyyətlərinə aid olan məsələdir. Yəni, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində işlərin məhkəmədə baxılmasının iddia icraatı, sadələşdirilmiş icraat, əmr icraatı və ya xüsusi icraat kimi icraat növləri müəyyən edilmişdir ki, qanunvericiliyin tələbləri, işin xarakter və xüsusiyyətləri nəzərə alınmaqla, bu icraatın hər hansı birini seçmək iddiaçının hüququna və səlahiyyətlərinə aiddir. Eləcə də, Mülki-Prosessual Məcəllənin tələbləri baxımından kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilməsinə baxmayaraq, iddiaçının qeyd olunan məbləğədək olan tələblərini iddia icraatı qaydasında tərtib edilmiş iddia ərizəsi ilə məhkəməyə verməsi və bu işlərə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılması qadağan edilməmişdir. Əksinə, Mülki-Prosessual Məcəlləsinin tələbləri baxımından bu kimi iddia ərizələrinə - iddia icraatı qaydasında, yəni tərəflərin iştirakı ilə çəkişmə və şifahi icraat qaydalarına riayət olunmaqla baxılması və yaxud, sadələşdirilmiş icraat qaydasında, yəni tərəflər məhkəməyə çağırılmadan yazılı icraat qaydasında qaydasında baxılması iddiaçının seçimidir. Bundan əlavə, xüsusi olaraq nəzərə alınmalıdır ki, Mülki-Prosessual Məcəllədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” verilmiş iddia ərizələrinin məhkəmə tərəfindən iddia icraatına keçirilərək iddia icraatı qaydasında baxılması və bu keçirilmənin prosessual qayda və nəticələri müəyyən olunsa da, bunun əksi - yəni, iddia icraatı qaydasında verilmiş iddia ərizələrinin “sadələşdirilmiş icraata” keçirilməsi və iddia icraatı qaydasında verilmiş iddia ərizələrinə sadələşdirilmiş icraat qaydasında baxılmasının prosessual qayda və nəticələri müəyyən olunmamışdır. Yəni, iddiaçının iddia icraatı qaydasında vermiş olduğu iddia ərizəsinə - məhkəmə tərəfindən sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bu işə baxılarkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbləri pozulmuş və prosessual hüquq normalarının bu pozuntuları ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi, hakimin bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli olması, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olması kimi əsas prinsiplərinin pozulması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə “prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi” - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsinin əsaslarından biridir. Həmçinin, məhkəmə kollegiyası, iş materiallarına və yuxarıda təsvir olunan işin konkret hallarına əsasən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hazırkı apellyasiya şikayətində “iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması” barədə mövqeyi və apellyasiya şikayətinin bu tələb üzrə dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən nümayəndənin (vəkilin) hüquqi yardımı ilə əlaqədar ödənilmiş “500 manat məbləğində xidmət haqqının tam məbləğinin cavabdehdən tutulması” tələbi tamamilə əsassızdır və bu tələb işin konkret halları ilə təsdiq olunmur. Belə ki, iş materiallarında olan sənədlərlə və eyni zamanda, iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, hazırkı iş üzrə nümayəndə qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkil Nümayəndə iddiaçıya göstərdiyi yardım olaraq, 31 oktyabr 2024-cü il tarixli vəkil orderi əsasında onun hazırkı iddia ərizəsini və digər sənədləri 05 noyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edib imzalamaqdan ibarət olmuşdur. Hətta, həmin nümayəndənin iddia icraatı qaydasında məhkəməyə təqdim etdiyi iddia ərizəsi üzrə “tərəflər məhkəməyə dəvət edilmədən və məhkəmə iclasları keçirilmədən sadələşdirilmiş icraat qaydasında” baxılmasına da o, nümayəndə olaraq hər hansı bir münasibət bildirməmiş və onun bununla əlaqədar işin baxılması üzrə hər hansı bir prosessual hərəkət etməsi müəyyən edilməmişdir. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya şikayəti isə həmin nümayəndə tərəfindən deyil, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X2 və kadrlarla iş sektorunun müdiri X5 tərəfindən məhkəməyə təqdim olunmuş və iddiaçının elektron imzası ilə imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə - nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin - konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, ağlabatan məbləğdə tutulmasına yol verilir. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 500 manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz və ona görə də həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə xərclənməsi ağlabatan hesab edilən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 500 (beş yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ yuxarıda təsvir olunan işin konkret hallarına və həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 250 (iki yüz əlli) manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, məhkəmə kollegiyası, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hazırkı apellyasiya şikayətində “iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməli olması” dəlili ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hüquqi yardım üçün ödənilən pul vəsaitinin mənbəyi, o cümlədən də bu pulun dövlət büdcəsindən ödənilməsi əsası ilə konkret məhkəmə işi üzrə “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” müəyyən edilməyən pul vəsaitinin cavabdehə aid edilərək, ondan tutulması mümkün deyildir. Çünki, bu xidmətə görə ödənilən pulun cavabdehdən tutulması ilə əlaqədar qanunvericiliyin müəyyən etdiyi meyarlara - nümayəndəyə ödənilən pul vəsaitinin mənşə və mənbəyi daxil deyildir. Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2-2(117)-1598/2024 nömrəli qətnaməsi tamamlə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və yeni qətnamədə iddia tələbi, işin halları, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbləri və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla, iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh (VÖEN **********) 09 avqust 2019-cu il tarixli 735-GL/19 nömrəli Müqavilə üzrə 17 oktyabr 2024-cü il tarixinə hesablanmış 1024,4 manat məbləğində gecikdirilmiş əsas borc, 100 manat məbləğində cərimə və hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqının 250 manat hissəsi iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalı və iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 31,24 (otuz bir manat 24 qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli e-2-2(117)-1598/2024 nömrəli qətnaməsi tamamlə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 09 avqust 2019-cu il tarixli 735-GL/19 nömrəli Müqavilə üzrə 17 oktyabr 2024-cü il tarixinə hesablanmış 1024,4 (min iyirmi dörd manat 40 qəpik) manat məbləğində gecikdirilmiş əsas borc, 100 (yüz) manat məbləğində cərimə və hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqının 250 (iki yüz əlli) manat hissəsi olmaqla, cəmi 1374,4 (min üç yüz yetmiş dörd manat 40 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 31,24 (otuz bir manat 24 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar