Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-40/2021 15.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-2(117)-282/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “17173 manat əsas borc, 2384,59 manat cərimə borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(117)-282/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 17173 manat əsas borc, 100 manat cərimə borcu və 26,50 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissəsinin rədd edilməsi, ödənilmiş 3,50 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Cavabdeh Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(117)- 282/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 363 və 364-cü maddələrinin tələblərinə riayət olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin məcəllənin 10-1.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(117)-282/2020 saylı qətnaməsinin nəticə hissəsində apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməli olmasının qeyd olunmasına baxmayaraq cavabdeh hazırkı şikayəti kağız daşıyıcıda poçt vasitəsilə məhkəməyə təqdim etmiş və şikayət gücləndirilmiş elektron imzadan və ya sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə imzalanmamışdır ki, bu da şikayətin geri qaytarılması üçün əsasdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Belə ki, məhkəmələr tərəfindən göstərilən xidmətlər üzrə dövlət rüsumlarının elektron ödəniş sistemləri vasitəsilə ödənilməsinə dair qəbz X1 və «ExpressPay» Ödəniş Sisteminin mədaxil qəbzinin nümunəsinə uyğun olmalı, digər hər hansı formada ödəniş qəbzləri qəbul edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasın Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (bu Qanunun 4.1-4-cü maddəsi nəzərə alınmaqla “Avtomobil Yolları” X2 mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25 faizi (bu Qanunun 4.1-1 – 4.1-4-cü maddələrində nəzərdə tutulmuş hal istisna olmaqla və ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumların işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir. Həmin Qanununun 4.3-cü maddəsinə əsasən dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi cavabdeh apellyasiya şikayəti verərkən müəyyən edilmiş məbləğdə dövlət rüsumunu Şəki Apellyasiya Məhkəməsinin hesabına ödəməliykən bunu etməmiş və qanunvericiliyin tələblərini pozaraq həmin rüsumu Şəki Kommersiya Məhkəməsinin hesabına ödəmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 363 və 364cü maddələrinin tələblərinə riayət olunması üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 360, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 363 və 364-cü maddələrinin tələblərinə riayət olunması üçün 2-2(107)-40/2021 saylı kommersiya işinin materialları ilə birlikdə Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-40/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-40/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver