Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-44/2025 18.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X12 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh - "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 002201 nömrəli akt əsasında əsassız hesablanmış 10126,9 manat borcun iddiaçının abonent hesabından silinməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1386/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan KY242138732 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən “sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” əsası ilə İddiaçı sahibkarlıq subyektinə xx.xx.2024-cü il tarixində yoxlama aparıla bilməsi nəzərdə tutulmuşdur.
2. İş materiallarında olan xx.xx.2024-cü il tarixli NİQ002201 nömrəli aktdan görünür ki, baxış zamanı obyektə sayğac sxemindən kənar xətt daxil olduğu və kənar xəttin ********* nömrəli elektrik sayğacını qidalandıran naqilin sayğaca girişdən öncə izolyasiyası pozularaq torpaq qatının alt hissəsindən keçən hissədən budaqlanma yolu ilə götürülməklə obyektə çəkildiyi aşkar edilmişdir. Həmin akt "xxxx" ASC-nin nümayəndələri tərəfində imzalanmış, lakin həmin aktda qeyd edilmişdir ki, abonentin nümayəndəsi özünü təqdim etməyərək aktı imzalamaqdan imtina etmişdir. Həmçinin qeyd edilən akt videoçəkiliş aparılmaqla tərtib edilmiş və həmin disk xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim edilmişdir.
3. İş materiallarında olan Abunə haqqında məlumatdan göründüyü kimi NİQ002201 nömrəli akt əsasında istehlakçı İddiaçı abunə hesabına 9636 manat məbləğində borc hesablanaraq həmin hesaba yazılmışdır.
4. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş AR Energetika Nazirliyi Enerji X2 Şəki Filialı tərəfindən mütəxəssis rəyində aşağıdakı məlumatlar qeyd edilmişdir: - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış əsasında "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində sözügedən abonentin sayğac uçot dəstinə baxış keçirilmiş və sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə faktına görə videoçəkiliş aparılmaqla NİQ002201 nömrəli akt tərtib edilmişdir. Sözügedən çıxarışda yoxlayıcı şəxslər kimi mühəndislər X1 Ramil Osman oğlunun adı qeyd olunduğu halda baxışın keçirilməsində üçüncü şəxs kimi X8 aparıcı mühəndisi Rəvan Mustafayev də iştirak etmişdir. Bununla da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" AR Qanununun 17.4-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən yoxlama yalnız onun aparılması haqqında qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır. Qeyd olunan pozuntudan əlavə, akt tərtib olunarkən mövcud qanunvericiliyin tələblərinin pozulması halına yol verilməmişdir. - Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü iİ tarixdə sözügedən akta əsasən hesabat aparılarkən sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan və gərginliyə uyğun elektrik gücünə, istehlakçının işləmə saatına (sutkada 24 aaat) əsasən 365 gün üçün hesabat aparılmış və 96360 kVt.st elektrik enerjisinə uyğun 9636,00 manat məbləğ borc kimi abonentin enerji hesabatına daxil edilmişdir. Bununla əlaqədar aşağıdakıİar bildirilir: - 1. Sözügedən akta və videoçəkilişə əsasən sayğacdan kənar çəkilmiş alüminium tipli elektrik naqilinin en kəsiyi 10 mm2 olduğundan həmin naqiłdən buraxıla bilən maksimal cərəyan 50 amper (güc 11 kVt) təşkil edir ki, hesabat da həmin gücə uyğun aparılmışdır; - 2. Qeyd olunan obyekt istixana olduğu üçün hesabat sutkanın 24 saatı nəzərə alınmaqla 365 gün (on iki ay) üçün aparılmışdır. - Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma eİektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı ve bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırıldıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci ve 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yeniden hesablanır. - Məlumat üçün bildirilir ki, həmin obyektin işləmə saatlarını təsdiq eden rəsmi sənəd olmadığından faktiki itirilmiş elektrik enerjisinin dəyərinin nə qədər təşkil etməsinə münasibət bildirmək mümkün deyil.
5. İş materiallarında olan Şəki ŞRPŞ-nın məsul növbətçisi, polis baş leytenantı Arzu Qurbanov tərəfindən Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportun məzmununda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:59-da X13 DİN-in 102 xidmətinə zəng edərək Şəki rayonu, Öyrət kəndində 3 nəfər şəxsin istixanaya basqın etmələri barədə məlumat vermişdir. Məlumatın yoxlanılması üçün göstəriş verilməsi xahiş edilmişdir.
6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışın məzmunundan görünür ki, ünvan 2 ünvanında yaşayan X14 DİN-in 102 xidmətinə etdiyi müraciətində və izahatında 3 nəfər "xxxx" ASC-nin əməkdaşının istixanaya qanunsuz müdaxilə etdiyini, işçiləri ilə münaqişə etdiyini, həmin əməkdaşların onun işıq xəttinə qanunsuz müdaxilə etdiklərini bildirmişdir.
7. İş materiallarında olan AR DİN Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən X10 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-109/2-27028/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində həmin şəxsin DİN-in 102 zəng xidmətinə edilən müraciəti araşdırılmış və mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ bildirilmişdir.
8. İş materiallarında olan “İstifadə edilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi” barədə xx.xx.2024cü il tarixli 404/RP/425 nömrəli Razılaşma protokolundan görünür ki, istehlakçı xx.xx.2024-cü il tarixə "xxxx" ASC-nin Şimal Qərb REYSİ Şəki EŞ-nə olan 9940.70 manat məbləğində debitor borcunun mübahisəli olmadığını qəbul edir, ödənilən vəsaitin 50% hissəsinin borca tutulmasını öz öhdəsinə götürür. Həmin protokol "xxxx"ASC-nin nümayəndələri tərəfindən və möhürü ilə, həmçinin istehlakçı İddiaçı tərəfindən imzalanaraq təsdiqlənmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2024-cü il tarixli 002201 nömrəli akt əsasında əsassız hesablanmış 10126.9 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki rayonu, Öyrət kənd ərazisində kənd təsərrüfatı mallarının yetişdirilməsi və satışı üzrə qeyri-yaşayış sahəsi mövcuddur. Son dövrlər həmin sabhibkarlıq subyektində cavabdeh tərəfin elektrik enerjisi təminatını dayandırması səbəbindən fəaliyyət göstərə bilmir. Uzun müddət həmin sahibkarlıq subyekti problemsiz fəaliyyət göstərib, vaxtı-vaxtında kommunal xərclər ödənilmişdir. Lakin sonradan 2024-cü ilin avqust ayında cavabdeh tərəfin əməkdaşları özbaşına şəkildə qanunsuz olaraq obyektin ərazisinə daxil olaraq yoxlama aparmaq adı ilə özbaşınalıq etmişdirlər. Yay aylarında obyekt fəaliyyət göstərmir. Həmin vaxt orada heç kim olmamışdır. Obyektə yaxın yerdə fəaliyyət göstərən şəxslərə həmin obyektədə nəzarət etmələrini xahiş etmişdir. Həmin şəxslər cavabdeh tərəfin əməkdaşlarının özbaşına obyektin daxilinə girmələrini görərək ona və DİN-nin “102 Qaynar” xəttinə məlumat vermişdirlər. Buna baxmayaraq cavabdeh tərəf yenədə obyektin ərazisinə daxil olub yoxlamalar aparmış və elektrik enerjisinin verilməsini dayandırmışlar. Bundan sonra cavabdeh tərəf xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlayaraq 10126,9 manat borcunun olmasını bildirmişdir. Müraciəti əsasında cavabdeh tərəfin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 002201 nömrəli aktı əldə etmişdir. Həmin aktı tərtib edən cavabdeh tərəfin əməkdaşları guya onun qanunsuz qoşulmasını, kənar xətt olmasını aşkarlamışdırlar. Heç bir hal şahidi olmadan, onu gözləmədən həmin obyektə qanunsuz, özbaşına daxil olmaqla yalan məlumatlar göstərilən bu aktı tərtib etmişlər. Həmin akta cavabdeh tərəfin əməkdaşlarından başqa heç kim imza atmamışdır. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən elektrik təchizatı idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Məhz buna görə də məcburiyyət qarşısında qalaraq aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh təşkilatın nümayəndələrinin ona məxsus sahibkarlıq subyektində hər hansı yoxlamaların keçirilməsi ilə bağlı əvvəlcədən məlumatı və iştirakı olmamışdır. Həmçinin yoxlayıcıların (Şəki EŞ-nın əməkdaşları R.Osmanov, E.Binnətli, Rəvan Mustafayev) yoxlama keçirmələri ilə bağlı adlarının qeyd olunduğu vahid məlumat reyestrindən çıxarış olmamışdır. Cavabdeh "xxxx" ASC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi qeyri-yaşayış sahəsində yoxlamalar aparmaqla və sonda cərimə yazmaqla qüvvədə olan normativ aktların tələblərini kobud şəkildə pozmuş, eyni zamanda qanunsuz yoxlamalar aparmaqla özləri inzibati xəta hadisəsi törətmişdir. Məhkəmədən iddia tələbini təmin etməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin baxışı zamanı cavabdeh "xxxx" ASC tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir. Həmin etirazda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində "Azərişıq” ASCnin əməkdaşları R.Osmanov, E.Binnətli ve R.Mustafayev tərəfindən Şəki rayonu Öyrət kəndində yerləşən və "xxxx" ASC-nin enerji satış bazasında **********6 saylı abunə kodu ilə qeydiyyatda olan İddiaçı adına qeydiyyatda olan sayğac uçot dəstinə abonentin nümayəndəsinin (özünü təqdim etmədən) və DİN-nin əməkdaşlarının iştirakı ilə "Elektrik enerjisinden istifadə Qaydaları"na uyğun olaraq baxış keçirilmişdir. Baxış zamanı obyektə sayğac sxemindən kənar xətt daxil olduğu ve kənar xəttin ********* nömrəli elektrik sayğacını qidalandıran naqilin sayğaca girişdən öncə izolyasiyası pozularaq torpaq qatının alt hissəsindən keçən hissədən budaqlanma yolu ilə götürülməklə obyektə çəkildiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli, NİQ002201 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı iddiaçının nümayəndəsi imzalamaqdan imtina etmişdir. Tərtib olunmuş xx.xx.2024-cü il tarixli, NİQ002201 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə 365 gün üçün 0.10 manatla 96360 kvts, dəyəri 9636.00 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşlar tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq-aşkar öz əksini tapır. “Elektrik enerjisindən istifadə Qaydaları"-nın 8.17-1-ci bəndinə uyğun olaraq akt tərtib edilərkən heç bir hal şahidinin iştirakı nəzərdə tutulmamışdır. Bundan başqa iddiaçı iddia tələbində akt əsasında hesablanmış məbləği 10126.90 manat olaraq göstərmiş, lakin iddiaçıya qeyd olunan akt əsasında 9636.00 manat borc hesablanmış, yerdə qalan 490.90 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun olaraq izahat vermiş, iddia tələbinin təmin edilərək akt əsasında əsassız hesablanmış 10126.9 manat borcun abonent saldosundan silinməsini məhkəmədən xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi məhkəmə iclasında məhkəməyə təqdim etmiş olduğu etirazına uyğun olaraq izahat vermiş və iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir.
14. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 17 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1386/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş KY242138732 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan göründüyü kimi "xxxx" ASC tərəfindən “sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” əsası ilə İddiaçı sahibkarlıq subyektinə xx.xx.2024-cü il tarixində yoxlama aparıla bilməsi nəzərdə tutulmuşdur. İddiaçı abonent hesabına xx.xx.2024-cü il tarixli, NİQ002201 nömrəli akt əsasında 9636 manat məbləğində borc hesablanmışdır ki, həmin aktın tərtib edildiyi tarixlə yoxlamanın aparılması üçün müəyyənləşdirilmiş tarix üst-üstə düşür.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sayğaca kənar xəttin çəkildiyi aşkar edilmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərtib olunmuş xx.xx.2024-cü il tarixli, NİQ002201 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə 365 gün üçün 0.10 manatla 96360 kvts, dəyəri 9636.00 manat məbləğində itirilmiş enerji hesabatı düzgün aparılmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamaların aparılması mümkündür. Cavabdeh "xxxx" ASC tərəfindən aparılan yoxlama “sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” əsası ilə aparılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən də göründüyü kimi bu əsasla sahibkarlıq subyektinə yoxlama aparılması nəzərdə tutulmuşdur.
18. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş digər iş materialları xx.xx.2024-cü il tarixli NİQ002201 nömrəli akt əsasında iddiaçının abonent hesabına yazılmış 9636 manat borcun qanuni və əsaslı olduğunu təsdiqləsə də, bununla yanaşı nəzərdə tutulan razılaşma protokolu da həmin iş materialları ilə birlikdə qiymətləndirildikdə aydın olur ki, həmin protokolu İddiaçı imzalayaraq xx.xx.2024-cü il tarixə "xxxx" ASC-nin Şimal Qərb REYSİ Şəki EŞ-nə olan 9940.70 manat məbləğində debitor borcunun mübahisəli olmadığını qəbul edərək ödənilən vəsaitin 50% hissəsinin borca tutulmasını öz öhdəsinə götürmüşdür.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2, 2.1, 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci və “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 8.17-1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. İddiaçı nümayəndəsi və vəkili Vəkil Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1386/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
21. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara akt, etiraz, məktub, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilmiş və yoxlamanın xx.xx.2024-cü ildə deyil ondan bir gün qabaq xx.xx.2024-cü ildə axşam saatlarında aparıldığı bildirilmişdir. Şəki ŞRPŞ-nın əməkdaşlarının çağırış əsasında xx.xx.2024-cü ildə əraziyə gəldiyi barədə müvafiq arayış təqdim edilmişdir. Lakin məhkəmə həmin sübutu mötəbər hesab etməyərək qeyd etmişdir ki, X14 qeyd edilən halla bağlı xx.xx.2024-cü il tarixində DİN-in 102 xidməti ilə əlaqə saxlamışdır. Bu tarix isə sahibkarlıq subyektinə baxışın keçirildiyi və aktın tərtib edildiyi xx.xx.2024-cü il tarixi ilə üst-üstə düşmür. Məhkəmə qeyd etmişdir ki, X14 tərəfindən xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidməti ilə əlaqə saxlanılması nəzərdə tutulan aktın tərtib edildiyi xx.xx.2024-cü il tarixində keçirilən yoxlanışla əlaqəli olmasını və aktın xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə tərtiv edilməsini təsdiq etmir. Bu adi qaydada belə başa düşülə bilər ki, sayğaca baxan cavabdehin əməkdaşı öz vəzifəsini yerinə yetirərkən bu halla qarşılaşmış, ola bilsin ki, tərəflər arasında mübahisə yaranmış və iddiaçı aidiyyəti üzrə polis orqanlarına müraciət etmişdir. Cavabdehin nümayəndəsi isə müvafiq qaydada yoxlama ilə bağlı dövlət qeydiyyatından keçdikdən sonra həmin iddiaçıya məxsus obyektdə yoxlama aparmışdır. Məhkəmə bu xüsusatı daxili inamı ilə deyil öz mülahizəsinə əsasən belə əsaslandırma etmişdir. Belə ki, yoxlanma aparılması barədə cavabdeh tərəfin təqdim etdiyi video diskdən göründüyü kimi həmin ərazidə polis əməkdaşları var. Lakin həmin əməkdaşlar yoxlamanın aparılmasında iştirak etmir və sadəcə tam obyektdən kənarda müşahidə aparırlar. Bundan başqa vəkil vasitəsilə Polis şöbəsinə verilmiş sorğunun məzmunuda bu formada olmuşdur ki, məhkəmə gedişatında hadisə yerinin video görüntülərinə baxarkən əraziyə polis əməkdaşları gəlmişdir və həmin hadisənin vaxtı barədə mübahisə olduğundan Polis şöbəsinə müraciət etmək məcburiyətində qalınmışdır. Göründüyü kimi, sorğuda məhz polis əməkdaşlarının nə zaman və kimin müraciəti ilə gəlməsi sorğuşulmuş və cavab məktubunda polis əməkdaşlarının xx.xx.2024-cü ildə əraziyə gəldiyi qeyd edilmişdir. Göründüyü kimi cavabdeh tərəfin əməkdaşları xx.xx.2024cü ildə yoxlama parmış və sadəcə mübahisə olduğunu gördüyü üçün növbəti tarixə reyestrdən çıxarış əldə etmiş və yoxlamanın guya xx.xx.2024-cü ildə aparıldığını təsdiq etməyə çalışmışdırlar. Bu hal isə Polis şöbəsinin məlumatları ilə təkzib olunur. Bundan başqa məhkəmə “İstifadə edilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi” barədə xx.xx.2024-cü il tarixli 404/RP/425 nömrəli Razılaşma protokoluna istinad edərək qeyd etmişdir ki, həmin protokoldan göründüyü kimi istehlakçı xx.xx.2024cü il tarixə "xxxx" ASC-nin Şimal Qərb REYSİ Şəki EŞnə olan 9940.70 manat məbləğində debitor borcunun mübahisəli olmadığını qəbul edir, ödənilən vəsaitin 50% hissəsinin borca tutulmasını öz öhdəsinə götürür. Həmin protokol "xxxx"ASC-nin nümayəndələri tərəfindən və möhürü ilə, həmçinin istehlakçı İddiaçı tərəfindən imzalanaraq təsdiqlənmişdir. Bu xüsusatlada razı deyilik. Belə ki, birincisi həmin aktı İddiaçı imzalamamışdır. Onun imza nümunələrindən (iddia ərizəsində, etibarnamədə, vəsiqədə və s sənədlərdə olan) göründüyü kimi tam başqa bir şəxs tərəfindən icra edilmişdir. Böyük ehtimalla aktı onun atası imzalamışdır. Lakin atasının imza atmaq səlahiyyətinin olması barədə cavabdeh tərəfdə etibarnamə yoxdur və onu təqdim edə bilməmişdirlər. Bundan başqa belə razılşama qanunsuz aparılmış yoxlamanı və onun nəticələrini aradan qaldırmır. İşdən göründüyü kimi elektrik enerjisinin bərpa edilməsi üçün MTT barədə ərizə verilmişdir. Həmin ərizənin əsasında qəbul edilmiş məhkəmə aktının icrası zamanı belə bir razılşamanın başlanması cavabdeh tərəfindən təkilf edilmiş və iddiaçının atası ilə bağlanmışdır. Hesab edir ki, bu cavabdeh tərəfin qanunsuz hərəkətlərinin ört-basdır edilməsinə gətirib çıxarmamalıdır. Qeyd olunanlara əsasən Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1386/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
24. Məhkəmə kolllegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
25. Məhkəmə kolllegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1386/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
26. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
29. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
30. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
32. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
34. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
35. Maddə 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
38. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu
40. Maddə 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
41. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
42. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
44. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
45. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
49. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
50. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
51. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
52. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
55. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
56. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
57. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
58. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1386/2024 saylı qətnaməsi qismən ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
61. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
62. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı abonent hesabına xx.xx.2024-cü il tarixli, NİQ002201 nömrəli akt əsasında 9636 manat məbləğində borc hesablanmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti vermişdir.
63. İddianı təmin etməyən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, ...“düzdür qeyd edilən yoxlamanın aparılmasında X4 və X3 üçüncü şəxs kimi X8 aparıcı mühəndisi Rəvan Mustafayev də iştirak etməsi qanunvericiliyin normalarına uyğun olmasa da, aşkar olunan fakt mövcud olduğundun və işin faktiki halları dəyişmədiyindən aparılmış yoxlama nəticəsində tərtib edilmiş aktın qanunsuz olmasını təsdiq edə bilmir. Belə ki, İddiaçı sayğacdan kənar paylayıcı şəbəkəyə qoşularaq elektrik enerjisindən istifadə etməsi halı təqdim edilmiş iş materialları və eyni zamanda xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən təqdim edilmiş video material vasitəsilə də öz təsdiqini tapmışdır.
64. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamaların aparılması mümkündür. Cavabdeh "xxxx" ASC tərəfindən aparılan yoxlama “sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” əsası ilə aparılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən də göründüyü kimi bu əsasla sahibkarlıq subyektinə yoxlama aparılması nəzərdə tutulmuşdur.
65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır. Belə ki, 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 19.16–cı maddəsinin məzmunundan göründüyü kimi, həmin tarixdən sonra sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (Azərbaycan Respublikası İXM-in 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni beş min manatdan yuxarı olmayan məbləğdə ziyan vurduqda) cinayət tərkibinin əlamətləri olduqda (Azərbaycan Respublikası CM-in 189-1.1ci maddəsinə əsasən vuruulmuş ziyan beş min manatdan yuxarı olduqda) isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (bax: 40-cı bənd).
66. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
67. Hazırkı iş üzrə İddiaçı sayğacdan kənar paylayıcı şəbəkəyə qoşularaq elektrik enerjisindən istifadə etməsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutlar iş materiallarında yoxdur və işə baxan məhkəmələr təqdim edilməmişdir.
68. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi də iddiaçı barəsində sayğacdan kənar paylayıcı şəbəkəyə qoşulmasına dair tərtib edilmiş aktın bir nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və ya cinayət təqibi orqanına təqdim edilmədiyini, bu səbəbdən də iddiaçının barəsində istər nüvafiq icra hakimiyyəti orqanında (qurumunda), istərsə də cinayət təqibi orqanında heç bir araşdırma aparılmadığını bildirdi.
69. Məhz bu baxımdan kollegiya qeyd edir ki, iddiaçının sayğacdan kənar paylayıcı şəbəkəyə qoşularaq elektrik enerjisindən istifadə etməsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir.
70. Başqa sözlə desək, cavabdeh tərəfindən aparılmış yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış əsasında aparılıb-aparılmamasının yoxlanılmasına lüzum qalmır.
71. Qeyd olunanlar bu anlama gəlir ki, iddiaçıya itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış məbləğ qanunsuz olmuşdur. Odur ki, idddiaçı itirilmiş elektrik enerjisinə görə, ona əsassız hesablanmış məbləğin silinməsini tələb etməkdə haqlıdır.
72. Eyni zamanda müəyyən edilmişdir ki, akt əsasında iddiaçının silinməsini tələb etdiyi 10126,9 manat məbləğin 490,9 manatı onun debitor borcunu təşkil edir. xx.xx.2024cü il tarixli 002201 nömrəli akt əsasında iddiaçıya hesablanmış məbləğ isə 9636 manatdır.
73. Belə olan halda, iddia qismən təmin edilməli, iddiaçının abonent hesabına xx.xx.2024-cü il tarixli, NİQ002201 nömrəli akt əsasında hesablanmış 9636 manat məbləğ silinməlidir, iddia qalan 490,9 manat debitor borcuna aid hissədə əsassız olduğundan təmin edilə bilməz.
74. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər.
75. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.
76. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı tam təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
77. Beləliklə də, mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
78. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа qismən ləğv edilməsi üçün əsаslаr olduğundan iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1386/2024 saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməli, İddiaçı abonent hesabına xx.xx.2024-cü il tarixli, NİQ002201 nömrəli akt əsasında hesablanmış 9636 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
79. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax 58-ci bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2-2(117)-1386/2024 saylı qətnaməsi qismən - İddiaçı abonent hesabına xx.xx.2024-cü il tarixli, NİQ002201 nömrəli akt əsasında 9636 manat məbləğinin rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı abonent hesabına xx.xx.2024-cü il tarixli, NİQ002201 nömrəli akt əsasında hesablanmış 9636 manat məbləğ silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov